Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-217/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (İş № 2-1(102)-217/2023) (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü; FİN: 35F3B9V) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-438/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Şirvan kolxozunda kolxozçu kimi 240 a/g norması müqabilində faktiki olaraq 1979-cu ildə 91 a/g; 1980-cı ildə isə 74 a/g işləmiş və əmək haqqı almış, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı şəhəri 71 nömrəli texniki peşə məktəbində təhsil almış, xx.xx.1981-ci il tarixd ə Əli Bayramlı «Cihazlar» Zavodunun Alət sexinə 2-ci dərəcəli çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə Sovet ordusuna getdiyinə görə işdən azad edilmiş, xx.xx.1983-cü ilədək hərbi hissədə xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən Əli Bayramlı « Cihazlar » Zavodunun Alət sexinə çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixdə SSRİ Əli Bayramlı “Cihazlar”, “Sənaye Avtomatikası və Telemexanika” zavodunun ləğv edilməsi ilə əlaqədar Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna köçürülərək işdən azad edilmiş, xx.xx.1988-ci il tarixdə Əli Bayramlı “Sənaye Avtomatikası və Telemexanika” zavoduna çilingər qismində işə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə Plasmas sexinə çilingər işinə köçürülmüş, xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1990-cı il tarixdə Əli Bayramlı “Araz” zavoduna Plasmas sexinə sazlayıcı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə “X13-Təmir Zavodu”na çilingər vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, xx.xx.1995-ci il tarixdə “Şirvanneft” NQÇİ-nin 3 saylı NQÇS-də Yeraltı Təmir üzrə operator vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə "xxxx" Müştərək Müəssisəsinin fəaliyyət zonasının genişləndirilməsi ilə əlaqədar olaraq köçürmə yolu ilə işdən azad edilmiş, xx.xx.1996-ci il tarixdə "xxxx" X5 Təmir üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1999-cu il tarixdə Əli Bayramlı bölgəsi üzrə Quyuların Əsaslı və Yeraltı təmir sexinə YAT-operatoru keçirilmiş, xx.xx.20 00-ci il tarixdə "xxxx" MM-in ləğvi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2000-ci il tarixdə Karasu Əməliyyat Şirkətinə Əsaslı və Yeraltı təmir sexinə YAT operatoru qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sahəsinə usta vəzifəsinə təyin edilmiş, xx.xx.2005-ci il tarixdə Quyuların Yeraltı təmirində nəzarətçi keçirilmiş, xx.xx.2009-cu il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların Əsaslı təmiri üzrə usta vəzifəsinə təyin edilmiş, xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2019-cu il tarixdə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə müəssisənin ləğvi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir.
2. İş materiallarında olan X10 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışdan görünür ki, Karasu Əməliyyat Şirkətində Quyuların Əsaslı və Yeraltı təmiri sexində Quyuların Əsaslı təmiri üzrə usta vəzifəsində işləmişdir. İddiaçının neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Karasu Əməliyyat Şirkətində Əsaslı və Yeraltı təmir sexində 5 dərəcəli YAT –operator (xx.xx.2000-xx.xx.2003), Quyuların Əsaslı və Yeraltı təmir şöbəsində usta (xx.xx.2003- xx.xx.2005), Quyuların Yeraltı təmiri şöbəsində nəzarətçi (xx.xx.2005-xx.xx.2009), Quyuların Əsaslı və Yeraltı təmir sexində quyuların yeraltı təmiri üzrə usta (xx.xx.2009-xx.xx.2016), Quyuların Əsaslı və Yeraltı təmir sexində Quyuların Əsaslı təmiri üzrə usta (xx.xx.2016-xx.xx.2019) vəzifələrində (cəmi 18 il 08 ay) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarına və «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na əsasən İddiaçı X1 4cü dərəcəli Yeraltı Təmir operatoru (xx.xx.1996-xx.xx.1999-cu illər) vəzifəsində işləmiş, ixtisası üzrə 5-ci dərəcə (xx.xx.2000- xx.xx.2000) verilmişdir (cəmi 04 il 10 ay). O, ümumi 23 il 06 ay imtiyazlı iş stajına malikdir (bənd
10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı – 10.2. Neft, qaz və qaz kondensatının hasilatı – a) fəhlələr: quyuların yeraltı təmiri üzrə operatorlar; b) rəhbərlər və mütəxəssislər: quyuların qazılması üzrə istehsalat proseslərində, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan ustalar və baş ustalar, buruqların ustaları və onların köməkçiləri). 3. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının xx.xx.2020-ci il tarixli 184/A/06 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışından görünür ki, iddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabin etinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10.2 bəndinin (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı - Neft, qaz və qaz kondensatının hasilatı) b) yarımbəndinin 3-cü şərtinə əsasən İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında güzəştli şərtlərlə 09 ay, 17 gün iş stajı var. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında Quyuların əsaslı və yeraltı təmiri sexində quyuların yeraltı təmiri üzrə usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2020- ci il tarixli 412/K-X nömrəli əmrlə xx.xx.2020-ci il tarixdən onunla bağlanmış müqaviləyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 4. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının x x.xx.2020-ci il tarixli 11 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr üzrə iş stajı haqqında” arayışından görünür ki, İddiaçı həqiqətən “Şirvanneft” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcə Yeraltı Təmir üzrə operator peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı Qərarının 10-cu bəndinin 10.02 yarımbəndinə əsasən (Neft, qaz və qaz kondensatının hasilatı) İddiaçı “Şirvanneft ” NQÇİ-də güzəştli şərtlərlə 06 ay, 28 gün iş stajı var. Belə ki, xx.xx.1995-ci il tarixli 106/k saylı əmrlə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixə kimi və “Şirvanneft ” NQÇİ-nin 3 saylı NQÇS-də 4-cü dərəcə Yeraltı Təmir üzrə operator peşəsində işləmişdir (06 ay, 28 gün; səh.67. Quyuların yeraltı təmiri üzrə operatorlar). İddiaçı 20/k-a saylı xx.xx.1996-cı il tarixli əmrlə xx.xx.1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmişdir.
5. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 100/02-312 saylı arayışında qeyd edilir: İddiaçı Əli Bayramlı «Cihazlar» zavodunun (hal-hazırda Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC- Qeyd: Əli Bayramlı «Cihazlar» zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin imzaladığı 1181 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanına əsasən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilərək onun yerində Müdafiə Sənayesi Nazirliyi yaranmışdır. Bundan sonra həmin tarixdə Əli Bayramlı «Cihazlar» zavodunun adı dəyişdirilərək "xxxx" MMC olmuş və Müdafiə Sənay esi Nazirliyinin balansına verilmişdir) xx.xx.1981- xx.xx.1981-ci il üzrə (Əmr №97/K) Metal emalı sexində 2-ci dərəcəli çilingər vəzifəsində işləmiş və daha sonra isə hərbi xidmətə göndərilmiş (Qeyd: Həmin dövr üzrə olan qanunvericiliyin tələbinə əsasən hərbi xidmət müddəti əmək stajına daxil idi), bu səbəbdən də 105/K nömrəli xx.xx.1981-ci il tarixli əmrlə işdən azad edilmiş, hərbi xidmətini başa vurduqdan sonra isə 13 saylı xx.xx.1984-cü il tarixli əmrlə əvvəlki işinə davam edərək, həmin sexə 3-cü dərəcəli çilingər peşəsi üzrə işə bərpa edilmişdir. İddiaçı xx.xx.1985- xx.xx.1988-ci il üzrə Metal emalı sexində 3-cü dərəcəli çilingər (Əmr № 258); xx.xx.1988- xx.xx.1989-cu il üzrə həmin sexdə 4-cü dərəcəli çilingər (Əmr № 183/K); xx.xx.1989- xx.xx.1990-cı il üzrə həmin sexdə 5-ci dərəcəli çilingər (Əmr № 514/K); xx.xx.1990- xx.xx.1990-cı il üzrə isə 4-cü dərəcəli çilingər (Əmr № 6) peşəsində işləmişdir. İddiaçı 101 nömrəli xx.xx.1990-cı il tarixli əmrə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. İddiaçı yenidən xx.xx.1993-cü il tarixdə müəssisəyə işə qəbul edilərək xx.xx.1993- xx.xx.1995-ci il tarixədək müəssisədə Metal emalı sexində 5-ci dərəcəli çilingər peşəsində işləmişdir (Əmr №371/K). İddiaçı 48 nömrəli xx.xx.1995-ci il tarixli əmrə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Arxiv sənədlərinə əsasən A.X11 Nazirliyinin "xxxx" MMC-də əmək stajı 10 il 04 ay 08 gündür və onun da tələb olunan 10 il 04 ay 08 günü güzəştli şərtlərlə pensiya hüququ verən iş stajıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarına əsasən İddi açı Müdafiə Sənayesi Nazirliyinin "xxxx" MMC-də 10 il 04 ay 08 gün güzəştli şərtlərlə əmək stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının XİV- metal emalı bölməsi: Metal emalı sexində təmirçi çilingər (2150100a18559) kodu ilə göstərilmişdir. İddiaçı işlədiyi müddət ərzində zərərli işə görə 12% miqdarında əlavə əmək haqqı ödənilmiş, əmək qanunvericiliyinin tələbinə uyğun olaraq əmək məzuniyyətinin üzərinə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilmiş və həmçinin tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri (respirator, xüsusi eynək və əlcək) ilə təmin edilmişdir. Bunlarla yanaşı zərərli işə görə süd və ona bərabər tutulan digər məhsullar verilmişdir.
6. İddiaçı ərizə ilə cava bdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh 11 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən (24 il 9 ay 7 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 5 ay 28 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 19 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona xx.xx.2020-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən təyin edilməsi və həmin tarixdən halhazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. Onun xx.xx.1980-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ümumi 40 il əmək stajı mövcuddur. xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajı olduğundan xx.xx.2020-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Onun işlədiyi vəzifələr Nazirlər Kabinet inin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı»nın XİV. Metal Emalı bölməsində, təmirçi çilingərlər (2150100a—18559) və Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsində, quyuların yeraltı təmiri üzrə operatorlar (2130200a—15870) vəzifələrinə uyğundur.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-3687/2021 nömrəli qərarı (hakim: X6) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət və işlədiyi dövr nəzərə alınmaqla, o, xx.xx.2006-cı il tarixədək 25 ildən az (24 il 9 ay 25 gün) ümumi sığorta stajına malikdir. Bu baxımdan onun 57 yaşının tamam olduğu tarixdən əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüşdür. (Ölüm haqqında şəhadətnamə AZ-İİ No 257416, Şirvan Şəhər Qeydiyyat şöbəsi xx.xx.2022) 19 aprel 2022-ci il tarixdə onun arvadı X3 (Nikah haqqında şəhadətnamə Əli-Bayramlı VVAQ İİİJQ No 404209 xx.xx.1984) prosessual hüquq varisi qismində işə cəlb olunmuşdur.
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2-1(103)-438/2022 nömrəli qərarı (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X9 və Oruczadə Aytən qızı) ilə Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixindən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş, həmin (xx.xx.2020) tarixdən onun vəfat etdiyi xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə pensiyanın hesablanıb, hüquq varisi (arvadı) X2 ödənilməsi v əzifəsi cavabdehə həvalə edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının 2006-cı ilə qədər ümumi iş stajı 25 il 2 ay 3 gün olmuşdur. İddiaçının metal emalı sahəsində həmin güzəştli stajı və onun neft hasilatı sahəsində oper quyuların əsaslı və yeraltı təmiri üzrə operator və usta vəzifəsi üzrə iş stajı toplandıqda, onun 2006-cı ilə qədər güzəştli iş stajı 12 il 6 aydan da artıq (14 il 11 ay 8 gün) təşkil edir. İddiaçının 57 yaşından yəni, xx.xx.2020-ci il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətində i şin halları, imtina məktubunun və iddia tələbinə etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən (24 il 9 ay 7 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (10 il 5 ay 28 gün) təşkil edir. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
19. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçının hüquqi varisi kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanun vericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı: Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi “21300000” kodu Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsi, a) fəhlələr, kod 2130200a— 15866: quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar; kod 2130200b —23187: “...quyuların yeraltı və əsaslı təmiri işlərində... ustalar”. XİV. “Metal emalı” bölməsi “2150100a-18559” kodu (“təmirçi çilingər”)
24. İnzibati Prosessual Məcəllə: a) Maddə
14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barəd ə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Hazırkı qərarın 21-23-cü bəndlərində göstərilən maddi hüquq normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-5-ci bəndlərində göstərilən faktiki hallara əsasən iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün həm ümumi (25 il) həm də xüsusi (12 il 6 ay) iş stajı mövcuddur.
31. Belə ki, cavabdeh iddiaçının ümumi iş stajını hesablayarkən onun 19791980-ci illərdə kolxozda işlədiyi müddəti nəzərə almamışdır. Şirvan kolxozunda kolxozçu kimi 240 a/g norması müqabilində faktiki olaraq 1979-cu ildə 91 a/g; 1980-cı ildə isə 74 a/g işləmiş və ə mək haqqı almışdır ki, həmin günləri də iş stajı müddətinə çevrilməsini apardıqda, onun həmin illər üzrə kolxozda işlədiyi müddət (91+74=165; 165*12/240=8.25.) 8 ay 7 gün olmuşdur. Beləliklə, iddiaçının 2006-cı ilə qədər ümumi iş stajı 25 il 2 ay 15 gün olmuşdur.
32. İddiaçının xüsusi iş stajı ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının metal emalı sahəsindəki stajı və neft hasilatı sahəsində oper quyuların əsaslı və yeraltı təmiri üzrə operator və usta vəzifəsi üzrə stajı toplandıqda, onun 2006-cı ilə qədər güzəştli iş stajı 12 il 6 aydan da artıq (13 il 25 gün) təşkil edir.
33. Beləliklə, iddiaçının tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını topladığı və bu baxımdan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apelyasiya məhkəm əsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.
34. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 24a bəndində göstərilən normanın tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin etmişdir.
35. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2022-ci il tarixli, 2 -1(103)-438/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.