Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2196/2025 18.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə görə ödənilmiş ƏDV-nin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (adi cəlbetmə qaydasında üçüncü şəxs "xxxx" MMC) qarşı “qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 2-1(103)- 72/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. "xxxx" MMC və "xxxx" MMC, "xxxx" MTK-dan mənzillər əldə etmiş və hər iki hüquq şəxs əmlak (mənzillər) şəklində pay qoyuluşu hesabına "xxxx" MMC-nin təsisçiliyinə daxil olmuşdur. 2. 31.05.2020-ci il tarixdə "xxxx" MMC "xxxx" və "xxxx" MMC-nin "xxxx" MMC-dəki paylarını (mənzilləri) nominal dəyərə almışdır. 3. 22.06.2020-ci il tarixdə "xxxx" MMC "xxxx" MMC-yə birləşmişdir. 4. "xxxx" MMC ona məxsus həmin mənzillərdən birini iddiaçıya satmışdır. Belə ki, iddiaçı ilə “PMD GROUP" MMC arasında xx.xx.2022-ci il tarixində no tarial qaydada AN-İ ******* saylı alqı-satqı müqaviləsi bağlanılmış və müqaviləyə uyğun olaraq ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 156,8 kv.m. olan mənzil iddiaçı tərəfindən 376.745 AZN-ə (ƏDV daxil) satın alınmışdır. Mənzilin ƏDV daxil dəyəri olan 376.745 AZN iddiaçı tərəfindən tam şəkildə nağdsız qaydada 53 saylı notariat ofisinin depozit hesabına, xx.xx.2022-cü il tarixində isə notariusun depozit hesabından satıcının - "xxxx" MMC-nin bank hesabına ödənilmişdir.
5. İddiaçı nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixdə vergi orqanına müraciət etmiş (iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli elektron ərizəyə xx.xx.2022-ci il tarixli AN-1101848 nömrəli mənzilin alqı-satqısına dair müqa vilə, 21.11 2022-ci il və xx.xx.2022-ci il tarixli ödəniş sənədləri əlavə edilmişdir), cavabdeh isə bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-li) ödəniş t apşırığı ilə banka ödənildiyi müəyyən edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156.8 kv.m. olan mənzilə görə iddiaçıya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin 1 saylı Filialı) ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini bu qərarın 1-5-ci bəndində təsvir edilən işin hallarına istinad etməklə əsaslandırmışdır.
8. Cavabdeh iddia tələbinə etirazında işin hallarına və imtinanın dəlillərinə istinad etmiş və əlavə olaraq bildirmişdir k i, iddiaçıya mənzili satan şəxs təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan fiziki şəxs olan istehlakçılara təqdim etdiyi zaman Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın məqsədləri üçün satıcı sayılmadığından, yəni həmin binanın tikintisini həyata keçirmədiyindən, həmin Qaydada nəzərdə tutulan müddəalar və Vergi Məcəlləsinin 165.6-cı maddəsi həmin şəxsə şamil edilmir. Belə ki, Qaydanın 2.0.3-cü bəndinə əsasən, satıcı - ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazi sində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: G.A.Sevdimalıyeva) 16 yanvar 2024-cü il tarixli, 2-1(112)-1257/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.2022-ci il tarixli, AN-İ ******* alqı-satqı müqaviləsinə əsasən aldığı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 156,8 kv.m. olan mənzilə görə ona qaytarılmalı olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin 1 saylı Filialı) ötürülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənzil-tikinti kooperativlərində olduğu kimi, hazırkı halda da iddiaçı onun üçün nəzərdə tutulmuş yaşayış sahəsinin (mənzilin) yerləşdiyi binanın inşası üçün pul şəklində kapital qoymuş (pay haqqı ödəmiş), MMC ilə bağlanmış müq aviləyə əsasən yuxarıda qeyd edilən mənzilin payçısı (investoru) hesab edilmişdir. Başqa sözlə, iddiaçı yeni daşınmaz əmlakın yaradılmasında kapital qoyuluşu ilə iştirak etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun oxşar münasibətləri tənzimləyən 8.0, 8.0.6-cı maddələrinin hazırkı iddiaya tətbiq edilməli olduğunu hesab etmişdir. Odur ki, üçüncü şəxs "xxxx" MMC Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli **********8888003 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 2.0.3-cü maddəsinə əsasən, satıcı hesab olunmalıdır. Bundan əlavə, məhkəmə mənzilin tam dəyərinin (ƏDV daxil) vahid hesaba köçürülməsi ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd etmişdir ki, yaşayış sahəsinə görə ödənişin qəsdən fərqli qaydada həyata keçirilməsi iddiaçıya münasibətdə hər hansı əlverişli şərait yaratmır. Qeyd edilən dövrdə ƏDV məbləğinin əsas vəsaitdən ayrı ödənilməsi üçün texniki imkanların mövcud olmasına dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Digər tərəfdən, üçüncü şəxs "xxxx" MMC tərəfindən həmin ƏDV məbləği ilə bağlı hesabat təqdim edilməsi və ƏDV-nin depozit hesabına köçürülməsi ilə bağlı da hər hansı şübhə və mübahisə yoxdur. Odur ki, iddiaçının yaşayış sahəsinə görə ödənişi müvafiq olaraq iki fərqli hesaba deyil, vahid hesaba köçürm əsi formal xəta olaraq qəbul edilməli və iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olan hal kimi dəyərləndirilməməlidir.
11. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.B.Məmmədov və P.A.Hüseynov) 11 mart 2025-ci il tarixli, 2-1(103)-72/2025 nömrəli qərarı ilə аpellyаsiyа şikаyəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1257/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmi şdir ki, hazırkı iş üzrə satılan mənzillər xüsusi mülkiyyət kimi digər hüquqi şəxslər tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmaqla digər şəxsin nizamnamə kapitalına qoyulmuş, daha sonra həmin mənzillər "xxxx" MMC tərəfindən alınmış və təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyindən çıxış edilsə, o halda, bütün hüquqi şəxslərin balansında olan və bina tikintisi fəaliyyətinə aidiyyəti olmayan şəxslər tərəfindən mənzillər təqdim edilərkən “ƏDV gerial” hüququndan istifadə edilməlidir ki, bu da ümumilikdə qəbul edilən fərmana və qaydalara ziddir. Bundan əlavə, iddiaçı tərəfindən ƏDV depozit hesabına ödənilməmiş, mənzilin ümumi dəyəri üçüncü şəxsin hesabına ödənilmişdir. Halbuki, qanunvericilik istisnasız olaraq ƏDV-nin depozit hesabına ödənilməsi şə klində “ƏDV gerial” hüququndan istifadənin mümkünlüyünü təsbit etmişdir.
14. İddiaçı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Kassasiya şikayətində iddiaçı işin hallarına istinad etmiş və əlavə olaraq qeyd etmişdir ki, o, yaşayış sahəsinin qiymətini ƏDV daxil ödəsə də, müvafiq qaydada üçüncü şəxs də öz tərəfindən ƏDV məbləğini dövlət büdcəsinə ödəmiş və vergi orqanına müvafiq hesabat təqdim etmişdir. Bundan başqa, həmin Qaydanın 5.1-ci bəndinə əsasən “Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdeh formal tələblərə əsaslanaraq imtina etmişdir. Nəzərə alınmalıdır ki, məbləğin iki hesaba deyil, bir hesaba ödənilməsi səbəbi imtina üçün heç bir halda əsas ola bilməz və bu hal iddiaçının təqsirindən baş verməmişdir. Bundan əlavə, sözügedən mənzil ilk olaraq iddiaçıya satılmış, mənzillə daha əvvəlki əməliyyatlar şi rkətlərin pay alqı-satqısı üzərindən aparılmışdır. Odur ki, üçüncü şəxs təsis paylarını almaqla əldə etdiyi yaşayış sahələrini sonradan ona təqdim etdiyi zaman o, Qaydanın məqsədləri üçün satıcı sayılmalıdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Al i Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati müb ahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətlərinə maddi hüquq norma ları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçıya mənzili təqdim edən üçüncü şəxs mənzilin tikintisini həyata keçirən hüquqi şəxs olmamışdır.
26. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxs Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda (bundan sonra - Qayda) nəzərdə tutulan mənada “satıcı” hesab oluna bilməz.
27. Belə ki, Qaydaların 2.0.3-cü bəndinə əsasən, satıcı ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdir.
28. Qeyd olunan norma geniş deyil, dar mənada təfsir olunmalı və burada satıcı dedikdə, ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan istənilən şəxs deyil, məhz ƏDV-nin geri alınmasının tələb olunduğu mənzilin tikintisini həyata keçirən şəxs başa düşülməlidir. Hazırkı halda, mənzillər "xxxx" MTK tərəfindən inşa edilmiş, iddiaçı isə mənzilləri ondan deyil, qeyd edildiyi kimi, üçün cü şəxsdən əldə etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, barəsində şikayət verilən məhkəmə qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2025-ci il tarixli, 21(103)-72/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.