Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-218/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlak (torpaq sahəsi) üzərində istifadə hüquqlarının qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının cavabd eh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “X3 və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti) “istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli 2-1(106)-224/2024 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1997-ci il tarixli akta əsasən “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin direktorunu n iştirakı ilə 24 ha torpaq sahəsinin “Rüfət" KFT-yə ayrılmışdır.
2. Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən “Rüfət” KFT-yə 24 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında JN-0063 nömrəli, kod 60700001 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir.
3. Beyləqan rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı ilə “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinə 6179.20 ha torpaq sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədi ilə verilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qe ydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh JN-0063 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktının ikinci nüsxəsinin ərazi idarəsinin arxivində aşkar olunmaması və "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə “Rüfət” KFT-yə verilmiş dövlət aktının üst-üstə düşməsini əsas gətirərək, iddiaçının müraciətinin müsbət həllindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alın ması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan X2 rəhbəri olduğu “Rüfət” KFT-yə 24 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında JN-0063 nömrəli, 60700001 KOD nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir. Həmin torpaq sahəsini üzərində istifadə hüququnun qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etsə də cavabdeh imtina etmişdir. İmtinanın səbəbi JN-0063 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktının ikinci nüsxəsinin ərazi idarəsinin a rxivində aşkar olunmaması və "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə “Rüfət” KFT-yə verilmiş dövlət aktının üst-üstə düşməsi olmuşdur. “Rüfət” KFT-yə torpaq sahəsi “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən verilmişdir. Yəni həmin torpaq sahəsi “Rüfət” KFT-yə ayrılan hissədə üst-üstə düşür.
7. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən verilmiş JN-0063 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ikinci nüsxəsi Ərazi idarəsinin arxivində aşkarlanmamış və JN-0063 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair dövlət aktı” ilə İddiaçır) Təsərrüfatının istifadəsində olan 24.0 ha torpaq sahəsinin sənədinə aid məlumatların Ərazi İdarəsinin elektron məlumat bazasında mövcud olmadığı müəyyən edilmişdir. Aparılmış inventarlaşdırma (çöl ölçmə) işləri zamanı sözügedən torpaq sahəsinin faktiki vəziyyətinə uyğun təyin edilmiş döngə nöqtələrinin koordinatları elektron məlumat bazasına əsasən Beyləqan rayonu Qoyunçuluq üzrə “Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus JN-682 (kod ********) saylı “Torpaqdan daimi istifadə hüququna dair” dövlət aktı ilə üst-üstə düşməsi müəyyən edilmişdir.
8. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmişdir.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5 389 nömrəli ekspert rəyində qeyd edilmişdir: - “Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063 kod 60700001 nömrəli dövlət aktı əsasında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. -.... 24.0 ha torpaq sahəsi ayrılan zamanı (1997-ci ildə) Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsi olmuşdur. Hazırda da Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsalı edilməsi üçün nəzərdə tutulmuş ərazidir. -..... iddiaçı “Rüfət” kəndli fermer təs ərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi faktiki olaraq “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsindədir və təyinatı üzrə istifadə edilir. -...... iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi keçmiş Dövlət Torpaq Komitəsinin Beyləqan rayon Torpaq şöbəsinin Dövlət aktı qeydiyyat kitabında 28 noyabr 1997-ci il tarixli, 03 nömrə ilə qeydə alınmışdır. “Torpaqdan daimi istifadə hüququna dair” JN:0063 (kod ********) nömrə ilə qeydiyyata alınmış Dövlət aktının koordinatları aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadastr xəritəsində düzgün olaraq qeyd edilmişdir. -...... iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi qərarda qeyd edilən torpaq sahəsinin koordinatları daxilində yerləşir və üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi üst-üstə düşmür. -.... iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında “Dostluq” qoyunçuluq üzrə DDKTİ müəssisinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir. -...... iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24 ha torpaq sahəsinin ərazisində mi şar daşından inşa edilmiş 9.50mx8.10m ölçüdə çoban evi, 30.50mx7.40m və 25.20mx6.50m ölçülərdə ferma binaları mövcuddur. Qeyd olunan tikililər “Rüfət” kəndli fermer təsərrüfatı tərəfindən istifadə olunur. İnşa edilmiş çoban evi bir mərtəbəlidir. -..... iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv yoxdur. Qeyd olunan 24.0 ha torpaq sahəsi üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını pozmur.”
10. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 17 noyabr 2023-cü il tarixli, 2 1(120)-952/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifa də hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan X2 rəhbəri olduğu “Rüfət” kəndli fermer təsərrüfatına 24 ha torpaq sahəsi sahəsinin qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır. Araşdırma nəticəsində müəyyən olunur ki, “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin direktorunun iştirakı ilə 24 ha torpaq sahəsinin “Rüfət" KFT-yə ayrılması barədə akt tərtib olunmuş, eləcə də xx.xx.2 015-ci il tarixli “Dostluq” Qoyunçuluq üzrə DDKTİ müəssisəsinin Beyləqan rayon İcra Hakimiyyətinə ünvanladığı məktuba əsasən “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən “Rüfət" KFT-yə ayrılan 24 ha torpaq sahəsinin müəssisənin balansından çıxarıldığı müəyyən edilmişdir. Məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli 2-1(106)-224/2024 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov – sə drlik edən və məruzəçi, S.Həsənov və H.Bəhmənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsinə dair istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 6 saylı Beyləqan ərazi idarəsinin üzərinə qoyulmuşdur.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin işin mahiyyəti üzrə gəldiyi nəticə ilə razılaşsa da qərarının nəticə hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının tələbi Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Rüfət” KFT-na ayrılmış 24 ha torpaq sahəsindən istifadə hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə qərar qəbul etsə də, qərarın nəticə hissəsində qeydə alınmalı olan əmlakın adını, ölçüsünü və qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənədin adını və rekvizitlərini qeyd etməmişdir. Bu hal isə gələcəkdə qərarın icrası mərhələsində qeyri-müəyyənlik yaranmasına, o cümlədən qərara izah verilməsi və s. kimi əlavə məhkəmə araşdırmasına rəvac verə bilər.
15. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən “İnzibati icraat haqqında” Qanunun 19.1, 24.2-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 12.1, 15.1-ci maddələrinə və Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Koll egiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarına istinad etmişdir.
16. İş üzrə üçüncü şəxs həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassator qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən əsassız olaraq Mülki Məcəllənin 140-cı maddəsi tətbiq edilməmişdir. Belə ki, Beyləqan rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-0063, kod 60700001 nömrəli dövlət aktı əsas ında iddiaçı “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi ilə Beyləqan rayon Aqrar İslahatı Komissiyasının xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında “Dostluq” qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir.
18. Göründüyü kimi torpaq sahəsinə dair "Rüfət" KFT-nin və “Dostluq” qoyunçuluq üzrə DDKTİ müəssisinin hüquqları dövlət reyestrində qeydə alınıb və qüvvədədir. Reyestr qeydinə əsasən “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı qüvvədə olduğu halda həmin torpaq sahəsinin başqa şəxsin adına reyestr qeydlərin in aparılması torpaqdan istifadə hüquqlarının aşkar şəkildə pozulmasıdır.
19. Kassator şikayətindən Mülki Məcəllənin 140-cı və İPM-in 68.2-ci maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı mü vafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
2. Qanunda istifadə olunmu ş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hər əkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı... 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyya tına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəf li araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şika yət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasi ya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarla mağa lüzum qalmır. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
31. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı əsasında “Dostluq” qoyunçuluq sovxozundan “Rüfət” KFT-yə 24 ha torpaq sahəsi ayrılmışdır. Həmin sərəncam əsasında JN-0063 nömrəli, 60700001 KOD nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı verilmişdir.
32. Bununla yanaşı iş materiallarında olan ekspert rəyindən də müəyyən edilir ki, həmin torpaq sahəsi Dövlət mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin sahəsidir və kənd təsərrüfatı məhsullarının istehsalı edilməsi üçün nəzərdə tutulmuş ərazidir və torpaq sahəsi faktiki olaraq “Rüfət” kəndli fermer təsərrüfatı nın istifadəsindədir və təyinatı üzrə istifadə edilir. “Rüfət” kəndli fermer təsərrüfatının istifadəsinə verilmiş Beyləqan rayonu ərazisində yerləşən 24.0 ha torpaq sahəsi ilə Beyləqan rayon X1 xx.xx.2002-ci il tarixli 123 saylı qərarı və “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı əsasında “Dostluq” qoyunçuluq üzrə DDKTİ müəssisəsinə ayrılan 6179.20 ha torpaq sahəsinin İ hissə üzrə olan ərazisinin hüdudları daxilində yerləşir.
33. Cavabdehin iddiaçının istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinasının əsası da ondan ibarət olmuşdur ki, "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə verilmiş JN-682 nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı ilə “Rüfət” KFT-yə verilmiş dövlət aktının üst-üstə düşür.
34. Üçüncü şəxsin kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, “Torpaqdan daimi istifadə hüququna dair” JN-682, kod 60700001 nömrəli dövlət aktı qüvvədə olduğu halda həmin torpaq sahəsinin başqa şəxsin adına reyestr qeydlərinin aparılması əsassızdır.
35. Lakin cavabdeh və hazırda üçüncü şəxs nəzərə almamışdır ki, mübahisələndirilən torpaq sahəsinin “Dostluq” qoyunçuluq sovxozunun ərazisindən ayrılmasına dair xx.xx.1997-ci il tarixdə Dostluq” qoyunçuluq sovxozunun direktorunun iştirakı ilə akt tərtib edilmiş, bundan sonra Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı ilə “Rüfət” KFT-yə verilmiş torpaq sahəsinin məhz "Dostluq” dövlət damazlıq kənd təsərrüfatı istehsalı müəssisəsinə məxsus sahədən ayrılmış və JN-0063 nömrəli, 60700001 KOD nö mrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı tərtib edilmişdir.
36. Göründüyü kimi, qanuni əsaslarla iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi üzərində daimi istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün əsaslar mövcud deyil. Belə ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmiş torpaq sahəsinin ölçüsü göstərilmişdir.
37. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyul masına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır.
39. Eyni zamanda “Daşınmaz əmlakın d övlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır.
40. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir.
41. İş materiallardan görünür ki, iddiaçı istifadə hüququnun qeydiyyata alınması üçün hal hazırda qüvvədə olan Beyləqan rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli, 73 saylı sərəncamı və JN-0063 nömrəli, 60700001 KOD nömrəli torpaqdan daimi istifadə hüququna dair Dövlət Aktı mövcuddur, həmin sənədlərin hər hansı subyekt, o cümlədə üçüncü şəxs tərəfindən mübahisələndirilməsi ilə əlaqədar iş materiallarında hər hansı bir məlumat mövcud deyildir. Cavabdeh və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
42. Beləliklə, göründüyü kimi yuxarıda qeyd olunan iddiaçıya məxsus hüquqmüəyyənedici sənədlər qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri ça ğırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur.
43. Beləliklə, torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən Mülki Məcəllənin 139-1.1.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
44. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olduğundan və kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməmə li və qərar dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 avqust 2024-cü il tarixli 2-1(106)-224/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.