Məhkəmə qərarları › İş №2-1(102)-2207/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2207/2025

04.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2207/2025 04.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinə qarşı QƏRARDADİ (Açar sözlər: vergi uçotundan çıxarılma; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Səyyad Kərimov və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi uçotundan çıxarılma” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-903/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotundan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8455/2024 saylı, 03 oktyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətin in Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi vergi uçotuna alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının İddiaçı ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) və xx.xx.2023-cü il tarixli **********479200 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişinin ləğv edilməsi qərara alınmışdır.

3. Məhkəmə hesab etmişdir ki, şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir). Belə ki sah ibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Odur ki, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu, yəni əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir götürməsini sübut etməlidir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Məhkəmə qeyd edir ki, İddiaçı vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına alınarkən onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsində n və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktı cavabdeh vergi orqanı tərəfindən sübut edilməli idi. Lakin vergi orqanı tərəfindən bu halı (iddiaçının sahibkarlıq fəaliyyəti məşğul olması) təsdiqləyən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında olan bir neçə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarışlardan da göründüyü kimi iddiaçı təzə və istifadə olunmuş minik avtomobillərin pərakəndə satışı ilə məşğul olan kommersiya hüquqi şəxslərin təsisçilərindən biridir, odur ki, iddiaçının fərdi qaydada - kommersiya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma ehtiyacının olmamasına dair dəlillərini inandırıcı və ağlabatan hesab edir.

4. Cavabdeh həmin qərardan apell yasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərba ycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

9. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır. 2.Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır. 3.Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübəni n ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

10. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

11. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur.

12. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (Bunun la bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının, xx.xx.2023-cü il tarixli, 2-1(102)-2418/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1095/2024 nömrəli, xx.xx.2025-ci il tarixli, 2-1(102)1426/2025 nömrəli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.

13. Vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmla k hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

14. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “İddiaçı mülkiyyətində 9 nəqliyyat vasitəsi mövcuddur. Lakin həmin nəqliyyat vasitələrinin iddiaçının mülkiyyətində olması müəyyən edilsə də, Kollegiya hesab edir ki, yalnız bu halın mövcudluğu iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını deməyə əsas v ermir. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti- şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Hazırkı işdə cavabdeh qurum iddiaçını vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına almaq üçün onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktını sübuta yetirə bilmir. Bu baxımdan iddiaçının mülkiyyətində çoxsaylı nəqliyyat vasitələrinin olması faktı onun qanunvericilikdə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, cavabdehin iddiaçını vergi ödəyicisi kimi uçota alması ilə bağlı hərəkətləri qanunsuz olmuş və buna görə də iddiaçının vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilməlidir.”

15. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəfl ər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

16. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-903/2025 nömrəli, 2 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar