Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2185/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilmə; qüsursuz xidmət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(108)-24/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 3-25-8/2-M-3xx-xx/2023 nömrəli arayışa əsasən, iddiaçı 15 avqust 1998-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Onun xidmət illəri: təqvimlə - 20 il 11 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 09 il 10 ay 10 gün, ümumi xidmət illəri isə 30 il 09 ay 26 gün təşkil edir. O, Azərbaycan Respublikası Müdafiə nazirinin 0414 nömrəli 17 may 2019-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq 01 avqust 2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Gəncə şəhəri Kəpəz rayon icra şöbəsinin 28 sentyabr 2012-ci il tarixli, 174/11 nömrəli arayışdan görünür ki, Fizuli Hərbi Məhkəməsinin 1(097)-183/2011 saylı 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci madd əsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. O, hökm üzrə təyin olunmuş 800 manat məbləğində cəriməni Kəpəz rayon icra şöbəsində xx.xx.2012-ci il tarixdə tam şəkildə ödəmişdir.
3. Füzuli Hərbi Məhkəməsi tərəfindən verilmiş 28 yanvar 2016-cı il tarixli, 183 nömrəli arayışdan görünür ki, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2011-ci tarixli hökmünə əsasən, iddiaçı Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon icra şöbəsindən daxil olmuş xx.xx.2014-cü il tarixli, 635 saylı arayışdan göründüyü kimi, iddiaçı ona təyin edilmiş 800 manat miqdarında cəriməni dövlət büdcəsinə tam şəkildə ödəmişdir. Hal-hazırda onun üzərində yuxarıda qeyd edilən hökm üzrə heç bir cərimə cəzası qalmamışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 26 aprel 2019-cu il tarixli, M38790 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən iddiaçının məhkumluğu yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müda fiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 15 avqust 1998-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə pensiya alan ehtiyatda olan zabitdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci, 164-cü və “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddələrinin tələblərinə əsasən, fasiləsiz 20 təqvim ili hərbi xidmət keçərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2019-cu il tarixli, 0414 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respubtikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən "2016-ci il aprel" müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin xidmət illəri barədə arayışında onun xidmətdən buraxıldığı günə fasiləsiz xidmət illəri: təqvimlə - 20 il 11 ay 16 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət - 09 il 10 ay 10 gün, ümumi xidmət illəri isə 30 il 09 ay 26 gün təşkil edir. Onun fasiləsiz 20 il 11 ay 16 gün qüsursuz xidməti olduğundan, 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Azərbaycan Respub likası Prezidentin Fərmanı ilə yaşayış sahəsi almaq hüququ tanınmışdır. Hərbi xidmət dövründə 19 iyul 2008-ci il tarixlərdə ”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, xx.xx.2009-cu ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, xx.xx.2017-ci ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşdur. Lakin xidmət illəri zamanı Füzuli Hərbi Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Cavabdehin imtinası, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirlər i barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməməsi, Avropa İnsan Hüquqları Konvensiyası 1 saylı Protokolun 1-ci maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının normalarına zidd olmaqla, onun qanunlarla tanınan hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş sayılır. Onun barəsində olan hökm 22 noyabr 2011-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Gəncə şəhəri Kəpəz rayon İcra şöbəsinin 28 mart 2012-ci il tarixli 174/11 qeydiyyatlı arayışına əsasən, 28 mart 2012-ci il tarixi cəzanı çəkib qurtardığı gün hesab edilir. Odur ki, 28 mart 2013-cü il tarixində məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir və şəxs məhkumluğu olmayan hesab edilir. Bununla da o, məhkumluğu olmayan şəxs hesab edilmiş və bunun nəticəsində onun barəsində məhkumluqla bağlı olan bütün hüquqi nəticələr ləğv edilmişdir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyində 15 avqust 1998-ci il tarixdən 17 may 2019-cu il tarixədək xidmət etmiş və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) or du sıralarından ehtiyata tərxis olunmuşdur. İddiaçı hazırda “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına istinad edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi dövlət vəsaiti hesabına mənzillə təmin olunmasını tələb edir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və ya daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının d övlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmana əsasən, üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır:
1. Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli; 2.Hərbi qulluqçu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməli; 3.Göstərdiyi xidmət qüsursuz olmalıdır. Göstərilən üç şərtdən ikisi, iddiaçının müvafiq siyahıya daxil edilməsi üçün kifayət etmir. Çünki, “həqiqi hərbi xidmətin qüsursuz” şərti mövcud deyil. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 16 iyun 2023-cü il tarixli, 2510 nömrəli məktubdan görünür ki, iddiaçı xidmət müddətində Azərbaycan Respublikası Füzuli Hərbi Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranmadığından, iddia təmin edilə bilməz. İddiaçının Azərbaycan Ordusunda 20 il, 9 ay, 2 gün xidmət keçməsi müəyyən edilmişdir. Lakin xidmət illərindən məhkumluq müddəti (bir il) çıxılsa (Azərbaycan Respublikası CMnin 83.3.2-ci maddəsinə əsasən) 20 təqvim ili və daha çox xidmət müddəti olmadığına görə bu Fərman ona şamil edilmir.
8. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: E.H.Hüseynov) 23 yanvar 2024-cü il tarixli 2-1 (122)-69/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsinin əsaslandırması: 9.1.İddiaçı xx.xx.1998-ci il tarixdən, xx.xx.2019-cu il tarixədək 20 il, 11 ay, 16 gün xidmət etmiş, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ordu sıralarından ehtiyata buraxılmışdır. O, Füzuli Hərbi Məhkəməsinin 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CMnin 332.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Xidmət illərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsində təsbit edilmiş bir il məhkumluq müddəti çıxıldıqda, iddiaçı qanunla müəyyən edilmiş 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu statusuna malik olmur. Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmət dən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, hazırkı və oxşar mübahisələrə dair məsələlər qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Y.S.Qurbanov /sədrlik edən və məruzəçi/, S.H.Novruzov və S.M.Qarayev) 30 aprel 2024-cü il tarixli, 2-1(108)-24/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, ye ni qərar qəbul edilmiş, iddia təmin edilmiş, iddiaçının 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq mənzillə təmin olunmalı olan hərbi qulluqçuların siyahısına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 12.1. İşə əlavə edilmiş vəsiqələrin surətindən aydın olur ki, iddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli 0140 t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cu il tarixli, 029 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli, 0105 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. 12.2. İşdən görünür ki, iddiaçının “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunması onun məhkum olunmasından sonrakı dövrə təsadüf edir. Həmçinin, işin faktiki hallarından aydın olur ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1ci və 2-ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyat larında iştirak etmiş, xidmət müddəti zamanı Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil fondundan yaşayış sahəsi ilə təmin olunmamış, adına hər hansı daşınmaz əmlak qeydə alınmamışdır və üç uşağı olmaqla anasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır. 12.3. Cavabdehin verdiyi arayışa əsasən, iddiaçı 15 avqust 1998-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və onun təqvim üzrə xidmət illəri 20 il 11 ay 16 gün təşkil etmişdir. Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanında nəzərdə tutulmuş məhdudiyyət hüquq normasının zamana görə qüvvəsi baxımından, 0 1 avqust 2019-cu il tarixdən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və ehtiyata buraxılanadək 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, cavabdehin imtinanın əsası kimi istinad etdiyi və birinci instansiya məhkəməsi tərəfindən əsas götürülən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı iddiaçının öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasından sonra qüvvəyə minmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il t arixli, 569 nömrəli Fərmanında sonradan edilmiş dəyişikliyə əsasən müəyyən edilmiş məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı tələb, ümumiyyətlə qüsursuz xidmət illərinin hesablanmasında hər hansı halın nəzərə alınması ilə bağlı göstəriş, iddiaçının hüququnun yarandığı dövrdə, yəni həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı xx.xx.2019-cu il tarixdə qüvvədə olmuş Fərmanda nəzərdə tutulmamışdı. Həmin Fərmanın 1-ci bəndində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi təsbit edilmişdi. Göründüyü kimi, Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçul arın dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün iki əsas şərt, yəni hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha artıq xidmət etməsi və həmin xidmət illərinin qüsursuz olması tələb olunurdu. Buna görə də, iddiaçının Füzuli Hərbi Məhkəməsinin 2011-ci il 02 noyabr tarixli hökmünə əsasən 800 manat cərimə cəzasına məhkum edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxslərə münasibətdə müəyyən edilən 1 illik məhkumluq müddətinin qüsursuz hərbi xidmət müddətinə daxil edilməməsi onun vəziyyətini ağırlaşdırdığından, yuxarıda adı qeyd olunan Fərmanda sonradan edilmiş dəyişikliyə əsasən müəyyən edilmiş qayda iddiaçıya münasibətdə nəzərə alına bilməz. 12.4. Azə rbaycan Respublikası Prezidentinin 1476 nömrəli, 15 noyabr 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasi Prezidentinin 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına yeni tənzimləmə ilə əlaqədar edilmiş dəyişiklik fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran və hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən hallarda normativ hüquqi aktların geriyə qüvvəsinin olması, başqa normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməməsi barədə konstitusion prinsiplə yanaşı “qazanılmış hüquq” konsepsiyası baxımından da təhlil edilməlidir. Bu prinsipin mənasına görə, qəbul edilmiş yeni qaydalar əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni norma qüvvəyə mindikdən sonra yaranmış hüquq münasib ətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: 14.Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına əlavə və dəyişikliklər edilməsi haqqında" 15 noyabr 2021-ci İl tarixli 1476 nömrəli Fərmanının İcrası ilə əlaqədar olaraq, ümumi təqvim xidmət ilindən məh kumluq müddəti çıxıldıqda Azərbaycan Ordusu sıralarında 20 təqvim xidmət ilinə malik deyildir.
15. Bundan əlavə, məhkumluğun olduğu müddət hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı (15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni məzmunda 31-ci, 3-2-c i və 3-3-cü hissələr əlavə edilmişdir)
1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. 3-2. Aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sü butları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir....... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məh kəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəm ə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən şikayət təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmaqla ləğv edilməli və iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilməlidir.
22. İşin hal larından görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanının 1-ci bəndinə istinadən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan onun Füzuli Hərbi Məhkəməsinin 1(097)-183/2011 saylı 02 noyabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 332.1ci maddəsi ilə təqsirli bilinib, CM-nin 62-ci maddəsinin tələblərinə müvafiq olaraq 800 manat miqdarında cərimə cəzasına məhkum edilməsi səbəbindən xidmətinin qüsursuz olmadığını əsas gətirərək müraciətin təmin olunmasından imtina etmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməli olduğuna dair mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi xidmət dövründə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli 0140 t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” (1918-2008) yubiley medalı, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 25 iyun 2009-cu il tarixli, 029 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və həmçinin, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2017-ci il tarixli, 0105 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur. İşdən görünür ki, iddiaçının “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medalı ilə t əltif olunması onun məhkum olunmasından sonrakı dövrə təsadüf edir. Həmçinin işin faktiki hallarından aydın olur ki, iddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 1-ci və 2-ci ordu korpuslarının müdafiə zolağında Füzuli və Ağdam istiqamətlərində gedən döyüş əməliyatlarında iştirak etmiş, xidmət müddəti zamanı Müdafiə Nazirliyi tərəfindən xidməti mənzil fondundan yaşayış sahəsi ilə təmin olunmamış, adına hər hansı daşınmaz əmlak qeydə alınmamışdır və üç uşağı olmaqla, anasına məxsus evdə ailəsi ilə birlikdə yaşayır.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmir və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanın ilkin redaksiyasında nəzərdə tutulmuşdur. 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavələr olunanadək məzmun baxımından həmin anlayış qeyridəqiq və qeyri-müəyyən olmuş, öz növbəsində inzibati orqan da “qüsursuz xidmət” müddəti anlayışını tətbiq edərkən təcrübədə həmin qeyri-müəyyən anlayışı təfsir etməli və həmin anlayışın təfsiri əsasında qərar qəbul etməli olmuşdur.
25. Kollegiya hesab edir ki, “qüsursuz xidmət” müddəti anlayışı 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanında əvvəlcədən mövcud olduğundan, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışı ilə bağlı edilən əlavələr yeni normativ tənzimləmələrin qanunvericiliyə gətirilməsi kimi deyil, əksinə, qanunvericilikdə mövcud olan “qüsursuz xidmət” müddəti anlayışının məzmununu açıqlayıcı (dəqiqləşdirici) mahiyyətdə olmuşdur. Sözügedən əlavələr “qüsursuz xidmət” müddəti anlayışının məzmununu dəyişməmiş, şərhedici xarakterli normalar olmuşdur.
26. Şərhedici norma mövcud hüquqi normanın məzmununu dəqiqləşdirir və həmişə əslində malik olduğu hesab edilən mənasını bəyan etməyə kömək edir. Başqa sözlə, şərhedici norma dəqiqləşdirmə aparmaqla izah edilən normanın əvvəldən hansı mənaya gəldiyini bəyan edir, qəbul edildiyi andan etibarən necə başa düşülməli olduğunu aydınlaşdırır və buna görə də, izah edilən norma mövcud olduğu tarixdən etibarən sonradan dəqiqləşdirilmiş məzmunda tətbiq edilmə keyfiyyətinə malik olur.
27. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələr, “qüsursuz xidmət” müddəti anlayışının qəbul edildiyi 28 dekabr 2011ci il tarixdə nəzərdə tutduğu mənanı bəyan etmişdir.
28. Qeyd edilməlidir ki, şərhedici normanın zamana görə tətbiq edilməsi ilə yeni hüquq normasının zamana görə tətbiqi fərqlənir. Şərhedici normalar izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiq edilir, başqa sözlə, təbii olaraq “geriyə” tətbiq ediləndir. Yeni hüquq normaları isə şəxsin hüquqi vəziyyətini ağırlaşdırdıqda geriyə şamil edilə bilməz, amma şəxsin hüquqi vəziyyətini yüngülləşdirdikdə qüvvəsi geriyə şamil edilə bilər.
29. Buna görə də, yeni hüquq norması ilə bağ lı tətbiq olunan şəxsin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməməsi və ya şəxsin hüquqi vəziyyətini yüngülləşdirən normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilə bilməsi ilə bağlı Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş müddəa 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “qüsursuz xidmət” müddəti anlayışının təfsiri ilə bağlı əlavə edilmiş 3-1-ci, 3-2ci və 3-3-cü hissələrə tətbiq edilə bilməz.
30. Bundan əlavə, məhkəmə kollegiyası onu da qeyd edir ki, icraedici və ya qanunverici orqan tərəfindən normativ hüquqi aktın və ya onun müəyyən müddəalarının şərhedici xarakterli normalar kimi qanunvericiliyə daxil edilməsi, həmin normaların məhkəmə tərəfindən müstəqil şəkild ə şərhedici norma, yaxud yeni norma kimi qiymətləndərilməsinə mane olmur.
31. Məhkəmə həmçinin nəzərə alır ki, şərhedici normaların, izah edilən normanın mövcud olduğu tarixdən etibarən tətbiqi hüququn aliliyi və hüquqi müəyyənlik prinsipinə ziddiyyət təşkil etməməli, şəxsin hüquq və azadlıqlarına qeyri-mütənasib müdaxilə vəziyyəti yaratmamalıdır.
32. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əlavə edilmiş “qüsursuz xidmət” müddət anlayışının məzmununu dəqiqləşdirən 3-1- ci, 3-2-ci və 3-3-cü hissələrin hazırkı işə tətbiqini istisna edən hər hansı bir əsas yoxdur.
33. İş materiallarından görünür ki, iddiaçının inzibati orqana və məhkəməyə müraciət etdiyi tarix “qüsursuz xidmə t” müddəti anlayışını dəqiqləşdirən 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanından sonra olmuşdur.
34. Məhkəmə kollegiyası hesab edir ki, 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı qəbul olunan tarixədək “qüsursuz xidmət” müddəti anlayışının məzmununu müəyyən etməklə bağlı inzibati orqanların qiymətləndirmə azadlığı olmuşdur. Məhkəmələr də müvafiq olaraq belə mübahisələrə baxarkən hər bir konkret halda inzibati orqan tərəfindən sözügedən qiymətləndirmə azadlığından obyektiv meyarlara əsaslanmaqla istifadə olunub-olunmadığına qiymət vermişlər. Lakin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə edilən dəyişikliklərdən sonra Fərmanda “qüsursuz xidmət” müddət i anlayışı üçün müəyyən edilmiş meyarlara uyğun yoxlama aparılmalıdır.
35. Hazırkı işlə bağlı aşağı instansiya məhkəmələri tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 15 avqust 1998-ci il tarixdən 26 iyul 2002-ci il tarixədək Azərbaycan Ali Hərbi Məktəbində kursant, 26 iyul 2002-ci il tarixdən 24 iyun 2003-cü il tarixədək dinləyici, 24 iyun 2003-cü il tarixdən N iyun 2004-cü il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N iyun 2004-cü il tarixdən N noyabr 2005-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, N noyabr 2005-ci il tarixdən 14 dekabr 2010-cu il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 14 dekabr 2010-cu il tarixdən 18 iyul 2011-ci il tarixədək N nömrəli hərbi hissədə rabitə taqım komandiri, 18 iyul 2011-ci il tarixdən 02 ok tyabr 2017-ci tarixədək N nömrəli hərbi hissədə idarəetmə taqım komandiri, 02 oktyabr 2017-ci il tarixdən 28 iyul 2018-ci il tarixədək N nömrəli hərbi hissədə QRR və AİŞ üzrə köməkçi, 28 iyul 2018-ci il tarixdən 01 avqust 2019-cu il tarixədək N nömrəli hərbi hissədə RBR Q6 köməkçisi vəzifələrində işləmişdir. N nömrəli hərbi hissənin rabitə bölməsi (Q6) rəisinin köməkçisi (avtomatik idarəetmə sistemlərinə nəzarət və informasiya əlaqəsi üzrə) olan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 17 may 2019-cu il tarixli 0414 nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, 2019-cu ilin hesabından 60 gün müddətində məzuniyyət verilməklə, 01 avqust 2019-cu il tarix dən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinə göndərilmişdir.
36. Beləliklə, iddiaçının Azərbaycan Silahlı Qüvvələrində xidmət illərinin təqvimlə - 20 ( iyirmi) il, 11(on bir) ay, 16(on altı) gün təşkil etməsi mübahisəsizdir. 15 noyabr 2021-ci il tarixli Fərmanın müddəalarına əsasən, iddiaçının Füzuli Hərbi Məhkəməsinin 2011-ci il 02 noyabr tarixli hökmünə əsasən 800 manat cərimə cəzasına məhkum edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaya məhkum edilmiş şəxslərə münasibətdə müəyyən edilən 1 illik məhkumluq müddəti təqvimlə xidmət illərindən çıxıldıqda onun Azərbaycan Or dusunda 20 ildən az xidməti olduğu müəyyən edilir. Belə olan halda, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli, 569 saylı Fərmanında təsbit olunmuş şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.
37. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutları qanunvericiliyin müvafiq normalarına uyğun şəkildə təhlil edərək bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə, iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməlidir. QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəm əsinin İnzibati Kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2-1(108)-24/2024 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.