Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2162/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: texniki pasporta düzəliş edilməsi) 17.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin texniki pasportunun “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçiyə ayrılmış ilkin torpaqayırma sənədl ərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uyğunlaşdırılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(105)-84/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etdiyi ünvan 1 ünvanında 0,06 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sözügedən fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli texniki pasport tərtib edilmi şdir.
2. İddiaçı cavabdehə müraciət edərək, qeyd edilən texniki pasportun “torpaq sahəsinin planı” hissəsinin ilkin torpaqayırma sənədlərinə uyğun tərtib edilmədiyini bildirmiş və həmin texniki pasportun “torpaq sahəsinin planı” hissəsində müvafiq düzəlişin olunmasını xahiş etmişdir.
3. Cavabdeh isə texniki pasportun ləğv olunmasına və ya texniki düzəliş aparılmasına əsas olmadığını bildirərək iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015- ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X7 ayrılmış ilkin torpaqayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uyğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini X2 satın almışdır. Həmin müqaviləyə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış evinə və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə dair cavabdeh tərəfindən xx.xx.2015-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ******* ***, reyestr nömrəsi **********6410301 olan RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 4172, reyestr nömrəsi **********64-10301 olan texniki pasport verilmişdir. İddiaçı texniki pasportu alandan sonra görmüşdür ki, həmin sənəddə qonşu Beydul Əliyev ilə torpaq sahəsinin sərhədi düzgün əks etdirilməmiş, həyətyanı torpaq sahəsinin bir hissəsi qonşusu Beydulla Əliyev tərəfindən zəbt olunmuş və texniki pasportda iki qonşu arasında keçən sərhəd xətti əvvəlki sənədlərdən fərqli olaraq ziqzaq formasında göstərilmişdir. Belə ki, həmin evin və həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X5 adına tərtib edilmiş sentyabr 1991-ci il tarixli, 2091 inventar nömrəli, 1635 qeyd nömrəli texniki pasportda göstərilən evin həyətyanı torpaq sahəsi ilə qonşusu nun torpaq sahəsi arasında olan sərhəd xətti düz xətlə işarələnmişdir. Lakin iddiaçıya məlum olmayan səbəbdən, onun adına verilmiş texniki pasportda torpaq sahəsi ilə qonşu Beydulla Əliyevin torpaq sahəsi arasından keçən sərhəd xətti düz xətlə deyil, ziqzaq formasında göstərilmişdir. Ona görə də iddiaçı cavabdehə müraciət edərək adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli texniki pasportda düzəliş edilərək qonşu Beydulla Əliyev ilə torpaq sahələrinin sərhəd xəttinin əvvəlki sənədlərə uyğun və düz xətlə göstərilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən onun müraciəti müsbət həll olunmamışdır.
6. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz təqdim edilməmişdir.
7. Birinci instansiya məhkəməsi tərəfindən X6 üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.
8. İş üzrə birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X6 izahat verərək bildirmişdir ki, mərhum atası tərəfindən fərdi yaşayış evi onlara məxsus olan torpaq sahəsinin üzərində inşa edilmiş və onlar qonşunun torpaq sahəsini zəbt etməmişlər. Dövlət təşkilatının hər hansı bir sənədi səhv verməsində onların təqsiri yoxdur və atası özünə məxsus texniki sənədin hüdudları daxilində fərdi yaşayış evini inşa etmişdir. İddiaçı onun həmin ərazidən çıxarılması ilə bağlı Xaçmaz rayon Məhkəməsində iddia qaldırıb və hal-hazırda həmin işə baxılır. Qeyd olunanlara əsasən, iddianən təmin olunmamasını xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: Ceyhun Məmmədov) 12 iyul 2024-cü il tarixli, 2-1(118)-1664/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X7 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uğun qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya alqı-satqı müqaviləsi üzrə satılmış 0,06 ha torpaq sahəsinin ölçüsü 0,0539 ha təşkil edir, yəni torpaq sahəsinin ölçüsündə çatışmazlıq var. Halbuki, qeyd olunan torpaq sahəsinin ilkin plan-ölçü sənədində torpaq sahəsinin sərhədlərinin düz xətlə çəkilməsi və alqı-sat qı müqaviləsi rəsmiləşdirildikdən sonra verilmiş texniki pasportda sərhəd xəttin ziqzaqvari formada olması açıq aydın görünür. Ona görə də cavabdeh tərəfindən edilmiş yanlışlıq aradan qaldırılmalıdır. Cavabdeh, qeydiyyat orqanı kimi, üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə, əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüquqdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən öz xidməti vəzifəsinə görə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə, cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan-ölçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh sonradan qanu nla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmazlığı aradan qaldırmalıdır.
11. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat
12. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, ilkin qeydiyyat sənədlərinə əsasən həm iddiaçının, həm də üçüncü şəxsin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilməsi (ilkin qeydiyyat sənədləri əsasında) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması xahiş edilmiş, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmiş dir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Vəfa Əzizova və İsmayıl Quliyev) 18 mart 2025-ci il tarixli, 2-1(105)-84/2025 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçının adına tərtib edilmiş texniki pasportun (reyestr nömrəsi:**********64-10301 olan əmlaka dair) məzmununda “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək, ilkin mülkiyyətçi X5 adına tərtib edilmiş ilkin torpaqayırma sənədlərinin koordinatlarına, göstəricilərinə və yerləşmə cizgisinə uyğun qeyd edilməsi, habelə üçüncü şəxs X4 məxsus olan 0,0631 ha torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun (reyestr nömrəsi:**********83-10301 olan əmlaka dair) məzmununda “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək, ilkin mülkiyyətçi X1 adına tərtib edilmiş ilkin torpaqayırma sənədlərinin koordinatlarına, göstəricilərinə və yerləşmə cizgisinə uyğun qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Xaçmaz şəhəri N.Ələbərov küçəsi 7 nömrəli əmlaka dair (hazırda iddiaçıya məxsus olan əmlak) X5 adına 2004-cü il tarixli texniki pasport tərtib edilmiş, həmin sənədin “torpaq sahəsinin planı” hissəsində torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem və ölçüləri, habelə qonşu torpaq sahələrinə münasibətdə mövqeyi və sərhədləri düz xətt şəklində cizgi çəkilməklə qeyd edilmişdir. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair koordinatları və yerləşmə mövqeyini əks etdirən plan-ölçü sənədi tərtib edilərək, təsdiq edilmiş, kadastr kitabında uçota alınmışdır. Sonradan sözügedən torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair xüsusi mülkiyyət hüququ X3 adına (xx.xx.2015-ci ildə), daha sonra isə iddiaçının adına (xx.xx.2015-ci ildə) qeydə alınmışdır. Həmçinin, iddiaçının adına texniki pasport tərtib edilmiş, həmin texniki pasportun “torpaq sahəsinin planı” hissəsində torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri, qonşu torpaq sahələrinə münasibətdə sərhəd xətləri əks olunmuşdur.
15. Eyni zamanda iş materiallarından görünür ki, qonşu torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ üçüncü şəxsin adına (xx.xx.2021-ci ildə) qeydə alınmış, habelə 2019-cu ildə həmin torpaq sahəsinə dair üçüncü şəxsin atasının adına (əvvəlki mülkiy yətçi qismində) texniki pasport tərtib edilmiş, həmin texniki pasportun “torpaq sahəsinin planı” hissəsində torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri, qonşu torpaq sahəsinə münasibətdə mövqeyi əks olunmuşdur. Üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,0631 ha olmuşdur. Üçüncü şəxs həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, həmin torpaq sahəsinə dair ilkin (Polyakov Aleksandr adlı şəxsin adına olan) hüquqmüəyyənedici sənədlərin məzmununda torpaq sahəsinin ölçüsü 0,0631 ha qeyd edilsə də, onun koordinatlarını müəyyən edən plan-ölçü sənədi mövcud olmamışdır, Polyakov Aleksandr adlı şəxsin adına tərtib edilmiş texniki pasportun məzmununda torpaq sahəsinin qonşu torpaq sahəsinə münasibətdə yerləşmə mövqeyi qeyd edilmiş, sərhəd xətti düz xətt kimi ə ks olunmuşdur.
16. İş materiallarında olan mütəxəssis rəyinin və ona əlavə edilmiş sxemin məzmunundan görünür ki, hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüsü 0,06 ha olsa da, texniki pasportda göstərilmiş torpaq sahəsinin ölçüsü 0,0539 ha olmuş, Berejnaya Ninanın adına tərtib edilmiş texniki pasportun “torpaq sahəsinin planı” hissəsində qeyd edilmiş plan-ölçü ilə eynilik təşkil etməmiş, üçüncü şəxs tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,19 kv.m və 0,42 kv.m hissəsində fərdi yaşayış evi inşa edilmiş, Berejnaya Nina adlı şəxsin adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə əsasən qonşu tərəfindən istifadə olunan hissə 0,0034 ha təşkil etmişdir. Göründüyü kimi, indiki halda tərəflər arasında mübahisə mə hz qonşu torpaq sahələrinin sərhədi, yerləşmə mövqeyi və konfiqurasiyasının hazırkı texniki sənəddə ilkin texniki sənədlərə müvafiq olaraq düzgün əks etdirilib-edilməməsi ilə bağlı ortaya çıxmışdır.
17. Məhkəmə iclasında cavabdeh inzibati orqanın mütəxəssisi dindirilmiş, o, izahatında hazırda mövcud olan texniki pasportların faktiki vəziyyətə uyğun olaraq tərtib edildiyini, əvvəllər hasarın mövcud olduğunu, tərəflər arasında mübahisə olmadığını, sarı xətlə olanların inventar büronun verdiyi texniki pasporta əsasən sərhədlər olduğunu, 34 kv.m azalma olduğunu, yaşıl rənglə əks olunanın isə faktiki istifadə vəziyyəti olduğunu, 631 kv.m torpaq sahəsinin hasarın daxilində mövcud olduğunu, bundan əlavə hər iki tərəfdə zəbt sahə olduğunu, üçüncü şəxsə münasibətdə zəbt edilmiş torpaq sahəsi çıxıld ıqda, yerində 631 kv.m torpaq sahəsinin mövcud olduğunu, hər iki tərəfə faktiki istifadə vəziyyətinə uyğun olaraq texniki sənəd verildiyini və faktiki istifadə vəziyyətində əyrilik mövcud olduğunu qeyd etmişdir. Həmçinin, qeyd edilməlidir ki, üçüncü şəxs məhkəmə araşdırmasının gedişatı zamanı mülki iş üzrə mövcud olan ekspert rəyinə istinad edərək, ümumilikdə 61 kv.m torpaq sahəsində üçüncü şəxs tərəfindən fərdi yaşayış evi inşa edildiyindən, iddiaçıya kompensasiya ödənilməsini təklif etmiş, bu barədə yazılı şəkildə iddiaçıya müraciət etmiş, iddiaçı tərəf isə həmin təkliflə razı olmamışdır. Eyni zamanda iş materiallarında olan sonuncu mütəxəssis rəyinin məzmunundan görünür ki, Berejnaya Ninanın adına tərtib edilmiş texniki sənəddə əks olunmuş torpaq sahəsinin koordinatları iddiaçının adına işlənilsə də, olduğu kimi işlənilməmiş, qismən eynilik təşkil etmiş, fərqliliyin və uyğunsuzluğun yaranma səbəbi də məhz üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi ilə bağlı olmuş, bu hallar rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Həmçinin, həmin rəyin məzmunundan görünür ki, hər iki torpaq sahəsi sənəd üzrə qeyd edilmiş ölçüdə naturada mövcud olmaqla, onların faktiki istifadəsindədir və üstüstə düşmür. Göründüyü kimi, iddiaçı və üçüncü şəxslərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələri olmaqla, həmin torpaq sahələri ilə bağlı hazırda mövcud olan texniki pasportlar ilkin texniki sənədlərin əsasında deyil, faktiki istifadə vəziyyətinə uyğun olaraq tərtib edilmişdir. Bu hal isə, qanunvericiliyin tələbinə zidd olmuşdur.
18. Qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak ü zərində hüququn qeydiyyata alınması zamanı tələb olunan sənədlərdən biri də məhz torpaq sahəsinin plan-ölçü sənədidir. Qeyd edilən normanın mahiyyəti ondan ibarətdir ki, şəxsin hüququ məhz hansı yerləşmə mövqeyində olan, hansı ölçü və koordinatlarda, cizgilərdə, konfiqurasiyada, qonşu torpaq sahələrinə münasibətdə hansı sərhəd xəttində yerləşən torpaq sahəsi üzərində hüququn qeydə alınması aşkar olmalıdır. Başqa sözlə desək, şəxs alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi satın aldıqda, həmin müqavilə ilə yanaşı onun texniki göstəricilərini əks etdirən plan-ölçü sənədinin də təqdim edilməsi zəruridir və bu halda cavabdeh inzibati orqan faktiki istifadə vəziyyətinə uyğun olaraq deyil, məhz əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş texniki göstəricilərə uyğun olaraq yeni mülkiyyətçinin a dına texniki pasport (plan-ölçü sənədini) tərtib etmək öhdəliyi daşıyır.
19. İndiki halda isə məhkəmə araşdırması zamanı mütəxəssis rəyləri və onlara əlavə edilmiş sxemlərin, torpaq sahələrinə dair mövcud olan ilkin hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş texniki sənədlərin və hazırda iddiaçı və üçüncü şəxsin adına tərtib edilmiş texniki sənədlərin müqayisəli şəkildə tədqiq edilməsi nəticəsində iddiaçı və üçüncü şəxsə məxsus olan torpaq sahələrinin sərhəd cizgilərinin ilkin texniki sənədlərə uyğun olaraq işlənilməməsi və məhz faktiki istifadə vəziyyətinə uyğun olaraq işlənilməsi halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə cavabdeh inzibati orqan qonşu torpaq sahələrinə dair sonuncu mülkiyyətçilərin adına texniki pasportu əvvəlki mülkiyyətçilərin adına tərtib edilmiş texniki sə nədin məzmununa uyğun deyil, onların faktiki istifadə vəziyyətlərinə uyğun tərtib etdiyindən, onun hərəkətləri qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, indiki halda cavabdeh inzibati orqan, iddiaçı və üçüncü şəxsin adına texniki pasportun “torpaq sahəsinin planı” hissəsində əks olunmuş məlumatları ilkin texniki sənədlərə uyğun olaraq elektron kadastr məlumat bazasında düzgün işləmədiyindən, onun tərəfindən yol verilmiş həmin yanlışlığı düzəltmək öhdəliyi daşıyır.
20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun imtinasının və apellyasiya şikayətinin dəli lləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətin də bildiriş verilməlidir. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı i şə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafı nın və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti mümkündür. Şi kayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 3
1. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının tələbi həm onun, həm də üçüncü şəxsin adına tərtib olunmuş texniki pasportların “torpaq sahəsinin planı” hissəsində ilkin torpaqayırma sənədlərinin koordinatlarına, göstəricilərinə və yerləşmə cizgisinə uyğun düzəliş edilməsinə yönəlmişdir. İddiaçı tələbinin əsası kimi həm onun, həm üçüncü şəxsin texniki pasportlarının “torpaq sahəsinin planı” hissəsinin ilkin texniki sənədlərə müvafiq surətdə tərtib olunmadığına istinad edir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlü k, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Nəticə etibarı ilə, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsas ən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2025-ci il tarixli, 2-1(105)-84/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.