Məhkəmə qərarları › İş №2-1(102)-2193/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2193/2021

14.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2193/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əliliyə görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin 1 saylı regional ərazi filialına qarşı “01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-416/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 30.06.1997-ci ildən 2-ci qrup əlil olmaqla, 01.02.1991-ci ildən 25.07.1994cü ilədək sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq əlilliyinə görə, 25.07.1994-cü ildən 01.04.2020-ci ilədək 2-ci qrup uşaqlıqdan əlil kimi sosial müavinət almışdır və 01.04.2020ci ildən isə ailə başçısını itirməsinə görə əmək pensiyası alır. Həmçinin, İddiaçı əmək kitabç asından göründüyü kimi, sonuncu 21.08.2001-ci il tarixdə Sumqayıt “Sintezkauçuk” zavoduna 3-cü dərəcəli bənna vəzifəsinə qəbul edilmiş və hal-hazıradək 5-ci dərəcəli suvaqçı vəzifəsində işləyir.

2. İddiaçı ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir.

3. Cavabdeh 23 iyun 2020-ci il tarixli, **********3 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, 01.01.2014-cü il tarixdən ona əmək pensiyası ödənilməsilə bağlı şöbəyə müraciəti olmadığından həmin dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.01.2014-cü il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini və ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, ona 01.04.2020-ci il tarixdən DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Bu əmək pensiyası ona uşaqlıqdan əlil olduğu üçün valideyninin vəfatı ilə əlaqədar olaraq təyin edilmişdir. Əmək pensiyası təyin edilənədək ona əlil kimi müavinət ödənilmişdir. Lakin ona 01.01.2014-cü ildən əlilliyə görə əmək pensiyası düşür. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 6 il 08 ay əmək stajı tələb olunur. Cavabdeh tərəfindən onun müraciətinə 23 iyun 2020-ci il tarixli məktubla cavab verilmiş olsa da, cavabdehin hərəkəti qanunsuzdur. Onun 01.01.2014-cü il tarixədək tələb olunan 06 il 08 ay əmək stajına qarşı 12 il 04 ay əmək stajı vardır. Həmin əmək stajının 04 il 04 ayı 01.01.2006-cı ilədək, 08 ili isə 2006-cı ildən sonrakı dövrü əhatə edir.

6. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya pensiya hüququnun yarandığı 01.04.2020-ci il tarixdən müvafiq qanunvericiliyə uyğun olaraq ailə başçısını itirməsinə görə pensiya təyin edilmişdir və pensiyanın məbləği 604,20 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası 2-ci qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı oldu qda təyin edilir. 2-ci və 3-cü qrup əlillərə əliliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının 01.01.2014-cü il tarixdən əmək pensiyası təyin edilməsinə görə Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciətinin olmaması səbəbindən ona qeyd olunan dövrdən əmək pensiyası təyin edilməsi qanuna ziddir.

7. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarı ilə (hakim: İ.R.Quliyev) iddia rədd edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə iddiaçıya 01.04.2020-ci il tarixdən ailə başçısını itirməsinə görə əmək pensiyası təyin edildiy inə və ondan əvvəlki dövrlərdə iddiaçı tərəfindən əliliyə görə pensiya təyin edilməsi ilə bağlı müraciət edilmədiyinə görə iddia əsaslı sayıla bilməz.

9. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-200/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: Z.İ.Məmmədov, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün birinci instansiya məhkəməsinə gön dərilmişdir.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılma aparılmamış, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı formal xətaların aradan qaldırılması istiqamətində heç bir tədbir görülməmişdir. c) birinci instansiya məhkəməsində ikinci icraat

12. Sumqayıt İnzibati Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2-1(118)-834/2021 saylı qərarı ilə (hakim: C.B.Məmmədov) iddia rədd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində qeyd olunan tələbə baxılması üçün iddiaçıya 01.01.2014-cü ildən - 01.01.2020-ci ilədək əlilliyə görə nəzərdə tutulmuş pensiya məbləğinin alınması üçün gərək ona əlilliyə görə pensiya təyin edilsin. Lakin iddiaçıya ailə başçısının itirməsinə görə 01.04.2020-ci ildə pensiya təyin edildiyinə görə, ona həmin müddətdən qabaqki müddətə əlilliyə görə pensiyanın təyin edilməsi mümkün deyil. Başqa sözlə desək, iddiaçı ona ailə başçısının itirilməsinə görə pensiyanın təyin edildiyi 01.04.2020-ci ildən etibarən əlilliyə görə nəzərdə tutulmuş pensiyanı almaq hüququnu itirmişdir. Ona görə də, “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsində vətəndaşın ona təyin ediləcək pensiyanın bir növündən digər növünə dəyişdirilməsi üçün seçim hüququ verilmişdir. Qeyd olunanlara əsasən qanunvericiliyin tələbləri baxımından iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil.

14. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmi n olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

15. İddiaçı iddia tələbinin dəqiqləşdirdirilməsi barədə ərizə vermiş və ərizədə qeyd etmişdir ki, əlilliyə görə müavinət aldığından, 2014-cü ildən əlilliyə görə pensiya hüququ yaranmış olsa da, 2020-ci ildə atası vəfat edəndən sonra ailə başçısını itirməyə görə pensiya təyin olunanda bilmişdir ki, onun 2014-cü ildən əlilliyə görə pensiya hüququ olmuşdur. Hesab edir ki, atasının pensiyasını alana qədər əlillik müavinəti ilə əlillik pensiyasının fərqini almaq hüququ var. Ona görə də 2017-2020-ci illər ərzində son üç il üçün olan məbləğin ödənilməsinin təmin olunmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

16. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 416/2021 saylı, 12 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: R.Ə.Ağayev, hakimlər: H.Ç.Babayeva və F.Ə.Məmmədov) apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli, 2-1(118)-1135/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyası fərqinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçıya 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyası təyin edilmiş, həmin dövr üçün iddiaçıya ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyası nın fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

17. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyə görə əmək pensiyası hüququ yarandığı vaxtda deyil, bundan çox sonra, yəni 2020-ci ildə müraciət etməsi onun qanunla müəyyən edilən hüquqdan istifadə etməsinə məhdudiyyət qoymur. Bu baxımdan iddiaçının özünün iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqdim etməklə 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsini istəməsi nəzərə alınaraq ona 01.04.2017-ci ildən 01.04.2020ci ilədək olan müddətə əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Eyni zamanda iddiaçıya 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə müavinət ödənildiyi nəzərə alınaraq, ona həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

18. Apelyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı 25.07.1994-cü il tarixdən 01.04.2020-ci il tarixədək əlil kimi sosial müavinət almışdır. İddi açı tələb etdiyi dövrə münasibətdə iki hüququndan (müavinət və ya əlilliyə görə pensiya) birini, yəni “əlil kimi sosial müavinət almaq” hüququnu realizə etmişdir. Həmçinin, qeyd etmək lazımdır ki, iddiaçı hazırda ailə başçısını itirməyə görə əmək pensiyası aldığından, onun əlilliyə görə əmək pensiyası almaq hüququ istisna edilir. Odur ki, iddiaçıya inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin 12.08.2021-ci il tarixli, 2- 1 (105)-416/2021 nömrəli qərarı əsaslı sayıla bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qruplar, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir (01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada). Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənil ən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 31.1 Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Maddə 32.1. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu mad dədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə

34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. İş materiallarından görünür ki, iddiaçı əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddianı rədd etsə də, apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə nəticəyə gəlmiş, cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti vermişdir.

28. Cavabdehin şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə tərkibi bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci ilədək qüvvədə olan normasına əsasən, əlilliyə görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınm ış pensiya kapitalının olması tələb olunmurdu. Həmin Qanunun 12.1-ci maddəsində (01.07.2017-ci ildən qüvvədə olan redaksiyada) deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İstinad edilən bu maddənin ikinci cümləsi, yəni əlilin fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalının olması barədə tələb, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə 10 mart 2 017-ci il tarixli 543-VDQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə olunmuş, 01.07.2017-ci il tarixdən qüvvəyə minmişdir.

29. Müvafiq olaraq həmin tələb 01 iyul 2017-ci ildən sonra yaranmış münasibətlərə, yəni həmin tarixdən sonra İİ və İİİ qrup əlillik təyin edilmiş şəxslərə münasibətdə tətbiq edilə bilər. İddiaçının isə əlilliyi 30 iyun 1997-ci il tarixdə təyin edilmişdir və o, tələb etdiyi tarixə lazımi sosial sığorta stajına malik olmuşdur. Cavabdeh qeyd edilən bu halları nə əvvəlki məhkəmə icraatlarında, nə də ki, hazırkı kassasiya şikayətində mübahisələndirməmişdir. Cavabdehin şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı 25.07.1994-cü il tarixdən 01.04.2020-ci il tarixədək əlil kimi sosial müavinət almış, tələb etdiyi dövrə münasibətdə iki hüququndan (müavinət və ya əli lliyə görə pensiya) birini, yəni “əlil kimi sosial müavinət almaq” hüququnu realizə etmişdir. Həmçinin, o, hazırda ailə başçısını itirməyə görə əmək pensiyası aldığından, onun əlilliyə görə əmək pensiyası almaq hüququ istisna edilir.

30. Məhkəmə tərkibi cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddiaçının 25.07.1994-cü il tarixdən 01.04.2020-ci il tarixədək əlil kimi sosial müavinət alması, tələb etdiyi dövrə münasibətdə iki hüququndan (müavinət və ya əlilliyə görə pensiya) birini, yəni “əlil kimi sosial müavinət almaq” hüququnu realizə etməsi, həmçinin, hazırda ailə başçısını itirməyə görə əmək pensiyası alması onun qazanılmış və realizə edilməmiş pensiya hüququndan istifadə etməsinə məhdudiyyət qoymur. Bu baxımdan, iddiaçının özünün iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqd im etməklə 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin dövr üçün ödənilmiş əlillik müavinəti ilə ödənilməli olan əlillik pensiyasının fərqinin hesablanıb ödənilməsini istəməsi nəzərə alınaraq ona, göstərilən 01.04.2017-ci ildən 01.04.2020-ci ilədək olan müddət üçün əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

31. Göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmi n edilməməlidir.

32. Yuxarıdakılara əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-416/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar