Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2200/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" ASC-nin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin daşınmaz əmlakın təqdim etməsinin maliyyə xidməti sayılması və ƏDV-dən azad olması mümkünlüyü, vergi məqsədləri baxımından əmlakın bazar qiyməti, hüquqi şəxsin ləğvi zamanı verdiyi aktivlərin vergiyə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu v ə Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)-1186/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı "xxxx" ASC xx.xx.1987-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və bu barədə ona Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxsin dövlət qeydiyyatı haqqında ********** nömrəli şəhadətnamə verilmişdir.
2. İddiaçı " xxxx" ASC alqı-satqı yolu ilə 3 daşınmaz əmlak əldə etmişdir. a) Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 96, 98 (yeni qaydalarla: AZ 1072, ünvan 1 ünvanında yerləşən 391.60 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsi -Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X4 tərəfindən 3.876.840 manata "xxxx" ASC-yə satılmışdır. - Həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Sonradan həmin əmlak xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın alqı-sa tqı müqaviləsinə əsasən 665720 manata X1. b) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28 D ünvanında yerləşən, ümumi sahəsi 378.9 kv.metr olan qeyri-yaşayış sahəsi -Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdə "xxxx" MMC tərəfindən 2.000.000 manata "xxxx" ASC-yə satılmışdır. - Həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Sonradan həmin əmlak xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 265230 manata X1. c) ünvan 3 ünvanı nda yerləşən, ümumi sahəsi 82 kv.metr olan qeyri-yaşayış sahəsi -Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə X4 tərəfindən 811.800 manata "xxxx" ASC-yə satılmışdır. - Həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla "xxxx" ASC-nin adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Sonradan həmin əmlak xx.xx.2020-ci ildə Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 139400 manata X1.
3. Dövlət Vergi Xidməti tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətində (ləğv prosesindədir) (VÖEN **********) vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciətinin olması əsası ilə xx.xx.2022-xx.xx.2022-ci il tarixədək növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi qərara alınmışdır.
4. Cavabdeh vergi orqanı tərəfindən ləğv prosesində olan "xxxx" ASC-də (VÖEN **********) növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. 5. xx.xx.2023-cü il tarixli, **********160218 nömrəli səyyar vergi yoxlaması aktı əsasında- “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023 -cü il tarixli, **********177269 nömrəli Qərarı qəbul edilərək iddiaçıya: -ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, ümumilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş,-Əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; -Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbu l edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ləğvetmə prosesində olan) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti nin Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********159724 nömrəli qərarına əsasən iddiaçı "xxxx" ASC-də avqust 2019 - iyul 2022 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2023-cü il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2023-cü il tarixli **********160218 nömrəli aktla rəsmiləşdirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsində xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmiş və həmin qərara əsasən: ƏDV vergisi ilə bağlı 2020-ci il üzrə 362 214.45 manat, 2021-ci il üzrə 332 414.71 manat, üm umilikdə 694 629.16 manat əlavə vergi məbləği hesablanmış və 347 314.59 manat maliyyə sanksiyası tətbiq edilmiş; əmlak vergisi ilə bağlı 2019-cu il üzrə 421.22 manat, 2020-ci illər üzrə 421.22 manat ümumilikdə 842.44 manat vergi məbləğinin artıq hesablandığı müəyyən edilmiş, əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləği hesablanmış və 0.50 manat maliyyə sanksiyası tətbiq edilmiş; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan məcburi dövlət sosial sığorta haqları ilə bağlı 2020-ci il üzrə 1 634.37 manat əlavə vergi məbləği hesablanmış və 817.47 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə, xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunver iciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya 696.264,52 manat əlavə vergi məbləği hesablanmış, 348 132.56 manat maliyyə sanksiyası tətbiq edilmiş və 843.61 manat vergilərin artıq hesablandığı müəyyən edilmişdir. Aşağıda qeyd olunanlara əsasən xx.xx.2023-ci il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, qalan hissədə qanunsuzdur. Belə ki, səyyar vergi yoxlamasının 13-cü səhifəsində mənfəət vergisinə dair açıqlama hissəsində qeyd edilənlərə əsasən vergi orqanı Vergi Məcəlləsinin 14 və 142-ci maddələrinə ist inad edərək cəmiyyət tərəfindən alınmış və daha sonra satılmış əmlakların bazar qiymətini müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və alınmış ekspert rəyi nəticəsində qeyd olunan əmlakların alış və satış qiymətlərinin azaldılmasını müəyyən etmişdir. Bununla bağlı iddiaçı qeyd edir ki, vergi orqanı tərəfindən dəvət edilmiş "xxxx" MMC tərəfindən həyata keçirilmiş qiymətləndirmə ilə tamamilə razı deyildir. Belə ki, ekspert rəyində əmlakların bazar qiymətinin necə müəyyən edildiyi tam şəkildə qeyrimüəyyəndir. Halbuki, bazar qiyməti müəyyən edilərkən mötəbər mənbələrə istinad edilməli və əmlaklara baxış həyata keçirilməli idi. Lakin, "xxxx" MMC əmlaklarla bağlı düzgün təhlil aparmadan, müvafiq ərazidə analoji əmlakların satışına dair konkret sübutlar (müqavilə və s.) toplamadan, mötəbərli yi bəlli olmayan öz baza məlumatlarına istinad edərək rəy vermişdir ki, bu halda həm rəy sübut kimi istifadə edilə bilməz. Həmçinin vergi orqanına müraciət edərək iddiaçı tərəfindən seçilmiş ekspert tərəfindən yenidən obyektiv şəkildə ekspertiza keçirilməsi xahiş edilsə də, vergi orqanı müraciəti təmin etmədən, "xxxx" MMC-nin hər hansı mötəbər dəyəri olmayan rəyinə istinad etmişdir. Bundan başqa, vergi orqanının ümumiyyətlə VM-nin 14-cü maddəsini tətbiq etmək və bazar qiymətini müəyyən etmək səlahiyyəti yaranmamışdır. Belə ki, vergi orqanı 142-ci maddəyə istinad edərək əmlakları güzəştli qiymətə satıldığını iddia edərək, bu əsasla bazar qiymətinə dair VM-nin 14-cü maddəsini tətbiq etmişdir. Lakin aktda satışın güzəştli qiymətə baş tutması barədə hər hansı sübut yoxdur. Əgər vergi orqanının “güzəşt” deyərkən nəzərdə tutduğu əmlakın bazar qiymətindən aşağı satılmasıdırsa, bu dəyərləndirmə tamamilə əsassızdır. Belə ki, cəmiyyət əmlakları müvafiq ixtisaslaşmış təşkilatlar tərəfindən qiymətləndirmiş və həmin qiymətlərə müvafiq olaraq satışını həyata keçirmişdir. Bu isə o deməkdir ki, satış zamanı hər hansı güzəştə yol verilməmişdir. Bundan başqa, bazar qiymətinin müəyyən edilməsi ilə bağlı VM-nin 14-cü maddəsində ardıcıllıq müəyyən edilmişdir ki, vergi orqanı həmin ardıcıllığa riayət etmədən birbaşa ekspert dəvət etmişdir. Təsadüfi deyildir ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur”. Digər yandan, vergi orqanı aktda bazar qiymətini tətbiq etmək hüququnu əsaslandırmaq məqsədilə qeyd edir ki, ekspert rəyi nəticəsində 30 gün ərzində vergi ödəyicisinin eyni cinsli və ya eyni xüsusiyyətli mallara tətbiq etdiyi qiymətin 30 faizdən çox fərqləndiyi müəyyən edilmişdir. Halbuki, VM-nin 14.3-cü maddəsinə əsasən son 30 gün ərzində eyni cinsli və ya eyni xüsusiyyətli malların dəyəri arasında 30 faiz fərq aşkar edilərsə, bu halda vergi orqanı malların bazar qiymətini müəyyən etmək məqsədilə sonuncu mərhələ olaraq ekspert dəvət edə bilər. Hazırki halda isə vergi orqanı əvvəl ekspert dəvət edib, daha sonra həmin ekspertin rəyi nəticəsində 30 faizdən çox fərqin olması qənaətinə gəlmişdir ki, bu da qanunvericiliyin tələblərinin po zulduğunu göstərir. Vergi orqanı cəmiyyət tərəfindən satılmış 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-nin 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablamışdır. Hesablamaya münasibətdə iddiaçı ilk öncə qeyd edir ki, "xxxx" ASC maliyyə institutu olduğu üçün fəaliyyəti ƏDV-yə cəlb edilmir. Belə ki, VM-nin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” AR Qanununun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta eht iyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. "xxxx" ASC “Sığorta fəaliyyəti haqqında” AR Qanununa müvafiq olaraq öz vəsaitini investisiya etmək məqsədilə xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811 800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almışdır. Daha sonra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017 və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyə ti məqsədləri üçün olmuşdur. Başqa sözlə dedikdə, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilir və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilir. Digər yandan 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməli yyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Bundan başqa, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Həmin Məcəllənin 166.7-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Sadalananlardan aydın olduğu kimi, vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin cəmiyyətə ödənilməsi nə dair təsdiqedici sənəd olmuş olsun. Digər yandan, vergi orqanı 3 əmlakın bazar qiymətini müəyyən etmək məqsədilə VM-nin 142-ci maddəsinə istinad etmişdir ki, həmin norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-nə münasibətdə tətbiq edilə bilməz. Bundan başqa, "xxxx" ASC yuxarıda qeyd edildiyi kimi “Sığorta fəaliyyəti haqqında” Qanunun 63 və 64-cü maddələrinə müvafiq olaraq kredit təşkilatında olan bank hesabına 2,649,473.46 manat məbləğində pul vəsaitini investisiya məqsədilə yerləşdirmiş və həmin kredit təşkilatı (bank) ləğv edildiyindən, göstərilən pul vəsaiti ümidsiz borc qismində xərcə salınmışdır. Lakin yoxlamanı həyata keçirən vergi orqanı həmin ümidsiz borcu cəmiyyətin xərclərindən çıxarmışdır. Halbuki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdi m edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir. Vergi orqanı 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat, 2021-ci ildə ləğv edilmiş 12978.93 manat əsas vəsaitlərə görə VM-nin 159.5-ci maddəsinə müvafiq olaraq ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyət tərəfindən 2020 və 2021-ci illərdə qeyd olunan əsas vəsaitlərin silinməsi həyata keçirilməmişdir. Sadəcə olaraq əsas vəsaitlərin yeni dən qiymətləndirilməsi həyata keçirilmişdir və vergi orqanının aşkar etdiyi fərq məhz yenidən qiymətləndirmədən yaranan fərqdir. VM-nin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir. Normadan aydın olduğu kimi, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) aktivlərin dəyərinə aid edilmir və ƏDV-nin məqsədləri üçün vergitutma o byekti hesab edilə bilməz. Vergi orqanı cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə aktivlərin səhmdarlar arasında bölgüsünə əsasən "xxxx" MMC-yə ötürülmüş 1 020 018.18 manat dəyərində “CİTY MALL” əmlakına görə 183603.27 manat ƏDV hesablamışdır. İddiaçı qeyd edir ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Amma hazırkı halda "xxxx" ASC səhmdara əmlak verməklə hər hansı gəlir əldə etməmişdir. X17 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan ə məliyyatlara görə hesablandığını nəzərə alsaq, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə o deməkdir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır.
8. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, iddia ərizəsində qeyd olunanlar həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə zidd olduğundan əsassızdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin xx.xx.2022-ci il tarixli **********159724 nömrəli qərarına əsasən "xxxx" ASC-də (ləğv prosesindədir) Vergi Məcəlləsinin 38.3.8-c i maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticəsi olaraq “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********177269 nömrəli qərar qəbul edilmişdir. Yoxlama ilə 2019-cu il üzrə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 42 062.53 manat az göstərilməsi səbəbindən mənfəətinin 42 062.53 manat artıq göstərilməsi, 2020ci ildə cəmiyyətin gəlirlərinin 2 006 370.34 manat az və gəlirdən çıxılan xərclərinin 5 028 108.66 manat artıq göstərilməsi, 2021-ci ildə cəmiyyətin gəlirdən çıxılan xərclərinin 2021ci ildə 4 809.52 manat artıq göstərilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunanların səbəbləri Vergi Məcə lləsinin 14.3-cü və 104-cü maddələrinə əsasən cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə istifadə olunmuş ekspert rəyinin məlumatlarına əsasən 2020-ci ildə əmlakların alış dəyərinin 2.332.001,0 manat və satış dəyərinin 2 006 370.34 manat azaldılması olmuşdur (Vergi Məcəlləsinin 142-ci maddəsinə əsasən aktivlərini əvəzsiz əsasla və ya güzəştli qiymətlə təqdim edən şəxsin gəliri bu qayda ilə təqdim edilən aktivin bazar qiyməti və onun bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqdən İbarətdir). Müvafiq qaydada alış və satış tarixləri nəzərə alınmaqla Vergi Məcəlləsinin 14.3-cü maddəsinin tələbləri əsasında cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi məqsədilə dəvət edilmiş ekspertin rəyinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox fərqləndiyi üçün əmlakların alış dəyərinin 2.332.001,0 manat artırıldığı və satış dəyərinin 2.006.370,34 manat (ƏDV-siz) azaldıldığı, nəticədə əmlak satışından 2020-ci ilin zərərinin 4.338.371,34 manat artıq göstərildiyi müəyyən olunmuşdur), Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən sair və digər xərclərin tərkibində göstərilmiş 60 995.91 manat (o cümlədən 2019-cu il üzrə 41.759,25 manat, 2020-ci il üzrə 17.073,13 manat və 2021-ci il üzrə 2 163.53 manat) məbləğində depozit faizləri, qiymətli kağızların kupon ödənişləri üzrə ödəmə mənbəyində tutulan vergi və içməli suyun alınm ası xərclərinin gəlirin əldə edilməsi ilə bağlı olmaması, pul vəsaitlərinin nağdlaşdırılmasına görə 1% sadələşdirilmiş vergi və təmir xərcinin gəlirdən çıxılan xərclərə təkrar aid edilməsi, Vergi Məcəlləsinin 114-cü maddəsinə əsasən binalar, tikililər və qurğular üzrə amortizasiyanın 2019-cu ildə 84.243,0 manat az hesablanması, 2020-ci ildə satılmış əmlaklara amortizasiyanın 29.098,52 manat artıq hesablanması, yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə 2020-ci ildə 41.35 manat, 2021-ci ildə 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə 2021-ci ildə 860.08 manat məbləğində amortizasiyanın artıq hesablanması, Vergi Məcəlləsinin 108 və 111.1-ci maddələrinə əsasən ləğv olunmuş banklardakı bank hesablarında qalmış və tələb hüququ xx.xx.2021-ci ildə "xxxx" MMC-yə keçmiş 2 649 473.46 manat məbləğində pul vəsaitinin düzgün olmayaraq ümidsiz borc kimi xərcə aid edilməsi və Vergi Məcəlləsinin 201.6-cı maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə artıq hesablanmış əmlak vergisinin xərclərə 2019-cu ildə 421.22 manat və 2020-ci ildə 421.22 manat artıq aid edilməsi və 2021-ci ildə 0.99 manat az aid edilməsi olmuşdur. Cəmiyyət tərəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi nəticəsində gəlirlərin azaldılması və xərcin artıq göstərilməsinin səbəbləri aşağıdakılardan ibarət olmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN ***** *****) 2 000 000.0 manata, xx.xx.2019-cu ildə ünvan 3 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). Cəmiyyət tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi X5 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi "xxxx" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyri- yaşayış sahəsi X5 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X5 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır. Əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün təqdim olunmuş ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyəri 1 854 698.0 manat, satış dəyəri 1 401 930.00 manat (ƏDV-siz satış dəyəri 1 188 076.27 manat), ünvan 3 ünvanında yerləşən əmlakın alış dəyəri 287 082.0 manat, satış dəyəri 270 600.0 manat (ƏDV-siz satış dəyəri 229322.03 manat), ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlakın alış dəyəri 2 153 800.0 manat, sa tış dəyəri 1 958 000.0 manat (ƏDV-siz satış dəyəri 1 659 322.03 manat) müəyyən edilmişdir. Ekspert rəyi nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyərində fərq olmamış, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 922 846.27 manat, ünvan 3 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 524 718.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 89 922.03 manat, ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 1 723 040.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 993 602.03 manat təşkil etmişdir. Beləliklə 3 əmlakın alış dəyərlərində fərq 2 247 758.0 manat, yoxlama ilə satılmış əmlaklar üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat artırılmasını nəzərə alaraq əmlakın alış dəy ərlərində fərq 2 332 001.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 2 006 370.34 manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyünü yoxlayarkən X17 702 976.06 manat azaldıldığı müəyyən edilmişdir. Azalmanın səbəbi cəmiyyət tərəfindən satılmış 3 əmlakın dəyəri ilə əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatları (ƏDV nəzərə alınmadan) arasındakı 2 006 370.34 manat fərqdən Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2020-ci ilin iyun ayında 361 146.66 manat məbləğində X17 hesablanmaması, dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1 067.79 manat məbləğində X17 hesablanmaması, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat əsas vəsaitlərin dəyərindən 2020-ci ilin dekabr ayında 6 010.69 manat və 2021-ci ildə ləğv edilmiş 12 978.93 manat əsas vəsaitlərin dəyərindən 2 336.21 manat məbləğində X17 hesablanmaması və xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mail (262,4 kv m) əmlakın 1 020 018.18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat məbləğində X17 hesablanmamasından ibarət olmuşdur. Beləlikl ə, X17 702 976.06 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 351 488.03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama zamanı əmlak vergisinin 841.45 manat artıq hesablandığı müəyyən edilmişdir. Fərqin səbəbi Vergi Məcəlləsinin 202-ci maddəsinə əsasən 2019-cu ildə 84 243.0 manat az hesablanmış amortizasiyanın (yoxlama ilə artırılmışdır) ilin sonuna qalıq dəyərini dəyişdirdiyinə görə əmlak vergisinin 2019-cu ildə 422.21 manat və 2020-ci ildə 422.21 manat artıq hesablanması və 2020-ci ildə yüksək texnologiya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 41.35 manat və cəmiyyət tərəfindən satılmış əmlaklara 29 098.52 manat amortizasiyanın artıq hesablanması, 2021-ci ildə yüksək texnologi ya məhsulu olan hesablama texnikası üzrə hesablanmış amortizasiya ayırmalarının 1 786.9 manat, maşınlar və avadanlıqlar üzrə hesablanmış amortizasiya ayırmalarının 860.08 manat artıq hesablandığı üçün əmlakın qalıq dəyərinin və əmlak vergisinin 0.99 manat azaldılması olmuşdur. Beləliklə, 2021-ci ilin əmlak vergisi 0.99 manat azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 0.5 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablandığı müəyyən edilmişdir. Vergi və sığorta haqlarının az hesablanmasının səbəbi “Sosial sığorta haqqında” Qanunun 14 -cü maddəsinə əsasən cəmiyyət tərəfindən təqdim edilmiş Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələrində göstərilmiş gəlirin məbləği Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş gəlir məbləğindən az olduğu üçün 1 462.76 manat məcburi dövlət sosial sığorta haqqı və 171.0 manat işsizlikdən sığorta haqqının hesablanması və texniki səbəblər olmuşdur. Beləliklə, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlan azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 817.47 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. İdd iaçı ərizəsində vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 14.3-cü maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət edilmədən birbaşa ekspert təyin edildiyini və ekspert təyin olunan zaman vergi ödəyicisinin müraciətinin nəzərə alınmadığını qeyd etmişdir. Vergi ödəyicisinin qeyd edilən dəlilinə münasibətdə bildiririk ki, vergi orqanı tərəfindən qeyd edilən əməliyyatlara Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsindən əvvəlki müddəaların tətbiq edilməsi mümkün olmadığı üçün Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsi tətbiq edilmişdir. Göstərilən səbəblərdən Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən təqdim edilmiş əmlakların təqdimetmə tarixlərinə alış və satışının bazar qiymətlərinin müəyyən edilməsi üçün xx.xx.2023-cü il tarixli **********173064 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar çıxarılmış və "xxxx" MMC (VÖEN **********) tərəfindən X14 və X15 ekspert kimi dəvət edilmiş və müvafiq rəylərin verilməsi üçün sənədlər təqdim edilmişdir. Qərar xx.xx.2023-cü il tarixində vergi ödəyicisi ilə tanış edilmişdir. "xxxx" MMC xx.xx.2023-cü il tarixdə müvafiq qaydada təsdiqlənmiş **********690000 nömrəli ekspert rəyini vergi orqanına xx.xx.2023-cü ildə təqdim etmişdir. Təqdim edilmiş rəy ilə vergi ödəyicisi xx.xx.2023-cü ildə tanış edilmişdir. Əlavə olaraq bildirilir ki, Vergi Məcəlləsinin 44.3-cü maddəsinə əsasən, Ekspertiza səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı ilə təyin edilir. Göründüyü kimi qanunvericiliklə ekspertizanın vergi ödəyicisi tərəfindən seçilmiş ekspert tərəfindən həyata keçirilməsinin təmin edilməsi qismində vergi orqanı nın hər hansı bir öhdəliyi müəyyən edilməmişdir. Odur ki, yoxlama zamanı həyata keçirilmiş ekspertiza tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçı tərəfindən müəssisənin alqı-satqı əməliyyatları aparmış olduğu yuxarıda qeyd edilən 3 daşınmaz əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı fərqə ƏDV hesablanmasının müəssisənin maliyyə institutu olduğu və aparılmış əməliyyatların Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən maliyyə xidməti (sığorta fəaliyyəti) hesab olunduğu üçün əsassız olmasını bildirmişdir. Qeyd edilən hissəyə münasibətdə bildirilir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən, Sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Aydın olduğu kimi, sığorta fəaliyyəti sığorta risklərinin sığortalanması üzrə bağlanmış sığorta müqavilələri üzrə həyata keçirilən fəaliyyətdir. Mübahisəli məsələyə baxdıqda isə aydın olur ki, adıçəkilən əmlakların alışı investisiya məqsədli, satışı isə ləğv prosesində olan müəssisənin kreditor öhdəliklərini yerinə yetirmək məqsədli olmuş, sığorta fəaliyyətinə aid edilən sığorta haqlarının (təkrar sığorta haqları) və ya sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqəli əməliyyatlar olmamışdır. Nəticə olaraq, daşınmaz əmlaklar üzrə həyata keçirilmiş müvafiq əməliyyatlar sığorta fəaliyyətinə aid edilən əməli yyatlar hesab edilmədiyindən, uyğun olaraq Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə xidməti hesab edilmir. Odur ki, müvafiq əməliyyatların maliyyə xidmətləri olmadığı üçün Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş əlavə dəyər vergisindən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Həmçinin, iddiaçı tərəfindən yoxlama müddətində vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatında olan bank hesabına yerləşdirilmiş 2 649 473,46 manat məbləğində pul vəsaitinin kredit təşkilatının ləğv edilməsi səbəbi ilə ümidsiz borc kimi xərcə salınmasının düzgün olduğunu bildirilmişdir. Vergi Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərd ə tutulmuş icbari ödənişlərin gəlirdən çıxılır. Həmçinin, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Göründüyü kimi vergi ödəyicisi fəaliyyəti üzrə gəlir və xərclərin uçotunu apararkən gəlirdən çıxılan xərclərə yalnız həmin gəlirin əldə edilməsi ilə bağlı olan xərcləri aid edə bilər. Mübahisələndirilən iş üzrə vergi ödəyicisinin investisiya məqsədilə kredit təşkilatlarında olan bank hesablarına yerləşdirilmiş pul vəsaitlərinə mülkiyyət hüququnun itirilməsi fəaliyyəti üzrə hər hansı gəlirin əldə edilməsinə çəkilən xərc olm adığı (yəni pul vəsaitləri həmin hissədə xərc deyil, vergi ödəyicisinin mülkiyyətidir) üçün gəlirdən çıxılan xərclər hissəsinə aid edilə bilməz. Müvafiq hissədə vergi ödəyicisi investisiya məqsədilə qoyulmuş pul vəsaitlərinə görə hesablanmış faiz gəlirləri (əgər faiz gəlirləri Vergi Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq ümumi gəlirə daxil edilmişdirsə) əldən çıxdığı təqdirdə qoyulmuş pul vəsaitini deyil, yalnız faiz gəlirlərini gəlirdən çıxılan xərclər hissəsinə aid edə bilərdi. İddiaçı ərizəsində cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsinin əlavə dəyər vergisinə cəlb olunan əməliyyat hesab edilmədiyini bildirmişdir. Bununla bağlı bildirilir ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdi m edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır. Bundan başqa Məcəllənin 159.6-cı maddəsinə əsasən vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivə sində təqdim edilən mallar kimi qiymətləndirilir. Əlavə olaraq bildiririlir ki, Vergi Məcəlləsinin ƏDV-ə cəlb edilməyən əməliyyatların siyahısı müəyyənləşdirilmişdir ki, həmin siyahıda vergi ödəyicisinin qeyd etdiyi əməliyyatlar siyahıda göstərilməmişdir. Əksinə vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı (hakim X16) ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********177269 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı 2020-ci il üzrə 361146,66 manat məbləğində ƏDV və ona müvafiq maliyyə sanksiyası, 2021-ci il üzrə 332414,71 manat ƏDV və ona müvafiq maliyyə sanksiyası hesablanması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə iddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq qeyd etmiş: İddiaçı tərəfindən satılmış 3 ədəd daşınmaz əmlak obyektinin ekspert tərəfindən müəyyən edilmiş alış və satış fərqinə görə ƏDV hesablanmasına münasibətdə məhkəmə hesab edir ki, iddiaçının əsas fəaliyyəti sığorta ximətlərinin göstərilməsi olduğundan qanunvericiliyə əsasən onun fəaliyyəti ƏDV-yə cəlb edilə bilməz. Belə ki, Ve rgi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” Qanunun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" ASC xx.xx.2017-ci il tarixdə 2 000 000.0 manat, xx.xx.2019-cu il tarixdə 811.800.0 manat və 3 876 840.0 manat dəyərində 3 əmlak almış, daha so nra ləğv prosesində öhdəliklərini icra etmək və ləğv prosesini yekunlaşdırmaq məqsədilə həmin əmlakları xx.xx.2020-ci il tarixdə satmışdır. Göründüyü kimi, "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixdə 3 əmlakın investisiya məqsədilə alınması və daha sonra həmin əmlakların satılaraq yenidən pul vəsaitinə çevrilməsi məhz sığorta fəaliyyəti məqsədləri üçün olmuşdur. Başqa sözlə dedikdə, həmin əmlakların alınması və satılması vergitutma məqsədləri üçün maliyyə xidməti hesab edilməli və ƏDV-dən azad olunan əməliyyatlar kimi qiymətləndirilməlidir. Qeyd edilən 3 əmlakın alışı ƏDV-dən azad olunan fəaliyyətlə (sığorta fəaliyyəti ilə) bağlı olduğundan, həmin aktivlər ilə bağlı Cəmiyyətin əvəzləşdirmə hüququ olmamışdır. Bu isə o deməkdir ki, həmin əmlakların satışı da ƏDV-yə cəl b edilən əməliyyat hesab edilə bilməz. Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Vergi orqanı "xxxx" ASC-yə 3 əmlakın satışına görə ƏDV üzrə əlavə vergi məbləğini o halda hesablaya bilərdi ki, aktda göstərilən satış qiymətlərinin Cəmiyyətə ödənilməsinə dair təsdiqedici sənəd olmuş olsun. Qeyd edilənlərə əsasən məhkəmə he sab edir ki, 3 əmlakın ekspert tərəfindən müəyyən edilmiş alış və satış dəyərləri arasındakı 2 006 370.34 manat fərqə VM-in 159-cu maddəsinə müvafiq olaraq 2020-ci ilin iyun ayına 361146.66 manat ƏDV hesablanmaası əsaslı deyildir və ləğv edilməlidir. 2021-ci il üzrə ƏDV bəyannamələrinin düzgüngünlüyünü yoxlanması nəticəsində cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə LPO “Rəvan Sığorta" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mall (262,4 kv.m) əmlakın 1.020.018,18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat, ümumilikdə 2021-ci il üzrə 362 214.45 manat əlavə vergi məbləği hesablanmışdır. Bu hesablamaya münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsinin əlavə dəyər vergisinə cəlb olunan əməliyyat hesab edilmir. Belə ki, Cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDVnin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti- şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görül məsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Göründüyü kimi, sahibkarlıq fəaliyyətinin məqsədi əmlak təqdim edilməsindən mənfəət götürməkdir. Lakin cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünm ə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi ilə hər hansısa gəlir əldə etməsi müəyyən edilməmişdir. X17 də məhz sahibkarlıq fəaliyyəti çərçivəsində aparılan əməliyyatlara görə hesablandığı nəzərə alındıqda, "xxxx" MMC-yə verilmiş əmlaka görə ƏDV üzrə hər hansı vergi öhdəliyi hesablana bilməzdi. Digər yandan, Cəmiyyətin ƏDV məqsədləri üçün qeydiyyatı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Bu isə onu deməyə əsas verir ki, xx.xx.2021-ci tarixdə səhmdara verilmiş əmlak ƏDV məqsədləri üçün vergitutma obyekti olmamışdır. Cavabdeh vergi orqanı tərəfindən təqdim edilmiş etirazda Vergi Məcələsinnin 145.2-ci bəndinə istinad edilərək bildirilmişdir ki, vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hü quqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun. Cavabdehin qeyd edilən dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, VM-nin 145.2-ci maddəsinə nəzərdə tutulan norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-yə münasibətdə tətbiq edilə bilməz.
11. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir: 2020-ci ilin iyul ayında 1 067.79 manat ƏDV hesablanmasına münasibətdə məhkəmə qeyd edir ki, iddia ərizəsində bu hesablamanın əsassız olması ilə bağlı heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə araşdırması zamanı da bu hesablamanın əsassız olması ilə bağlı hər hansı hal müəyyən edilməmiş, iddiaçı Cəmiyyət tərəfindən də bu qənaəti təkzib edə biləcək hər hansı tutarlı dəlil təqdim edilməmişdir. Belə ki, SVY aktına əsasən Cəmiyyət tərəfindən dəyəri xx.xx.2020-ci il tarixdə ödən ilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5932.2 manat məbləğdən büdcəyə çatası ƏDV-nin hesablanmaması müəyyən edilmişdir. Odur ki, iddiaçıya 2020-ci ilin iyul ayında 1 067.79 manat ƏDV hesablanması əsaslıdır. Bundan əlavə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasının əsassız olması ilə bağlı iddia ərizəsində heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə araşdırması zamanı da bu hesablamanın əsassız olması ilə bağlı hallar müəyyən edilməmişdir. Belə ki, SVY aktına əsasən cəmiyyət tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə 184 449.57 manat vergi və sığorta haqları hesablanmış, yoxlama zamanı bu vergi və haqların 186 083.33 manat olduğu müəyyən edilmiş, vergi və sığ orta haqları 1 633.76 manat az (1634.93 manat az və 1.17 manat artıq) hesablandığı müəyyən edilmişdir. Odur ki, iddiaçıya 1634.93 manat vergi və sığorta haqları hesablanması hesablanması əsaslıdır. Əmlak vergisi ilə bağlı 2021-ci il üzrə 0.99 manat əlavə vergi məbləğinin hesablanmasının əsassız olması ilə bağlı iddia ərizəsində heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə araşdırması zamanı da bu hesablamanının əsassız olması ilə bağlı hallar müəyyən edilməmişdir.
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1 (103)-1186/2025 nömrəli qərarı ilə (hakimlər X9 (məruzəçi), X6 və X10i) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3407/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin və ona əlavənin dəlilləri
16. Şikayətdə Vergi Məcəlləsinin 13.2.10, 13.2.14.7, 145.2, 164.1.2 və sair maddələrinə, eləcə də “Sığorta faəliyyəti haqqında” Qanunun 10.1, 63 və 64-cü maddələ rinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni deyildir.
17. Belə ki, qanunverici “sığorta fəaliyyəti” anlayışını müəyyən edərkən bu anlayış üçün konkret sərhədlər müəyyənləşdirmiş və sığortaçının fəaliyyətinə onun digər mülki və s. digər münasibətlərini aid etmədən yalnız sığorta risklərinin qəbul edilməsi və həmin risklərlə bağlı olaraq sığorta müqavilələrinin bağlanması əməliyyatları ilə anlayışı məhdudlaşdırmışdır.
18. Lakin, məhkəmə qeyd olunan halı nəzərə almadan - “iddiaçının əsas fəaliyyəti sığorta fəaliyyəti olduğundan qanunvericiliyə əsasən onun fəaliyyəti ƏDV-ə cəlb oluna bilməz” - kimi qanuna uyğun olmayan yanaşma irəli sürməklə sığortaçının bütün fəaliyyətini sığorta fəaliyyəti adı altında birləşdirmişdir. Məhkəmənin bu yanaşmasını haq lı hesab etsək, o zaman sığorta şirkətinin istənilən əməliyyatı sığorta fəaliyyəti hesab edilməli və ƏDV-dən azad olunmalıdır.
19. Həmçinin müvafiq hissədə məhkəmənin işi mahiyyəti üzrə araşdırmadan səthi yanaşma irəli sürməsi əlaqəli olaraq Vergi Məcəlləsinin 13.2.14.7-cü maddəsində qeyd olunan maliyyə xidmətləri anlayışına münasibətdə də yanlış fikir formalaşmasına səbəb olmuşdur.
20. Bundan əlavə “Sığorta fəaliyyəti haqqında” qeyd edilmişdir ki, qanunvericilik sığortaçıya investisiya fəaliyyəti ilə məşğul olmağa imkan yaratsa da, bunu sığorta fəaliyyətinə aid etmir. Məhkəmə nəzərə almamışdır ki, investisiya fəaliyyəti özlüyündə sığorta fəaliyyəti deyildir. Mülki qanunvericilik baxımından iki ayrı sahəni təşkil etməsinə baxmayaraq, məhkəmə mübahisələndirilən işin araşdırılması zamanı s ığortaçının investisiya siyasətini sığorta fəaliyyəti ilə eyniləşdirmişdir.
21. Nəticə etibarı ilə qanunvericiliyin mövqeyi nəzərə alınmaqla müvafiq hissəyə münasibətdə hesab edirik ki, investisiya fəaliyyəti sığorta fəaliyyəti, o cümlədən, ƏDV- dən azad olunan maliyyə xidməti hesab edilmədiyindən vergi orqanı tərəfindən aparılmış hesablamalar qanunvericiliyə uyğun şəkildə həyata keçirilmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
22. İddiaçı kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikası nın digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.14. Maliyyə xidmətləri: 13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pulkredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi; 13.2.14.2. müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və ödəniş alətləri ilə bağlı əməliyyatlar; 13.2.14.3. qanuni ödəniş vasitələri olan valyutanın, pul vəs aitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar; 13.2.14.4. səhmlərin, istiqrazların, veksellərin və digər qiymətli kağızların, habelə çeklərin tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; 13.2.14.5. törəmə maliyyə alətləri ilə əqdlərə və analoji sazişlərə aid əməliyyatlar; 13.2.14.6. investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər; 13.2.14.7. sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.... Maddə
14. Bazar qiyməti 14.1. Bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşı lıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. 14.2. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. 14.3. Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər:... Maddə
145. Hüquqi şəxsin ləğv edilməsi 145.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, hüquqi şəxsin ləğv edilməsi iştirakçıların həmin hüquqi şəxsdəki iştirak paylarının təqdim edilməsi sayılmır. 145.2. Hər hansı hüquqi şəxs ləğv edilirsə, həmin hüquqi şəxsin aktivi hüquqi şəxs olan iştirakçıya verilirsə və bilavasitə ləğv etmədən əvvəl iştirakçıya hüquqi şəxsdə iştirak payının 100 faizi məxsus olmuşdursa, belə halda: 145.2.1. aktivlərin verilməsi ləğv edilən hüquqi şəxs tərəfindən aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır; 145.2.2. iştirakçı üçün verilən aktivlərin dəyəri ləğv edilən hüquqi şəxs üçün aktivlər verilənədək olan dəyərə bərabərdir; 145.2.3. bu Məcəllənin 13.2.15-ci maddəsinin müddəaları nəzərə alınmaqla, aktivlərin bölüşdürülməsi dividend sayılmır; 145.2.4. ləğv edilən hüquqi şəxsdə iştirak payının ləğv edilməsi zamanı heç bir gəlir və zərər nəzərə alınmır; 145.2.5. hər hansı kateqoriyaya aid olan əsas vəsaitlərin balans dəyəri həmin əsas vəsaitləri alan şəxsə keçir. 145.3. Bu Məcəllənin 145.2-ci maddəsi yaln ız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun. Maddə
155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan art ıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.... Maddə
159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir.... Maddə
175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zaman ı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləş dirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edil miş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur.... Maddə
164. ƏDV-dən azadolmalar və güzəştlər 164.1. Malların ixracından başqa, malların təqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 164.1.1. özəlləşdirilmə qaydasında dövlət müəssisəsindən satın alınan əmlakın dəyəri, habelə dövlət əmlakının icarəyə verilməsindən alınan icarə haqqının büdcəyə ödənilməli olan hissəsi; 164.1.2. maliyyə xidmətlərinin göstərilməsi, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən faizlər;... Maddə
218. Sadələşdirilmiş verginin ödəyiciləri... 218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüquq u yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir. Bu Məcəllənin 158.2-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin ƏDV qeydiyyatı ləğv edildikdə, o, öz fəaliyyətini bu Məcəllənin 218.1.1-ci maddəsinə uyğun və ya gəlir (mənfəət) vergisi ödəyicisi kimi davam etdirmək barədə müraciət edə bilər.... 24. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.1.1. sığorta – sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;... 1.1.4. sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi; 1.1.5. sığorta olunan – sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;... 1.1.10. sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;... Maddə
62. Sığortaçının investisiya siyasəti 62.1. Hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sığortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir. 62.2. Mərkəzi Bank sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir. Maddə
63. Sığortaçının öz vəsaitlərinin investisiyaya yönəldilməsi 63.1. Sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur: 63.1.1 dövlət qiymətli kağızları; 63.1.2 ban k hesablarındakı pul vəsaitləri; 63.1.3 daşınmaz əmlak; 63.1.4 qeyri-dövlət qiymətli kağızları; 63.1.5 digər hüquqi şəxslərin nizamnamə kapitalına qoyulmuş vəsaitlər; 63.1.6 öz işçilərinə borc verilmiş pul vəsaitləri. 63.2. Sığortaçının aktivlərin bu Qanunun 63.1.1-63.1.6-cı maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilmiş öz vəsaiti onun məcmu kapitalının hesablanmasında nəzərə alınmır. 63.3. Sığortaçının öz vəsaitinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir. Maddə
64. Sığortaçının sığorta ehtiyatlarını təmin edən vəsaitlərinin investisiyaya yönəldilməsi 64.1. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlər in aşağıdakı qrupları ilə ifadə olunur: 64.1.1. dövlət qiymətli kağızları; 64.1.2. bank hesablarındakı pul vəsaitləri; 64.1.3. daşınmaz əmlak; 64.1.4. qeyri-dövlət qiymətli kağızları; 64.1.5. sığorta və təkrarsığorta müqavilələri üzrə alınmalı olan sığorta və təkrarsığorta haqları; 64.1.6. sığorta ehtiyatlarında təkrarsığortaçıların payı; 64.1.7. həyatın yığım sığortası üzrə sığortalılara və ya sığorta olunanlara borc verilmiş pul vəsaitləri. 64.2. Sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri aktivlərin bu Qanunun 64.1.164.1.7-ci maddələrində göstərilməyən qruplarına investisiyaya yönəldilə bilməz. 64.3. Sığortaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitlərinin investisiyaya yönəldilməsi bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarla müəyyən edilir. 25. “İnvestisiya f ondları haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında investisiya fondlarının təşkili, idarə edilməsi və ləğvinin prinsip və qaydalarını, habelə investisiya fondu fəaliyyəti sahəsində tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. investisiya fondu – səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur; 1.1.2. səhmdar investisiya fondu – səhmdar investisiya fondu fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti səhmlərinin yerləşdirilm əsindən əldə edilən pul vəsaitlərinin investisiya bəyannaməsi ilə nəzərdə tutulmuş qaydada qiymətli kağızlara və digər əmlaka yatırılmasından mənfəət əldə edilməsi olan açıq səhmdar cəmiyyətidir; 1.1.3. paylı investisiya fondu – ümumi paylı mülkiyyət hüququ əsasında investisiya fond paylarının mülkiyyətçilərinə məxsus və investisiya fondunun idarəçisinin idarəetməsində olan əmlak toplusudur. Paylı investisiya fondu hüquqi şəxs statusuna malik deyil və onun aktivləri paylarının satışından daxil olan pul vəsaitlərindən, həmin vəsaitlərin investisiyası nəticəsində əldə olunan digər aktivlərdən ibarətdir. Paylı investisiya fondu açıq, qapalı və interval formada yaradıla bilər;... Maddə
3. İnvestisiya fondunun və İdarəçinin adı 3.1. Səhmdar investisiya fondunun adında “səhmdar investisiya fond u” sözləri olmalıdır. 3.2. Paylı investisiya fondunun adında “paylı investisiya fondu” sözləri olmalı və fondun açıq, interval və ya qapalı olması göstərilməlidir. …
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərar ı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. İddiaçının hazırkı iş üzrə hüquqi marağı və ondan irəli gələn tələbi ona cavabdehin xx.xx.2023-cü il tarixli **********177269 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının, 843.61 manat vergilərin artıq hesablanması hissəsi istisna olmaqla, ƏDV hesablanması hissəsində ləğv edilməsinə nail olmaqdan ibarətdir.
30. Mübahi sə ilə bağlı yuxarıda qeyd edilən məzmunda iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir.
31. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini xahiş edir.
32. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
33. Cavabdeh iddiaçıya ƏDV hesablayarkən ona əsaslanmışdır ki, iddiaçı tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN **********) 2 000 000.0 manata, xx.xx.2019-cu ildə ünvan 3 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). Cəmiyyət tərəfindən xx.xx.2020-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi X5 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi "xxxx" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yerləşən 82.0 m2 sahəsi olan qeyri- yaşayış sahəsi X5 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 m2 sahəsi olan qeyri-yaşayış sahəsi X5 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır.
34. Cavabdeh həmçinin hesab etmişdir ki, iddiaçı tərəfindən müəssisənin alqı-satqı əməliyyatları aparmış olduğu yuxarıda qeyd edilən 3 daşınmaz əmlakın alış və satış dəyərləri arasındakı fərqə ƏDV hesablanmalıdır. “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür. Aydın olduğu kimi, sığorta fəaliyyəti sığorta risklərinin sığortalanması üzrə bağlanmış sığorta müqavilələri üzrə həyata keçirilən fəaliyyətdir. Mübahisəli məsələyə baxdıqda isə aydın olur ki, adıçəkilən əmlakların alışı investisiya məqsədli, satışı isə ləğv prosesində olan müəssisənin kreditor öhdəliklərini yerinə yetirmək məqsədli olmuş, sığorta fəaliyyətinə aid edilən sığorta haqlarının (təkrar sığorta haqları) və ya sığorta ödənişlərinin həyata keçirilməsi ilə əlaqəli əməliyyatlar olmamışdır. Nəticə olaraq, daşınmaz əmlaklar üzrə həyata keçirilmiş müvafiq əməliyyatlar sığorta fəaliyyətinə aid edilən əməliyyatlar hesab edilmədiyindən, Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə nəzərdə tutulmuş maliyyə xidməti hesab edilmir. Odur ki, müvafiq əməliyyatların maliyyə xidmətləri olmadığı üçün Vergi Məcəlləsinin 164.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş əlavə dəyər vergisindən azad edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.
35. Məhkəmə kollegiyası iddiaçı tərəfindən satılmış 3 ədəd daşınmaz əmlakla bağlı ƏDV ödəməli olmaması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. 36. “Sığorta fəaliyyəti haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən, sığorta fəaliyyəti sığortaçı tərəfindən sığorta risklərinin qəbul edilməsi, yerləşdirilməsi və ya bölüşdürülməsi üzrə sığorta müqavilələrinin bağlanması və yerinə yetirilməsi ilə əlaqədar olan, sığorta fəaliyyətinə verilmiş lisenziya əsasında həyata keçirilən fəaliyyət növüdür.
37. Həmin Qanunun 63.1.3-cü maddəsinə görə sığortaçının öz vəsaiti etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifli yi nəzərə alınmaqla investisiyaya yönəldilir və bu vəsaitin onun məcmu kapitalının hesablanması üçün qəbul edilən hissəsi aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:...daşınmaz əmlak.
38. Həmin Qanunun 64.1.-cü maddəsinə əsasən, sığorta ehtiyatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və aktivlərin aşağıdakı qrupları ilə ifadə olunur:… daşınmaz əmlak. 39. “Sığorta fəaliyyəti haqqında” Qanuna görə sığortaçı (yəni iddiaçı) sığorta fəaliyyəti ilə məşğul olarkən sığorta ehtiyatlarını təmin edən vəsaitini investisiyaya yönəldə bilər və bu, daşınmaz əmlakla da ifadə oluna bilər.
40. İddiaçı da sığorta fəaliyyəti göstərdiyi dövrdə fəaliyyətinin təmin edilməsi məqsədilə daşınmaz əmlak əldə etmiş, sonradan həmin əmlaklar satılmışdır.
41. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən satılmış yuxarıda qeyd olunan 3 ədəd daşınmaz əmlak obyektinin ekspert tərəfindən müəyyən edilmiş alış və satış fərqinə görə ƏDV hesablanmasına münasibətdə hesab etmişdir ki, iddiaçının əsas fəaliyyəti sığorta xidmətlərinin göstərilməsi olduğundan qanunvericiliyə əsasən onun fəaliyyəti ƏDV-yə cəlb edilə bilməz. Belə ki, Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsasən sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləri hesab edilir. Həmin Məcəllənin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. “Sığorta fəaliyyəti haqqında” Qanunun 63 və 64-cü maddələrinə əsasən sığortaçının öz vəsaiti və sığorta ehti yatlarını təmin edən pul vəsaitləri etibarlılığı, mənfəətliliyi, likvidliyi və müxtəlifliyi nəzərə alınmaqla investisiyaya yönəldilir və daşınmaz əmlak investisiya yönəldilən aktivlərdən biridir.
42. Məhkəmə kollegiyası iddiaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitlərini investisiyaya yönəltməsi və daşınmaz əmlakın investisiya yönəldilən aktivlərdən biri olması barədə apellyasiya məhkəməsinin mövqeyini əsaslı saysa da, bütövlükdə iddiaçının fəaliyyətinin ƏDV-yə cəlb edilməli olmaması barədə gəldiyi nəticə ilə razılaşmır.
43. Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə görə maliyyə xidmətlərinin göstərilməsindən ƏDV tutulmur.
44. Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində maliyyə xidmətləri sadalanmışdır. Həmin maddədə maliyyə xidmətlərinə aid əməliyyatlar göstərilmiş, əmlakın alqı-sat qısı əməliyyatı qeyd edilməmişdir.
45. Vergi Məcəlləsinin müvafiq olaraq 13.2.14.6 və 13.2.14.7-ci maddələrinə görə investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər; sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri maliyyə xidmətləridir. 46. “İnvestisiya fondları haqqında” Qanunun 1.1.1-ci maddəsinə görə investisiya fondu-səhmdar və ya paylı investisiya fondu formasında yaradılan, vəsaitlərin cəlb edilib mənfəət əldə edilməsi məqsədi ilə investisiya bəyannaməsində nəzərdə tutulmuş qaydada yatırılması ilə məşğul olan maliyyə qurumudur.
47. Həmin Qanunun 4-cü maddəsinə görə investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestri Mərkəzi Bank tərəfindən aparılır. Dövlət reyestrinə investisiya fondlarının v ə onların idarəçilərinin adları, hüquqi ünvanları, onlara verilmiş və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixləri, fəaliyyətlərinə xitam verilmiş investisiya fondları və onların idarəçiləri haqqında məlumatlar daxil edilir (4.1-ci maddə). Səhmdar investisiya fondu Mərkəzi Bank tərəfindən müvafiq lisenziyanın verildiyi tarixdən investisiya fondlarının və onların idarəçilərinin dövlət reyestrinə daxil edilir (4.2-ci maddə).
48. İddiaçının nizamnaməsinə görə o, səhmdar və ya paylı investisiya fondu formasında yaradılan maliyyə qurumu olmamış, Mərkəzi Bank tərəfindən bu məqsədlə dövlət reyestrindən keçməmişdir.
49. Odur ki, iddiaçının pul vəsaitlərinin investisiyaya yönəltməsi və daşınmaz əmlakın investisiya yönəldilən aktivlərdən biri olması, bununla bağlı əmlakın alqı-satqı xidməti “İnvestisiya fondları haqqında” Qanunun mənasında investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər hesab edilmədiyindən Vergi Məcəlləsinin 13.2.14.6-cı maddəsində təsbit edilən maliyyə xidmətləri kateqoriyasına aid deyildir.
50. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının sığorta ehtiyatlarını təmin edən pul vəsaitinin investisiyaya yönəltməsi də maliyyə xidmətləri kimi qəbul edilə bilməz.
51. İşdə olan sənədlərə görə iddiaçının daşınmaz əmlakla bağlı apardığı əməliyyatlar Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsində nəzərdə tutulmuş sığorta və təkrar sığorta əməliyyatlarına, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətlərinə aid deyildir.
52. Məhkəmə kollegiyası Vergi Məcəlləsinin 13.2.14.7-ci maddəsinə əsaslanaraq qeyd edir ki, iddiaçın ın daşınmaz əmlakla bağlı apardığı əməliyyat bütövlükdə onun sığorta fəaliyyətinə aid olsa da, ƏDV-dən azadolma və güzəştləri tənzimləyən Vergi Məcəlləsinin 164.1.2-ci maddəsində bütövlükdə sığorta fəaliyyəti deyil, maliyyə xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilmişdir.
53. Bəhs olunanlara əsasən iddiaçının 3 ədəd daşınmaz əmlakın alqı-satqısı ilə bağlı apardığı əməliyyat sığorta əməliyyatı və müvafiq olaraq maliyyə xidməti sayılmadığından, onun ƏDV-dən azad olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmadığından bu hissədə kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv olunmalıdır.
54. İddiaçının mülkiyyətində olmuş 3 ədəd daşınmaz əmlakın qiyməti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
55. Cavabdehin dəlillərinə görə iddiaçı tə rəfindən satılmış əmlakların alış və satış dəyərinə bazar qiymətlərinin tətbiq edilməsi nəticəsində gəlirlərin azaldılması və xərcin artıq göstərilməsinin səbəbləri aşağıdakılardan ibarət olmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi "xxxx" MMC-dən (VÖEN **********) 2 000 000.0 manata xx.xx.2019-cu ildə ünvan 3 ünvanında yerləşən 82.0 kv.m sahəsi olan qeyriyaşayış sahəsi X3 811 800.0 manata (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir) və xx.xx.2019-cu ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi X3 3 876 840.0 manata alınmışdır (dəyəri xx.xx.2019-cu il tarixdə ödənilmişdir). İddiaçı tərəfindən xx.xx.2020-ci ildə Bakı ş əhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən 378.9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi X5 265 230.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 224 307.0 manat hissəsi "xxxx" MMC-yə ötürülüb), xx.xx.2020-ci ildə ünvan 3 ünvanında yerləşən 82.0 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi X5 139 400.0 manata (cəmiyyətin ləğv tarixinə dəyəri tam ödənilib) və xx.xx.2020-ci ildə ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən 391.6 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi X5 665 720.0 manata (cəmiyyətin ləğv tarixinə əmlakın dəyərinin ödənilməmiş 602 423.23 manat hissəsi debitor borc kimi "xxxx" MMC-yə ötürülüb) satılmışdır. Əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün təqdim olunmuş ekspert rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Ba bək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyəri 1 854 698.0 manat, satış dəyəri 1 401 930.00 manat (ƏDV-siz satış dəyəri 1 188 076.27 manat), ünvan 3 ünvanında yerləşən əmlakın alış dəyəri 287 082.0 manat, satış dəyəri 270 600.0 manat (ƏDV-siz satış dəyəri 229 322.03 manat), ünvan 3, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən əmlakın alış dəyəri 2 153 800.0 manat, satış dəyəri 1 958 000.0 manat (ƏDV-siz satış dəyəri 1 659 322.03 manat) müəyyən edilmişdir. Ekspert rəyi nəzərə alınmaqla Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 28d ünvanında yerləşən əmlakın alış dəyərində fərq olmamış, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 922 846.27 manat, ünvan 3 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 524 718.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 89 922. 03 manat, ünvan 3, yeni qaydalarla ünvan 5 ünvanında yerləşən əmlakın alış dəyərlərində fərq 1 723 040.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 993 602.03 manat təşkil etmişdir. Beləliklə 3 əmlakın alış dəyərlərində fərq 2 247 758.0 manat, yoxlama ilə satılmış əmlaklar üzrə amortizasiyanın 2019-cu ildə 84 243.0 manat artırılmasını nəzərə alaraq əmlakın alış dəyərlərində fərq 2 332 001.0 manat, əmlakın ƏDV-siz satış dəyərləri arasındakı fərq 2 006 370.34 manat təşkil etmişdir. Yoxlanılan dövr ərzində təqdim edilmiş ƏDV bəyannamələrinin düzgünlüyünü yoxlayarkən X17 702 976.06 manat azaldıldığı müəyyən edilmişdir. Azalmanın səbəbi cəmiyyət tərəfindən satılmış 3 əmlakın dəyəri ilə əmlakların alış və satışının bazar qiymətlərinin müəyyənləşdirilməsi üçün istifadə olunan ekspert rəyinin məlumatları (ƏDV nəzərə alınmadan) arasındakı 2 006 370.34 manat fərqdən Vergi Məcəlləsinin 159-cu maddəsinə əsasən 2020-ci ilin iyun ayında 361 146.66 manat məbləğində X17 hesablanmaması, dəyəri xx.xx.2020-ci il tarixdə ödənilmiş nəqliyyat vasitəsinin satışından daxil olmuş 5 932.2 manat məbləğdən 2020-ci ilin iyul ayında 1 067.79 manat məbləğində X17 hesablanmaması, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən 2020-ci ildə ləğv edilmiş 33 392.74 manat əsas vəsaitlərin dəyərindən 2020-ci ilin dekabr ayında 6 010.69 manat və 2021-ci ildə ləğv edilmiş 12 978.93 manat əsas vəsaitlərin dəyərindən 2 336.21 manat məbləğində X17 hesablanmaması və xx.xx.2021-ci il tarixdə LPO "xxxx" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasə n "xxxx" MMC-yə ötürülmüş City Mail (262,4 kv.m) əmlakın 1 020 018.18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "xxxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat məbləğində X17 hesablanmamasından ibarət olmuşdur. Beləliklə, ƏDV-nin 702 976.06 manat azaldılmasına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50% miqdarında 351 488.03 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur.
56. Bununla bağlı apelyasiya instansiya məhkəməsi hüquqi qiymətləndirmə apararaq qeyd etmişdir ki: -Bu əmlaklar satılmamışdan öncə müstəqil qiymətləndirmə şirkəti olan X19 MMC tərəfindən qiymətləndirilmiş, kənar auditor olan X7 tərə findən audit rəyi verilmiş və Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası tərəfindən ekspert rəyi verilmişdir. Bu əmlakların alqı-satqısı notarial qaydada həyata keçirilmişdir. Bu da öz növbəsində əmlakların qiymətinin real olmasının göstəricisidir. Bütün bu qeyd olunanlara baxmayaraq vergi orqanı tərəfindən əmlakların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə ekspertizalar təyin edilmişdir; -“Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “...Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-c i maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar; -Bu azadlıqları mülki dövriyyə iştirakçılarına təqdim edərkən qanunvericilik hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir. Əks hal sübut edilməyənə qədər hər kəsin hərəkətlərinin düzgün olmasını nəzərdə tutan vicdanlılıq prezumpsiyası fundamental hüquqi prezumpsiyalardan biridir (quivis praesumitur bonus dones probetur contrarium). Məhz bu prezumpsiyadan çıxış edərək, Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir; -İş materiallarından görünür ki, cavabdeh inzibati orqan qeyd olunan 3 əmlaka dair notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi olmasına baxmayaraq, əmlakların qiymətinin müəyyənləşdirilməsi ilə bağlı əlavə ekspertizalar təyin edilmiş, yekunda tərtib edilmiş akta əsasə n vergi xidməti tərəfindən təyin olunmuş ekspertin qeyd olunan əmlaklarla bağlı rəy verilməsinin mümkün olmadığı bildirilmişdir. Daha sonra "xxxx" MMC tərəfindən baza məlumatları əsasında əmlaklara qiymət qoyulmuşdur; -Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qeyd olunan əmlakların qiymətləndirilməsi zamanı elanları əsas götürdüklərini bildirmiş, lakin Xətai və Nərimanov rayonunda qeyd olunan ərazilərdə ölçüləri yaxın və ya eyni olan qeyri-yaşayış binalarına dair alqı-satqı müqavilələr məhkəməyə təqdim edilə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müxtəlif əmlak saytlarında yerləşdirilmiş elanlar ümumi təklifi ifadə edərək, elanda əmlakın müəyyən qiymətlə satışa çıxarılması, hələ alqı-satqı müqaviləsinin həmin qiymətlə reallaşması anlamına gəlmir.
57. Məhkəmə kollegiy ası hesab edir ki, apelyasiya məhkəməsi iddiaçı tərəfindən satılmış 3 ədəd daşınmaz əmlakın bazar qiyməti ilə bağlı Vergi Məcəlləsinin 14-cü maddəsinə, habelə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına uyğun ətraflı araşdırma aparmamışdır.
58. Konstitusiya Məhkəməsi Plenumunun qərarında o da qeyd edilmişdir ki, “...Vergi Məcəlləsinin 14.2-ci maddəsi müəyyən edir ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi q əbul edilir. Əks halın, yəni nəticə etibarilə, mülki hüquqdan sui-istifadənin sübuta yetirilməsi, bununla da sözügedən prezumpsiyanın təkzib edilməsi isə vergi orqanının üzərinə düşür. Avropa Məhkəməsi belə halın sübuta yetirilməsini vergidən yayınmanın baş verməsindən şübhələnmək üçün ciddi əsasların mövcudluğu ilə əlaqələndirərək, bunun qarşısını almaq məqsədilə Dövlətin ixtiyarında olan uyğun metodlar kimi ödənilməmiş verginin ödənilməsini təmin etmək üçün hüquqi icraatlara başlamanı və zərurət olduqda, vergi cərimələrinin tətbiqini misal gətirmiş, bu imkanlardan sistematik istifadənin cinayət təqibi təhlükəsi ilə birlikdə adekvat tədbir olacağını ifadə etmişdir (Hentrich Fransaya qarşı yuxarıda qeyd olunan qərar, § 47). Avropa Məhkəməsinin hüquqi mövqeyindən görünür ki, icarə münasib ətlərindən əldə olunan gəlirdən verginin tutulması üçün bazar qiymətinin tətbiq edilməsi vergidən yayınmanın baş verməsinə dair ciddi əsasların mövcudluğunu tələb edir. Belə ciddi əsasların mövcudluğunu təsdiq edə biləcək sübut etmə vasitələri ilə bağlı vergi orqanı, ilk növbədə, hər bir konkret işə onun fiziki, hüquqi və iqtisadi xüsusi hallarını nəzərə almaqla fərdi yanaşmalıdır. Bu məqsədlə vergi orqanı “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 1-ci bəndində göstərilən hallar, yəni icarə ödənişinin məbləğinin icarəyə götürülən əsas fondların dəyəri və vəziyyəti, müəssisənin inkişaf perspektivləri və digər amillər, habelə icarəyə götürülmüş əmlakın istismarından əldə edilməli olan minimum gəlir nəzərə alınmaqla müəyyənləşdirildiyi, eləcə də analoji vəziyyətdə olan dövlət və bələdiyyə əmla kına təyin edilmiş normativ hədləri baxımından çıxış etməlidir. Nəticədə vergi orqanı tərəfindən qəbul olunan qərarların qanuniliyi Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - “İnzibati icraat haqqında” Qanun) aşağıdakı müddəalarına, xüsusən bazar qiymətinin müəyyənləşdirilməsi üçün ümumi qaydanı təsbit etmiş Vergi Məcəlləsinin 14.4-cü maddəsinin tələblərinə dəqiq riayət olunması ilə şərtləndirilir. Həmin normaya müvafiq olaraq bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərə əsasən müəyyənləşdirilir. Bu məqsədlə malın (işin, xidmətin) baza r qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatdan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir (Vergi Məcəlləsinin 14.9-cu maddəsi). Bu müddəalarla bazar qiymətinin, ilk növbədə, müqayisəli şəkildə aşkar edilməsinin əsası qoyulur. Bu metod əvvəllər ekvivalent hallarda bağlanılmış oxşar predmetli icarə müqavilələrinin şərtlərinin müşahidəsinə əsaslanmaqla müvafiq dövlət mənbələrindən, rəsmi, yaxud da açıq məlumatlardan istifadə etməklə əmlakların mümkün olan ən həqiqi qiymətinin müəyyən edilməsindən ibarətdir. Lakin bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə ve rmədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi məqsədilə növbəti mərhələyə də keçə bilər. Belə ki, Vergi Məcəlləsinin 14.6-cı maddəsinə əsasən bu Məcəllənin 14.4-cü maddəsinin, eləcə də qarşılıqlı surətdə asılı olan şəxslər arasındakı əməliyyata aid 14.5-ci maddəsinin müddəalarının tətbiqi mümkün olmadıqda, vergi orqanı malın (işin, xidmətin) bazar qiymətini bu maddənin tələblərinə uyğun olaraq müəyyən edir. Bu zaman malın (işin, xidmətin) istehsalına və (və ya) təqdim edilməsinə çəkilən adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri), nəqletmə, saxlanma, sığorta və digər bu cür məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə bağlı olmayan şəxslər arasında əməliyyatlar zamanı tələb və təkliflər amilinə əsasən əlavə yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər malın keyfiyyə tinin və ya digər istehlak xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və başqa bu cür hallarda da nəzərə alınır. Həmin maddənin tətbiqi nəticə vermədikdə, sonrakı mərhələ kimi Vergi Məcəlləsinin 14.6.3-cü maddəsi müəyyən edir ki, eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: sonrakı (təkrar) satış qiymətinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir (14.6.3.1-ci maddə); dəyərin toplanması üsuluna əsasən bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır (14.6.3.2-ci maddə); malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir (14.6.3.3-cü maddə). Ekspertin cəlb edilməsinə gəldikdə, Vergi Məcəlləsinin 44-cü maddəsində və “İnzibati icraat haqqında” Qanunun 41-ci maddəsində ekspertizanın keçirilməsi qaydası və bununla bağlı bir sıra təminatlar, o cümlədən ekspertin müqavilə əsasında cəlb edilməsi, müqavilədə səhv və ya bilərəkdən yalan rəy verm əsinə görə ekspertin məsuliyyətinin nəzərdə tutulmasının mümkünlüyü, ekspertizanın maraqlı şəxslərin vəsatəti və ya öz təşəbbüsü ilə vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının qərarı əsasında təyin edilməsi təsbit edilmiş, habelə ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanının həmin qərarla yoxlanılması keçirilən vergi ödəyicisini tanış etməyə və həmin şəxsin ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək, ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək və ekspertin rəyi ilə tanış olmaq daxil olmaqla Vergi Məcəlləsinin 44.7-ci maddəsində nəzərdə tutulan hüquqlarını ona izah etm əyə borclu olduğu nəzərdə tutulmuşdur. Sözügedən Məcəllənin yuxarıda şərh olunan prosesin bütün mərhələlərinə şamil edilən və tutulmalı olan verginin müəyyən edilməsində vergi ödəyicisinin fəal iştirakının təzahürlərindən biri olan 14.8-ci maddəsinə əsasən isə vergi ödəyicisinin dövlət vergi orqanına bu və ya digər əməliyyatda malın (işin, xidmətin) bazar qiymətinin bu maddədə göstərildiyindən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar vermək hüququ vardır. Həmçinin qeyd edilməlidir ki, qaldırılmış məsələ Avropa Şurasına üzv olan digər ölkələrdə də analoji qaydada həll olunmuş və bu barədə müvafiq ölkələrin məhkəmə təcrübəsi artıq formalaşmışdır. Məsələn, Fransa Respublikasının Kassasiya Məhkəməsi 19 dekabr 2000-ci il tarixli qərarında hüquqi mövqeyini ifadə edərək göstərmişdir ki, təyin edilmiş məbləğ və ya qiymətləndirilmə onun bazar qiymətindən aşağı olduqda, müvafiq tutulmaların müəyyən edilməsinə əsas olmuş məbləğ və ya qiymətləndirilmənin yenidən hesablanmasını mümkün edən Vergi-Prosessual Məcəlləsinin L.17-ci maddəsi yenidən qiymətləndirilmə məqsədilə vergi orqanlarına yalnız bazar qiymətinə istinad etməsi üçün kifayətedici hüquqi əsası təşkil edir. Digər tərəfdən vergi ödəyicisi Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən verginin hesablanması məqsədilə vergi orqanı ilə əməkdaşlıq etməməyə və ya buna hətta maneə törətməyə yönəlmiş hərəkətlər etdikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri və həmin maddədə göstərilən digər əlaqəli məl umatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Göründüyü kimi, bu müddəanın tətbiqi Vergi Məcəlləsinin 14-cü maddəsindən fərqli olaraq icarə haqqı məbləğinin aşağı göstərilməsi hallarına aid deyil və vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə qanuni tələblər yerinə yetirilmədikdə, həyata keçirilən müstəqil vasitədir. Lakin hər bir halda, Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsi hər hansı müdaxilənin qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmasını da tələb edir. Müvafiq olaraq, hüquq və azadlıqlara istənilən müdaxilə cəmiyyətin ümumi maraqları ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Tələb edilən ədalətli tarazlığa nail olmaq üçün müvafiq ş əxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (İwaszkiewicz Polşaya qarşı, no. 30614/06, 26 iyul 2011-ci il, § 44). Bundan irəli gələrək, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, vergi orqanı tərəfindən bazar qiymətinin tətbiqinin qanuni olması üçün bu inzibati hərəkətin vergi qanunvericiliyinin yuxarıda göstərilmiş tələblərinə riayət etməklə qəbul edilməsi, o cümlədən müqavilədə icarə məbləğinin aşağı olduğunu sübut edən sənədlərin göstərilməsi, habelə əmlakın xüsusiyyətlərinə uyğun gələn müqayisə elementləri izah edilməklə tətbiq olunan bazar qiymətinin Vergi Məcəlləsinin 49.2-ci maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin müddəaları nəzərə alınmaqla əsaslandırılması tələb edilir. Yoxlanılan şəxs həmin inzibati hərəkətlə razılaşmadıqda, o cümlədən yeni ekspertizanın keçirilməsini tələb etməklə bazar qiymətinin düzgün hesablanmadığını və ya tətbiq edilmiş bazar qiyməti ilə razılaşaraq, ondan xüsusi və fərdi səbəblərdən kənara çıxdığını iddia etdikdə, öz mövqeyini əsaslandırmaqla Vergi Məcəlləsinin 62, 63 və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə müvafiq olaraq yuxarı vergi orqanına və ya məhkəməyə şikayət prosedurlarından istifadə edə bilər. Məhkəmə mübahisəsi çərçivəsində yoxlanılan şəxsin bu hüquqları vergi orqanını tətbiq edilmiş bazar qiymətinin düzgünlüyünü sübut etmək vəzifəsindən azad edə bilməz. Təsadüfi deyil ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanu nvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, məsələnin yuxarıda şərh edilən qaydada həlli, bir tərəfdən, Konstitusiyanın 73-cü maddəsinin tələb etdiyi kimi, qanunla müəyyən olunmuş vergiləri ödəmək öhdəliyinin şərtsiz icrasının təmin edilməsinə və vergi ödəyicilərinin bağladıqları müqavilələrin qiymətinin bazar qiymətinə uyğun hesablanması üçün şəraiti n yaradılmasına xidmət edir, digər tərəfdən isə, bu istiqamətə yönəlmiş vergi orqanlarının hərəkətlərinin qanunsuzluğunu və əsassızlığını məhkəmə qaydasında sübut etmək imkanını Konstitusiyanın 60-cı maddəsinə uyğun olaraq vergi ödəyicisinə təqdim edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyə n olunur. Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən və digər bu kimi qanuni tələblər yerinə yetirilmədikdə, vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə verginin məbləği həmin maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə olunmaqla hesablanır...”
59. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cavabdeh inzibati orqanın iddiaçıya məxsus 3 ədəd daşınmaz əmlakın bazar qiymətini müəyyən edərkən alqı-satqı müqavilələrində göstərilən qiymətlərlə razılaşmaya bilər. Müqavilənin notariat qaydasında bağlanılması özü-özlüyündə həmişə razılaşdırılmış qiymətin əmlakın bazar dəyəri olduğu nəticəsinə gəlmək üçün birmənalı əsas kimi çıxış etmir. Notariat qaydasında bağlanılmış müqavilələr üzrə də vergi orqanı əks halı sübut edə bilər. Lakin cavabd ehin bununla bağlı, habelə əmlakın bazar qiyməti ilə bağlı dəlilləri, habelə məhkəmənin qiymətləndirməsi Vergi Məcəlləsinin 14-cü maddəsinə və adı çəkilən Konstitusiya Məhkəməsi Plenumun qərarında qoyulan tələblərə uyğun olmalıdır. Yəni hər 3 daşınmaz əmlakın bazar qiyməti müəyyən edilərkən tərəflərin təqdim etdikləri rəylər yetərli sübut kimi qəbul edilə bilməz. Əmlakın bazar qiyməti Konstitusiya Məhkəməsi Plenumunun qərarında vurğulandığı kimi, Vergi Məcəlləsinin 14-cü maddəsində göstərilən ardıcıllığa (14.4, 14.5, 14.6, 14.9-cu maddələr) əməl edilməklə müəyyən edilə bilər. 60. 3 ədəd daşınmaz əmlakın bazar qiyməti ilə bağlı araşdırma Vergi Məcəlləsinin 14-cü maddəsinə, habelə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələ rinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarına uyğun aparılmadığından, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, yeni apelyasiya baxışı zamanı ƏDV-nin məbləğinin müəyyən edilməsi üçün qanunvericiliyə uyğun araşdırma aparılmalıdır.
61. Həmçinin iş materiallarından görünür ki, 2021-ci il üzrə ƏDV bəyannamələrinin düzgünlüyünün yoxlanması nəticəsində iddiaçı tərəfindən 06.09 2021-ci il tarixdə LPO “Rəvan Sığorta" ASC-nin aktivlərinin səhmdarlar arasında bölgü cədvəlinə əsasən Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən "xxxx" MMC-yə ötürülmüş City Mall (262,4 kv m) əmlakın 1 020018 18 manat dəyərindən 183 603.27 manat və cəmiyyət tərəfindən X2 və cəmiyyətin ləğvi tarixinə dəyəri tam ödənilmədiyi üçün qalıq dəyəri "x xxx" MMC-yə ötürülmüş 224 307.0 manat və 602 423.23 manat (cəmi 826 730.23 manat) debitor borcuna 148 811.44 manat, ümumilikdə 2021-ci il üzrə 362214.45 manat ƏDV hesablanmışdır.
62. Bu hesablamaya münasibətdə apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi əlavə dəyər vergisinə cəlb olunan əməliyyat hesab edilmir. Belə ki, cəmiyyətin mülkiyyətində olan əmlakların ləğvi zamanı bölünmə balansına uyğun olaraq səhmdarların arasında bölüşdürülməsi sahibkarlıq fəaliyyəti hesab edilmədiyindən ƏDV-nin məqsədləri üçün vergiyə cəlb edilən əməliyyat hesab edilmədiyindən 2021-ci il üzrə 362 214.45 manat ƏDV vergisi üzrə əlavə vergi məbləğinin hesablanması əsaslı hesab edilə bilməz.
63. Ve rgi Məcəlləsinin 159-cu maddəsinə əsasən, malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi X17 məqsədləri üçün vergitutma obyekti hesab edilir. Mübahisələndirilən iş üzrə faktiki olaraq cəmiyyətin ləğvi zamanı balansında olan əmlakların səhmdarlar arasında bölüşdürülməsinin malların təqdim edilməsi kimi hesab edilməsi apelyasiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamışdır. Hüquqi cəhətdən cəmiyyətin ləğv edilməsi zamanı əmlakların bölünmə balansına uyğun olaraq səhmdarlar arasında bölünməklə əmlakların təqdim edilməsi bir növ cəmiyyətin səhmdarlar qarşısında olan öhdəliklərin yerinə yetirilməsi hesab edilir. Bu baxımdan Vergi Məcəlləsinin 145-ci maddəsi hüquqi şəxsin ləğvi zamanı yalnız bir halda hüquqi şəxsdə aktivlərin təqdim edilməsinin vergiyə cəlb olunan təqd im etmə olmadığını müəyyən edir ki, bu hal iştirakçının iştirak payının 100 % həcmdə olması ilə şərtləndirilir.
64. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş etirazda və apellyasiya şikayətinin dəlillərində Vergi Məcəlləsinin 145.2-ci bəndinə istinad edilərək bildirilmişdir ki, vergi ödəyicisinin öz aktivlərinin səhmdarlarına təqdim edilməsi yalnız o halda təqdim etmə hesab edilməmişdir ki, ləğv edilən hüquqi şəxsin təsisçisi bir hüquqi şəxs olsun.
65. Cavabdehin dəlilinə münasibətdə apelyasiya məhkəməsi qeyd etmişdir ki, Vergi Məcəlləsinin 145.2-ci maddəsinə nəzərdə tutulan norma mənfəət və gəlir vergisinə aid norma olduğundan, ƏDV-yə münasibətdə tətbiq edilə bilməz.
66. Lakin apelyasiya məhkəməsi mübahisəyə Vergi Məcəlləsinin 145.2-ci maddəsini tətbiq edərkən həmin Məcəllənin 145.3-cü maddəsinin tələbini nəzərə almamışdır.
67. Vergi Məcəlləsinin 145.3-cü maddəsinə görə bu Məcəllənin 145.2-ci maddəsi yalnız o halda tətbiq edilir ki, ləğvetmənin əsas məqsədinin vergidən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.
68. Göründüyü kimi, Vergi Məcəlləsinin 145.2-ci maddəsinin tətbiq olunmasını şərtləndirən halla bağlı cavabdehin mövqeyi və bununla bağlı dəlilləri apelyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
69. Vergi Məcəlləsinin 145-ci maddəsinin mənfəət və gəlir vergisinə aid edilməsi hissəsinə münasibətdə nəzərə alınmalıdır ki, həmin maddə aktivlərin təqdim edilməsi ilə vergiyə cəlb olunma qaydasını tənzimləyir və aktivlərin təqdim edilməsi anlayışı hər bir vergi növü üçün eyniyyət təşkil edir, məhkəmənin yanaşmasına görə ƏDV məqsədləri üçün təqdim etmənin bir formada, mənfəət vergisi üçün başqa bir formada təfsir olunması qanunvericiliyin tələblərinə uyğun deyildir.
70. Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.
71. İddiaçının 2021-ci il üzrə ƏDV-yə cəlb olunması ilə bağlı hissədə apelyasiya məhkəməsi Vergi Məcəlləsinin 145 və 159-cu maddəsinin tələbinə uyğun araşdırma aparmadığından həmin hissədə də şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməlidir.
72. Beləliklə, kassasiya şikayətinin dəlilləri qismən, yəni apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin e dilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə əlavə araşdırmaya zərurət yarandığından şikayət iddianın təmin edilməməsi hissəsində rədd edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 21(103)-1186/2025 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.