Məhkəmə qərarları › İş №2-1(102)-2183/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2183/2025

02.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2183/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kameral vergi qərarının ləğvindən imtina, təsdiq edilməyən ödənişlər üzrə əvəzləşdirilən ƏDV) 02.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 16 aprel 2025-ci il tarixli, 2-1(103)-1266/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi 2022-ci il aprel-dekabr ayları, 2023-cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir.

2. Həmin kameral yoxlaması nəticəsində cavabdeh tərəfindən iddiaçı barəsində “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********182900 nömrəli, xx.xx.2024-cü il tarixli **********175300 nömrəli, xx.xx.2024-cü il tarixli **********236900 nömrəli, xx.xx.2024-cü il tarixli **********268400 nömrəli, xx.xx.2024 -cü il tarixli **********523200 nömrəli, xx.xx.2024-cü il tarixli **********512800 nömrəli, xx.xx.2024-cü il tarixli **********518000 nömrəli, xx.xx.2024-cü il tarixli **********864100 nömrəli, xx.xx.2024-cü il tarixli **********510400 nömrəli, xx.xx.2024-cü il tarixli **********193300 nömrəli, xx.xx.2024-cü il tarixli **********195700 nömrəli, xx.xx.2024-cü il tarixli **********032700 nömrəli, xx.xx.2024-cü il tarixli **********033400 nömrəli, xx.xx.2024-cü il tarixli **********030300 nömrəli, xx.xx.2024-cü il tarixli **********031000 nömrəli, xx.xx.2024-cü il tarixli **********189800 nömrəli və xx.xx.2024-cü il tarixli **********931200 nömrəli qərarlar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi i lə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş may 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********182900 nömrəli, dekabr 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********175300 nömrəli, aprel 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********236900 nömrəli, iyun 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********268400 nömrəli, aprel 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********523200 nömrəli, noyabr 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********512800 nömrəli, iyul 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********518000 nömrəli, avqust 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********864100 nömrəli, sentyabr 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarix li **********510400 nömrəli, yanvar 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********193300 nömrəli, may 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********195700 nömrəli, avqust 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********032700 nömrəli, iyul 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********033400 nömrəli, fevral 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********030300 nömrəli, oktyabr 2022-ci il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********031000 nömrəli, mart 2023-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********189800 nömrəli, mart 2024-cü il ƏDV dövrü üzrə xx.xx.2024-cü il tarixli **********931200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qərarlar vergi qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması ilə qəbul edilmişdir. Belə ki, cavabdeh tərəfindən kameral vergi yoxlaması qaydasında əlavə vergi məbləğinin hesablanmasının səbəbi kimi qeyd olunmuşdur ki, əvəzləşdirmə üçün təqdim edilmiş müvafiq elektron qaimə-fakturalar üzrə "xxxx" MMC-yə ƏDV məbləği ödənilmədiyindən, həmin elektron qaimə-fakturalar üzrə əvəzləşdirmə aparıla bilməz. İddiaçı cavabdeh tərəfindən ünvanlanmış uyğunsuzluq məktublarına cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-yə müvafiq dövrlər üzrə əvəzləşdiriləcək ƏDV ödənişi Vergi Məcəlləsinin 175 və 176-cı maddələrinə əsasən nağdsız qaydada ödənilmiş və müvafiq dövrlər üzrə ƏDV vergi bəyannaməsində əvəzləşdirilmişdir. Göründüyü kimi, iddiaçının "xxxx" MMC-yə ƏDV ödənişi cavabdeh vergi orqanı tərəfindən araşdırılmamış, bununla bağlı təqdim edilmiş sənədlərə baxılmamış və nəticədə vergi qanunvericiliyinin tələblərinə zidd olaraq mübahisələndirilən qərarlar qəbul olunmuşdur.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində qəbul edilmiş qərarlar onun "xxxx" MMC-yə olan borcu ilə bağlıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə həmin məbləğlərin "xxxx" MMC-yə ödənildiyi göstərilsə də, müvafiq ödəmələr barədə iddiaçı tərəfindən elektron qaimələr təqdim edilməmişdir. İddiaçı ödəniş qəbzləri təqdim etsə də, bu, həmin ödənişlər barədə sənədlər kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

6. Bakı İnzibati Məhkəmə sinin (hakim: Emin Abdullayev) 14 noyabr 2024-cü il tarixli, 2-1(112)-9648/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş 2022-ci il aprel-dekabr ayları, 2023-cü il yanvar-iyul ayları və 2024-cü il mart ayı üçün ƏDV bəyannamələri üzrə cavabdeh tərəfindən kameral vergi yoxlaması həyata keçirilmişdir. Həmin yoxlamalar əsasında müəyyən edilmişdir ki, bəyannamələrdə iddiaçının "xxxx" MMC-yə ödənilmiş xərcləri kimi nəzərdə tutulmuş bir sıra ödənişlər onun tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən iddiaçının xərclərində kənarlaşma yaranmışdır. İddiaçıya bununla bağlı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub”lar göndərilmi ş, müvafiq dövrlər üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsinin və müvafiq təsdiqedici sənədlərin təqdim olunması təklif edilmişdir. Lakin, iddiaçı tərəfindən təsdiqedici sənədlər və dəqiqləşdirilmiş bəyannamə təqdim olunmadığı üçün cavabdeh tərəfindən hazırkı iş üzrə mübahisələndirilən qərarlar qəbul edilmişdir. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, həmin ödənişlər "xxxx" MMC-yə ödənilmişdir və iddiaçının hər hansı borcu yoxdur. Bununla bağlı iddiaçı tərəfindən iddia ərizəsinə "xxxx" MMC ilə birlikdə tərtib edilmiş üzləşmə aktları əlavə edilmişdir. Lakin üzləşmə aktları iddiaçının direktoru tərəfindən imzalansa da, "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamış və təsdiq edilməmişdir. Bu səbəbdən məhkəmə həmin üzləşmə aktlarını sübut kimi qəbul etmir. İddiaçı həm in ödənişlərin həyata keçirilməsinin sübutu kimi müxtəlif ödəniş terminalları vasitəsilə, müxtəlif vaxtlarda edilmiş ödənişlərə əsaslanmışdır. Qeyd edilməlidir ki, terminal vasitəsilə ödənişlər tərəflər arasında nağdsız ödəniş kimi qəbul edilə bilməz. Eyni zamanda, iş materiallarına əlavə edilmiş həmin qəbzlərlə ödənişin məhz bəyannamədə göstərilmiş məqsədlərlə edildiyi müəyyən olunmur. Belə ki, həmin ödənişlər müxtəlif şəxslərin telefon danışıq haqqına görə ödənilə bilər ki, iddiaçının xərc sənədi kimi nəzərə alına bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Nigar Nəbizadə /sədrlik edən və məruzəçi/, Mirzə Tağızadə və Kamran Əkbərov) 16 aprel 2025- ci il tarixli, 2-1(103)-1266/2025 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüququ mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, birtərəfli qaydada iddiaçı tərəfindən tərtib olunaraq imzalanmış, lakin "xxxx" MMC tərəfindən imzalanmamış sənəd“üzləşmə aktı” hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ziddiyyətli məqamların aydınlaşdırılması üçün məhkəmə tərəfindən verilmiş sorğuya "xxxx" MMC cavab olaraq bildirmişdir ki, “... "xxxx" MMC ilə iddiaçı arasında müqavilə münasibəti (telekommunikasiya xidmətləri istisna olmaqla) mövcud olmayıb. "xxxx" MMC tərəfindən təqdim edilən telekommunikasiya xidmətləri çərçivəsində isə iddiaçının istifadəsində mobil telefon nömrələri olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyinə və abunə müqavilələrinin şərtlərinə əsasən, "xxxx" MMC tərəfindən nömrə abunəçinin istifadəsinə verilir. İstifadəyə verilən nömrələr üzərindən abunəçilərin telekommunikasiya xidmətlərindən yararlanmaq ehtiyacları təmin edilir, abunəçilər tərəfindən isə bu xidmətlərin müqabilində haqq ödənilməsi həyata keçirilir. Bundan başqa, abunəçilərin istifadəsinə verilən nömrələr ilə bağlı münasibətləri tənzimləyən müqavilələr standartdır. Müvafiq olaraq da bütün abunəçilərlə eyni məzmunlu müqavilələr bağlanmaqla xidmət göstərilir. Həmin müqavil ələr isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hazırlanıb, müvafiq dövlət orqanları ilə razılaşdırılır və tətbiq edilir. Beləliklə, iddiaçıya "xxxx" MMC tərəfindən xüsusi olaraq hər hansı əməliyyatlar həyata keçirilməmiş, digər çoxsaylı abunəçilər ilə mövcud müqavilə münasibətləri çərçivəsində olduğu kimi göstərilmiş xidmətlər müqabilində istifadə edilmiş telekommunikasiya xidmətlərinə görə hesab fakturalar hazırlanaraq təqdim edilmiş, müvafiq olaraq da ödənişlər qəbul edilmişdir. Göstərilənlərlə yanaşı, iddiaçının istifadəsində olmuş nömrələrdə 2023-cü ildən etibarən addan-ada əməliyyatları həyata keçirilmək ilə, müvafiq abunə müqavilələrinə xitam verilmişdir və hazırda iddiaçının adına rəsmiləşdirilmiş fakturalı xətt sistemində xidmət göstərilən nömrə mövcud deyildir...”

11. Eyni zamanda iddiaçı özü də "xxxx" MMC-yə sorğu vermiş və cavab məktubunda bildirilmişdir ki, iddiaçının "xxxx" MMC-yə hər hansı borcu mövcud deyildir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati iş kontekstində iddiaçının "xxxx" MMC-yə borcunun olmaması barədə məlumat iddia ərizəsinin təmin edilməsi üçün kifayət etmir. İş materiallarında olan sənədlərdən müəyyən edildiyi kimi, iddiaçı tərəfindən ödənişlərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada və bəyan edilmiş məbləğdə edilməsini təsdiq edə biləcək mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır, odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KA SSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onla rın dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1 və 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1 və 23.1.3. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kame ral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə bu Məcəllənin 50-1-ci maddəsində müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan sənədləri və əşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) bu Məcəllədə müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaydada elektron və (və ya) kağız formatda aparılan inventarizasiyasını aparmaq vergi orqanlarının hüquqlarıdır. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi öd əyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi v ergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 175.1 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu ma ddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarınd a ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. (xx.xx.2023-cü il tarixdən 175.1.3-cü maddədə “gec olmayaraq” sözləri “bir iş günü müddətində” sözləri ilə əvəz edilmişdir.) Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiya sı məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə q ərarı).

22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən kameral vergi qərarlarının ləğvi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosess ual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıd ır.

26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2025-ci il tarixli, 21(103)-1266/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar