Məhkəmə qərarları › İş №2-1(102)-2204/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2204/2024

06.11.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2204/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlillik təyin edilməsi; əlavə müalicəyə ehtiyac olması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentli yinə qarşı “əlillik təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 2-1(103)-61/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 28 dekabr 2014-cü il tarixli göndərişi əsasında baxılmış və ona ümumi xəstəlik səbəbindən (Xİ Sinif Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mədə xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər) 1 il müddətinə ikinci dərəcə, daha sonra elektron təyinatla 14 yan var 2016-cı il tarixli göndəriş əsasında baxılmış və ümumi xəstəlik səbəbindən (Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K25 - Mədə xorası; Diaqnozun mətni: Xoralı eroziv siqmadit psevdomembironoz kolit daxili babasil qanaxmalrla qarışıq toksiki urlll-İV dər) 5 il müddətinə ikinci dərəcə əlillik verilmişdir.

2. Daha sonra iddiaçının əlillik vəziyyətinə həmin xəstəxananın 26 fevral 2021-ci il tarixli 0311003AARD2 saylı göndərişi əsasında baxılmış, əlavə müalicəyə ehtiyac olması, diaqnoz və ağırlaşmaların əlillik təyin etməyə əsas verməməsi səbəbindən 08 mart 2021ci il tarixində əlillik təyinatından imtina edilmiş və “ixtisaslaşmış xəstəxanada ətraflı müayinə və müalicə məsləhətdir” qeyd olunmuşdur. 4 iyun 2021-ci il tarix də sözügedən xəstəxananın 0311003AASH5 saylı göndərişi əsasında əlillik vəziyyətinə baxılmış və “əlavə müalicəyə ehtiyac var, son beş ildə aldığı stasionar müalicə yetərli deyil, ixtisaslaşdırılmış müayinə və müalicəsi davam etdirilsin” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçının tələbi hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

5. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinada qeyd olunanlar təşkil edir.

6. İşin məhkəmə araşdırması zamanı məhkəm ə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən məhkəməyə ünvanlanmış 12 avqust 2022-ci il tarixli məktubda göstərilmişdir ki, iddiaçının özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim olunması təmin edilmədiyindən, ekspertizanın başa çatdırılması mümkün olmamışdır, bu səbəbdən sənədlər icrasız geri qaytarılır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 20 oktyabr 2022-ci il tarixli, 21(112)-888/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 202 1-ci ildə başa çatdığı nəzərə alınaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən onda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə iddiaçıya münasibətdə “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə, ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” il ə şərtləndirmir. İmtinada göstərilən “ətraflı müayinə məsləhətdir” dəlilinə gəldikdə isə, cavabdeh tərəf bunun zəruriliyinin hansı xüsusatlar üzrə yaranması ilə bağlı heç bir dəlil və sübut təqdim etmir. Odur ki, bu dəlil formal şəkildə təqdim olummuş kimi sayılır. Məhkəmənin qənaətinə görə, cavabdehin iddiaçıya əlillik təyin edilməsindən “Əlavə müalicəyə və müayinəyə ehtiyacın olması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. İşin məhkəmə araşdırması zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspetlər qarşısında iddiaçının müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacın olub-olmaması, onda hal-hazırda hansı xəstəlik və qüsurların aşkar olunması, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verib-verməməsinin müəyyən edilməsi sulları qoyulmuşdur.

11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə iddiaçının əmək fəaliyyətinin məhdudlaşdırılmadığı müəyyən olunmuşdur. Həmçinin, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Komissiyalarının səlahiyyətlərinə aid olduğu bildirilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) 13 fevral 2024-cü il tarixli, 2-1(103)-61/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmuş, iddia rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı vəziyyətdə məhkəmənin vəzifəsi iddiaçıda mövcud olmuş yox, mövcud olan xəsarət və xəstəliklərin cavabdehin imtina qərarında göstərildiyi kimi, əlillik əlaməti təyin edib-etməməsini, yəni imtina qərarının əsaslılığını yoxlamaqdır. Belə ki, iş üzrə təyin edilmiş tibbi ekspertizalar iddiaçıya ikinci dərəcəli əlilliyin təyin edilməsinə əsas verməmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərardadı əsasında xx.xx. 2023-cü il tarixdə əlavə əyani müayinə aparılaraq həm xx.xx.2022-ci il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli Qərarında göstərilənlərlə razılaşmamaq üçün əsaslar görmür. Tətbiq edilən qanunvericilik normaları da iddiaçının ötən müddətdə reablitasiya olub-olmamasını, reabilitasiya potensialını müəyyən etmək üçün məhz yenidən tibbi müayinələrin aparılmasını şərtləndirir. Belə vəziyyətdə məhkəmə kollegiyası cavabdehin öz vəzifələrini qanunun tələblərinə uyğun olmayan tərzdə həyata keçirdiyini, bununla da iddianın təmin olunması üçün də yetərli dəlillər və sübutlar olmasını müəyyən etməmiş və nəzərə almışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti nin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsi sırf formal məsələlərlə bağlı mümkün olmamışdır. Ona əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin həmin əlillik müddətinin 2021-ci ildə başa çatması nəzərə alınaraq, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən onda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur. Xəstəliyi davam etdiyi təqdirdə isə müvafiq qanunvericiliyin tələbinə əsasən ona əlillik təyin edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.2. Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq;... 1.0.17. Əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi.... Maddə

3. Əlilliyin müəyyən ed ilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir....

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvə də olan “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron s ənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 iş gününədək uzadıla bilər.... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir....

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi so sial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibb i Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi həkim komissiyaları tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi S ığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən mü ddət gözlənilmədən verilir);...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1. Əlilliyin müəyyən olunması meyarları “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutul ur.

2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları: İ dərəcə – tələb olunduğundan daha artıq vaxt sərf edərək, dağınıq formada və köməkçi texniki vasitələrdən istifadə etməklə ö zünəqulluq bacarığı; İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; İİİ dərəcə – kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacın olması və kənar şəxslərdən tam asılılıqla əlaqədar özünəqulluq bacarığının olmaması;...

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansi yası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona a id müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən birinci instansiya məhkəməsinin iddianı təmin edərkən qeyd etdiyi dəlilləri təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları və gəldiyi nəticə yetərli hesab olunur.

27. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları p rosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır və əlavə olaraq aşağıdakıları qeyd edir:

28. İşin hallarından müəyyən edilir ki, cavabdeh orqanın 26 fevral 2021-ci il tarixli, 0311003AARD2 nömrəli göndəriş (Forma 88) əsasında iddiaçıya əlilliyin təyin olunmasından “əlavə müalicəyə ehtiyacı olması” səbəbi ilə imtina etmişdir.

29. Sabirabad rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş həmin göndərişə əsasən, onda əsas diaqnoz K51.8 kodlu “Digər xoralı kolitlər. Eroziv xoralı siqmoidit, P sevdomimbranoz kolet, tez-tez qanaxmalarla”, ağırlaşmaları - D50 “Dəmir defisitli anemiya İİ dərəcəli anemiya”, K91.1 “Operasiya olunmuş mədə sindromu. Qidalanmanın aşağı enməsi”, yanaşı xəstəlik İ11 “Ürəyin hipertenzin xəstəliyi, Arterial hipertenziya İİ mərhələ” xəstəlikləri mövcuddur.

30. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, T 420/2023 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iddiaçı orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Tibbi sənədlərin təhlilinə əsasən, 26 fevral 2021-ci il tarixli, 0311003AARD2 nömrəli göndərişdə qeyd edilən diaqnoz onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların proqnozu və səmərəliliyi qənaətbəxş olduğundan iddiaçının əmək fəaliyyəti məhdudlaşdırılmamışdır.

31. Bundan sonra, apellyasiya məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının əyani müayinəsi aparılaraq əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə müddət təyin edilmiş, məhkəmə qərardadının icrası nəticəsində cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyəti qiymətləndirilərək diaqnozun əlillik əlaməti təyin etməməsi barədə 16 noyabr 2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, obyektiv müayinə zamanı düzgün bədən quruluşlu, dəri və gör ünən selikli qişaların rəngi solğun olmuş, periferik ödem izlənilməmiş, ağciyər üzərində vezikulyar tənəffüs, ürək tonları isə bir qədər karlaşmışdır. BKİ (bədən kütlə indeksi) 31,2 (otuz bir tam onda iki) olmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının EXO-KQ müayinəsi aparılmış və müayinə nəticəsində əlillik təyinatı əsas verən heç bir patofunksional pozuntu aşkarlanmamışdır. Nəticədə, obyektiv müayinədə və tibb müəssisəsinin göndərişlərində həm xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixl i, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyinə görə, “Diaqnoz əlillik əlaməti təyin etmir” məzmunlu qərar qəbul edilmişdir.

32. İşin hüquqi halları ilə bağlı kollegiya qeyd edir ki, 0311003AARD2 nömrəli göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci bəndinə əsasən, ikinci dərəcə əlillik ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif s əviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən, ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9).

33. Həmçinin, göndərişdə qeyd edilən K51.8 kodlu əsas diaqnoz və onun ağırlaşması olan K91.1 kodlu xəstəliklər hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü “Həzm sistemi orqanlarının xəstəlikləri” bölməsində əlilliyin təyininə əsas verən xəstəliklər olaraq təsbit edilmişdir.

34. Lakin Meyarların 3.3.1 və 3.3.2-ci bəndlərinin tələbləri baxımından da nəzərə almaq lazımdır ki, K51.8 kodlu əsas diaqnoz həzm funksiyasının qabarıq pozulması xəstəliklərin ağır təzahürü, tez-tez gündəlik ishal (gündə 7-10 dəfə, o cümlədən gecə), qaba rıq dərəcəli anemiya, İİİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan az) və anemiya ilə; həzm funksiyasının mülayim pozulması - xəstəliklərin orta ağır təzahürü, tez-tez ishal (gündə 4-6 dəfə), İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə müşahidə olunan hallarda;

35. Həmçinin, 3.2.5.1 və 3.2.5.2-ci bəndlərinin tələblərinə uyğun olaraq, K91 kodlu əsas doaqnozun ağırlaşması olan xəstəlik isə müvafiq olaraq mədənin hissəvi rezeksiyası və ya total qastroektamiya əməliyyatından sonra həzm funksiyasının mülayim pozulması - orta dərəcəli əməliyyat olunmuş mədə sindromlu qastroenteroanastomoz (dempinq sindrom və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-17,5) və anemiya ilə; mədənin total qastroektamiya əməliyyatından sonra həzm funksiyasının təzahür edən (ağır) dərəcədə pozulması - ağır dərəcəli əməliyyat olunmuş mədə sindromlu qastroenteroanastomoz (dempinq sindrom və ya gətirici bağırsaq ilgəyi sindromu), nazik bağırsağın residivləşən xoraları, İİİ dərəcə zülal-enerji çatışmazlığı (BKİ 16,0-dan az) və anemiya ilə müşahidə olunan hallarda əlilliyin təyin edilməsinə əsas verir.

36. Beləliklə, istər göndərişin tərtib edildiyi dövrdə qüvvədə olan “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” nın sadalanan normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçının əsas diaqnoz və ağırlaşması olan xəstəliklərin ona əlilliyin təyin edilməsinə əsas olması üçün bədən kütlə indeksi minimum 17,5 olmalıdır.

37. İş üzrə alınmış ekspert rəyi və iddiaçının əyani müayinəsinin nəticələrindən isə müəyyən edilir ki, o, düzgün bədən quruluşlu, kafi qidalıdır və bədən kütlə indeksi 31,2-dir.

38. Göründüyü kimi, iddiaçının hazırkı bədən kütlə indeksi onun müvafiq xəstəliklərinə münasibətdə əlilliyin təyin edilməsi üçün tələb olunan bədən kütlə indeksindən xeyli (təxminən 2 dəfə) artıqdır.

39. Bununla da müəyyən edilir ki, göndərişdə qeyd edilən əsas diaqnoz və onun ağırlaşması olan xəstəlik qanunvericiliyin tələbləri baxımından iddiaçıya əlilliyin təyin edilməsinə əsas vermir.

40. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üz rə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 47-ci və 48-ci bəndlərində göstərilmişdir ki, “.................. Əvvəlki əlilliyin müəyyən edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə məhkəmələr tərəfindən bəzi hallarda etimadın qorunması prinsipi əsas götürülməklə təkrar əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmiş, digər hallarda isə iddialar rədd olunmuşdur. Bu qəbildən olan mübahisələrə baxılarkən məhkəmələr tərəfindən diqqət yetirilməli məqam şəxsin əvvəlki əlilliyinin təyin edilməsi üçün əsas olan pozuntu, çatışmazlıq və xəstəliyin davam etməsi və həmin pozuntu, çatışmazlıq və xəstəliyin “Əlilliyin müəyyən olunması meyarları” nda öz əksini tapması ilə bağlı ş ərtlərin vəhdətdə mövcud olmasıdır. Yəni, əvvəlki əlilliyə əsas olan pozuntu, çatışmazlıq və xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” na görə artıq əlilliyin müəyyən edilməsi üçün əsas sayılmırsa, şəxsin etimadın qorunması hüququna istinad edilə bilməz”.

41. İddiaçıya əvvəlki əlilliyin təyin edilməsi üçün əsas olan xəstəlikləri hazırda davam etsə də, həmin xəstəliklər “Əlilliyin müəyyən olunması meyarları”nda qeyd olunan tələblərə uyğun şəkildə iddiaçıda müşahidə edilmədiyindən kollegiya hesab edir ki, iddiaçının etimadın qorunması hüququndan da söhbət gedə bilməz.

42. Kassasiya şikayətinin dəlilində iddiaçı onda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etdiyini və işdə olan sənədlərlə bu halın təkzib olunmadığını bildirir.

43. Məhkəmə şikayətin dəlilinə mün asibətdə qeyd edir ki, qeyd olunan xəstəliklərin iddiaçıda əvvəllər mövcud olması iş materialları ilə də öz təsdiqini tapmaqla, hazırkı vəziyyətdə mübahisələndirmir. Lakin işə baxan məhkəmələr iddiaçının məhz hazırda mövcud olan xəstəliyinin ona əlillik təyin edilməsinə əsas verib-verməməsini araşdırmalıdır ki, apellyasiya instansiya məhkəməsinin bu istiqamətdə aparılan araşdırması yetərli olmaqla, gəldiyi nəticə düzgün olmuşdur.

44. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 13 fevral 2024-cü il tarixli, 21(103)-61/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar