Məhkəmə qərarları › İş №2-1(102)-2187/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2187/2021

15.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2187/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın mümkünlük şərti, subyektiv hüquq 15.12.2021 giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs "xxxx" MMC) “kompensasiya ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-825/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh ilə iddiaçı arasında notarial qaydada bağlanmış 18.04.2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə iddiaçı 18.04.2017-ci il tarixdə Xəzri MTK tərəfindən verilmiş qeydə alma nömrəsi 359 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən 28 saylı mənzilini qanunvericilikdə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla hesablanmış 364.000 manat məbləğində kompensasiya məbləği almaqla cavabdehin xeyrinə imtina etmişdir.

2. Cavabdehin 04.08.2020-ci il tarixli məktubuna əlavə olunmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli, 29.12.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektlərinin Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi çərçivəsində ünvan 2 ünvanında yerləşən çoxmənzilli binanın yaşayış və qeyriyaşayış sahələrinə dair “Qiymətləndirmə cədvəli”ndə göstərilmişdir ki, iddiaçıya məxsus olan mənzilə görə əlavə xərclər də nəzərə alınmaqla 364.000 manat məbləğində kompensasiya hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X1 və digərləri Cavabdehnə qarşı “əmlaka görə kompensasiyanın alınmamış hissəsinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyən edildiyindən və qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış binasının tərkib hissəsi olan, ümumi istifadədə olan binanın, dəhlizi, pilləkənləri, lift, su anbarı, balkonlar, işıq transformatoru və otağı, həyətyanı sahə və sair sahələrin kompensasiyası ödənilməmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4148/2020 saylı, 02.11.2020-ci il tarixli qərardadı ilə iddia bir icraatın müstəqil işlər üzrə icraata ayrılması qərara alınmışdır. 6. “İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı ünvan 3 ünvanda yerləşən dövlət ehtiyacları üçün satın alınmaya məruz qalmış yaşayış binası üzrə ödənilməyən 78.200 (yetmiş səkkiz min iki yüz) AZN (manat) vəsaitin Bakı şəhər Cavabdehndən tutulması barədə qərar qəbul edilməsi” tələbi üzrə iş 2-1(112)-4148/2020 nömrəli işdən yeni nömrə ilə ayrılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7620/2020 saylı, 10.11.2020-ci il tarixli qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-7620/2020 saylı iş) 30 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsinin mövqeyinə görə qanunvericiliyin tələbləri və tərəflər arasında bağlanmış müqavilə nəzərə alındıqda, iddiaçının mülkiyyət hüququ üzrə ona məxsus mənzil sahəsindən cavabdehin xeyrinə imtina etməsi ilə eyni zamanda çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı da müqavilə üzrə mənzil s ahəsini əldə edənə, hazırkı halda, cavabdehə keçmişdir. Beləliklə, iddiaçının iddia etdiyi, istinad edilən müqavilənin bağlanmasınadək ona məxsus olmuş mənzil sahəsinə xidmət edən sahə və obyektlərə münasibətdə hazırkı məzmunda tələb hüququ yoxdur. İddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında hazırkı kompensasiya tələbini irəli sürməkdə subyektiv hüququnun mövcudluğu müəyyən edilmir.

10. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X7-məruzəçi, X2 və X3, 2-1(103)-825/2021 saylı iş) 23 iyul 2021-ci il tarixli qərardadla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 30 noyabr 2020-ci il tarixli qərardadını dəyişdirmədən saxlamışdır.

12. İddiaçı 21 sentyabr 2021-ci tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

13. İddiaçı Mənzil Tikinti Kooperativinin üzvü olaraq MTK tərəfindən inşa edilmiş və sökülməyə məruz qalmış mənzillərinin vəsaitlərini almışlar. Lakin yaşayış binasının digər sahələrinə (ümumi istifadədə və faktiki mülkiyyətdə olmuş; Dövlət tərəfindən ayrılmış meydança sahəsi, su anbarı, transformator otağı, binan dəhliz və digər sahələri.) kompensasiya ödənilmədiyi sübuta yetirilir. Mübahisə predmetinə çevrilmiş və iddia tələbində göstərilən sahələrin bundan öncə ödənilmiş kompensasiya məbləğinə (mənzillərə ödənilmiş kv.m sahələr) heç bir aidiyyəti yoxdur. İddia ərizəsində tələb edilən sahələrə görə kompensasiyanın ödənilmədiyi tərəflərin izahatlarından və iş materiallarından tam sübuta yetirilir. İddia tələbinin digər hissəsindən də göründüyü kimi mənzillərə görə ödənilməli olan Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən kompensasiya məbləğinin 20% miqdarında əlavə ödəmənin və çətinliyə görə kompensasiya məbləğinin hesablanıb ödənilmədiyi iş materialları (cavabdehin məhkəməyə təqdim etdiyi inzibati materiallar) ilə tam sübuta yetirilir. Məhkəmə tərəfindən işə mahiyyəti üzrə araşdırma aparılmadan iddianın mümkün sayılmaması qərara alınmışdır. İş materi allarında olan DNK-da bağlanmış alqı-satqı müqavilələrindən də göründüyü kimi iddiaçılara əmlak kompensasiyası olaraq Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əmlak dəyərinin 20%-nin ödənilməsinə və çətinliyə görə kompensasiya məbləğlərinin ödənilməsinə dair məlumat mövcud deyildir. İddia tələblərinin dəlillərini təkzib edən heç bir sübut inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. İddia tələbi ödənilməyən hissələrin ödənilməsinə yönəldilən hüquqi addımlardan ibarətdir.

14. Şikayətin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 227.1, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə istinad edilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tə tbiq edilən hüquq

16. İnzibati Prosessual Məcəllə: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. (-). Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.

7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstə rilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cava bdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

18. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-824/2021 saylı 18 may 2021-ci il tarixli, 2-1(102)-822/2021 saylı 4 may 2021-ci il tarixli və 2-1(102)-1799/2021 saylı 3 noyabr 2021-ci il tarixli qərarları ilə iddiaçıların mənzillə bağlı cavabdehlə alqı-satqı müqavilələri olduğundan və müqavilələrdə mənzilin dəyəri ilə yanaşı əlavə xərclərin də məbləği əks edildiyindən əlavə xərclərin ödənilməsi ilə bağlı i ddiaçıların subyektiv hüququ olmadığına görə iddiaların mümkün sayılmaması barədə apelyasiya məhkəməsinin qərardadları qüvvədə saxlanılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

19. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Kasasiya məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Bakı şəhəri Cavabdehnə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehti yacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. 22. ünvan 4 ünvanda yerləşən mənzil iddiaçıya məxsus olmuş və həmin sahəyə görə Notariat Ofisində təsdiq edilmiş alqı-satqı müqavilələrinə əsasən əmlakın dəyəri olaraq 364.000 manat ödəniş edilmişdir.

23. Bakı şəhəri, Yasamal rayonu ərazisində iddiaçıya məxsus daşınmaz əmlakların cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 saylı qərarının icrası ilə əlaqədar sökülməsi və bu söküntü işləri çərçivəsində həmin daşınmaz əmlakla bağlı iddiaçı ilə alqı-satqı müqaviləsinin bağlanması, habelə müqavilə üzrə müvafiq məbləğin ödənilməsi işin m übahisə olunmayan hallarına aiddir.

24. İddiaçı hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ödənilmiş əmlaka görə kompensasiya 72.800 manat miqdarında ödənilməlidir.

25. Məhkəmə kollegiyası vurğulayır ki, iddiaçıya məxsus mənzil cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. İşin 16-cı səhifəsində olan qiymətləndirmə cədvəlində əlavə xərclər nəzərə alınmaqla əmlak ayrıca qiymətləndirilmiş və həmin qiymətlərə uyğun olaraq iddiaçı ilə cavabdeh arasında notariat qaydasında təsdiq olunmuş alqı-satqı müqaviləsi bağlanmış, müqavilədə alqı-satqının dəyəri göstərilmişdir. Müqavilə qüvvədə olmaqla onun ləğvi, dəyişdirilməsi və ya etibarsız sayılması barədə hər hansı sübut təqdim edilməmişdir. 26. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır.

27. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir...

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci eleme nt isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

29. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisə edilən mənzillərin iddiaçının əmlak hüququnun mövcudluğu təsdiq edilmir.

30. İddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia mümkün sayılmamışdır.

31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şə rtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər.

32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisn a edir.

33. Bəhs olunanlara əsasən cavabdehin hərəkəti nəticəsində iddiaçı onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmadığından iddia mümkün sayılmır.

34. Kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-825/2021 saylı, 23 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar