Məhkəmə qərarları › İş №2-1(102)-2174/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2174/2025

19.11.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2174/2025 19.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Abdullayeva (Muradlı) Elyanə Məzayir qızı və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: subyektiv hüquq; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu, kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Məmmədli Bəhram Məmməd oğlun dan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, Abdullayeva (Muradlı) Elyanə Məzayir qızı və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşı "Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X1 və X5, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, da şınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(107)-193/2025 nömrəli qərardadından İddiaçı6 tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X1 və X5, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatal a Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

2. Bundan sonra birgə iddiaçılardan biri - İddiaçı1 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X3 aid hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)-926/2023 nömrəli qərarı ilə (hakim X16) iddia təmin edilməmişdir.

4. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

5. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X19 /məruzəçi/, X20 və X12) 26 iyul 2023-cü il tarixli, 2-1(107)-347/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(116)926/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. İddiaçı1 həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)152/2024 saylı, 25 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X9 və X21) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2- 1(107)347/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X22 (məruzəçi), X23 və X24) 25 iyul 2024-cü il tarixli, 2-1(107)-424/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 13 mart 2 023-cü il tarixli 2- 1(116)-926/2023 nömrəli qərarı ləğv edilmiş, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır.

9. Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(116)-2934/2024 nömrəli qərardadı ilə (hakim X17) iddia mümkün sayılmamışdır.

10. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbi cavabdehin JN-915B saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə əsasında ilkin qeydiyyatına münasibətdə müddət baxımından, habelə birgə iddiaçıların subyektiv hüququnun mövcud olmaması səbəbindən mümkünlük şərtlərinə cavab vermir.

11. İddiaçılar apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X18 (məruzəçi) X25 v ə X6) 05 mart 2025-ci il tarixli, 2-1(107)-193/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 2-1(116)2934/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. İddiaçı6 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadın dakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

15. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılma lıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

16. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiym ətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, 2-1(102)-875/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-906/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-926/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102 )-977/2022 saylı, xx.xx.2022-ci il tarixli nömrəli qərarlarda) aşkar və birmənalı şəkildə qeyd edilmişdir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsi n hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olma yaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

18. Qeyd edilən hallarla bağlı məhkəmə kollegiyası ən əvvəl iddia müddəti ilə bağlı məsələyə qiymət verilməsini məqsədə müvafiq hesab edir.

19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçılar ilkin olaraq Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X1 və X5 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatı mübahisələndirmişlər. İddia edilən 0,32 ha torpaq sahəsi Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı ilə JN-915B saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X7, X10 və İddiaçı7 ümumi birgə mülkiyyətinə verilmişdir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar xx.xx.2003-cü il tarixdə verilmiş şəhadətnaməni mübahisələndirməklə iddia müddətin ötürmüşlər. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan q aldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”

21. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasını n İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 22. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

23. Hazırkı iş üzrə mübahisə predmeti qismində yuxarıda da qeyd edildiyi kimi Zaqatala RAİK-in xx.xx.2003-cü il tarixli qərarı ilə verilmiş şəhadətnamənin ləğvi çıxış etmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-1713/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2153/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-1149/2023, xx.xx.2023-cü il tarixli, 2-1(102)-887/2023 nömrəli qərarı və.s).

25. Bundan əlavə məhkəmələr iddia tələbini mümkün saymayarkən iddiaçının subyektiv hüququnun olmamasına istinad etmişdlər. Apellyasiya instansiya məh kəməsi subyektiv hüquqla əlaqədar olaraq bildirmişdir ki, Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X7 və X8 məxsus hissəsi üzərində X2 qanun üzrə vərəsəlik huququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X7 və X8 məxsus miras əmlaka dair üçüncü şəxs İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 i yul 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Şəhadətnamələr əsasında X1, X5, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018-ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir. Beləliklə, cavabdeh inzibati orqanın aparmış olduğu qeydiyyat qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında aparılmışdır. Belə olan halda iddiaçıların hazırkı iddianı vermək üçün subye ktiv hüquqları yaranmış olmur.

26. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış vahid məhkəmə təcrübəsi onu göstərir ki, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı vəziyyətdə isə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində hüquq və mənafelərinin po zulması halını sübut edə bilməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin ) mövcudluğu da müəyyən olunmur.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 21(107)-193/2025 nömrəli qərardadından İddiaçı6 tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar