Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2157/2025 26.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 apre l 2025-ci il tarixli, 2-1(105)-136/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(118)3789/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
3. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-1(105)-136/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməd ən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə olunmuş hərbi qulluqçu barədə arayış-məlumatdan göründüyü kimi, iddiaçı, tibb xidmət leytenantı olaraq N nömrəli hərbi hissədə xidmət keçmiş, xx.xx.2019cu il tarixli 214 nömrəli əmrlə xidmətə daxil olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissəyə ezam edilmiş, xx.xx.2021-ci il tarixli 24 nömrəli əmrlə siyahıdan çıxarılmışdır. Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli 062 nömrəli döyüş əmrinə əsasən, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 03 nömrəli döyüş əmrinə əsasən, N nöməli hərbi hissəyə N nömrəli döyüş sərəncamları ilə hücum faktiki fəaliyyətinə uyğun döyüş tapşırıqlarını icra etmişdir. “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında qeyd edilmişdir ki, N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etmiş və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etmişdir. “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmişdir. Cavabdeh, arayış-məlumatda iddiaçının döyüş təminatı üzrə tapşırıqları yerinə yetirdiyi qeyd edilsə də, faktiki olaraq iddiaçının həmin tapşırıqları yerinə yetirmədiyini bildirmiş, lakin bununla bağlı zəruri sübut və məlumatları təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu ünvanlanaraq təqdim edilən arayışməlumatın tərəflərindən mötəbər sübut k imi nəzərə alınıb-alınmaması barədə məlumat verilməsi, mötəbər sübut kimi nəzərə alınmadığı halda, bunun əsaslandırılması və əlaqəli sübutların ən qısa zaman ərzində məhkəməyə təqdim edilməsi tələb olunmuşdur. Cavabdeh sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçının adına tərtib olunmuş arayışməlumat tərəflərindən mötəbər sübut kimi nəzərə alınır, lakin həmin arayış-məlumatın 7-ci bəndində göstərilən “iddiaçı döyüş tapşırıqlarını icra etmişdir” qeydini mötəbər sübut kimi qəbul etmirlər. Belə ki, iddiaçı döyüş əməliyyatları zamanı işğal olunmuş ərazi sayılmayan Murovdağ silsiləsində həkim kimi tibbi təminat üzrə tapşırıqları yerinə yetirmişdir. Arayışməlumatın 7-ci bəndində iddiaçının döyüş tapşırıqlarını, 10-cu bəndində isə tibbi təminat üzrə tapşırıqları icra etdiyi qeyd edilmişdir. Bu d a, həmin qeydlər arasında ziddiyyət yarandığını göstərir və iddiaçının döyüş tapşırıqlarını icra etməsi qeydinin mötəbər sübut kimi göstərilməsi yol verilməzdir. Qeyd edilməlidir ki, hazırkı iş üzrə də sözügedən arayışməlumat cavabdeh inzibati orqan tərəfindən mötəbər sübut qismində qəbul edilmiş, həmin arayışda qeyd edilən məumatların mötəbərsizliyi ilə əlaqədar isə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh hesab edir ki, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə “Müharibə veteranı” adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin faktiki hallarından görünür ki, iddiaçı Göy göl rayonunda müdafiə bölmələrinin tərkibində öz xidməti vəzifələrini icra etmiş və döyüş tapşırığını yerinə yetirmiş bölmələrin yaralılarına və xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində iştirak etmişdir. Məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, cavabdeh tərəfindən mötəbər sübut qismində qəbul edilən arayış-məlumatda “Ezam olunmasının səbəbi və məqsədi” qrafasında iddiaçının N nömrəli hərbi hissənin döyüş tapşırıqlarını yerinə yetirmiş bölmələrinin yaralılarına, xəstələrinə vaxtında ilkin tibbi yardım göstərilməsində, onların döyüş meydanından təxliyyə edilməsində iştirak etdiyi və döyüş əməliyyatları zamanı tibbi təminatla bağlı tapşırıqları icra etdiyi qeyd olunmuş, “Ezam olunduğu ərazi” kimi Murovdağ silsiləsi, Kəlbəcər istiqaməti göstərilmiş dir. Beləliklə də, inzibati orqanın apellyasiya şikayətinin həmin dəlili də əsassız hesab olunur.
5. Cavabdeh mahiyyətcə imtinasının və apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sa bitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq e dilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli old uqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər i rəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyə əsasən döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı, döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əm əliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə isə döyüş təminatı, mənəvipsixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Döyüş əməliyyatları ilə bağlı tapşırıqlar yalnız döyüş təminatı anlamında qəbul edilə bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün döyüş təminatı ilə yanaşı, həm də digər təminat növlərinin, o cümlədən maddi-texniki təminatı və arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)2869/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-937/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1605/2025 nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təm in edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
12. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 aprel 2025-ci il tarixli, 2-1(105)-136/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.