Məhkəmə qərarları › İş №2-1(102)-2174/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2174/2023

27.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2174/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) 27.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2023-cü il tarixli, 2-1(106)-25/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə işləmiş, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. 11.05.2000-ci il tarixli, АЗЕ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işlədiyi qeyd edilmişdir. 3. "xxxx" ASC-nin əməkhaqqı cədvəllərinə əsasən, iddiaçı 2000-ci ilin avq ust, sentyabr və oktyabr aylarında müvafiq əməkhaqqı almışdır.

4. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

5. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasındakı onun xx.xx.1977-xx.xx.2000-ci illərdə "xxxx" ASC-də və xx.xx.2000-xx.xx.2002-ci illərdə "xxxx" ASC-də işləməsi barədə qeydlərə əsasən onun sosial sığorta stajının doğruluğu araşdırılmışdır. Araşdırma zamanı "xxxx" ASC-nin və "xxxx" ASC-nin əmr kitablarında iddiaçının işə daxil olması və işdən çıxması barədə məlumatlar qeyd olunmuşdur. Lakin müəssisənin 1990-2000-ci illərin əməkhaqqı cədvəllərinə baxış zamanı məlum oldu ki, iddiaçının adına 1 990-cı və xx.xx.1998xx.xx.2000-ci illərdə əməkhaqqı hesablanmamışdır. "xxxx" ASC-nin xx.xx.2000xx.xx.2002-cı illərin əməkhaqqı kitablarında iddiaçının adına yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əmək haqqı hesablanmışdır. xx.xx.2000-xx.xx.2002-ci illərin əməkhaqqı cədvəllərində onun əməkhaqqı alması barədə məlumat qeyd olunmamışdır. Bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hərbi xidmət müddətinin, həmçinin 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002 -ci il tarixədək "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1975-1977-ci illərdə hərbi xidmət keçmiş, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh işlədiyi müəssisələrin əmr kitablarında işə daxil olma və işdən çıxma barədə məlumatların qeyd olunduğunu, lakin 1998-2002-ci illərin əməkhaqqı kitabında əməkh aqqı alması barədə məlumatın olmadığını əsas gətirərək ona imtina cavabı vermişdir. Cavabdehin imtinasını qanunazidd hesab edir. Belə ki, sözügedən müəssisələrdə bəzi aylarda əməkhaqqı cədvəllərində adının yazılmaması, arxivdə hər hansı sənədin saxlanılmaması onun təqsiri deyildir. Həmçinin onun sözügedən müəssisələrdə işləməsi qanuni sənədlə, yəni əmək kitabçası ilə təsdiq olunur. O, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrdə ştatda olan işçi olmuşdur, hər gün işə gedib-gəlmiş, hər ay əmək haqqı almışdır. Onunla eyni dövrdə işləyən və işdə əmək kitabçalarının surətləri olan digər işçilər də onunla eyni qaydada işləmişdirlər. xx.xx.1993-cü il tarixdən o, icarə qaydasında işləməyə başlasa da, "xxxx" ASC-nin işçisi idi. Həmin dövrdə aylıq qazancından m üəssisəyə icarə haqqını ödəyirdi, həmin məbləğdən də vergi və dövlətə aid digər ödənişlər edilirdi. xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrdə əməkhaqqı kitablarında müəyyən aylarda ona əmək haqqının yazılmaması onun həmin aylarda işləməməsi demək deyildir. Müəyyən aylarda ona əməkhaqqının yazılmaması onun məzuniyyətdə olması və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürməsi və yaxud ezamiyyətdən gec qayıtdığı üçün əməkhaqqının ona növbəti ayda yazılması ilə əlaqədar ola bilər. xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə isə bəzən müəyyən edilmiş aylıq ödənişi gecikdirmiş, sonradan bir neçə ayın ödənişini birdən etmişdir. Bu səbəbdən həmin dövr üzrə əməkhaqqı cədvəlində bəzi aylarda adına ödəniş var, bəzi aylarda ödəniş yoxdur, həmçinin aylar üzrə ödənişlərin məbləğləri də fərqlidir. Həmçinin əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu qeyd edilsə də, o, "xxxx" ASC-də işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başlamışdır. İş materiallarında olan "xxxx" ASC-nin məktubunda cəmi 3 ay "xxxx" ASC-də işlədiyi qeyd edilsə də, o, həmin müəssisədə xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işləmiş və əməkhaqqı almışdır. Cavabdehin etirazları:

8. Cavabdehin etirazında qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASC-nin əməkhaqqı kitablarında 1990-cı ildə və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə ona əməkhaqqı hesablanmamışdır. Həmçinin iddiaçının əmək kitabçasına əsasən xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASCnin əmək haqqı kitablarında ona yalnız 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında əməkhaqqı hesablanmışdır. Belə olan halda da, iddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şirvan İnzibati Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 2-1(120)-632/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işəmuzd olaraq işə qəbul edildiyi "xx xx" ASC üzrə əməkhaqqı cədvəllərinə nəzər yetirildikdə 1977-ci, 1999-cu, 2000-ci illərdə, həmçinin 1978-ci ilin sentyabr, 1979-cu ilin yanvar, 1984-cü ilin dekabr, 1987-ci ilin yanvar, 1988-ci ilin mart, may, avqust, 1990-cı ilin iyul, oktyabr, 1991-ci ilin yanvar, fevral, mart, sentyabr, noyabr, 1992-ci ilin fevral, sentyabr, oktyabr, dekabr, 1993-cü ilin fevral, mart, aprel, avqust, sentyabr, dekabr, 1994cü ilin yanvar-iyun, 1995-ci ilin yanvar, iyun, sentyabr, noyabr, 1996-1997-ci illərin aprel, iyun, iyul, noyabr, 1998-ci ilin fevral, aprel-dekabr aylarında iddiaçıya əməkhaqqı hesablanmadığı müəyyən edilmişdir. Həmçinin "xxxx" ASC-nin əmr kitabında isə iddiaçının yalnız 2000-ci ilin avqust, sentyabr, oktyabr aylarında əməkhaqqı aldığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının ona yaş a görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən sonrakı dövrdə sosial siğorta stajı və pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasın ı tələb etməkdə haqlı deyildir.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2023-cü il tarixli, 2-1(106)-25/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu, 1972-1974-cü illərdə İmişli rayon “Telman” adına kolxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında "xxxx" ASC-də işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, o cümlədən birinci instansiya məhkəməsinin iddiaçının "xxxx" ASC-də iş stajının müəyyən edilməsinə münasibətdəki mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının işəmuzd olaraq "xxxx" ASC-yə işə qəbul olunması, həmçinin xx.xx.1993-cü il tarixdən onun sözügedən müəssisənin işçisi olaraq icarə üsulu ilə işləməsi onun həmin müəssisədə adına əməkhaqqı yazılmadığı aylarda işləmədiyi anlamına gələ bilməz. Belə ki, əmək qanunvericiliyi işçinin əməyinin vaxtamuzd, işəmuzd və ya əməyin ödənilməsinin digər sistemləri ilə ödənilə bildiyini təsbit edir. İşçinin əməyin in bu və ya digər formada ödənilməsi onun müəyyən dövr ərzində əmək fəaliyyəti ilə məşğul olması faktını dəyişdirmir, əksinə bu faktı təsdiq edir. Şəxsə əmək pensiyası təyin edilərkən isə nəzərə alınan və onun sosial sığorta stajına hesablanan əməyinin bu və ya digər formada ödənilməsindən asılı olmayaraq onun əmək fəaliyyətində olduğu müəyyən dövrdür.

14. İddiaçı müvafiq əmrlə xx.xx.1977-ci il tarixdə sözügedən müəssisədə işə qəbul edilmiş və müvafiq əmrlə də xx.xx.2000-ci il tarixdə həmin müəssisədə işdən azad edilmişdir. İddiaçı da xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını, müəyyən aylarda ona əmək haqqının yazılmamasının onun məzuniyyətdə olması və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürməsi və yaxud ezamiyyətdən gec qayıtdığı üçün əmək haqqının ona növbəti ayda yazılması ilə əlaqədar ola biləcəyini, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə isə bəzən müəyyən edilmiş aylıq ödənişi gecikdirib sonradan bir neçə ayın ödənişini birdən etdiyindən həmin dövr üzrə əmək haqqı cədvəlində bəzi aylarda adına ödənişin olduğunu, bəzi aylarda ödənişin olmadığını, həmçinin aylar üzrə ödənişlərin məbləğlərinin fərqli olduğunu qeyd edir. İddiaçının qeyd etdiklərini məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş sözügedən müəssisənin rəhbərinin ifadəsi də təsdiq edir. Bunun əksinə dair, yəni iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işləməməsinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdi r.

15. Həmçinin iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarında iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövr ərzində əmək intizamını pozmasına görə müxtəlif vaxtlarda ona intizam tənbeh tədbirlərinin tətbiq edildiyi qeyd edilmişdir. Qeyd edilən müxtəlif vaxtlarda iddiaçıya intizam tənbeh tədbirlərinin tətbiq edilmiş olması, onun həmin müəssisədə işləmədiyini deyil, əksinə həmin müəssisənin işçisi kimi işləmiş olduğunu təsdiq edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (22 il 4 ay 25 gün) "xxxx" ASC-də işlədiyi iş stajı ona sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

16. İddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu, xx.xx.2000-ci il tarixdə isə "xxxx" ASC-də işdən azad edildiyi qeyd edilmişdir. İddiaçı isə izahatında bildirmişdir ki, əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu qeyd edilsə də, o, "xxxx" ASCdə işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başlamışdır. Ziddiyyət olduğundan məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrə münasibətdə onun əmək kitabçasındakı müvafiq qeydi mötəbər hesab etmir. Məhkəmə araşdırması zamanı isə "xxxx" ASC tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 18 nömrəli məktubla, həmçinin şahid qis mində dindirilmiş sözügedən müəssisənin həmin dövrdəki baş mühasibinin müavininin ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı 2000-ci ildə həmin müəssisəyə aid yük avtomobilinin sürücüsü kimi işə qəbul olunmuş, üç ay işlədikdən sonra işə çıxmamış, eyni zamanda, həmin müəssisə də 2000-2002-ci illərdə zəif şəkildə fəaliyyət göstərmiş, daimi fəaliyyəti olmamışdır. Belə olan halda, 2000-ci ilin avqust, sentyabr və oktyabr ayları (3 ay) istisna olmaqla iddiaçının "xxxx" ASC-də işləmiş olması sübuta yetmir. Bunun əksinə dair də iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

17. Beləliklə, məhkəmə araşdırması nəticəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 8 gün) hərbi xidmətdə olduğu, müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetir ilməklə 1972-1974-cü illərdə (3 il) İmişli rayon “Telman” adına kolxozda, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (22 il 4 ay 25 gün) "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında (3 ay) "xxxx" ASC-də işlədiyi iş stajı nəzərə alınmaqla, iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajı olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun imtina məktubunda və iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. Kassasiy a şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASCdə işə qəbul olunduğu qeyd edilmiş, iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında "xxxx" ASC-də işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başladığını bildirmişdir. Qeyd edilən ziddiyyətlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası m əhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜ MKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının tam ləğv edilməsi tələb olunsa da, iddia qismən təmin edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı iddianın təmin edilən hissəsinə münasibətdə yoxlanılacaqdır. Belə ki, iddianın rədd edilən hissəsində qərar cavabdehin mənafeyinə toxunmur, həmin hissədə qərarla onun üzərinə hər hansı öhdəlik qoyulmur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da dü zgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Cavabdehin kassasiya şikayətində də təkrarlanan dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasına əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyini iddia etdiyi "xxxx" ASC-nin əməkhaqqı kitablarında 1990-cı ildə və xx.xx.1998-ci il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə ona əmək haqqı hesablanmamışdır. Belə olan halda da, iddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir.

29. İş materiallarının ətraflı araşdırılması nəticəsində apellyas iya instansiyası məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı müvafiq əmrlə xx.xx.1977-ci il tarixdə sözügedən müəssisədə işə qəbul edilmiş və müvafiq əmrlə də xx.xx.2000-ci il tarixdə həmin müəssisədə işdən azad edilmişdir. İddiaçı da xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işlədiyini və əmək haqqı aldığını, müəyyən aylarda ona əmək haqqının yazılmamasının onun məzuniyyətdə olması və ya məzuniyyətdə olmadığı bir neçə ilin məzuniyyətini birlikdə götürməsi və yaxud ezamiyyətdən gec qayıtdığı üçün əmək haqqının ona növbəti ayda yazılması ilə əlaqədar ola biləcəyini, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək olan dövrdə isə bəzən müəyyən edilmiş aylıq ödənişi gecikdirib sonradan bir neçə ayın ödənişini birdən etdiyindən həmin dövr üzrə əmək haqqı cədvəlində bəzi aylarda adına ödənişin olduğunu, bəzi aylarda ödənişin olmadığını, həmçinin aylar üzrə ödənişlərin məbləğlərinin fərqli olduğunu qeyd edir. İddiaçının qeyd etdiklərini məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş sözügedən müəssisənin rəhbərinin ifadəsi də təsdiq edir. Bunun əksinə dair, yəni iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək sözügedən müəssisədə işləməməsinə dair də cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə araşdırması nəticəsində düzgün olaraq xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 1 ay 8 gün) hərbi xidmətdə olduğu, müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə 1972-1974-cü illərdə (3 il) İmiş li rayon “Telman” adına kolxozda, həmçinin xx.xx.1977-ci il tarixdən xx.xx.2000-ci il tarixədək (22 il 4 ay 25 gün) "xxxx" ASC-də və 2000-ci ilin avqust, sentyabr və oktyabr aylarında (3 ay) "xxxx" ASC-də işlədiyi iş stajı nəzərə alınmaqla, iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajı olduğu müəyyən edilmişdir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

31. Cavabdeh kassasiya şikayətində, həmçinin qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdə "xxxx" ASC-də işə qəbul olunduğu qeyd edilmiş, iddiaçı isə məhkəmə iclasında verdiyi izahatında "xxxx" ASC-də işdən azad olunduqdan, yəni xx.xx.2000-ci il tarixdən sonra "xxxx" ASC-də işə başladığını bildirmişdir. Qeyd edilən ziddiyyətlərə baxmayaraq, apellyasiya instans iyası məhkəməsi iddia tələbini təmin etmişdir.

32. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2000-ci ildə işlədiyi müddət nəzərə alınmasa belə, o, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malikdir.

33. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, şikayətin təmin olunması üçün əsaslar yoxdur.

34. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 may 2023-cü il tarixli, 21(106)-25/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar