Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2176/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın və əmək haqqına əlavənin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1988-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “kompensasiyanın və əmək haqqında əlavənin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)-1049/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli,xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. Kürdəmir RTŞ-nin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək cavabdehin xx.xx.2012- ci il tarixli, xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun Garış-Əyribənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edildiyini, Kürdəmir rayon Təhsil Şöbəsinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunduğunu bildirmiş, lakin həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbirinin tətbiq olunmadığını və bu sahə üzrə ödəniş aparılmadığıni, halbuki iddiaçı ilə eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşlarına “H1” istiqaməti üzrə kompensasiya aldıqlarını qeyd etmiş, buna görə də iddiaçı ona Kürdəmir rayon Ərşəli kənd tam orta məktəbinin müəllimi və gənc mütəxəssis kimi çatası həvəsləndirmənin “H1” ilə ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir.
3. Cavabdeh 11 iyun 2020-ci il tarixli məktubla müraciət in təmin olunmasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 2 iyul 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ilə müraciət edərək Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2012-ci ildə müəllimlərin işə qəbul müsabiqəsindən keçərək cavabdehin xx.xx.2012-ci il tarixli, xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun GarışƏyribənd kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin edilmişdir. Kürdəmir rayon Təhsil Şöbəsinin xx.xx.2012-ci il tarixl i, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunmuşdur. Müraciət etməyinə baxmayaraq həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamış və bu sahə üzrə ödəniş aparılmamışdır. Onunla eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşları “H1” istiqaməti üzrə kompensasiya alırlar.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5330/2020-ci il tarixli, 12 noyabr 2020-ci il nömrəli qərarı ilə (hakim X2) iddia təmin edilmiş, iddiaçıya Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya münasibətdə qanunvericilikdə tətbiq edilməli olan həvəsləndirmə tədbirinin tətbiq edilməməsi ilə iddiaçının sosial təminat hüquqları cavabdeh tərəfindən pozulmuşdur.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli, 2-1(103)-1154/2021 nömrəli qərarı ilə (hakimlər: X3 - sədrlik edən və məruzəçi, X7 və X4) Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı 2012-ci il tarixdə qeyd edilən qərar üzrə yalnız təyin olunduğu təhsil müəssisəsində 3 il müddətində fəaliyyət göstərdiyi təqdirdə ona qeyd edilən güzəştlər tətbiq edilə bilərdi. İddiaçı təyin olunduğu Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbində 3 il müddətində fəaliyyətini davam etdirməmiş, təyin olunduğu il işlədiyi müəssisəni dəyişmişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 24 noyabr 2021-ci il tarixli, 2-1(102)-2038/2021 nömrəli qərarı ilə (hakimlər: X8 - sədrlik edən və məruzəçi, X9 və X11) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının hansı səbəblərdən ilk öncə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunduğu Kürdəmir rayonu Garış-Əyribənd kənd tam orta məktəbindən həmin rayonun Ərşəli kənd tam orta məktəbinə eyni ixtisas üzrə və eyni vəzifəyə köçürülməsi məsələsi ümumiyyətlə araşdırılmamış, yəni iddiaçının çox qısa zaman kəsiyində bir məktəbdən digər məktəbə köçürülməsi, onun öz ərizəsi ilə və ya rayon üzrə təhsil sahəsində yaranmış zərurət nəticəsində baş verməsi aydınlaşdırılmamış, buna dair olan əmr tələb edilməli olduğu halda, apellyasiya məhkəməsi bunu etməmiş, başqa sözlə hazırkı inzibati mübahisəyə çox səthi və formal baxaraq qərar qəbul etmişdir. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
15. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdeh Təhsil Nazirliyinə iddiaçının Kürdəmir rayonu Garıs-Əyribənd kənd orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunması barədə və həmin məktəbdən Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbinə eyni ixtisas üzrə eyni vəzifəyə köçürülməsi barədə əmrlərin məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu ünvanlanmışdır.
16. Sorğuya cavab olaraq bildirilmişdir ki, iddiaçı 2012-2013-cü tədris ili üçün keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanmış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli, xx-xx-6597/16 nömrəli məktubu illə Kürdəmir rayonu Garıs-Əyribənd kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmək hüququ qazanmışdır. Kürdəmir Rayon Təhsil şöbəsindən daxil olmuş məlumata əsasən Garıs-Əyribənd kənd tam orta məktəbinin əmr kitablarında İddiaçı işə qəbulu ilə əlaqədar əmr mövcud deyildir. İddiaçı Kürdəmir rayon Təhsil şöbəsinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən rayonun Ərşəli kənd tam orta məktəbinin xx.xx.2012-ci il tarixli 51 nömrəli əmri ilə həmin məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)-1049/2022 nömrəli qərarı ilə (hakimlər: X1 - sədrlik edən və məruzəçi, X7 və X5) Bakı İnzibati Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olar aq qeyd edilmişdir ki, işin faktiki hallarına əsasən iddiaçı gənc mütəxəssisdir, kənd rayonunun təhsil müəssisəsində müəllim işləyir, 2012-ci ildən bu günə qədər ona münasibətdə heç bir həvəsləndirmə tədbiri tətbiq edilməmişdir, halbuki onunla bir məktəbdə işləyən 5 nəfər müəllimə münasibətdə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. İddiaçıya münasibətdə qanunvericiliklə tətbiq edilməli olan həvəsləndirmə tədbirinin tətbiq edilməməsi ilə iddiaçının sosial təminat hüquqları cavabdeh tərəfindən pozulmuşdur
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Kassasiya şikayə tində qeyd edilmişdir ki, iddiaçı Kürdəmir rayonunun GarisƏyribənd kənd tam orta məktəbinə təyin olunmasına baxmayaraq, rayon Təhsil şöbəsinin xx.xx.2012-ci it tarixli, 30 nömrəli məktubuna əsasən həmin rayonun Ərşəli kənd tam orta məktəbinə köçürülmüşdür.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Pedoqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” qərarının 1-ci hissəsinə əsasən, Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin.
22. Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli, 8 nömrəli qərarı ilə bu qərarının 1-ci hissəsinə “həmin” sözündən sonra “və ya digər kənd rayonlarının” sözləri əlavə edilmişdir.
23. Qe yd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçı təyin olunduğu Garis-Əyribənd kənd tam orta məktəbindən Ərşəli kənd tam orta məktəbinə dəyişdiyindən ona bu stimullaşdırıcı güzəştlər şamil edilməmişdir. Həmin dövrdə qüvvədə olan Nazirlər Kabinetinin qərarından görünür ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulmuşdur.
24. Qanunvericiliyə əsasən iddiaçı təyin olunduğu Garis-Əyribənd kənd tam orta məktəbindən Ərşəli kənd tam orta məktəbinə dəyişdiyindən ona bu stimullaşdırıcı güzəştlər şamil edilməmişdir.
25. Eyni zamanda, iddiaçı ilə birgə işləyən 5 nəfərə H2 həvəs ləndirmə tədbiri tətbiq edildiyi halda iddiaçı H2-dən məhrum olmuşdur. Lakin məhkəmə həmin 5 nəfərə hansı əsasla H2 tətbiq edildiyini araşdırmamışdır. Belə ki, təyinatla göndərilən məktəblərdə işlədikləri halda, onlara H2 tətbiq edilmələri qanunvericiliyin tələblərinə uyğundur.
26. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri itə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin işə baxan məhkəmələr Əmək Məcəlləsinin bu tələbinə əhəmiyyət verməmiş və 8 il sonra iddiaçının əmək haqqına əlavənin verilməsi barədə tələbi məhkəmələr tərəfindən təmin edilmişdir. b. kassasiya şikayətinə eti razın dəlilləri
27. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” 14 aprel 2010-cu il tarixli Qərarı:
1. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ü mumi təhsil müəssisələrində davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilsin (ilkin redaksiyada).
1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin (xx.xx.2014-cü ilə tarixli dəyişikliklərlə).
1. Pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 (doxsan) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilsin (11.1.2018-ci il tarixli dəyişikliklərlə). 1-1. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilsin. 1-2. 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin.
29. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını ( qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yo xlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi gənc müəllim üçün kompensasiya və əmək haqqına əlavənin ödənilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Cavabdehin kassas iya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Qərarının 1-ci bəndinin ilkin redaksiyasına görə, “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrind ə davam etdirən gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün ayda 40 (qırx) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına və ipoteka kreditlərinin verilməsinə köməklik göstərilməsi təsbit olunmuşdur.
36. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Kürdəmir RTŞ-nin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən kənd müəllimi kimi fəaliyyətini xx.xx.2012-ci il tarixdən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbində davam etdirmişdir. İstinad olunan Qərarın 1-ci bəndinin həmin vaxtda qüvvədə olan redaksiyasında da “bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən” gənc mütəxəssislər təsb it olunmuşdur. Başqa sözlə, iddiaçının kənd məktəbində əmək fəaliyyətinə başladığı vaxtda məhz “həmin təhsil müəssisəsində” müddəası məcburi şərt kimi nəzərdə tutulmamışdır. Normanın 15.8.2014-cü il tarixdən yeni redaksiyada verilməsi və orada “həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən” müddəasının nəzərdə tutulması isə iddiaçının həmin tarixədək qazandığı hüququn qüvvəsinə təsir etmir.
37. Şikayətin digər dəlili ondan ibarətdir ki, məhkəmə qərarında istinad etdiyi digər 5 nəfərə hansı əsasla H2 tətbiq edildiyini araşdırmamışdır. Belə ki, təyinatla göndərilən məktəblərdə işlədikləri halda, onlara H2 tətbiq edilmələri qanunvericiliyin tələblərinə uyğundur.
38. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, həmin xüsusatın mövcud olub-olmadığı iddiaçının qazanılmış hüququna özü-özlüyündə təsir etmir.
39. Şikayətin digər dəlilinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri itə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Lakin işə baxan məhkəmələr Əmək Məcəlləsinin bu tələbinə əhəmiyyət verməmiş və 8 il sonra iddiaçının əmək haqqına əlavənin verilməsi barədə tələbi məhkəmələr tərəfindən təmin edilmişdir.
40. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisə qanunla inzibati orqanın üzərinə qoyulmuş, “gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılmasında və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsində” ifadə olunan publik funksiyanın həyata keçirilməsi ilə bağlı inzibati orqanla həmin funksiyanın yönəldiyi şəxs (pedaqoji kadr) arasında və bilavasitə normativ aktdan irəli gələn öhdəliyin inzibati orqan tərəfindən icra edilməməsi səbəbi ilə yarandığından, hazırkı mübahisəyə inzibati məhkəmə icraatının qaydaları tətbiq olunmalıdır. İPM-də isə öhdəliyin icrası haqqında iddianın verilməsi üçün müddət müəyyən edilməmişdir.
41. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Ape llyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 3 avqust 2022-ci il tarixli, 2-1(103)-1049/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.