Məhkəmə qərarları › İş №2-1(102)-219/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-219/2025

05.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-219/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ümumi əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) 05.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dai r inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)339/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. Əmək kitabçasında onun xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək müxtəlif sahələrdə, o cümlədən xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir.

2. İddiaçı cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının müraciətinin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunl a əsaslandırmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən iddiaçının sığorta stajı 14 il 21 gün təşkil edir. xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Onun xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işlədiyi dövrə aid əmək kitabçasında qeyd olunmuş məlumatların mötəbərliyinə əsaslı şübhələr olduğundan həmin qeydlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, "xxxx" ASC-də işdən azad olunması barədə əmrdə kənarlaşma aşkar olunmuşdur (ad, soyad və ata adı əmrdəki digər yazı xətti ilə uyğun gəlmir). Bu səbəblə sözügedən dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əmək kitabçasında göstərilən müvafiq dövrün əmək stajı kimi öz təsdiqini tapmadığı və sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixindən ona 220 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur. Əlavə sənədlər təqdim ediləcəyi təqdirdə və müvafiq qaydada araşdırma aparıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə, onun pensiya təminatı hüququna yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pen siya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-xx.xx.1978-ci, xx.xx.1978-xx.xx.1984-cü, xx.xx.1984-xx.xx.1985-ci, xx.xx.1985-xx.xx.1990-cı, xx.xx.1991xx.xx.2003-cü il tarixləri ərzində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Belə olan halda onun 28 il 11 ay 16 gün əmək stajı vardır. Lakin qeyd edilənlərə baxmayaraq cavabdeh orqan tərəfindən əsassız olaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur.

6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, təqdim etdiyi əmək kitabçasına əsasən, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il t arixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əmək fəaliyyəti dövrü daxil olmaqla, ümumilikdə iddiaçının xx.xx.2006-cı il tarixədək 14 il 21 gün iş stajının olduğu müəyyən edilmişdir. Lakin iddiaçının əmək kitabçasında qeyd olunmuş və mötəbərliyinə əsaslı şübhələr olan onun xx.xx.1991-ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün araşdırılması zərurəti yaranmışdır. Belə ki, xx.xx.2003-cü il tarixində 1 nömrəli əmrlə iddiaçının "xxxx" ASC-də işdən azad olunması qeyd olunmuşdur. Lakin işdən azadolunma barədə əmrdə kənarlaşma aşkar olunduğuna görə (ad, soyad və ata adı əmrdəki digər yazı xətti ilə uyğun gəlmir) xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək olan dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Həmçinin tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, əməkhaqqı cədvəlləri və xx.xx.2001-ci il tarixədək əmrlər kitabı saxlanılmadığı üçün iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1991ci il tarixindən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də olan əmək fəaliyyəti zamanı əmək haqqı alıb-almadığı və işə daxilolma əmri aşkarlanmamışdır. Eyni zamanda, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən pensiya kapitalı qeydə alınmamışdır.

7. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) 29 yanvar 2024-cü il tarixli, 2-1(120)-1327/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya hüququnun yarandığı gündən (xx.xx.2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təy in edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" ASC-də işləməsi onun əmək kitabçasında qeyd olunduğu və iddiaçının işlədiyi dövrdə "xxxx" ASC-nin mövcudluğu, müvafiq əmrlərlə işə daxil olması və xaric olması təsdiq olunduğu üçün həmin ASC tərəfindən müəyyən dövr üçün ASC-yə məxsus, o cümlədən iddiaçının əmək fəaliyyətinə dair sənədlərin (əmrlər kitabının və əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir.

9. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv ed ilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, 1988-ci ildən 2004-cü ilədək Lənkəran şəhərindəki Universal Ticarət Müəssisəsinin nəzdində yerləşən idarədə müdir işləmişdir. 2011-ci ildən isə "xxxx" ASC hərraca çıxarılmış, səhmlərini alaraq həmin səhmdar cəmiyyətin rəhbəri olmuşdur. Müəssisəni təhvil aldığı zaman əmək kitabçalarının bir çoxu hələ də saxlanılırdı və sahiblərinə qaytarılmamışdı. İddiaçı da əmək kitabçasının doldurulması ilə bağlı ona müraciət etmişdir. Ona məxsus əmək kitabçasında işə girməsi ilə bağlı qeydlər olsa da, işdən çıxması ilə bağlı qeyd yazılmamışdı. Bu səbəbdən də əmək müfəttişliyinin əməkdaşı ilə məsl əhətləşdikdən sonra əmr kitabında qeyd edilən məlumatlara əsasən əmək kitabçasında qeyd aparmışdır. Əmr kitabında onun tərəfindən düzəliş edilməmişdir. Həmçinin iddiaçıdan və X1 başqa digər şəxslərin əmək kitabçalarını doldurmamışdır.

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Habil Bəhmənov) 28 avqust 2024-cü il tarixli, 2-1(106)-339/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə kollegiyasının icraatında olan digər eyni faktiki halları olan inzibati iş üzrə sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli məktublarında bildirilmişdir ki, X4 Xidməti İstehsalat Kommersiya Zavodunun bazasında "xxxx" ASC yaradılmış, səhmləri xx.xx.2012-ci il tarixə tam özəlləşdirilmiş və hazırda müstəqil təsərrüfat subyektidir. Həmin məktuba "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) xx.xx.1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısı əlavə edilmişdir. Siyahıda 32 nəfərin adı qeyd edilmiş, lakin iddiaçının adı qeyd edilməmişdir. "xxxx" ASC-nin 2001-2021-ci illərə dair əmrlər kitabı tələb edilərək, məhkəmə iclasında ona baxış keçirilmiş və vizual olaraq müəyyən edilmişdir ki, X3 (məişət avadanlıqlarının təmiri ustası) xx.xx.2003-cü il tarixli, 01 nömrəli əmrlə işdən azad edilməsi barə də əmrin mətni yazılmış hissəyə X.Bəşirovun ad və soyadının alt hissəsində başqa rəngli qələmlə, başqa xətlə İddiaçı adı əlavə edilmiş, həmçinin əmrin mətnində “azad edilsin” ifadəsinə “lər” sonluğu əlavə edilmişdir. Əmrin mətnindən görünür ki, əmr bir nəfər şəxs barəsində verilmişdir. Həmçinin iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1991-ci il tarixdə çilingər-mexanik vəzifəsinə işə qəbul edilməsi barədə qeyd olmasına, sonradan vəzifəsinin dəyişdirilməsi barədə hər hansı əmr verilməməsinə baxmayaraq, onun işdən azad edilmə əmrində peşəsi məişət avadanlıqlarının təmiri ustası kimi qeyd edilmişdir.

13. Xüsusilə qeyd edilməlidir ki, şahid qismində dindirilmiş Şahid yalnız iki şəxsin əmək kitabçalarını doldurduğunu bildirmiş, onlardan biri hazırkı iş üzrə İddiaçı, digəri isə məhkəmə kol legiyasının icraatında olan digər iş üzrə iddiaçı X2r. "xxxx" ASC-nin 20012021-ci illərə dair əmrlər kitabına baxış zamanı digər şəxslərə münasibətdə əmrlərdə əlavələr və düzəlişlər edilmədiyi, yalnız həmin şəxslərin işdən azad edilməsi barədə əmrlərin digər şəxslərlə bağlı verilmiş əmrlərə əlavə edildiyi aşkar edilmişdir. Qeyd olunan hallar məhkəmə kollegiyasına iddiaçının adının əmrlər kitabına sonradan yazılması qənaətinə gəlməyə əsas verir.

14. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin ondan qaynaqlanır ki, "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) xx.xx.1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında iddiaçının adının aşkar edilməməsi onun həmin dövrdə həmin müəssisədə işləməməsinə dəlalət edir. Məhkəmə koll egiyası əlavə olaraq qeyd edir ki, şahid ifadəsi ilə də təsdiq olunur ki, iddiaçıya məxsus əmək kitabçasında onun işdən azad edilməsi ilə bağlı qeyd hüququ olmayan şəxs tərəfindən aparılmışdır. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan sübutların əldə edilməsinə və tədqiq edilməsinə cəhd etməmiş, bununla da işin qeyd olunan xüsusatına hüquqi qiymət verməmişdir.

15. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-də xx.xx.2003-cü il tarixədək əmək faəliyyətinin olması və əmək haqqı alması barədə dəlillərini əsaslı hesab etmir və ona məxsus əmək kitabçasında "xxxx" ASC-dən işdən azad edilməsi ilə bağlı qeydləri mötəbər hesab etmir. İddiaçının xx.xx.1991-ci il tarixdə X4 Xidməti İstehsalat Kommersiya Zavoduna işə qəbul edilməsi barədə əmrin mötəbərliyinə şübhələr olmas a belə, onun işdən azad edilmə tarixi bəlli olmadığından həmin müəssisədə, eləcə də müəssisə özəlləşdirildikdən sonra "xxxx" ASC-də iş stajını müəyyən etmək mümkün deyildir.

16. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək, iddiaçının kassasiya şikayətinin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azə rbaycan Respublikasının Qanunu Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 202 7-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məs ələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona hüququnun yarandığı tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmə k pensiyasının təyin edilməsinə və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinə nail olmaqdan ibarətdir.

27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin iddiaçıya münasibətdə mövcud olması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşa ğıdakıları qeyd etməyi zəruri hesab edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin müddəaları baxımından, şəxsin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajı olmalıdır.

30. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri, o cümlədən sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı şərtlər iddiaçıya münasibətdə ödənilmir. İddiaçı tərəfindən də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

31. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayıla bilməz. Odur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmi r. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 avqust 2024-cü il tarixli, 2-1(106)-339/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar