Məhkəmə qərarları › İş №2-1(102)-2169/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2169/2025

31.07.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2169/2025 31.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi ” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 2-1(107)-246/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli, 1(004)47/2016 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddianın tam təmin edilməsi və 459569,37 manat pulun X1 tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır.

2. Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edilərək, "xxxx" MMC-nin müvafiq borcunun ödənilməsini təmin etmək məqsədilə icra qurumunun rəhbəri kimi hazırkı İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması xahiş olunmuş, Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, e-2-2(113)-6246/2021 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş və "xxxx" MMC-nin 15 dekabr 2020-ci il tarixə dövlət büdcəsinə olan 120433,9 manat məbləğində vergi, Dövlət Sosial Müdafiə Fonduna 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək məqsədilə MMC-nin icra qurumunun rəhbəri, xx xxxxxxx 1977-ci ildə Ermənistan Respublikası, Quqark rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.

3. İddiaçı vəkili vasitəsilə cavabdeh Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etmiş, sonuncunun 2 fevral 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. Məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra adıçəkilən şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Qeyd olunanlar Vergi Məcəlləsinin 1.4-cü, 23.1.15-3-cü və 24.1.2-1-ci maddələri ilə tənzimlənir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun öl kədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin rəhbəri olduğu ona Bakı Kommersiya Məhkəməsində müvafiq mübahisə ilə bağlı məhkəmə bildirişini aldıqdan sonra məlum olmuşdur. Onun MMC-nin qanuni təmsilçisi olması X2 istəyi ilə olmuşdur. Sonuncu bu məqsədlə onun şəxsiyyət vəsiqəsinin surətini almış, lakin o, bu məsələyə ciddi yanaşmamış və bir müddət sonra bunu unutmuşdur. O, "xxxx" MMC-nin fəaliyyətində və idarə olunmasında iştirak etməmişdir. M.Ə.Məmmədcanovun faktiki rəhbəri olduğu bir neçə müəssisənin ümumilikdə 459569,37 manat, o cümlədən də "xxxx" MMC-nin 121767,87 manat vergi borcunu büdcədən yayındırdığı Yasamal Rayon Məhkəməsində baxılan cinayət işi üzrə i craatda sübuta yetirilmiş və 9 sentyabr 2016-cı il tarixli hökmlə büdcədən yayındırılmış həmin məbləğin M.Ə.Mmmədcanovdan tutulması qərara alınmışdır. Məhkəmə tərəfindən tam təmin edilmiş mülki iddia məbləğinin təqsirləndirilən şəxsdən alınmasının təmin edilməsi barədə tədbir görülməsi əvəzinə, onun (hazırkı iddiaçının) hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli qətnaməsi əsasında "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 120433,9 manat, DSMF-yə 62,50 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün MMC-nin icra qurumunun rəhbəri İddiaçı ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Sonradan İddiaçı İdarəyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 9 senty abr 2021-ci il tarixli hökmü ilə M.Ə.Məmmədcanovun Vergi Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinərək, qeyd olunan cinayəti törətdiyinə görə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğunu əsas gətirmiş və barəsində tətbiq edilmiş məhdudiyyətin götürülməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra onun götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Vergi orqanı vergi borcunun ödənilməsinin təmin edilmə üsulu kimi qanunla verilmiş hüququndan istifadə etməklə hüquqi şəxsin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmiş və məhkəmə ərizəni təmin etmişdir. Lakin hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu MMC tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyindən məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçı hazırda da hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən "xxxx" MMC-nin direktoru vəzifəsini icra edir. "xxxx" MMC üzrə 9 sentyabr 2016-cı il tarixli hökmlə M.Ə.Məmmədcanovun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinməsi heç də əsasların aradan qalxması demək deyildir. MMC-nin icra qurumunun rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmasında məqsəd MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması, yəni MMC-nin dövlət büdcəsinə olan borcunun ödənilməsi həmin şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsasların aradan qalxması anlamına gəlir. Lakin "xx xx" MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi, belə bir hal baş verməmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 25 dekabr 2024-cü il tarixli, 21(116)-3361/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik normaları hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını vergi orqanının müraciəti üzrə məhkəmə qətnaməsi əsasında mümkün saysa da, məhdudlaşdırma əsası aradan qalxdığı halda, onun götürülməsini vergi orqanının vəzifəsi kimi müəyyən edir. Hazırkı işin hallarına görə, "xxxx" MMC-nin faktiki rəhbəri kimi X1 qurumun 121767,87 manat borc məbləğinin tutulması Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli hökmü ilə qərara alındıqdan və həmin hökm qanuni qüvvəyə mindikdən 5 il sonra Bakı Kommersiya Məhkəməsində vergi orqanının həmin borcun ödənilməsini təmin etmək məqsədilə kommersiya hüquqi şəxslərinin dövlət reyestrində olan məlumatlara əsasən MMC-nin rəhbəri kimi qeyd olunan hazırkı İddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizəsi təmin edilmişdir. Göründüyü kimi, hazırkı İddiaçı "xxxx" MMC-nin rəhbəri kimi təqdim olunması formal xarakter daşıyır. Vergi Məcəlləsinin müvafiq normasının mahiyyəti baxımından, həmin MMC-nin rəhbəri kimi formal qeydiyyatda olan və müvafiq vergi və digər ödənişlərin ödənilməsindən yayınmada təqsiri olmayan şəxsin ölkədən getmək hüququna qoyulmuş məhdudiyyət, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə başqa şəxs bu öhdəliklərin yerinə yetirilməsindən yayınmağa görə məhkum olunduqda v ə həmin borcun sonuncudan mülki iddia qaydasında tutulması qərara alındıqda, götürülməlidir. Xüsusilə nəzərə alınmalıdır ki, cinayət prosessual qanunvericiliyə görə Cinayət Məcəlləsinin 213-cü maddəsi üzrə cinayət işinin istintaqı vergi orqanı tərəfindən aparılmış və hazırkı iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə müvafiq məhkəməyə ərizə vergi orqanı tərəfindən verilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə tətbiq olunmuş məhdudiyyətin götürülməsini təmin etməməkdə haqlı olmamışdır. Buna görə də məhkəmə iddiaçının tələbini əsaslı hesab edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiy ası məhkəməsində icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev/sədrlik edən və məruzəçi/, T.H.Həsənov və Ə.V.Cabbarova) 02 aprel 2025-ci il tarixli, 2-1(107)-246/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin əsasını iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri təşk il edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, d əyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

19. Məlumdur ki, vergi qanunvericiliyinə əsasən, vergi borclarının dövlət büdcəsinə ödənilməsi üçün müxtəlif üsullar nəzərdə tutulmuşdur. Bu üsullar həm vergi ödəyicilərinin borclarının könüllü şəkildə ödənilməsini təşviq edir, həm də məcburi icra mexanizmləri vasitəsilə bu vəsaitlərin toplanmasını təmin edir ki, onlardan biri də fiziki şəxslərin və ya hüquqi şəxslərin icra o rqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdır.

20. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi orqanı, fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

21. Bu tədbir, dövlətlərin vergi borclarının ödənilməsini təmin et mək və maliyyə intizamını gücləndirmək üçün istifadə etdiyi hüquqi vasitələrdən biridir.

22. Lakin nəzərə alınmalıdır ki, bu tədbirin tətbiqi şəxsin konstitusion hüquqlarından biri olan azadlıq hüququnun məhdudlaşmasına gətirib çıxarır. Odur ki, vergi orqanları yalnız real borcun mövcudluğu halında bu tədbirin tətbiqində maraqlı olmalıdır. Belə olduqda, həm dövlətin vergi maraqları qorunur, həm də vətəndaşın hərəkət azadlığının əsassız şəkildə pozulmasının qarşısı alınır. Əks hal isə, dövlətin maraqlarına xidmət etmir, əksinə, hüquqi dövlət prinsipinə, insan hüquqlarına, iqtisadi etibarlılığa və beynəlxalq öhdəliklərə zidd nəticələr doğurur.

23. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya tətbiq edilmiş məhdudiyyət tədbirinin əsasını təşkil edən borc, Vergi Məcəlləsinin 85.4-cü m addəsinə əsasən 05 illik tələbetmə müddəti keçmiş borcdur və Vergi Məcəlləsinin 93-cü maddəsinə əsasən ümidsiz borca çevrilmişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 9 sentyabr 2016-cı il tarixli, 1(004)-47/2016 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə təqsirli bilinmiş, 2 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, mülki iddianın tam təmin edilməsi və 459569,37 manat pulun X1 tutularaq dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır (o cümlədən də, "xxxx" MMC-nin 121.767,87 manat vergi borcuna görə şəxs təqsirli hesab edilmişdir). Beləli klə, borcun yaranma anından xeyli müddət keçmişdir.

24. Göründüyü kimi, cavabdeh inzibati orqan real olmayan - ümidsiz borcun dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün şəxsin ölkədən getmək hüququna məhdudiyyəti aradan qaldırmaqdan imtina edir ki, bu, hazırkı halda iddiaçının konstitusion hüququna əsassız müdaxilə hesab edilməlidir.

25. Odur ki, qeyd edilənlərə əsasən şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olan əsasların aradan qalxmaması ilə bağlı cavabdehin dəlilləri təkzib olunur.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 aprel 2025-ci il tarixli, 21(107)-246/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar