Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2178/2025 11.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvi üçün əsasın olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(104)-25/2025 n ömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********549600 nömrəli qərarı ilə iddiaçıya 2022-ci ilin may ayının əlavə dəyər vergisi üzrə 45625,05 manat əlavə vergi məbləği hesablanmışdır.
2. Sözügedən qərar onunla əsaslandırılmışdır ki, 2022-ci ilin may ayı ərzində iddiaçı tərəfindən təqdim edilmiş 18 faiz dərəcə ilə ƏDV tətbiq edilən elektron qaiməfakturaların dəyəri ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin cəmi məbləğinin 255291,94 manat olmasına baxmayaraq, dövr üzrə təqdim edilmiş bəyannamənin 301-ci sət rində təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 1670,36 manat göstərildiyindən, 253621,58 manat kənarlaşma yaranmışdır.
3. İddiaçı ilə xx.xx.2022-ci il tarixdə alqı-satqı və xidmət müqaviləsi bağlamış "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus, Gəncə şəhəri, Tağı-Arani və Kimyaçılar küçələrinin kəsişməsində yerləşən obyekt tərəflərindən onlayn kassa aparatı (S/N: B160575L********) ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçının müraciətinə əsasən kassa aparatı qeydiyyatdan çıxarılmışdır. Kassa aparatı istifadə olunduğu dövr ərzində qanunvericiliyin tələblərinə uyğun olaraq tam işlək vəziyyətdə olmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı id dia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********549600 nömrəli qərarın ləğv olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini işin faktiki hallarına uyğun əsaslandırmış və cavabdehin mübahisələndirilən qərarı ilə razı olmadığını bildirmişdir.
6. Cavabdehin iddiaya qarşı etirazında mübahisələndirilən qərarın qanunauyğun şəkildə qəbul edildiyi bildirilmiş və iddianın təmin olunmaması xahiş edilmişdir.
7. Gəncə İnzibati Məhkəməsinin (hakim: Emin Axundov) 25 oktyabr 2023-cü il tarixli, e-2-1(114)-3037/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən vergi orqanına təqdim ed ilmiş bəyannamənin 3, 4 və 5 nömrəli əlavələrinin 3013, 302-3 və 303-3-cü topdan ticarət sətrində təqdim edilmiş mal, iş və xidmətlərin dəyərinin ƏDV nəzərə alınmadan 174 manat göstərilməsinə baxmayaraq, hesabat dövrü ərzində təqdim edilmiş elektron qaimə-faktura məlumatlarına əsasən ƏDV nəzərə alınmadan təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri 34794,67 manat təşkil etdiyi üçün 34620,67 manat məbləğində fərq yaranmışdır. Təqdim edilmiş bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün əvvəlinə debitor borc məbləği 29,82 manat, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-yə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə hesabat dövrünün sonuna debitor borcu 0,00 manat məbləğə bərabər olmamışdır. 2022-ci ilin may ayı ərzində 18 faiz dərəcə ilə Ə DV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə vergiyə cəlb edilən dövriyyənin cəmi məbləğinin 255291,94 manat (ƏDV-siz) olmasına baxmayaraq, həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301-ci sətrində 1670,36 manat göstərildiyindən 253621,58 manat kənarlaşma yaranmışdır. Həmçinin, uçot-baza məlumatlarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iddiaçının onlayn nəzarət kassa aparatı vasitəsilə aparılmış satış əməliyyatlarına əsasən “ƏDV geri al” funksiyası ilə ayrıayrı vətəndaşlar tərəfindən 5750,75 manat ƏDV-nin geri alındığı, lakin 2022-ci ilin müvafiq ayları üçün təqdim edilmiş sonuncu ƏDV bəyannamələri üzrə ƏDV-yə cəlb edilən dövriyyə məbləğinin 265607,94 mana t (ƏDV məbləği 47809,43 manat) olması nəticəsində kənarlaşmaların yarandığı müəyyən edilmişdir. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci ilin 01.05-31.05 tarixlərini əhatə edən dövrdə “Z” hesabatda onun dövriyyəsi 301029,17 manat, ƏDV məbləği isə 45921,24 manat olmuşdur.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Azər Bayramov /sədrlik edən və məruzəçi/, Rəşad Mamedov və Aygül İsgəndərova) 23 yanvar 2025-ci il tarixli, 2-1(104)-25/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış dır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli, 406VİQD nömrəli Qanununun (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir) Keçid müddəalarının 2.5-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan, kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışını həyata keçirən şəxslər tərəfindən 2022-ci il yanvar ayının 1-dək ƏDV ödənilməklə əldə edilmiş və müvafiq əvəzləşdirmə alınmış sahibliklərində qalan kənd təsərrüfatı məhsullarının sonradan satışı zamanı ƏDV həmin malların tam satış dəyərindən, digər hallarda isə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı 2022-ci il yanvar ayının 1-dən etibarən ƏDV ticarət əlavəsindən hesablanır. Belə olan halda, vergi ödəyicisi NKA-da malın ƏDV-dən azad olunan dəyərini (əsas məbləği) və tətbiq etdiyi ticarət əlavəsini göstərməlidir. Hazırkı iş üzrə iddiaçı NKA-da bu məbləğləri ayrılıqda göstərməmiş və ƏDV-ni ümumi məbləğə tətbiq edərək hesablamış, istehlakçıdan hesabladığı ƏDV-nin məbləğini almışdır. Məhkəmə kollegiyası hesab edir ki, Vergi Məcəlləsinin tələblərinə əsasən əvəzləşdirmək hüququ məhdudlaşdırılsa belə, həmin məbləği istehlakçıdan tam şəkildə aldığı üçün vergi ödəyicisinə əlavə öhdəlik yaranmamış olur. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən NKA-da ticarət əlavəsini tətbiq etməyin mümkün olmadığı, bu barədə operatora (servis texniki xidmət mərkəzinə - STXM) müraciət edildiyi və buna görə onun heç bir məsuliyyət daşımadığı barədə mülahizələr bildirilmişdir. İstər məhkəmə iclaslarına dəvət olunmuş operatorun nümayəndəsinin verdiyi ifadədə, istərsə də operator tərəfindən məhkəməyə ünvanlanmış məktubda obyektdə quraşdırılmış NKA-da heç bir nasazlığın olmadığı, tam işlək vəziyyətdə olduğu, NKA-nın bütün tələblərə cavab verdiyi, o cümlədən ticarət əlavəsini tətbiq etmək üçün proqram təminatının və funksiyanın NKA-da mövcud olduğu və NKA-da hər hansı problemin olması ilə bağlı operatora rəsmi müraciət olunmadığı bildirilmişdir. Kollegiya qeyd edir ki, “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16 və 8.3.16-1-ci bəndlərinə əsasən, pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatl arın (Vergi Məcəlləsinin 50.8-ci maddəsində qeyd edilən məlumatlar) əks etdirilməsini təmin etmək və təsərrüfat subyektlərində (obyektlərində) əhali ilə pul hesablaşmalarında, o cümlədən sifarişlərin idarə edilməsi, müştərilərin ödəməli olduğu yekun məbləğin hesablanmasında istifadə edilən və proqram təminatı və ya əməliyyat sistemi ilə təchiz edilmiş istənilən avadanlıq və qurğuların, o cümlədən istənilən xarakterli çap avadanlıqlarının NKA-ya tam inteqrasiya edilməsini təmin etmək istifadəçinin vəzifəsinə aid edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş iddiaçı ilə operator xidməti arasında bağlanmış müqavilənin şərtlərinə əsasən istifadəçi, proqram təminatında gələcəkdə hər hansı bir dəyişiklik və ya yenilənmə nəzərdə tutulduğu halda, bu barədə 2 (iki) ay əvvəlcədən operatora yazılı xəbərdarlıq etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, vergi orqanı tərəfindən vergi qanunvericiliyinin tələblərinə əməl edilmiş, onun hərəkətləri qanuni və əsaslı olmuşdur. Bu zaman cavabdeh inzibati orqan hər hansı qanun pozuntusuna yol verməmişdir. Vergi orqanı tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir.
12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh tərəfindən kass asiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərin ə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdik ləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarıdır. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesab lanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə- fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 153.2. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir. Maddə 153.3. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli (xarici mənşəli balıq məhsulları istisna olmaqla)) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli, 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları” 8.1. İstifadəçi bu Qaydaların 3.7-ci bəndində nəzərdə tu tulan hallar istisna olmaqla, yalnız müqavilə bağladığı Operatorun xidmətlərindən istifadə edə bilər. 8.2. İstifadəçinin hüquqları: 8.2.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiyada). vergi orqanları ilə müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün NKA-nın müəyyən olunmuş modelini sifariş vermək; 8.2.2. NKA-nın istismar hazırlığını, servis-texniki xidmətinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə Komissiyaya təkliflər vermək; 8.2.3. vergi orqanlarının və Operatorun səlahiyyətli nümayəndəsinin qeyri-qanuni hərəkətləri barəsində qanunla müəyyən edilmiş qaydada şikayət etmək. 8.3. İstifadəçinin vəzifələri: 8.3.1 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan). NKA-nın qeydiyyatı və nəzarət mexanizmi qurğusunun aktivləşdirilməsi üçün gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş ə rizə ilə Nazirliyə müraciət etmək; 8.3.2. məlumatların Nazirliyə ötürülməsi məqsədilə internet resurslarına çıxışı təmin etmək; 8.3.3. nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; 8.3.4. NKA ilə əlaqədar olan sənədlərin uçotunun aparılmasını, saxlanılmasını və məhv edilməsini təşkil edir və bunun üçün ayrıca məsul şəxs təyin etmək; 8.3.5. öz əməkdaşının NKA ilə işləməsinin öyrədilməsini təmin etmək; 8.3.6 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan). NKA-nın vergi orqanlarında qeydiyyata alınmasını və qeydiyyatdan çıxarılmasını təmin etmək; 8.3.7 (xx.xx.2024-cü il tarixədək qüvvədə olan). vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını Operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq; 8.3.8. NKA-nın istismara hazırlıqla əlaqədar olan işlərini yalnız Operatorun nümayəndəsinin iştirakı ilə yerinə yetirmək; 8.3.9. NKA-nın işə salınmasında və işə salınma aktının tərtib edilməsində iştirak etmək; 8.3.10. NKA-nın istismar sənədlərinə və qüvvədə olan normativ aktlara uyğun istismarını təmin etmək; 8.3.11. Operator və vergi orqanları işçilərinin NKA istismarı zamanı nəzərdə tutulmuş qaydalara əməl olunması ilə bağlı göstərişlərini yerinə yetirmək; 8.3.12. vergi orqanları tələblərinə uyğun olaraq NKA servis-texniki xidməti ilə əlaqədar olan sənədləri təqdim etmək; 8.3.13. vergi orqanları və Operatorun səlahiyyətli nümayəndəsinin NKA-nın fəaliyyətinə baxış keçirilməsinin maneəsiz buraxılışını təmin etmək; 8.3.14. Operatorun bu Qaydaların tələblərinə uyğun olaraq NKA-ya servis-texniki xidmət göstərmələri üçün şərait yaratmaq; 8.3.15. NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; 8.3.16. pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək; 8.3.17. bu Qaydalarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etd ikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətç inin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, y uxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məh kəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qi ymətləndirməsi ilə də razılaşır.
26. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(104)-25/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.