Məhkəmə qərarları › İş №2-1(102)-2187/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2187/2023

12.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2187/2023 12.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı “Bakı şəhər X4 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı “Bakı şəhər X4 Rayonlararası Bölməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbay can Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)73/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondu sədrinin 2005-ci il 06 iyun tarixli 254 nömrəli əmrinin 8-ci bəndinin icrası ilə əlaqədar tərtib edilmiş qarşılıqlı üzləşmə aktları ilə Səbail rayon Profilaktik Dezinfeksi ya şöbəsinin xx.xx.2005-ci il tarixə cəmi 935.229,9 manat (əsas məbləğ 554.165,1 manat, penya 381.064,8 manat); Qaradağ rayonu Profilaktik Dezinfeksiya İdarəsinin xx.xx.2005-ci il tarixə əsas borc məbləği 933.576,9 manat; X2 Profilaktik Dezinfeksiya şöbəsinin xx.xx.20015-ci il tarixə cəmi borc məbləği 583.847,4 manat (əsas borc 304.678,0, penya 279.169,4 manat); Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsinin xx.xx.2005-ci il tarixə cəmi borc məbləği 469 527, 1 manat, Həşəratlara qarşı Xüsusi Mübarizə şöbəsinin xx.xx.2005-ci il tarixə olan cəmi borc məbləği 643.204,0 manat (286.386,0 manat əsas borc, 356.818,0 manat pensiya) borc qəbul edilmişdir.

2. İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2010-cu il tarixli 52 saylı əmrinə əsasən yaradılmışdır. Adıçəkilən MMC 5 idarəni n (Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, X2 Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbəsi) yenidən təşkili yolu ilə ləğv edilmiş və onların bazasında “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yaradılmışdır. “Bakı şəhər X4 rayonlararası Bölməsi” MMC yeni yaradılan zaman keçmiş 5 idarənin borcunu 737.191,12 manat həcmində qəbul etmişdir.

3. İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərtib edilmiş üzləşmə aktına əsasən iddiaçının “Məcburi dövlət sosial sığorta haqları” üzrə 2006-cı ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır.

4. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə Üzləşmə aktı ilə xx.xx.2014-cü il tarixə 13.150,34 manat əsas borc, 2018-ci ilin birinci rübü üçün isə 24.538,12 manat maliyyə sanksiyası borcu qəbul edilmişdir. Eyni zamanda üzləşmə aktında 13.150,34 manat borcun məhkəmə qərarı ilə silindiyi qeyd olunmuşdur.

5. Tərəflər arasında təsdiq edilmiş “Qarşılıqlı üzləşmə aktı” ilə iddiaçının xx.xx.2012-ci il tarixə qalıq borcu 751.982,01 manat, məhkəmə qətnaməsinə əsasən rədd olunmuş məbləğ isə 581.102,10 manat olduğu qəbul edi lmişdir.

6. İddiaçı 05 iyun 2018-ci il tarixli məktubla DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinə müraciət edərək, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununu rəhbər tutaraq Cəmiyyətin üzərindən 764.471,53 manat borcun tam məbləğdə silinməsini xahiş etmişdir.

7. DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinin xx.xx.2018-ci il tarixli, 99/01/03-974 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, məktubu baxılmış, məktubda qaldırılan məsələlər araşdırılaraq əlavə məlumat veriləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh DSMF-nun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdi rilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək iddiaçının üzərindən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 581.102,10 manat borc məbləğinin silinməsi, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli Qanununun tələbi əsasında iddiaçının üzərindən 283.622,48 manat borc məbləği daxil omaqla 764.471,53 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixinə 737.191,12 manat borc olduğunu qəbul etmişdir. Həmin məbləğin 724.328,33 manat hissəsi sığorta edənlərin hesabatlarında əks olunmuşdur. Yerdə qalan 12.862,79 manat hissə pe nya məbləği olmuşdur. xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinə olan borc hissəsi isə 35.709,64 manat təşkil edir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanuna əsasən DSMF-nin İri Sığortaedənlərlə İş idarəsi tərəfindən iddiaçıya məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş borcun silinməsi barədə üzləşmə aktı təqdim edilmişdir. Borcun silinməsini nəzərdə tutan məbləğ xx.xx.2006-cı il tarixinədək sığortaedənin təqdim etdiyi ən son hesabata görə (hesabatla əlavə olunan dövr xx.xx.2005) sığortaedənin borcu 1-ci qrafaya görə 504.846,96 manat, 2-ci qrafaya görə yəni xx.xx.2010-cu il tarixinə hesabatla əhatə olunan dövrə 480.849,05 m anat, 3-cü qrafada isə xx.xx.2018-ci il tarixində hesabatla əhatə olunan dövr kimi 764.471,53 manat göstərilmişdir. Bundan başqa DSMF tərəfindən penyaya da üzləşmə aktı təqdim edilmişdir. Penyaya dair üzləşmə aktında əks olunmuş silinməyə gedən məbləğlərlə razıdırlar və həmin məbləğ iddiaçının xx.xx.2010-cu il tarixli hesabatı əsasında tərtib edilmişdir. Adıçəkilən həmin üzləşmə aktında iddiaçının borcu 764.471,53 manat göstərilmişdir. Cəmiyyət xx.xx.2005-ci il tarixinə həmin məbləğdən əsas borcun 504.846,96 manat olması ilə razı deyil. Çünki üzləşmə aktına görə Cəmiyyətin xx.xx.2005-ci il tarixə olan borcu 708.846,44 manat olmalıdır. DSMF isə onu üzləşmə aktının 1-ci qrafasına görə 504.846,96 manat kimi qeyd edib. Həmin aktın 2-ci qrafasına görə isə xx.xx.2010-cu il tarixinə borc 480.849, 05 manat deyil, 724.329,33 manat təşkil etmişdir. Bu məbləğ isə müəssisənin hesabatında göstərilib. Halbuki 581.102,10 manat məbləği məhkəmə qərarı ilə 2002-ci ilə müəssisənin üzərindən silinmişdir. Yəni 764.471,53 manatdan silinib 581.102,10 manat (764.471,53-581.102,10=183.369,43). Deməli xx.xx.2018-ci il tarixinə müəssisənin əsas borcu 183.369,43 manat təşkil edib. Ona görə də DSMF silinməyə təqdim edilən borc məbləği olaraq üzləşmə aktında 283.622,48 manat deyil, 183.369,43 manat göstərməli idi. Vergilər Nazirliyi tərəfindən ən son təqdim edilən iddiaçıya məxsus şəxsi vərəqədə göstərilən borcun 271.038.23 manat olması göstərilir. Lakin, bu borc (764.471,53 manat-408.479,65 manat=283.062.48 manat) onun azalmasına səbəb MMC tərəfindən cari 2018, 2019, 2020-ci illərdə aparılan ödənişlər m əqsədilə dövlət büdcəsinə həyata keçirilən öhdəliklər köhnə borcların ödənilməsinə silinir. Halbuki, bu hərəkəti düzgün hesab etmirlər, ona görə ki, 2018, 2019, 2020-ci illərdə ödənilən vəsaitdən işçilərinin sığorta bazasına olan ödənişlər oturmamışdır, əvəzində bu məbləğlər tam həcmdə köhnə borcların silinməsinə xidmət edir. 283.062,48 manat həcmində vəsait isə DSMF tərəfindən silinməyə təqdim edilən əsas borc, penya və maliyyə sanksiyalarından ibarətdir. Silinmə güzəştlərini nəzərdə tutan Sərəncama əsasən iddiaçıdan 408.849,05 manat borc silinmişdir. Penya və maliyyə sanksiyaları 1994-cü ildən xx.xx.2018-ci ilədək, şəxsi vərəqədə 283.622,48 manat vəsait haqqında məlumat öz əksini tapır. Vergilər İdarəsi tərəfindən verilmiş bu məlumat, iddiaçının bugünkü günə olan ümumi borcudur. İddiaç ı tərəfindən məhkəməyə edilən müraciətdə məhkəmə qərarları ilə yanaşı müvafiq Sərəncamın verildiyi vaxtda həmin qərardan əmələ gələn məbləğin silinməsi yəni tərkibində keçmiş borcun da əks olunduğu cəmi 764.471,53 manat məbləğin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. Sərəncama uyğun silinmənin aparıldığı dövrdə ümumi borc məbləği olan 764.471.53 manat məbləğdən silinməsi aparılan məbləğ 480.849,05 manat təşkil etmişdir. Belə olanda yerdə qalır: 283.622,48 manat. Məhkəmədə sözügedən üzləşmə aktında iddiaçının borcu 764.471,53 manat göstərilmişdir. Silinməmiş borc 1994-xx.xx.2018-ci ilə 283.622,48 manat olan borc hissəsidir, qalan borcun və məhkəmə qətnamələri ilə rədd olunmuş məbləğlər bu günə qədər borc kimi idarənin şəxsi vərəqəsindədir.

10. Daha sonra iddiaç ı hazırkı cavabdehə qarşı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək iddiaçının üzərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borcun tam məbləğdə silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, Qaradağ rayon Profilaktik Dezinfeksiya şöbəsi, Yasamal rayon Profilaktik Dezinfeksiya şöbəsi, Səbail rayon Profilaktik Dezinfeksiya şöbəsi, X3 Profilaktik Dezinfeksiya şöbəsi və Həşəratlara qarşı xüsusi mübarizə şöbələrinin məcburi dövlət sığorta haqları üzrə borcu yarandığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sığortaedənlərlə İş üzrə Departamenti məhkəməyə müraciət etmişdir (2004-2008-ci illər). Məhkəmə qətnamələri ilə iddia tələbi qismən təmin edilmiş, qeyd olunan məhkəmə qərarları öz qanuni qüvvəsini almışdır. Hazırda isə iddiaçı məhkəmə qətnamələrini əsas tutaraq, qətnamə əsasında rədd edilmiş məbləğin şəxsi uçot vərəqəsindən silinmədiyini bildirir. Məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsində hər hansı düzəlişin aparılması tələbinə dair iddiası əsassızdır. İddiaçı iddia ərizəsinə dəqiqləşmədə məhkəmə qərarları ilə 581.102,10 manat məbləğin müəssisənin üzərindən silindiyini və xx.xx.2018-ci il tarixə müəssisənin 183.369,43 ma nat borcunun qaldığını bildirir. Hansı ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin Sığorta AS (Hesabat)” alt sistemində “X5”da sığortaedən iddiaçının şəxsi vərəqəsində xx.xx.2018-ci il tarixdə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249,00 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzasi və möhürü ilə təsdiq edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilmiş silinmələr məhkəmə qətnamələri əsasında deyil, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən həyata keçirilmişdir. Hazırki mübahisə üzrə id diaçının silinməsini tələb etdiyi borc məbləği məhkəmə tərəfindən iddia müddəti tətbiq edildiyi üçün sosial sığorta orqanının xeyrinə tutulmamışdır. Sosial sığorta qanunvericiliyində isə həmin borcun silinməsi ilə bağlı hər hansı norma nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə qətnamələri ilə iddia müddətinin tətbiq edildiyi məbləğin silinməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsində birbaşa olaraq qeyd edilmişdir ki, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, təqdim edilmiş iş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.) əsasən illər üzrə borc aşağıdakı kimi olmuşdur, o cümlədən: 1) 1994- xx.xx.2006-cı ilə olan ümumi borc məbləği-708.846,44 manat (451.260,76 manat əsas borc, 257.585,68 manat penya və maliyyə sanksiyası); 2) xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilə qədər ümumi borc – 737.190,92 manat (455.967,86 manat əsas borc, 281.223,06 manat penya və maliyyə sanksiyası); 3) xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci ilə qədər ümumi borc 789.009,45 manat (495.54 5,04 manat əsas borc, 293.464,41 manat penya və maliyyə sanksiyası); 4) 1994-cü il tarixindən xx.xx.2018-ci ilə qədər ümumi borc-768.117,73 manat.

13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda göstərilmişdir ki, tərəflərindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən “X1 Sistemi”nin “Sığorta AS (Hesabat)” alt sistemində “X5”da sığortaedən iddiaçının şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixdə 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarix inədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 01 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 01 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia təmin edilmiş, iddiaçının üzərindən “Məcburi dövlət so sial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanununun tələbi əsasında 283.622,48 manat borcun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 6 mart 2018-ci il tarixli Qanuna və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimatına əsasən iddiaçının şəxsi vərəqəsindən xx.xx.2018-ci il tarixində 2006-cı il 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial sığorta haqqı, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənil məmiş 13.150,34 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya), 2018-ci ilin 1 aprel tarixinədək yaranmış və ödənilməmiş 10.249 manat (qismən 90%) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir ki, bununla da borcların silinməsi ilə bağlı qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmuşdur.

16. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-1(103)-749/2021 nömrəli qərarı (hak imlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və A.B.Nuriyeva) ilə cavabdeh və üçüncü şəxsin apellyasiya şikayətləri təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, hazırkı iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında rədd olunmuş borc məbləğinin silinməsi qeyd olunmadığından, həmçinin, silinmiş borc məbləği məhkəmə qərarı ilə deyil, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nö mrəli Qanununa və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına həyata keçirildiyindən və hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən vergi orqanlarına müəssisənin məcburi dövlət sosial sığorta haqlarının “vaxtın keçməsi səbəbi ilə silinməsi" səlahiyyəti və ya vəzifəsi verilmədiyindən hazırkı iddia tələbi təmin edilə bilməz.

19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununa və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Fərmanının 2ci bəndinə istinad etmişdir.

20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarı n ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(102)-126/2022 nömrəli qərarı (hakimlər: R.S.Nəbizadə /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2021-ci il tarixli, 2-1(103)-749/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin dəlilləri ilə bağlı araşdırma aparmamış, iddia tələbində sili nməsi tələb olunan məbləğin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun təsir dairəsinə düşüb-düşmədiyini müəyyən etməmiş, bununla bağlı ekspert qarşısında konkret suallar qoyulmamışdır. İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərtib edilmiş üzləşmə aktından görünür ki, iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. 764.471,53 manat – 480.849,05 manat=283.622,48 manat məcburi dövlət sosial sığorta haqlarının silinməsi hazırkı iddianın predmetini təşkil edir. Həmin 283.622,48 manat məcburi dövlət sosial sığorta haqlarının hansı hissəsinin (tam və ya qismən) 1 yanvar 2006-cı ilə qədər yaranmış və 1 aprel 2018-ci ilə qədər ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borc olması, habelə həmin məbləğin hansı hissəsinin (tam və ya qismən) 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borc olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

23. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə iş üzrə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/9407 nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, iş materiallarında olan sənədlərə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqqhesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.), “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042-VQ №-li Azərbaycan Respublikasının Qanunun və həmin qanunla tənzimlənən digər qanunvericilik aktlarının tələblərinə əsasən xx.xx.2018-ci il tarixinə silinməli olan borcun məbləği 283.177,34 manat, silinmədən sonra həmin tarixə ödənilməli olan, qalıq borcun məbləği 445,14 manat müəyyən olunur.

24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1( 103)-73/2023 nömrəli qərarı (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) ilə cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(112)-53/2020 nömrəli qərarı qismən, 445,14 manat məbləğində borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Qərar qalan hissədə - “Bakı şəhər X4 Rayonlararası Bölməsi” MMC-nin 283.177,34 manat məbləğində borcunun silinməsinin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməsi hissəsində, dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, ekspertizanın nəticələri üzrə müəyyən olunan həmin məlumatlar sübu t əhəmiyyətli məlumatlar kimi, daha konkret, Qanunun qeyd olunan tələbləri tətbiq olunmaqla, iddiaçının 2018-ci ilin aprelin 1-i vəziyyətinə olan borcunun 283.177,34 manat qalıq borcunun isə 445,14 manat məbləğində təşkil etməsi sübut əhəmiyyətli mötəbər məlumatlar kimi qiymətləndirilməlidir.

26. Cavabdeh və üçüncü şəxs həmin qərardan ayrı-ayrılıqda kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh qeyd edir ki, məhkəmə yeganə sübut növü kimi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2023-cü il tarixli 9/9407 nömrəli ekspert rəyinə istinad edir. 1 yanvar 2006-cı il tarixədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş 480.849,0 5 manat məcburi dövlət sosial siğorta haqqı, 1 yanvar 2015-ci il tarixədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial siğorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları, 1 aprel 2018-ci il tarixədək yaranmış və ödənilməmiş 10.249 manat məcburi dövlət sosial siğorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları müəyyən edilmiş və tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir. Sığortaedən MMC tərəfindən Fonda kağız və elektron formada hər rüb üçün təsdiq edərək təqdim etdiyi hesabatlarında borc qalığının düzgün hesablanıb-hesablanmaması barədə yuxarıda qeyd olunan silinmə tarixinədək müraciət edilməmişdir. Belə ki, “Məcburi dövlət sosial siğorta sahəsində borcların tənzimlənməsinə dair” Təlimata və “Məcburi dövlət sosial siğorta sahəsində borcların tənzimlənməsi haqqında” AR-nın xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa uyğun olaraq borcların silinməsi aparılmışdır. Məhkəmə işin hərtərəfli araşdırılmasında üzərinə düşən vəzifələrini icra etməmişdir. Məhkəmə kollegiyası mötəbər hesab etdiyi sözügedən ekspert rəyinin qiymətləndirilməsini həyata keçirməmiş, sadəcə həmin rəyi qərarına köçürməklə mötəbər hesab etmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042 VQ saylı Qanunun, Vergi Məcəlləsinin 1.4-cü maddəsinin, “Məcburi dövlət sosial siğorta sahəsində borcların tənzimlən məsinə dair” Təlimatın 2-ci bəndinin, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin, İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cü maddələrinin tələbləri pozulmuşdur. b) Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri

29. Üçüncü şəxsin kassasiya şikayətinin dəlilləri cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. c) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

30. Kassasiya şikayətinə dair etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 31. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemi ndə mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə

2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə

3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sank siyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ili n aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Maddə

4. Yekun müddəa Bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Maddə

5. Qanunun qüvvəyə minməsi Bu Qanun 2018-ci il aprelin 1-dən qüvvəyə minir.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsi pi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

33. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Kassasiya şikayətləri vaxtında v erilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılma dığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

38. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə iddia ərizəsinə yazılı etirazın və apellyasiya şikayətlərinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətlərinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki hall arı ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

40. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

41. Mübahisə ilə bağlı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi arasında tərtib edilmiş üzləşmə aktına əsasən iddiaçın ın məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. 764.471,53 manat-480.849,05 manat=283.622,48 manat məcburi dövlət sosial sığorta haqlarının silinməsi hazırkı iddianın predmetini təşkil edir.

42. Apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişlərə əməl edərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza təyin etmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 9/9407 nömrəli 13 mart 2023-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, iş materiallarında olan sənədlə rə (Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu vəsaitləri üzrə haqq-hesab cədvəli, məhkəmə qətnamələri, üzləşmə aktları və B1 hesabatları və s.), “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 06 mart 2018-ci il tarixli 1042-VQ №-li Azərbaycan Respublikasının Qanunun və həmin qanunla tənzimlənən digər qanunvericilik aktlarının tələblərinə əsasən xx.xx.2018-ci il tarixinə silinməli olan borcun məbləği 283.177,34 manat, silinmədən sonra həmin tarixə ödənilməli olan, qalıq borcun məbləği 445,14 manat müəyyən olunur.

43. Qeyd edilməlidir ki, kassatorlar tərəfindən şikayətlərdə ekspert rəyinin əsassızlığı mübahisələndirilmişdir. İstər kassasiya şikayətlərində, istərsə də, cavabdehin ekspert rəyinə dair təqdim etdiyi mülahizədə qeyd edilmişdir ki, 1 yanvar 20 06-cı il tarixədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş 480.849,05 manat məcburi dövlət sosial siğorta haqqı, 1 yanvar 2015-ci il tarixədək yaranmış və 1 aprel 2018-ci il tarixədək ödənilməmiş 13.150,34 manat məcburi dövlət sosial siğorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları, 1 aprel 2018-ci il tarixədək yaranmış və ödənilməmiş 10.249 manat məcburi dövlət sosial siğorta qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları müəyyən edilmiş və tərtib edilmiş üzləşmə aktlarına əsasən tərəflərin məsul şəxslərinin imzası və möhürü ilə təsdiq edilərək silinmişdir.

44. Bundan başqa, kassatorların digər dəlili ondan ibarətdir ki, sığortaedən MMC (iddiaçı) tərəfindən Fonda kağız və elektron formada hər rüb üçün təsdiq edərək təqdim etdiyi h esabatlarında borc qalığının düzgün hesablanıb-hesablanmaması barədə yuxarıda qeyd olunan silinmə tarixinədək müraciət edilməmişdir.

45. Həmin dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hesabatlarda və ya aktlarda müəyyən məbləğlərin əks etdirilməsi, o cümlədən təsdiq edilməsi həmin məbləğlərin iddiaçı tərəfindən yenidən hesablana bilməsi (o cümlədən, mübahisələndirilməsi) və zəruri olduqda bu məsələ ilə bağlı məhkəmə müdafiəsi hüququndan istifadə etməsi imkanını istisna etmir.

46. Bundan başqa, nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğ unu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Belə ki, iddiaçı öz tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi ilə iddiaçı arasında tərtib edilmiş üzləşmə aktı ilə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının “Məcburi dövlət sosial sığorta haqları” üzrə 2006-cı ilin 1 yanvar tarixədək yaranmış və 2018-ci ilin 1 aprel tarixədək ödənilməmiş borcu 764.471,53 manat, silinmiş borc məbləği isə 480.849,05 manatdır. İddiaçı da hal-hazırda həmin üzləşmə aktında qeyd edilən, lakin silinməyən 283.622,48 manat borcu mübahisələndirir.

48. Kassasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən göstərişlərə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən müvafiq və kifayət qədər həcmdə araşdırma aparılmış, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınmaqla müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixinə silinməli olan borcunun məbləği 283.177,34 manat, silinmədən sonra həmin tarixə ödənilməli olan, qalıq borcunun məbləği 445,14 manatdır.

49. Cavabdeh tərəfindən iddiaçının istinad etdiyi üzləşmə aktının mötəbərliyi mübahisələndirilməmiş, cavabdeh həmin üzləşmə aktında qeyd edilənlərindən fərqli dəlillər irəli sürməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh və üçüncü şəxs kassasiya şikayətlərinin dəlillərində həmin üzləşmə aktlarına istinad edərək şikayətin dəlillərini əsaslandırmışlar. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kassatorlar tərəfindən istinad edilən üzləşmə aktları eyni zamanda iddia tələbinin də əsasını təşkil etdiyindən, habelə kassatorlar tərəfindən həmin üzləşmə aktlarının əsaslığını, ləğv edilməsini və etibarsızlığını təsdiq edəcək sübutlar təqdim edilmədiyindən kassasiya şikayətlərinin dəlilləri əsaslı hesab edilə bilməz.

50. Eyni zamanda, nəzərə alınmalıdır ki, cavabdeh və üçüncü şəxs tərəfindən məhkəməyə iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş 764.471,53 manat borcunun tamamilə silinməsinə dair hər hansı sübut təqdim edilməmişdir.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassas iya şikayətlərinin dəlilləri əsassızdır. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-73/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar