Məhkəmə qərarları › İş №2-1(102)-2174/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2174/2020

09.12.2020
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2174/2020 09.12.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddət keçdiyinə görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Cavabdeh1 Firması) sərəncamın qismən etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)1473/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx xxxx 1995-ci il tarixli, 1700 №-li «İcarəyə götürülmüş qeyri yaşayış sahəsinin, istifadə olunmayan hissəsinin icarəyə ayrılması haqqında» sərəncamı ilə, Ə.Əlizadə küçəsi 5 №-li binada yerləşən «Zinət» X1 razılığı (xx.xx.1995-ci il tarixli, 121/ A №-li məktub), Cavabdeh1 firmasının xahişi nəzərə alınaraq, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-ci il tarixli qərarına əsasən «Zinət» Lombardlar Birliyinin icarəyə götürdüyü sahənin istifadə etmədiyi İ mərtəbədəki hissəsi Cavabdeh1 firmasına müvəqqəti ol araq (istifadəsiz sahəni yenidən ölçmək şərti ilə) icarəyə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında» xx.xx.1996-cı il tarixli, 97 №-li sərəncamı ilə Cavabdeh1 firmasının xahişini (8.12.95-ci il tarixli, 115 №-li məktub), «Zinət» Lombardlar Birliyi rəhbərliyinin 30.12.95-ci il tarixli, 175 №-li ayrılmış sahənin bir qismindən imtina məktubu və Səbail rayon İcra Hakimiyyətinin razılığı (15.12.95-ci il tarixli, 2165 №-li məktub) nəzərə alınaraq, Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın birinci mərtəbəsindəki 292 kv.m.-lik və zirzəmisində yerləşən 253 kv.m.-lik qeyri-yaşayış sahəsi adı çəkilən firmaya kommersiya fəaliyyətini genişləndirmək məqsədi ilə icarəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı MMC cavabdehlər Cavabdeh1 Firmasına, Cavabdeh2, Bakı şəhər İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra ixtisarla DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi yazılacaq) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 Firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamının «Zinət» Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın zirzəmisində yerləşən 253 kv.m-lik qeyri-yaşayış sahəsinin və birinci mərtəbəsindəki 292 kv.m-lik qeyri-yaşayış sahəsinin Cavabde h1 Firmasına icarəyə verilməsi hissəsində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlkaın dövlət reyestrindən Cavabdeh2 xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* saylı çıxarışın qeyri-yaşayış sahəsinin zirzəmi hissəsində «Zinət» Lombardlar Birliyinin, sonradan isə onun hüquqi varisi İddiaçı MMC-nin istifadəsində olmuş 253 kv.m qeyriyaşayış sahəsi hissəsində və həmin ünvanda İ mərtəbə hissəsində özəlləşdirilmiş 577 kv.m. qeyri-yaşayış sahəsinin «Zinət» Lombardlar Birliyinin, sonradan isə onun hüquqi varisi İddiaçı MMC-nin istifadəsində olmuş 292 kv.m. qeyri-yaşayış sahəsi hissəsində etibarsız hesab edilməsi, əvvəllər «Zinət» Lombardlar Birliyi tərəfindən istifadəsində olmuş və ünv an 2 ünvanda yerləşən binanın zirzəmi mərtəbə hissəsində 253 kv.m. sahənin və İ mərtəbə hissəsində 292 kv.m. sahənin «Zinət» Lombardlar Birliyinin, sonradan onun hüquqi varisi İddiaçı Firması və sonuncunun da hüquqi varisi olan İddiaçı MMC-nin istifadəsində olmuş sahə hesab edilməklə onunla icarə müqaviləsi bağlanması vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin üzərində qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının nümayəndəsi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyətinin cavabdeh qismində, Cavabdeh1 firmasının isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli sərəncamının və Bakı şəhər İcra Hakimiyyəti Başçısının Cavabdeh1 firmasına qeyri-yaşayış sahəsinin ayrılması haqqında xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamının «Zinət» Lombardlar Birliyi tərəfindən istifadə olunmayan Əlizadə küçəsi, 5 saylı binanın zirzəmisində yerləşən 253 kvm.-lik qeyri-yaşayış sahəsinin və birinci mərtəbəsindəki 292 kvm.-lik qeyri-yaşayış sahəsinin Cavabdeh1 firmasına icarəyə verilməsi hissəsində əsassız və qanunsuz olduğundan ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanda lombard fəaliyyətini həyata keçirən İddiaçı MMC 1905-ci ildən «Lombard» fəaliyyəti həyata keçirməklə müxtəlif adlar adı altında hüquqi-təşkilat formasından asılı olmayaraq biri-digər inin bazasında yaradılmaqla fəaliyyət göstərmiş «Zinət» Lombardlar Birliyinin bazasında yaradılmış və onun hüquqi varisi olan İddiaçı firmasının bazasında yaradılmaqla onun hüquqi varisi olmuşdur. Azərbaycan SSR-nin «Əhaliyə Məişət Xidməti» Nazirliyinin «Zinət» Lombardlar Birliyinin istifadəsində olan sahənin Bakı şəhəri, 26 Bakı Komissarları adına rayon XDS İcraiyyə Komitəsinin 7 saylı Mənzil İstismar Kontorunun rəisi ilə razılaşdırılmış «Texniki pasportu»nda ünvan 4 ünvanındakı 3 mərtəbə və zirzəmidən ibarət olan binanın Birliyin istifadəsində olduğu göstərilmişdir. Tərəflərindən 1989-cu ildə mübahisəli binada təmir aparılmışdır. «Zinət» Lombardlar Birliyi qanuna uyğun olaraq yerləşdiyi binanın icarəsi ilə bağlı Səbail rayon Mənzil Təsərrüfat İdarəsi ilə xx.xx.1994-cü il tarixdə «Qeyri-y aşayış sahələrinin icarəsi» üçün 147 saylı müqavilə bağlamışdır. Həmin icarə müqaviləsinə əsasən Ə.Əlizadə küçəsi 5 nömrəli binanın yerüstü sahə 910,4 kv.m., zirzəmi və yarımzirzəmi kimi isə 253 kv.m., ümumilikdə isə, ümumi sahəsi 1163,4 kv. m. olan qeyriyaşayış sahəsi istifadələrində olmuşdur. Bakı şəhər İH Başçısının xx xxx 1995-ci il tarixli, 538 nömrəli sərəncamında göstərilmişdir ki, Cavabdeh1 firmasının xahişi (24 № li, xx.xx.1995-ci il tarixli məktub) və «Sain Ticarət Evi»nin razılığı (05 № li, xx.xx.1995-ci il tarixli məktub) nəzərə alınaraq Əbdülkərim Əlizadə küçəsi, 5 № li binanın birinci mərtəbəsindəki 527 kv.m.-lik qeyri-yaşayış sahəsi kommersiya fəaliyyəti üçün Cavabdeh1 firmasına icarəyə verilsin». Sərəncamın 2-ci bəndi ilə Cavabdeh1 firmasına həmin ərazidə daşıyıcı elementlə rə xələl gətirilməsi və başqa yenidən qurma işlərinin aparılması qadağan edilmiş icarə haqqında müqavilə bağlanması isə Səbail rayon Mənzil Təsərrüfatı İdarəsinə tapşırılmışdır. Lakin həmin sərəncamda göstərilən 527 kv.m. qeyri-yaşayış sahəsinin bir hissəsi «Zinət» Lombardlar Birliyinin icarəsində olduğundan sərəncamın icra edilməsi mümkün olmamışdır. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli «İcarəyə götürülmüş qeyri-yaşayış sahəsinin istifadə olunmayan hissəsinin icarəyə ayrılması haqqında» sərəncamının 1-ci bəndində göstərilmişdir ki, «Ə.Əlizadə küçəsi 5 № li binada yerləşən «Zinət» X1 razılığı (xx.xx.1995-ci il tarixli, 121 A № li məktub) Cavabdeh1 firmasının xahişi nəzərə alınsın, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1994-cii il tarixli qərarına əsasən, «Zinət» Lombardlar Birliyinin icarəyə götürdüyü, istifadə etmədiyi İ mərtəbədəki hissəsi, Cavabdeh1 firmasına müvəqqəti olaraq (istifadəsiz sahəni yenidən ölçmək şərti ilə) icarəyə verilsin». Həmin sərəncamın əsası kimi göstərilmiş «Zinət» X1 xx.xx.1995-ci il tarixli, 121A №-li razılıq məktubu Birlik tərəfindən verilməmiş və belə bir məktub da işdə yoxdur və Bakı şəhər İcra Hakimiyyətinə verilməmişdir. Bundan başqa Bakı şəhər İcra Hakimiyyəti başçısının xx xxx 1995-ci il tarixli, 538 nömrəli və xx xxxx 1995-ci il tarixli, 1700 nömrəli sərəncamlarından göründüyü kimi «Sain Ticarət Evi» və «Zinət» Lombardlar Birliyinin məktublarına əsasən ünvan 2 ünvanda icarəyə götürdükləri binanın yalnız İ mərtəbəsində istifadə etmədikləri 527 kv.m. qeyri-yaşayış sahəsi yenidən ölçülmək şə rti ilə Cavabdeh1 firmasına müvəqqəti olaraq icarəyə verilmişdir. 2018-ci ilin əvvəlinə kimi binanın zirzəmi mərtəbəsi və 2-ci mərtəbəsi onların istifadəsində olmuşdur. 2018-ci ilin təxminən may ayında onlara məlum olmuşdur ki, Cavabdeh2 nəinki Cavabdeh1 firmasına Ə.Əlizadə küçəsi, 5 ünvanda 1-ci mərtəbədə müvəqqəti icarəyə verilməsinə razılıq verdikləri sahəni, həmçinin uzun illər Birlik tərəfindən anbar kimi istifadə edilmiş zirzəminin 253 kv.m. hissəsini öz adına tam payla özəlləşdirməklə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin İ mərtəbəsinə və zirzəmisinin onların istifadəsində olmuş 253 kv.m. hissəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən RX seriyalı ******* saylı çıxarış almışdır. Bakı şəhər İ cra Hakimiyyəti Başçısının xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamında istinad edilən «Zinət» Lombardlar Birliyi rəhbərliyinin «ayrılmış sahənin bir qismindən imtina edilməsinə dair» 30.12.95-ci il tarixli, 175 № li məktubu «Zinət» Lombardlar Birliyi rəhbərliyi tərəfindən imzalanmamış və verilməmiş və belə bir məktubun olmasından məlumatları olmamışdır və belə bir məktub da işdə yoxdur. Belə bir məktubun isə olmaması xx xxxxxx 1996-cı il tarixli, 97 saylı sərəncamın əsası olmadığını və bu səbəbdən də qanunsuz olduğundan ləğv edilməli olmasını sübut edir. Bakı şəhəri, Səbail rayonu, Əbdülkərim Əlizadə küçəsi 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 verilmiş RX seriyalı ******* saylı çıxarışdan görü ndüyü kimi onun tərəfindən qeyd edilən ünvanda tam payla 1275,4 kv.m. qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən özəlləşdirilməsi göstərilsə də həmin çıxarışa əlavə edilmiş və özəlləşdirilən obyektin xx.xx.2018-ci il tarixə olan vəziyyətinə əsasən tərtib edilmiş texniki pasportdan göründüyü kimi cavabdeh tərəfindən özəlləşdirilmiş hissədə yerləşən İ mərtəbənin əsas sahəsi 577 kv.m., həmin mərtəbədə köməkçi sahə kimi 312,6 kv.m., İ mərtəbənin antresol hissəsində 351,6 kv.m. və zirzəmi hissəsində isə 385,8 kv.m. olmaqla 1627,0 kv.m. sahə vardır ki, bundan da 351,6 kv.m. çıxarışda göstərildiyindən artıqdır və bu artıq sahədən də 132,8 kv.m. sahəvi (zirzəmi mərtəbəsindədir) Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və deməli onun həmin sahəyə də h üququ yoxdur.

6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-2584/2020 nömrəli qərardadı ilə (hakim Ş.Həsənova) iddia mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür.

8. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1473/2020 nömrəli qərardadı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və Z.Şirinov) Bakı İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 12.1. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı 2020-ci ilin fevral ayına kimi xx.xx.1996-cı il tarixli, 97 nömrəli sərəncamın əsası kimi məhz özünün adından verilmiş kimi göstərilən məktubun götürülməsini bilmədiyindən onun həmin sərəncamdan şikayət müddəti ötürülməmişdir. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti iddiaçıya verdiyi cavabda xx.xx.1996-cı il tarixli, 97 nömrəli sərəncamın əsası kimi göstərilmiş xx.xx.1995-ci il tarixli, 175 nömrəli məktubun “saxlanmadığını”, sərəncamın ləğvi üçün d ə məhkəməyə müraciət etmək hüququ olması barədə cavab vermisdir. 12.2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası öz qərardadında xx.xx.1995-ci il tarixli, 175 nömrəli məktubun olmamasını formal fakt kimi qiymətləndirərək, “Zinət” X1 Birliyin istifadəsində olan və həmin dövrdə binanın 1-ci mərtəbəsində yerləşməklə istifadə edilməyən sahənin 25 illiyə Cavabdeh1 firmasına müvəqqəti istifadəyə verilməsinə dair xx.xx.1995-ci il tarixli 121 “A” nömrəli razılıq məktubunu Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 97 nömrəli sərəncamının əsası kimi qiymətləndirmişdir. 12.3. Lakin bu zaman məhkəmə nəzərə almamışdır ki, “Zinət” X1 xx.xx.1995-ci il tarixli 121 “A” nömrəli razılıq məktubu Ə.Əlizadə küçəsi, 5 ünvanda yerləşən binanın birinci mərtəbəsinin 25 illiyə müvəqqəti icarə yə verilməsini nəzərdə tutur və bu məktubda binanın zirzəmisindən imtina barədə heç bir qeyd, razılıq məktubu yoxdur. 12.4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 12.5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1-ci maddəsində isə göstərilir ki, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 12.6. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1996-cı il tarixli, 97 nömrəli sərəncamı “Zinət” Lombardlar Birliyinin mənafeyinə toxunduğ undan cərəncamm surəti ona təqdim edilməli idi. 12.7. Mübahisələndirilən sərəncam qəbul edildiyi vaxt “Zinət” Lombardlar Birliyinə təqdim edilməmiş, ona məlumat da verməmişdir. 12.8. Göstərilənlər Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli, 97 nömrəli sərəncamının tamamilə əsassız və qanunsuz olduğunu, iddiaçının da şikayət üçün iddia müddətini ötürmədiyini, tam sübut edir. 12.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarına əsasən apellyasiya unstansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Bu Qərarın tələbləri baxımından apelyasiya instansiyası məhkəməsinin iddiaçının müddəti ötürməsini qəbul etməsi əsassızdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları 13.1. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. 13.2. Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020-ci il tarixli məlumatında qeyd edilmişdir ki, Azərbaycan Respublikasında koronovirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 8 dekabr tarixli Qərarını habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq hakimlərin, məhkəmə aparatı işçilərinin və məhkəməyə müraciət edən şəxslərin sağlamlıq və təhlükəsizliyini qorumaq məqsədilə Azərbaycan Respublikasının məhkəmələrinə aşağıdakılar tövsiyə edilsin: Azərbaycan Respublikasının məhkəmələri üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək aşağıdakı təxirəsalınmaz qayda da baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın: (-)... Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin. 13.3 Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə icraatının tərəflərinə göndərilən məhkəmə bildirişlərində karantin rejiminin qaydalarına görə məhkəmə iclasının keçirilməsi mümkün olmadıqda işə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən yazılı icraat qaydasında baxılmasının mümkünlüyü, məhkəmə iclası başlananadək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədə n baxılmasının mümükünlüyünə dair mövqelərini yazılı (o cümlədən elektron üsulla) və ya şifahi qaydada (o cümlədən telefon rabitəsi vasitəsi ilə) məhkəməyə bildirmələri təklif olunmuş, təyin olunmuş tarixədək bu məsələyə dair hər hansı münasibət bildirilmədikdə, məhkəmə işə şifahi dinləmələr keçirilmədən baxılması üçün tərəflərin razılıqlarının mövcud olduğunu qəbul edəcəyi bildirilmişdir. 13.4. Proses iştirakçıları işə şifahi məhkəmə baxışında və ya şifahi dinləmələr keçirilmədən yazılı icraat qaydasında baxılmasına münasibət bildirməmişdir. 13.6. Odur ki, məhkəmə kollegiyası məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun: Maddə

73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.5. inzibati hüquq münasibətinin mövcud olma sına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır; Maddə

35. İddinın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət i nstansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şika yətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. 2000-ci ilin 1 sentyabr tarixədək qüvvədə olmuş 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

235. Məhkəmə tərəfindən baxılan, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər Məhkəmə aşağıdakı işlərə baxır:... 2) cərimə qoyulması ilı ilə əlaqədar in zibati orqanların hərəkətlərindən verilən şikayətlər üzrə işlərə; qanunla nəzərdə tutulan hallarda, vəzifəli şəxslərin qanunu pozmaqla, səlahiyyət həddini aşmaqla vətəndaşların hüquqlarını məhdudlaşdırılan hərəkətlərindən verilən şikayətlər üzrə işlərə. Maddə

240. Məhkəmə tərəfindən baxılan, inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkələrindən şikayətlər üzrə işlər. Məhkəmə, qanunla nəzərdə tutulan hallarla, inzibati qaydada cərimə qoymaq hüququ verilmiş inzibati orqanların və ya vəzifəli şəxslərin hərəkətlərindən vətəndaşların və vəzifəli şəxslərin şikayətlərinə bu fəsildə müəyyən edilən qaydada baxılır. Maddə

241. Vətəndaşlar və ya vəzifəli şəxslər inzibati qaydada cərimə qoyulması və alınması haqqında inzibati orqanların və ya vəzifəli şəxslərin qərarların təqdim edildiyi gündən on gün müddətində inzibati orqanların və ya vəzifəli şəxslərin müvafiq hərəkətlərindən öz yaşadıqları yerin məhkəməsinə şikayət verməyə haqlıdırlar.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarı. 8.6-cı bənd. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tə ləb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkəmə kollegiyası bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus ol an maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.

22. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl apar ılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

24. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

25. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.

26. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətl ərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

27. Baxılan işdə məhkəmələr iddia müddəti ötürüldüyünə görə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

28. İlk növbədə nəzərə alınmalıdır ki, inzibati orqanın mübahisələndirilən sərəncamları 1995 və 1996-cı illərdə verilmişdir. 29. 2000-ci ilin 1 sentyabr tarixədək inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları isə 1964-cü il 11 sentyabr tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası MPM-nin 22-ci fəslinin müddəları əsasında həll olunurdu.

30. Həmin normala r da inzibati orqanın qərar, hərəkət və hərəkətsizliyinin mübahisələndirilməsini müddətlə məhdudlaşdırırdı və bu müddət qərarın təqdim olunduğu gündən 10 gün təşkil edirdi.

31. İddiaçı israrla müddətin buraxılmadığını bildirir və mövqeyinı onunla izah edir ki, mübahisələndirilən sərəncamlar qəbul edildiyi vaxt “Zinət” Lombardlar Birliyinə təqdim edilməmiş, ona məlumat da verilməmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yox lanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

33. Hazırki iş üzrə iddiaçının sözügedən sərəncamın ona təqdim olunmasını müəyyən etmək üçün 25 il əvvələ aid təqdimetmə sənədinin (məktubun, poçt göndərişi qəbzinin və ya təqdimetmə barədə tərtib olunmuş hər hansı sənədin) üzə çıxarılması vacibdir. İddiaçı özü bu barədə sübut təqdim etmir. İddiaçı tərəfin mövqeyinə uyğun olaraq, bu sübutun cavabdehdən tələb olunması üçünsə, cavabdehin bu sübutu 25 il saxlamağa vəzifəli olub-olmaması araşdırılmalıdır.

34. Cavabdeh isə bu cür vəzifə daşımır. Çünki Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının xx.xx.2016-cı il tarixli 3/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəriş”in 3.3-cü bəndinə əsasən, sənədlərin daimi mühafizə və məhv etmək üçün seçilməsi Azərbaycan Respublikasının müvafiq sahə üzrə qanunvericilikdə müəyyən olunmuş qaydalara uyğun aparılır. Siyahıda saxlanma müddəti «daimi» göstərilmiş sənədlər «Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlərdən sonra müvafiq dövlət arxivlərinə təhvil verilməlidir. Daimi saxlanma müddətli sənədlərin dövlət mühafizəsinə qanunla müəyyən olunmuş müddətdə təhvil verilməsinə idarə məsuliyyət daşıyır. Sənədlərin idarələrdə saxlanmasının son müddətləri «Milli arxiv fondu haqqında» Azərbaycan Respub likasının Qanunu ilə aşağıdakı kimi müəyyən edilmişdir:... 3.3.2. rayon və şəhər hakimiyyət orqanlarının sənədləri üçün — 5 il; 35. “Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi Siyahısı”nda da bu cür məktubların uzun müddət saxlanması barədə göstəriş yoxdur.

36. İddiaçının mübahisələndirilən sərəncamlardan “məlumatının olmaması” barədə dəlillə bağlı qeyd olunmalıdır ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona «məlum olan gündən» hesablanması qaydasını müəyyən etmişdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma xx xxxx 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır).

37. Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi inzibati orqanın mübahisələndirilən qərarları qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prposessual Məcəlləsi bu cur mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmamışdı.

38. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imka nlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

39. İddiaçının hüquqları olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin hüquqi rejimi ilə 20 ildən də çox müddətdə maraqlanmaması da ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir.

40. Apelyasiya instansiyası məhkəməsi həmçinin bildirmişdir ki, iddiaçı tərəfin özünün etiraf etdiyi kimi mübahisələndirilən sərəncam lar ona 2018-ci ilin may ayında rəsmi olaraq məlum olmuşdur (hazırki iş üzrə iddia ərizəsi və Səbail rayon məhkəməsinə təqdim edilmiş qarşılıqlı iddia ərizəsi) və iddianın 2020-ci ilin yanvar ayında qaldırılması nəzərə alınaraq belə qənaət əldə olunur ki, İddiaçı MMC qaldırılan «mübahisələndirmə haqqında» iddianı 1 (bir) ildən artıq vaxt ötürməklə irəli sürmüşdür.

41. Bundan başqa, apelyasiya instansiyası məhkəməsi bildirmişdir ki, İnzibatiProsessual Məcəllənin 24.4-cü maddəsində nəzərdə tutulan halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar) mövcudluğu ilə bağlı iddiaçı tərəf hazırki məhkəmə icraatında heç bir dəlil gətirməmiş və bununla əlaqədar məhkəmə İnzibati-Prosessual Məcəllənin 13cü maddəsi baxımdan buraxılmış prosessual müddətin bərpası ilə bağlı iddiaçı tərəfə yardım g östərilməsini məqsədə uyğun hesab etməmişdir. Bundan başqa, İnzibatiProsessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.

43. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli 21(103)-1473/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qəra

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar