Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2156/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək veteranı adı və vəsiqəsinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədli Bəhram Məmməd oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “əmək veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-370/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon idarəsinin xx.xx.2020-ci il tarixli, 299 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında bölmə rəisinin köməkçisi vəzifəsində işləmişdir.
2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 887 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən, xx.xx.1996-cı il tarixədə k Kürdəmir rayon Hərbi Komissarlığında, xx.xx.1997-ci il tarixdən, xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Mülki Müdafiə Alayında, xx.xx.1998-ci il tarixdən, xx.xx.2000-ci il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının 06 ş/h nömrəli, xx.xx.2000-ci il tarixli əmri ilə HXKHƏ-nin 156-cı maddəsinin “A” bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır
3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tə qdim edilmiş sənədlərə aidiyyəti üzrə “veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın 03 oktyabr 2023-cü il tarixli iclasında baxılmışdır. Təqdim edilmiş sənədlər əsas vermədiyi üçün (əmək stajı tam deyil) vətəndaş İddiaçı “Əmək veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “ona əmək veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Silahlı Qüvvələrin istefasında olan kapitanı olmaqla, xx xxxxxx 1955-ci ildə Kürdəmir rayonunun Qocalı kəndində kolxozçu ailəsində anadan olmuş, ali və ali siyasi təhsillidir. 1983-cü ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti), 1985-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Marksizm-Leninizm Universitetini, 1994-cü ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İstefada olan zabit, 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Əmək fəaliyyətinə xx.xx.1973-cü il tarixdə Kürdəmir rayon 15 saylı X7 Qovşağında radio montyoru vəzifəsində başlamış və 1974-cü ilin may ayının 8-dək işləmiş, 1974-cü ilin may ayından 1976-cı ilin may ayınadək X6 Qrupunda 2ci Ordunun 16-cı Diviziyasının 66-cı Zenit-Artilleriya Alayında müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1976-cı ilin avqust ayının 13-dən 1980-ci ilin noyabr ayının 1-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Yanğından Mühafizə İdarəsinin Sumqayıt şəhər 7 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində yanğın söndürən vəzifəsində xidmət etmiş, 1981-ci ilin fevral ayının 19-dan 1985-ci ilin sentyabr ayının 2-dək Sumqayıt X2 5 nömrəli Xlor və Kaustik Soda istehsalatında fəhlə işləmiş, eyni zamanda ictimai əsaslarla istehsalat komsomol təşkilatının katibi vəzifəsində çalışmışdır. 1985-ci ilin sentyabr ayının 4-dən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Sumqayıt Sintez Kauçuk X5-Propilen 300 (EP-300) zavoduna usta vəzifəsinə işə qəbul olunmaqla ictimai əsaslar la Zərbəçi Komsomol Tikintisinə rəis vəzifəsinə təyin olunmuş, 1986-cı ilin iyul ayının 16-dan Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin tələbnaməsi ilə köçürmə yolu ilə Kürdəmir Rayon Mədəniyyət şöbəsinin X1 böyük redaktor vəzifəsinə təyin olunmuş, 1987-ci ilin iyul ayının 2-dən 1992-ci ilin aprel ayının 30-dək Kürdəmir rayonu Qocalı kəndi X8 İcraiyyə Komitəsinin sədri, 1992-ci ilin aprel ayının 30-dan sentyabr ayının 5-dək Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Qocalı kəndi inzibati ərazi vahidi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmri ilə zabit qismində həqiqi hərbi xidmətə çağırılaraq, 1992-ci ilin sentyabr ayının 5-dən 1996-cı ilin noyabr ayının 16-dək Kürdəmir rayon Hərbi Komissarlığında Səfərbərlik və Qeydiyy at şöbə rəisinin baş köməkçisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1997-ci ilin may ayının 19-dan 1997-ci ilin dekabr ayının 11-dək Azərbaycan Respublikası Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayında səfərbərlik qrupunun rəisi vəzifəsində kapitan hərbi rütbəsində həqiqi hərbi xidmət keçmiş, 1998-ci ilin fevral ayının 14-dən 2000-ci ilin fevral ayının 10-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili X3 siyasi şöbədə təlimatçı vəzifəsində kapitan hərbi rütbəsində FüzuliCəbrayıl istiqamətində ön mövqedə döyüş şəraitində həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrdən ehtiyata buraxıldıqdan sonra 2000-ci ilin aprel ayının 7-dən 2001-ci ilin aprel ayının 2-dək Bakı şəhəri Nəsimi rayon Hərbi Komissarlığında Azərbaycan Ordusunun qulluqçusu, böl mə rəisinin köməkçisi vəzifəsində mülki işçi kimi işləmiş, 2000-ci ilin fevral ayının 11-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarından güzəştli şərtlərlə yaşa görə təqaüdə çıxmışdır. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabçasına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Hazırda ağır xəstəliklərdən ürək çatışmazlığı, ÜİX-yi, stenokardiya, İİ tip, şəkərli diabet İİ tip, orta ağır və digər xəstəliklərdən əziyyət çəkir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 3-cü bəndinə əsasən “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Belə ki, axırıncı iş yeri Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi Rayon İdarəsi olduğu üçün qanuna müvafiq olaraq aidiyyəti üzrə cavabdehə rəsmi qaydada, müvafiq sənədlərini əlavə etməklə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.
6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, veter an adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı ş əxslərə verilir:-iqtisadiyyatın bütün sahələrində:-istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;-keçmiş Sovet respublikaların X9 Fərmanları ilə təltif olunanlar;-Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqilabı ordeni, X10 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;-Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adl arına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;- uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı’’ adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin əmək veteranı hesab edilməsi üçün göstərilən qanunvericilik aktının tələblərinə cavab verməlidir. İddiaçı keçmiş SSRİ-ni n və Sovet respublikalarının fəxri adlarına layiq görülməmiş, keçmiş Sovet respublikaların X9 Fərmanları ilə təltif olunmamış və müvafiq medal və ordenlərlə təltif olunmamış, habelə Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməmiş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmamış və əmək stajı 40 ildən az müddət təşkil etdiyi üçün cavabdeh tərəfindən yuxarıda adıçəkilən qanunvericilik aktlarına uyğun olaraq iddiaçıya əmək veteranı adı və vəsiqəsinin verilməsinə imtina etməkdə düzgün qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər.
7. Bakı İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(112)-15741/2023 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndəri lmişdir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(105)-770/2024 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2-1(118)-2901/2024 nömrəli qərardadı iddiaya mahiyyəti üzrə baxılmalı olması əsası ilə ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-771/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir (hakim – R.Həsənov).
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunverici şəxsə o halda əmək veteranı verilməsini zəruri edir ki, şəxsin dövlət qarş ısında xüsusi xidmətləri olmalı, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməli, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunmalı, uzun illər ictimai əməklə məşğul olmalıdır. Yəni göstərilənlərdən ən azı birinin olması şəxsə müvafiq statusun verilməsi üçün əsasdır. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də cavabdehin imtinası qanuni hesab edilir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(105)-370/2025 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)771/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır (Sədrlik edən – İ.Quliyev, hakimlər – V.Əzizova, G.Cabbarova).
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və əlavə olaraq apellyasiya şikayətinin dəlilinə münasibət göstərərək bildirmişdir ki, iş yerindən təşəkkürnamə və fəxri fərmanlar verilməsi şəxsə əmək veteranı adı verilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, şəxsə əmək veteranı verilməsi əsasları yuxarıda qeyd olunduğu kimi qanunvericilikdə konkret olaraq müəyyən edilmişdir. İddiaçının qeyd etdiyi əsaslar isə qanunvericilikdə əmək veteranı verilməsi əsasları arasında sadalanmamışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayəti apellyasiya şikayətinə uyğun əsaslandırılaraq qeyd edilmişdir ki, ümumi əmək stajı 28 ildən artıq təşkil etməklə, o, 2000-ci ildə Daxili İşlər Nazirliyindən yaşa görə pensiyaya çıxmış, 2000-ci ilə qədər olan Nazirlər Kabinetinin 1995-ci il tarixli, 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsində əmək veteranı adı almaq üçün ümumi iş stajı 25 il təşkil etmişdir. İşlədiyi müddətdə nümunəvi əmək fəaliyyətinə görə əmək kitabça sına yazılmaqla təşəkkür və fəxri fərmanlar almışdır. Məhkəmə həmin sənədlərə və xüsusən də əmək kitabçasına qiymət verməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu Maddə
5. Əmək veteranları Dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: - iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layi q görülənlər; - keçmiş Sovet respublikaların X9 Fərmanları ilə təltif olunanlar; - Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X10 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, İİİ dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; - Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; - Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; - uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmə k veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir. 20. “İnzibati icraat haqqında” Q anun: Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izah atları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansi yası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunver iciliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Hazırda iddiaçının hüquqi marağı məhz əmək veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. 29. “Veteranlar haqqında’’ Azərbaycan Respublikasının Qanunun tələ bindən göründüyü kimi dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılır.
30. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsinə əsasən, əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları dövlət konsernlər i, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: 1) iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların X9 Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, X10 ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, İ dərəcəli Əmək Şöhrəti ordeni, İİ dərəcəli Əmək Şöhrəti ordeni, lİl dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” med alı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; 2) Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; 3) Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; 4) uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).
31. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçının kassasiya şikayətində istinad etdiyi əmək fəaliyyəti zamanı aldığı təşəkkür və fərmanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ” Əsasnamədə sadalanan əmək veteranı adı və vəsiqəsi verilməsi üçün əsaslar sayıla biləcək hallar qismində mövcud deyildir.
32. Belə ki, əmək veteranı adının verilməsi üçün iş yerindən verilən təşəkkürnamə və fəxri fərmanların deyil, Əsasnaməyə görə, Azərbaycan Respublikasının, eləcə də keçmiş SSRİ-nin və Sovet respublikalarının müvafiq fəxri adları, fəxri fərmanları, orden və medalların mövcudluğu tələb olunur.
33. Habelə işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçının iş stajı Əsasnamə ilə nəzərdə tutulmuş həddən də (40 il) aşağıdır.
34. Bu baxımdan, apellyasiya məhkəməsi hazırkı qərarın 30-cu bəndində sadalanan əmək veteranı adı və vəsiqəsi verilməsi əsasları sayıla biləcək halların hazırki iş üzrə iddiaçıya münasibətdə öz təsdiqini tapmamasına dair düzg ün nəticəyə gəlmişdir.
35. Odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(105)-370/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.