Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2205/2025 10.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respubl ikasının Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 2-1(103)-1505/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2000-ci ilin avqust ayından xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyində hərbi xidmət keçmiş və Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2023-cü il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “j” (öz arzusu ilə) bəndinə əsasən ehtiyata buraxılmışdır.
2. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi ndə xidmət etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əməliyyatlara cəlb olunması məqsədi ilə Hərbi Hava Qüvvələrinin xx.xx.2020-ci il tarixli, 0028 nömrəli sərəncamı ilə Heydər Əliyev adına X5 X3 İdarəolunma Mərkəzinə döyüş növbəsinin rəisi olaraq ezam edilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək növbə rəisi vəzifəsində xidmət keçdiyi N nömrəli hərbi hissə (441-ci X3 İdarəolunma Mərkəzi) 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 062 nömrəli əmri ilə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 0028 nömrəli sərəncamı və N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 023 nömrəli əmri ilə döyüş əməliyyatlarına və döyüş tapşırığının yerinə yetirilməsinə cəlb olunmuş hesab olunmuşdur. İddiaçı bu vəzifədə xidmət edərək növbə rəisi kimi gücləndirilmiş döyüş növ bəsində, tam döyüşə hazır olma vəziyyətində 441-ci X3 İdarəolunma Mərkəzində Azərbaycan Respublikasının hava məkanında uçuşların planlaşdırılması, koordinasiya edilməsi, birbaşa idarəedilməsi, hava məkanında uçuşların təhlükəsizliyinin təmin edilməsi, döyüşlər gedən ərazidə və əraziyə yaxın yerlərdə məhdudiyyətlərin tətbiqi və hava məkanından səmərəli istifadə edilməsini təmin etmişdir. Döyüş növbəsində olduğu vaxt ölkə ərazisinə kənar dövlətlər (qonşu dövlətlər) tərəfdən dövlət sərhədinə yaxınlaşan hərbi hava gəmiləri haqqında qabaqcadan məlumatların vaxtında toplanıb yuxarı komandanlığa ötürülməsi, döyüş əməliyyatları gedən ərazidə və həmin əraziyə yaxın yerlərdə təhdidlərin (təhlükəli vəziyyətin) qarşısının alınması tədbirlərinin görülməsində iştirak etmişdir. Buna baxmayaraq, iddiaçı ya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədləri Azərbaycan Respublikası Nazilər Kabinetinə göndərilməmişdir. İddiaçı cavabdehə müraciət edərək ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş, lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır.
6. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilən arayışa əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polkovnik-leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin tərkibində Bakı şəhərində olmuşdur. Bu kimi hallar nəzərə alınaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqlərinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə münasibətdə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
7. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən N nömrəli hərbi hissə tərəfindən iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etməsi haqqında toplanmış sənədlər (xx.xx.2016-cı il tarixli 13 nömrəli, xx.xx.2022-ci il tarixli 145 nömrəli, xx.xx.2020-ci il tarixli 023 nömrəli, xx.xx.2020ci il tarixli 0254 nömrəli, xx.xx.2020-ci il tarixli 0257 nömrəli, xx.xx.2020-ci il tarixli 0260 nömrəli, xx.xx.2020-ci il tarixli 0264 nömrəli, xx.xx.2020-ci il tarixli 0268 nömrəli, xx.xx.2020-ci il tarixli 0N2 nömrəli, xx.xx.2020-ci il tarixli 0N6 nömrəli, xx.xx.2020-ci il tarixli 0280 nömrəli, xx. xx.2020-ci il tarixli 0283 nömrəli, xx.xx.2020-ci il tarixli 0287 nömrəli, xx.xx.2020-ci il tarixli 0291 nömrəli, xx.xx.2020-ci il tarixli 0295 nömrəli əmrlər və arayışlar) məhkəməyə təqdim edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Abdullayeva) 19 noyabr 2024-cü il tarixli, 2-1(112)-N81/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərkən, onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polkovnik-leytenant hərbi rütbəsində N nömrəli hərbi hissənin tərkibində Bakı şəhərində olduğunu əsas gətirsə də, məhkəməyə təqdim edilmiş arayışlardan göründüyü kimi, N nömrəli hərbi hissə döyüş əməliyyatlarına və döyüş tapşırıqlarının yerinə yet irilməsinə cəlb edilmişdir. İddiaçı müharibə dövründə Bakı şəhəri Heydər Əliyev adına X7 X3 İdarəolunma Mərkəzində döyüş təminatının təşkil olunması üzrə tapşırıqların yerinə yetirilməsinə növbə rəisi qismində cəlb edilmiş, X3 İdarəolunma Mərkəzində (N nömrəli hərbi hissə) döyüş əməliyyatları zamanı döyüş təminatı üzrə döyüş tapşırıqlarını yerinə yetirmişdir. O, döyüş növbəsində olduğu vaxt ölkə ərazisinə kənar dövlətlər (qonşu dövlətlər) tərəfdən dövlət sərhədinə yaxınlaşan hərbi hava gəmiləri haqqında qabaqcadan məlumatların vaxtında toplanıb yuxarı komandanlığa ötürülməsi, döyüş əməliyyatları gedən ərazilərdə və həmin əraziyə yaxın yerlərdə təhdidlərin (təhlükəli vəziyyətin) qarşısının alınması tədbirlərinin görülməsində iştirak etmişdir. İddiaçı döyüş əməliyyatlarının döyüş təminatında bilavasitə iştirak etmişdir. Həmçinin, döyüşlərdə iştirakına görə Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli, 0311 nömrəli əmri ilə döyüş əməliyyatları zamanı döyüş tapşırığını yerinə yetirərkən yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə “Fəxri Fərman”la təltif edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən kifayət qədər sübutlar – sənədlər müəyyən edilərək təsdiq olunmuşdur.
10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Ceyhun Məmmədo v /sədrlik edən və məruzəçi/, Şərafət Məmmədova və Pərviz Hüseynov) 10 aprel 2025-ci il tarixli, 2-1(103)-1505/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin apellyasiya baxışı zamanı verilmiş sorğuya cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, döyüş aviasiyasının ölkədaxili mülki aerodromlara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün X4 Mərkəzinin mülki sektoru ilə öncədən xəbərdarlıq və hazırlıq işlərinin görülməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur. Eyni zamanda, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən X3 İdarəolunma Mərkəzinin növbə rəisinin funksional vəzifələri məhkəməyə təqdim edilmişdir. Həmin vəzifələrə uçuşların aparılması qaydalarını tənzimləyən sənədlərin tələblərini bilmək, HMİ qaydalarını və HHİO bilmək; HG-nin əsas xarakteristikalarını, uçuşların rabitə və RTT vasitələrini bilmək; HHİE zonasında hava, meteoroloji və ornitoloji vəziyyəti bilmək; hava məkanından istifadə qaydaları pozulduqda, MKM-ə məlumat vermək və aradan qaldırılması üçün tədbir görmək və s. aiddir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli “Xüsusi əməliyyatlarda Hərbi Hava Qüvvələrinin tətbiq planı” na əsasən, Aviasiya X4 Mərkəzinin növbə rəisinin döyüş aviasiyasının ölkədaxili mövcud mülki aerodromlara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün Aviasiya X4 Mərkəzinin mülki sektoru ilə öncədən xəbərdarlıq və hazırlıq işlərini görməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur.
13. Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən təsdiq edilmiş N nömrəli hərbi hissənin Aviasiya X4 Mərkəzinin funksional vəzifələri barədə təlimatın 3-cü bəndindən görünür ki, növbə rəisinin 20-dən çox vəzifəsi mövcuddur və həmin vəzifələr tədqiq edilərkən vəzifələrin müharibə dövrü üçün deyil, gündəlik iş rejiminə uyğun həyata keçirilməli olması müəyyən edilir. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçının əsas iş yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsidir və Azərbayc an Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əməliyyatlara cəlb edilməsi məqsədi ilə Hərbi Hava Qüvvələrinin xx.xx.2020-ci il tarixli, 0028 nömrəli sərəncamı ilə Heydər Əliyev adına X8 X3 İdarəolunma Mərkəzinə ezam edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən N nömrəli hərbi hissəyə gəlmiş iddiaçı barəsində verilmiş arayışdan məlum olur ki, o Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə xx.xx.2020-ci il tarixində, Bərdə rayonuna isə xx.xx.2020-ci il tarixində atılmış ballistik və digər raketlərin ehtimal olunan trayektoriyalarını nəzərə alaraq sərnişin təyyarələrinin marşrutlarını dəyişdirmiş və təhlükəsizliyini təmin etmişdir. Bundan başqa, Ermənistan Respublikasına məxsus döyüş təyyarəsinin aşkarlanaraq məhv edilməsi fəaliyyətində iştirak etmişdir. Göstərdiyi yüksək peşəkarlığa görə Hərbi Hava Qüvvələrinin komandanı tərəfindən imzalanmış Fəxri Fərmanla təltif edilmişdir.
14. Cavabdehin etirazında göstərdiyi, yəni iddiaçı tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinin “Müharibə veteranı” statusunun verilməsi üçün əsas sayılmaması ilə bağlı gətirdiyi arqument ilə məhkəmə kollegiyası razılaşmır və mövqeyini aşağıdakı kimi əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 1-ci fəslində hərbi qulluqçuların ümumi vəzifələri kimi onların Azərbaycan Respublikasının müdafiəsini həyata keçirmək, döyüş əməliyyatının aparılması, döyüş əməliyyatının gedişatı zamanı yaralıları döyüş meydanından uzaqlaşdırması və sairə bu xarakterli vəzifələri qeyd olunub. Cavabdehin hazırkı iddia tələbi üzrə v erdiyi etirazın əsasları ilə məsələyə yanaşsaq, onda hərbi qulluqçuların əsas vəzifəsinin Azərbaycan Respublikası müdafiəsinin həyata keçirməsi olması baxımından onlara “Müharibə veteranı” adının verilməsindən imtina edilməlidir. Lakin hərbi qulluqçuların əsas vəzifəsinin düşmən hədəflərinin qarşısını almaqdan və döyüşlərdə iştirak etməkdən ibarət olmasına baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı adının verilməsi qaydası və əsasları haqqında Əsasnamə”də müəyyən ərazilər üzrə döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və məkanından asılı olmayaraq döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə “Müharibə veteranı” statusu verilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan qaydalar bir daha ona dəlalət edir ki, xidməti vəzifələrin yerinə yetirilməsindən asılı olmayaraq, döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi “Müharibə veteranı” adının verilməsi üçün hər hansı bir məhdudiyyət yaratmır.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sent yabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə
7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti o rqanları tərəfindən verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, y əni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut e dən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd.
1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olm adan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.... Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafi q komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb ed ən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandır ılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyas iya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası iş üzrə mə hkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
25. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
26. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid fa ktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırma aparılmamışdır.
27. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə nail olmaqdan ibarətdir və bu məqsədlə mövcud qanunvericiliyə əsasən adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə iddia qaldırmışdır.
28. İşin apellyasiya instansi yası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçının xidmət yeri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi olmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əməliyyatlara cəlb edilməsi məqsədi ilə Hərbi Hava Qüvvələrinin xx.xx.2020-ci il tarixli, 0028 nömrəli sərəncamı ilə Heydər Əliyev adına X7 X3 İdarəolunma Mərkəzinə hərbi növbə rəisi qismində ezam olunmuşdur.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin 10cu abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın N-dən noy abrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapş ırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
30. Həmin Əsasnamə”nin 1-ci hissəsinin 11-ci abzasına əsasən isə, 2020-ci il sentyabrın N-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioe lektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçuş aparatları, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.
31. Eyni zamanda, sözügedən Əsasnamədə döyüş əməliyyatlarının döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat növlərindən ibarət olduğu təsbit edilmişdir.
32. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli “Xüsusi əməliyyatlarda Hərbi Hava Qüvvələrinin tətbiqi planı”na əsasən Aviasiya X4 Mərkəzinin növbə rəisinin döyüş aviasiyasının ölkədaxili mövcud mülki aerodromlara təhlükəsiz şəkildə eniş və qalxışını təmin etmək üçün Aviasiya X4 Mərkəzinin mülki sektoru ilə öncədən xəbərdarlıq və hazırlıq işlərini görməsi döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi hesab olunmur. Həmin mövqe cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda da əks olunmuşdur.
33. Apellyasiya instansiyası məhkəməsi sözüge dən Əsasnamənin 11-ci abzasına istinadən iddiaçıya “Müharibə veteranı” adının verilməli olduğu qənaətinə gəlsə də, istinad edilən norma anlamında iddiaçının hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olub-olmadığının müəyyən edilməsi istiqamətində lazımi araşdırma aparmamışdır.
34. Belə ki, iddiaçı barəsində iş materiallarına əlavə olunmuş arayışda, onun Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə xx.xx.2020-ci il tarixində, Bərdə rayonuna isə xx.xx.2020-ci il tarixində atılmış ballistik və digər raketlərin ehtimal olunan trayektoriyalarını nəzərə alaraq sərnişin təyyarələrinin m arşrutlarını dəyişdirdiyi və təhlükəsizliyini təmin etdiyi, bundan başqa, Ermənistan Respublikasına məxsus döyüş təyyarəsinin aşkarlanaraq məhv edilməsi fəaliyyətində iştirak etdiyi qeyd edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının qeyd edilən fəaliyyətinin Əsasnamənin 11-ci abzası anlamında hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmə və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqların yerinə yetirilməsi kimi qiymətləndirilməsi baxımından yetərli araşdırma aparılmamış, iddiaçının həmin fəaliyyətinin və həyata keçirdiyi funksional vəzifələrin hava hücumundan müdafiə məqsədləri ilə bağlılığına aydınlıq gətirilməmişdir. İddiaçının xidmə t yerinin Bakı şəhəri olduğunu nəzərə aldıqda, ona ərazi məhdudiyyəti tətbiq olunmadan müharibə veteranı adının verilməsi üçün qeyd edilən xüsusatların müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir.
35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
36. Azərbaycan Respublikası Konstitu siya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
37. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sad alamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
38. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvini n tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
40. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 aprel 2025-ci il tarixli, 21(103)-1505/2025 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.