Məhkəmə qərarları › İş №2-1(102)-2175/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2175/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2175/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, icra məmurunun hərəkətlərindən (qəbul etdiyi qərardan) şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İda rəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxs X6) qarşı “çıxarışın ləğv edilməsi və sair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 2-1(103)-1813/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a)birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa olunması və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və X10 Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətlərinin qanunsuz hesab edi lməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Belə ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olan 0,2799 ha torpaq sahəsində yerləşən 92“a” nömrəli binanın zirzəmisindəki 18 kv.metr ümumi sahədən ibarət olan qeyri-yaşayış sahəsi (6 saylı qarajı) xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X3 adına verilmişdir. Həmin qaraj iddiaçının xüsusi mülkiyyətində olmuşdur. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən qəbul e dilmiş xx.xx.2013-cü il tarixli qərara əsasən bu qaraj qanunsuz olaraq borc tələbi əvəzinə tələbkara (X5) verilmişdir. X9 tərəfindən “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2012-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(102)-1480 nömrəli icra vərəqəsinə əsasən icra məmurunun tələb etdiyi 2000 (iki min) manat pul olmuşdur. İddiaçı göstərilən pulu tam şəkildə Nəsimi rayon İcra Şöbəsinin hesabına 2012-ci ilin oktyabr ayında ödəmişdir. Belə ki, iddiaçı “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2012-ci il tarixli qərarın dayandırılması və icra məmurunun qanunsuz hərəkətləri barədə Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Məhkəmədə iddiaçının ərizəsi təmin edilmişdir. Nəsimi Rayon Məhk əməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1875/2012 nömrəli qərardadı icra edilmək üçün Nəsimi rayon İcra Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra Şöbəsinin icra məmuru - rəis əvəzi İlham Həsənov "xxxx" MMC-yə xx/xx-2615/3 nömrəli, xx.xx.2012ci il tarixli məktub və ona əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 2(006)-1875/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qərardadını göndərərək,sözügedən qarajın qiymətləndirilməsini və hərracı dərhal dayandırıb, nəticəsi barədə Nəsimi rayon İcra Şöbəsinə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Nəsimi rayon İcra Şöbəsinə 17 aprel 2012-ci il tarixli, 168 saylı məktub göndərmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(006)-1875/2012 nömrəli qərardadı ilə icra hərəkətlərinin dayandırılmasına baxmayaraq, icra sənədi üzrə icraatın təzələnməsinə dair qərar qəbul edilməmiş, həmin qərar barədə məlumatlandırılmamış, həmin qərarın mövcudluğu və həmin qərardan şikayət vermək hüququ gözlənilmədən, 22 may 2013-cü il tarixli qərarın 10 gün müddətini gözləmədən, iddiaçıya xəbər vermədən, iddiaçının razılıq ərizəsi olmadan, hərrac keçirilmədən və onun nəticələri barədə protokol olmadan, heç bir məhkəmə qərarı olmadan, Nəsimi rayon İcra Şöbəsinin adından (hazırda Nəsimi rayon İcra və Probasiya Şöbəsi) bir gündən sonra 23 may 2013-cu il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə məktub göndərilmiş, X3 adına 28 iyun 2013-cü il tarixli, RX Seriyalı ******* nömrəli Çıxarış verilmişdir. Qiymətləndirmə aktı olmamışdır, icra məmuru hərracın keçirilməsi barə də "xxxx" MMC-yə sifariş məktubu ilə müraciət etməmişdir. Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2012-ci il tarixli, 2(006)-1875/2012 nömrəli qərardadı ilə iddiaçıya məxsus qarajla əlaqədar icra hərəkətləri dayandırılmışdır, həmin iş isə ləğv edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi dayandırma barədə dərhal Nəsimi rayon İcra Şöbəsinə 17 aprel 2012-ci ildə məktub göndərmişdir. "xxxx" MMC tərəfindən iddiaçıya məxsus qarajın qiymətləndirilməsi üçün mütəxəssis göndərilməmişdir. Ona görə ki, həmin dövrdə "xxxx" MMC-nin vergi ödəyicisi kimi fəaliyyəti və əməliyyatları xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək dayandırılmışdır. Qiymətləndiricinin xidmətindən istifadə olunmamışdır, iddiaçı onunla bağlı heç bir pul vəsaiti ödəməmişdir.

3. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 15 noyabr 2024 -cü il tarixli, 2-1(112)-14267/2024 nömrəli qərardadı ilə X6 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

4. Üçüncü şəxsin nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd olunmuşdur ki, on beş ildən artıq Sevda X1 nə borcunu qaytarmış, nə də ki, borcun əvəzinə Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilmiş və mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin (qarajın) istifadəsinə heç bir imkan yaratmamış, müxtəlif, demək olar ki, eyni əsaslarla, eyni tərəflərin arasında olan iddia tələbləri ilə məhkəmələrə müraciət etmiş, nəticədə süründürməçiliklə məşğul olmuş, qanuni qüvvəyə minmiş qətnamənin icrasına maneçilik törətmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı borcun qaytarılmasına dair iddia ərizəsi qismən təmin edilmiş, qanuni qüvvədə olan 2(102)-1480/2011 nömrəli, 20 may 2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən cavabdeh İddiaçı X3 xeyrinə 20000 manat əsas borc, 2000 manat mənəvi ziyan, 1000 manat əldən çıxmış fayda, əmlak şəklində borca görə 1000 manat, 20 manat dövlət rüsumu tutulması qərara alınmışdır. İddiaçı borcu ödəmədiyindən qətnamənin icrasının təmin edilməsi məqsədi ilə tutma onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) yönəldilmiş, həmin əmlak İcra Şöbəsinin sifarişi əsasında qiymətləndirilmiş, açıq hərraca çıxarılmış, hərracda satılmadığından Nəsimi rayon İcra Şöbəsi tərəfindən tələbkar kimi iddiaçı Nadejda Allahverdiyevaya təklif edilmiş, iddiaçı Nadejda Alla hverdiyeva tələbkar kimi təklifi qəbul etmiş, Nəsimi rayon İcra Şöbəsi qeyri-yaşayış sahəsinin adına rəsmiləşdirilməsi barədə qərardad qəbul edilməsi üçün icraya nəzərət edən Nəsimi Rayon Məhkəməsinə təqdimatla müraciət etmiş, Nəsimi Rayon Məhkəməsinin 16 may 2013-cü il tarixli qərardadı ilə təqdimat məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmış və əsas kimi qeyd etmişdir ki, “İcra haqqında” Qanuna əsasən bu səlahiyyət icra məmuruna verilmişdir. Bundan sonra İcra Şöbəsi 22 may 2013cü il tarixdə əmlakın borcun əvəzinə tələbkar kimi Nadejda Allahverdiyevanın adına rəsmiləşdirilməsi və bu barədə çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul etmiş, inzibati orqan tərəfindən həmin qərar icra edilərək əvvəllər İddiaçı məxsus olmuş 6 saylı qaraj üzərində 28 iyun 2013-cü il tarixdə Nadejda Allahverdiyevanın adına xüsusi mülkiyyət hüququ qeydə alınmış və onun adına RX seriyalı ******* nömrəli çıxarış verilmişdir (həmin çıxarış qüvvədədir). Daha sonra İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X8 və 3-cü şəxs X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmədən əvvəl ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18 kv.m. olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində Nadejda Allahverdiyevanın adına keçirməklə rəsmiləşdirilməsi barədə icra məmuru tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv olunmasını xahiş etmiş dir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013-cü il tarixli qərarı ilə İddiaçı iddiası təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18,0 kv.m. olan qeyri-yaşayış sahəsinin (6 saylı qaraj) borc əvəzində 3-cü şəxs X3 adına keçirilməklə rəsmiləşdirilməsi barədə cavabdeh tərəfindən qəbul edilmiş 22 may 2013-cü il tarixli “əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” qərarın ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 20 fevral 2014-cü il tarixli, 2-1(103)-145/2014 nömrəli qərarı ilə cavabdeh və Nadejda Allahverdiyeva tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2013 -cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014cü il tarixli, 2-1(102)-675/2014 nömrəli qərarı ilə İddiaçı kassassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 fevral 2014cü il tarixli, 2-1(103)-145/2014 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra İddiaçı qeyd etdiyi iş üzrə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmədən cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X8 və X2rşı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 may 2017-ci il tarixli, 21(102)-779/2017 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 yanvar 2017-ci il tarixli, 2-1(103)-145/2014 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 2-ci dəfə həmin işə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 nömrəli qərardadı ilə İddiaçı iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi təmin edilməmişdi r. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2018-ci il tarixli, 2-1(102)-323/2018 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 oktyabr 2017-ci il tarixli, 2-1(103)-145/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci tarixli, 2-2(81)-639/2018 nömrəli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, 3-cü şəxs X6 işə cəlb edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən binanın zirzəmisindəki 18 kv.m. olan qeyri-yaşayış sahəsinə (6 saylı qaraj) dair çıxarışın ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 21(103)-273/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 21(81)-639/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2-1(102)-1976/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 21(103)-273/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 20 20-ci il tarixli, 2-1(102)-1976/2019 nömrəli qərarı ilə İddiaçı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə təmin edilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 06 fevral 2025-ci il tarixli, 2-1(112)-3276/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsinin əsaslandırması: 6.1. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həy ata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülkihüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddia lazımi qaydada qaldırılmayıb. Belə ki, hazırkı iddia tələbi qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmaması ilə bağlı deyil. İddiaçının hüquqi marağı hüquqların qeydiyyatı üçün əsas olmuş ilkin hüquqmüəyyənedici sənədlərin mübahisələndirilməsinə yönəlib. 6.2. Məhkəmə iş materiallarını araşd ıraraq müəyyən edir ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013cü il tarixli qərarı ilə borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18 kv.m. ümumi sahəsindən ibarət olan qeyriyaşayış sahəsinin borc əvəzində X5 adına keçirilməklə rəsmiləşdirilməsi qərara alınmışdır. Tələbkar X3 adına Bakı şəhəri, S.Vurğun küçəsində yerləşən 92a nömrəli binanın zirzəmisindəki 18 kv.m. ümumi sahəsindən ibarət olan qeyri-yaşayış sahəsinin keçirilməklə rəsmiləşdirilməsi, dövlət reyestrində müvafiq qeyd aparılmaqla çıxarışın verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlə t qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 92a ünvanında yerləşən qeyri-yaşayış sahəsi (6 saylı qaraj) X3 adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edərək, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli qərarının ləğv olunmasını tələb edir. Odur ki, məhkəmə hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır və inzibati məhkəmə hazırkı mübahisəyə baxmağa səlahiyyətli deyil. 6.3. Digər tərəfdən, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin “Əmlakın borc tələbi əvəzinə tələbkara verilməsi barədə” xx.xx.2013-cü il tarixli qərarı dəfələrlə məhkəmə araşdırmasının predmeti olmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-61/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Nəsimi rayon İcra və probasiya şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı (X6 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “qərarın, təklifin, digər sənədlərin və yeni çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddaçının qeyd olunan tələblərinə artıq qüvvədə olan məhkəmə qərarları ilə qiymət verildiyindən, iddiaçıya şikayət formasında icra sənədini verən və ya icraya nəzarət müvafiq məhkəməyə müraciət etmək hüququnun izah edilməsinə zərur ət qalmadığı bildirilmişdir. Həmin qərardadla müəyyən edilmişdir ki:...Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 iyun 2014-cü il tarixli, 2-1(102)-675/14 nömrəli qərarı ilə müəyyən olunmuşdur ki, borclunun əmlakının qiymətləndirici tərəfindən qoyulmuş qiymətə tələbkarın adına keçirməklə qiymətləndirilməsi barədə cavabdeh icra məmuru tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli qərarın qanuniliyi iddiaçının kassasiya şikayəti əsasında yoxlanılarkən hazırkı iddia ilə mübahisələndirilən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (6 saylı qaraj) X3 adına keçirilməsi barədə verilən 17/70 182/3 nömrəli 17 yanvar 2013-cü il tarixli Təklifin və verilən qərarların və sənədlərin, əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC-nin Qeyd 12-194 saylı 09 apr el 2012-ci il tarixli əmlakın qiymətləndirilməsi nəticələri haqqında hesabatın və Nəsimi rayon İcra Şöbəsi tərəfindən əmlakın tələbkarın adına qeydə alınması barədə hərəkətlərinə qiymət verilmiş, bu zaman icra məmurunun hər hansı pozuntuya yol verməsi müəyyən olunmamışdır....

7. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) 16 aprel 2025-ci il tarixli, 21(103)-1813/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəm əsi birinci instansiya məhkəməsinin hüquqi möqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

11. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5- ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən:... icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2-ci, 20.4-cü və 20.5-ci maddələrinin sistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra s ənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru nun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir.... 14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəmə si Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı...

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin n əticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. 15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə a lmalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəm ə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanı lmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASS ASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxl anılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.

23. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, iddiaçının mülkiyyət hüququnun bərpa olunması və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsinə nail olmaqdan ibarətdir.

24. Məhkəmə kollegiyası bu qərarın 13-14-cü bəndlərində qeyd olunmuş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarındakı hüquqi mövqeləri rəhbər tutaraq hesab edir k i, hazırkı iddiaya ümumi məhkəmə tərəfindən baxılmalıdır və inzibati məhkəmə hazırkı mübahisəyə baxmağa səlahiyyətli deyildir. Belə ki, iddiaçı faktiki olaraq icra məmurunun hərəkətlərindən şikayət edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun hərəkətlərindən və qəbul etdiyi qərardan şikayətə aidiyyəti üzrə səlahiyyətli ümumi məhkəmə tərəfindən baxılmalıdır.

25. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.

26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yo xlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.

28. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 21(103)-1813/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar