Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-221/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı QƏRARİ (Açar sözlər: diplomun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (üçüncü şəxs Bakı Dövlət Universiteti publik hüquqi şəxsi) qarşı “diplomun verilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-439/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Gürcüstan Aqrar Universitetinin xx.xx.2018-ci il tarixli, 15- 08/1069 nömrəli arxiv arayışından görünür ki, X4 həqiqətən 24 sentyabr 2001-ci il tarixli 02-38 əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X10 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin, ödənişli sektorun birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli 02- 33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə, şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır.
2. B 141891 nömrəli diplomdan görünür ki, Dövlət Attestasiya Komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı tərəfindən X1 Azərbaycan dili və ədəbiyyatı ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilməsi qeyd edilmişdir.
3. Azərbaycan Müəllimlər İnstitutunun xx.xx.2012-ci il tarixli, 01-10/42 nömrəli məktubunda bildirilir ki, X1 Azərbaycan Müəllimlər İnstitutu tərəfindən diplom verilməmiş, göstərilən BN 141891 (qeydiyyat nömrəsi 6/0437) dövlət nümunəli bakalavr diplomu isə 2009-cu ildə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 verilmişdir.
4. Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2017-ci il tarixli, 240 nömrəli məktubunda bildirilir ki, Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının 2002-ci ildə daxili qəbul əsasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının "Fililogiya" fakult əsinin "Azərbaycan dili və ədəbiyyat" ixtisasına qəbul olunması və 2007-ci ildə həmin ixtisası bitirməsi haqqında arxivdə heç bir sənəd aşkar edilməmişdir. İddiaçı (Məmmədova) 2009-cu ildə bitirdiyi ixtisas üzrə B 141891 (qeydiyyat 6/0726) diplom aldığını qeyd etsə də Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabında onun adına diplom verilməsi haqqında qeydiyyat yoxdur. İddia olunduğu kimi onun adına verilimiş və yalnız notarial qaydada təsdiq olunmuş surətinin saxlandığı B 141891 (qeydiyyat 6/0726) diplomun araşdırma zamanı AMİ-nin Qazax filialı tərəfindən "Azərbaycan dili və ədəbiyyat" ixtisasının məzunu X3 verildiyi Ali Təhsil Müəssisələrində diplom (diplom dublikatı) və ona əlavənin qeydiyyatı kitabına əsasən məlum olmuşdur. Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının adına yazılmış diplomla X2 adına qeyd edilmiş diplomun nömrələri eyni olsa da, qeydiyyat nömrələri fərqlidir. Qarayeva (Məmmədova) Pərvanə Bayram qızı - B 141891 (qeydiyyat 6/0726). X6-B 141891(geydiyyat 6/0437) Filialın arxivində aparılmış araşdırmalara əsasən Qarayeva (Məmmədova) Pərvana Bayram qızının adı BDU-nun Qazax filialında (keçmiş AMİ-nin Qazax filialı) 1992-ci ildən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul imtahanlarının nəticələrinə görə tələbələr sırasına qəbul olunma əmrlərində, köçürülmə və bərpa olunma əmrlərində, yekun dövlət imtahanlarında iştirak etmə əmrlərində və diplom verilməsi haqqında əmrlərdə aşkar edilməmişdir.
5. Bakı Dövlət Universitetinin Qazax filialının xx.xx.2023-ci il tarixli məktubunda bildirilmişdir ki, Qarayeva (Məmmədova) Pərva nə Bayram qızının 2002-2009-cu ildə BDU-nun Qazax filialına (keçmiş AMİ-nin Qazax filialı) qəbul olunması, köçürülməsi, təhsil alması və bitirməsi ilə əlaqədar arxivdə heç bir sənəd aşkar edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını 2007-ci il tarixdə bitirməsinə dair diplomun verilməsi öhdəliyinin Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının hüquqi varisi olan Bakı Dövlət Universitetinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Gürcüstan Respublikasında Dövlət Aqrar Universitetinə daxil olmuş, sonradan köçürmə əsasında Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülmüşdür. 2007-ci il tarixdə həmin Universiteti bitirsə də, lakin rəhbərlik tərəfindən müxtəlif bəhanələr gətirildiyindən diplomun verilməsi iki ilə yaxın bir müddətdə ləngidilmişdir. Çoxsaylı şikayətlər nəticəsində iddiaçı 2009-cu il tarixdə diplomu əldə edə bilmişdir. Həmin dövrlərdə övladlarının azyaşlı olması səbəbindən işləmək mümkün olmamış, bu səbəbdən də diplomla bağlı heç bir yerə müraciət edilməmişdir. Lakin 2012-ci il tarixdə işlə bağlı müraciət etdikdə məlum olmuşdur ki, onun adına verilmiş B N 141891 (qeydiyyat nömrəsi 6/0437 onda isə 6/0726) dövlət nümunəli bakalavr diplomu 2009-cu il tarixdə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 da verilmişdir. Belə olan halda o yenidən Universitetə müraciət etmiş, dəfələrlə gedib-gəldikdən sonra bildirilmişdir ki, nömrənin verilməsində yanlışlıq olmuşdur. Səhvin aradan qaldırılması və yeni diplomun verilməsi üçün diplomun əslinin təqdim edilməsi tələb edilmişdir. Diplomun əslini Universitetə təqdim etməzdən öncə xx.xx.2012-ci il tarixdə iki müxtəlif notariat kontorunda surətlərini təsdiq etdirdikdən sonra 2013-cü ilin yanvar aylarının sonlarına yaxın fakültənin dekanı Tofiq Əlihüseynova təqdim edilmişdir. Həmin vaxtdan bu günə kimi diplomun nə köhnəsini, nə də yenisini ala bilməmişdir. X5 işdən azad edildiyini və onunla bərabər digər vəzifəli şəxslər barəsində cinayət işi başlanıldığından x əbər tutmuşdur. Universitetə müraciət etdikdə isə arxiv məlumatlarının aşkar edilmədiyi barədə ona məlumat verilmiş, universitetin rəhbərliyinin cinayət əməllərinə görə həbs edildiklərini, universitetin arxiv sənədlərini də həmin şəxslərin məhv etdiyini bildirilmişdir. Həmin cinayət işinin materiallarından da məlum olur ki, həmin rəhbər şəxslərin ittiham olunduqları maddələrdən biri də Azərbaycan Respublikasının 326.1.-ci (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə--) maddəsi olmuşdur. Öz cinayətkar əməllərini gizlətmək məqsədilə günahsız insanlara aid olan sənədləri (əmrlərin qeydiyyat kitablarını, jurnallarını) yandırılmışdır. Belə olan halda diplomun dublikatının verilməsi ilə bağlı məhkəməyə müraciət ed ilməsi zərurəti yaranmışdır.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-265/2024 saylı qərarı ilə (hakim F.Hüseynov) iddiaçı Qarayeva (Məmmədova) Pərvanə Bayram qızının cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı diplomun verilməsi barədə iddiası rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2002-ci il tarixli 80 nömrəli əmrinin İİ bəndində qeyd edilmişdir ki, köçürmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçirilsin. Göründüyü kimi, yuxarıda istinad olunan müvafiq əmrin tələblərinə görə Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olduğundan iddiaçının həmin təhsil müəssisəsinə köçürülməsi yalnız Nazirliyin müvafiq razılığı olduğu halda aparıla bilərdi. Lakin təqdim olunmuş sənədlərdən də göründüyü kimi iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, bu barədə müvafiq razılığın olması və həmin müəssisədə təhsil alması barədə hər-hansı sübut mövcud deyil. Həmçinin məhkəmə iclasında Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 2002-ci il üzrə tələbələrin köçürülməsi və 2009-cu il üzrə diplomların verilməsi ilə bağlı əmr kitablarına baxış keçirilm iş və iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, ona diplom blankının ayrılması, habelə həmin təhsil müəssisəsində təhsil alması barədə həmin qurumun arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
11. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-439/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov - sədrlik edən və məruzəçi, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyas məhkəməsi birinci instansiya məhkəməsin in hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının həmin universitetlə bağlı olan tələbə bileti, iki müxtəlif tarixlərdə təqdim etmiş olduğu arayışları, diplomu və onun içliyi, eləcə də mühazirə dəftərləri (zəruri bilinərək saxlanılan), Gürcüstan Aqrar Universitetinin arayışı və nəhayət Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmü təqdim edilmişdir.
15. Lakin məhkəmələr bu sübutlara heç bir qiymət verməmiş, iddiaçının köçürülməsində Təhsil Nazir liyinin razılığının olmamasını əsas gətirmişdir. Halbuki həmin Təhsil Nazirliyinin özünün təqdim etmiş olduğu sənədlərdən də görünür ki, iddiaçı köçürülən ərəfədə belə bir razılığın olması şərt deyilmiş və olsa da belə Universitetin vəzifəli şəxsləri həmin sənədləri məhv etmiş və buna görə də cəzaya məhkum olunmuşdular. Eləcə də həmin əmrin universitetin rəhbərliyinə ən əsası iddiaçıya tanış olması üçün təqdim edilməsinə dair heç bir sübut mövcud deyil. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Təhsil haqqında" Azərbaycan Respublikası Qanunu: 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təh silin birinci səviyyəsi; 5.1. Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. 5.2. Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən, etnik mənsubiyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından asılı olmayaraq, hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və ayrı-seçkiliyə yol verilməməsinə təminat verir. 5.3. Dövlət mülkiyyət formasından asılı olmayaraq, bütün təhsil müəssisələrinə işə qəbulda, vəzifələrə təyin olunmada və ya seçilmədə, əməyin stimullaşdırılmasında, təhsil müəssisələrinə qəbul olunmada, təhsilalanların təqaüdlə təmin edilməsində, ixtisasların seçilməsində, biliyin qiymətləndirilməsində, məz unların işlə təmin edilməsində, təhsilin növbəti pillədə davam etdirilməsində, ixtisasın artırılmasında və təhsil sahəsində digər məsələlərdə kişilər və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. 6.1. Təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az olmayaraq) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur. 6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır.
17. Azərbaycan Respublikası təhsil na zirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış "Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında" Təlimatı: 1.4. təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir.
18. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 203 nömrəli Fərmanı ila təsdiq edilmiş "Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında" Əsasnamə: Bənd 826. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilm ə qaydasını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir.
19. Təhsil Nazirliyinin 402 saylı xx.xx.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında” Əsasnamə: 1.1. Respublika daxilində: 1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir. 1.1.2. Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə k öçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir. Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir. 1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmunda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir. Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər. 1.2.1. xarici ölkələrdən tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi Əsasnamənin 1.1.1.-1.1.6. şərtləri gözlənilməklə həyata keçirilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassa siya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi diplomun verilm əsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla yanaşı məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Gürcüstan Aqrar Universiteti tərəfindən verilmiş xx.xx.2018-ci i l tarixli Arayışla müəyyən olunur ki, Məmmədova Pərvanə 24 sentyabr 2001-ci il tarixli, 02-38 saylı əmrlə Filologiya (Azərbaycan dili və Ədəbiyyat) ixtisası üzrə X10 Universitetinin, X7 Profilli İnstitutunun, Pedaqoji fakültənin, ödənişli sektorun birinci kursuna qəbul olunmuş, 02 oktyabr 2003-cü il tarixli, 02-33 əmrlə başqa bir təhsil müəssisəsinə keçdiyinə görə şəxsi ərizəsi əsasında tələbə siyahısından çıxarılmışdır.
29. Azərbaycan Müəllimlər İnstitutunun xx.xx.2012-ci il tarixli məktubunda göstərilmişdir ki, X1 Azərbaycan Müəllimlər İnstitutu tərəfindən diplom verilməmiş, göstərilən BN 141891 (qeydiyyat nömrəsi 6/0437) dövlət nümunəli bakalavr diplomu isə 2009-cu ildə AMİ-nin Qazax filialının "İbtidai təhsilin pedaqogika və metodikası" ixtisasının məzunu X3 verilmişdir.
30. Nəzərə alı nmalıdır ki, iddiaçının X10 Universitetindən Azərbaycan Müəllimlər Universitetinin Qazax filialının Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına köçürülməsini iddia etdiyi dövrdə bu qəbildən olan köçürmələr müvafiq qaydalar çərçivəsində razılığa əsasən həyata keçirilirdi.
31. Azərbaycan Respublikası Təhsil nazirinin xx.xx.2002-ci il tarixli, 80 nömrəli əmrinin İİ bəndində görə, köçürmələr zamanı ötən illərdə olduğu kimi kütləviliyə və subyektivliyə yol verilməməsini təmin etmək məqsədilə bir dövlət təhsil müəssisəsindən digərinə və ya eyni tədris müəssisəsi daxilində bir ixtisasdan başqasına, o cümlədən xarici ölkələrin dövlət ali təhsil müəssisələrindən köçürmələr bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçiri lsin.
32. Məhkəmə kollegiyası bildirir ki, yuxarıda göstərilən əmrin tələbindən göründüyü kimi, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeçiliyində olduğundan X10 Universitetindən iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi yalnız Nazirliyin müvafiq razılığı olduğu halda mümkün ola bilərdi.
33. Göründüyü kimi iddiaçının X10 Universitetindən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, buna dair Təhsil nazirinin razılığın olması və həmin müəssisədə təhsil alması müəyyən edilmir.
34. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının 2002-ci il üzrə tələbələrin köçürülməsi və 2009-cu il üzrə diplomların verilməsi ilə bağlı əmr kitablarına baxış keçirilmiş və iddiaçının Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialına köçürülməsi, ona diplom blankının ayrılması, habelə həmin təhsil müəssisəsində təhsil alması barədə həmin qurumun arxiv sənədlərində heç bir məlumat aşkar edilməmişdir. Bu hal məhkəmə iclasının audio-video yazısı ilə öz təsdiqini tapmışdır.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-439/2024 nömrəli, 1 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.