Məhkəmə qərarları › İş №2-1(102)-2212/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2212/2025

26.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2212/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanmasından imtina Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2025-c i il tarixli, 2-1(105)338/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur.

2. İddiaçıya məxsus 8 sentyabr 1980-ci il tarixli, seriya ИТ-l ******* nömrəli əmək kitabçasının surətinə əsasən o, 1980-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1993-cü il tarixdən Azərbaycan Respublikası prokurorluq orqanlarında qulluğa qəbul edilərək, həmin tarixdən xx.xx.1996-cı il tarixədək Laçın rayon prokurorluğunun müstəntiqi, xx.xx.1996-cı il tarixdən xx.xx.2002-ci il tarixədək Yardımlı rayon prokurorluğunun müstəntiqi, xx.xx.2002ci il tarixdən xx.xx.2003-cü il tarixədək Ağsu rayon prokurorluğunun müstəntiqi, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək Quba rayon prokurorluğunun müstəntiqi, xx.xx.2007-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Azərbaycan Respublikası Baş Prokurorluğu Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin Kriminalistika şöbəsinin prokuror kriminalisti, böyük prokuroru, xx.xx.2011-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Kəlbəcər rayon prokuroru, xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Qax rayon prokuroru, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Lənkəran rayon prokurorunun köməkçisi, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Baş Prokurorluğun Kriminalistika və İn formasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin prokuroru vəzifələrinə işləmiş, xx.xx.2023-cü il tarixdən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluğuna xitam verilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 01 sentyabr 2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.4.2-ci maddəsinə əsasən iddiaçıya prokurorluq orqanlarının işçisi kimi 4371,77 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən iddiaçının işlədiyi vəzifə üzrə orta aylıq əməkhaqqısı hesablanarkən xx.xx.2021-ci il - xx.xx.2023-cü il tarixləri arasındakı dövr əsas götürülmüşdür.

4. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək Kəlbəcər rayon prokuroru vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək Kəlbəcər rayon prokurorunun əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 15 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Ə-265694/2023 nömrəli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, 08 avqust 2023-cü il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona yaşa görə 4371,77 manat məbləğində əmək pensiyası təyin edilərək müvafiq kart hesabına köçürülür. Təqdim edilmiş müvafiq arayışa əsasən əmək pensiyası 1 sentyabr 2011-ci i l – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 879,75 manat, rütbəyə görə əlavəsi 138 manat, digər növ əlavələr 1.681,24 manat olmaqla, orta aylıq əməkhaqqısı 4.653,99 manat təşkil etmişdir. Belə olan halda, əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.2-ci maddəsinə əsasən 29 il 9 ay 26 gün qulluq illərinə uyğun olaraq orta aylıq əməkhaqqının (4.653,99 manat) 80 faizi miqdarında – 3.723,19 manat müəyyən ediləcək. Göründüyü kimi, sözügedən dövr vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı hesablanarkən əsas götürülərsə, əmək pensiyanın məbləği 43 71,77 manatdan 3723,19 manata azalacaqdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması təxirə salınmışdır.

5. İddiaçının daha sonrakı analoji müraciətlərinə cavabdeh tərəfindən 16 yanvar 2024-cü il tarixli, 3-17-1/2-8583/2024 nömrəli və 13 mart 2024-cü il tarixli, 3-17-1/261544/2024 nömrəli məktublarla eyni məzmunlu imtina cavabları verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 08 avqust 2023-cü il tarixdə təyin edilmiş əmək pensiyasının onun ardıcıl gələn 60 ay ərzində 08 iyul 2011-ci il tarixdən 27 oktyabr 2016-cı il tarixədək Kəlbəcər rayon prokuroru vəzifəsində çalışdığı müddət əsas götürülməklə, pensiya təyinatı tarixinədək Kəlbəcər rayon prokurorunun əməkhaqqındakı sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun əmək pensiyasına əlavələrin yenidən hesablanması məqsədilə 2011-2016-cı illərdə Kəlbəcər rayon prokuroru vəzifəsində çalışdığı ardıcıl gələn 60 ayı əsas götürərkən, yalnız müvafiq arayışda əks olunan Kəlbəcər rayon prokurorunun həmin dövrdəki əməkhaqqını nəzərə alaraq (sonrakı artımları nəzərə almadan) yenidən hesablama aparmış, bununla da onun əmək pensiyası məbləğinin azalması nəticəsinə gəlmişdir. Hesab edir ki, cavabdehin bu istiqamətdə apardığı inzibati icraat və onun müraciətinin təxirə salınması barədə imtinası qanunvericiliyin tələblərinə uyğun deyil və əsassızdır. Qanunvericiliyi n tələbi ondan ibarətdir ki, əmək pensiyaçısı olan şəxsin seçimi ilə onun əmək pensiyasına əlavə təyin edilərkən istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə hesablanmalıdır. Lakin cavabdeh onun 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyətini əsas götürərkən, onun həmin dövrdə aldığı əməkhaqqının orta aylıq məbləğini əsas götürərək, Kəlbəcər rayon prokuroru vəzifəsinə görə əməkhaqqına sonrakı (7 il ərzində, yəni 8 avqust 2023-cü il tarixədək olan) artımları n əzərə almadan hesablama apararaq, “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələblərini pozmuşdur.

8. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubları ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627 nömrəli Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunundan “(sonrakı artımlar da nəzərə alınmaqla)” sözləri çıxarılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyi nə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci, 1.0.2-ci, 1.0.5-ci, 9.5-ci və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildi kdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Bu səbəbdən də, iddia tələbi əsassızdır.

9. Daha sonra iddiaçı cavabdehin etirazına dair yazılı izahat təqdim edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən məhkəməyə təqdim olunmuş 2-2-20/2-62/2024 nömrəli məktubda qeyd olunur ki, Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli, 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1485 manat, 24 noyabr 2022-ci il tarixli 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1955 manat olmuşdur. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinet inin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən, prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən, 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir. Lakin həm cavabdeh inzibati orqanın imtina məktubunda, həm də eyni məzmunlu etiraz məktubunda ona yaşa görə əmək pensiyası 1 sentyabr 2011-ci il – 31 avqust 2016-cı il tarixləri arasındakı dövr ərzindəki əmək fəaliyyəti əsas götürülməklə hesablanacağı təqdirdə, vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1955 manat, qulluq illərinə görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 879,75 manat, rütbəyə görə əlavə, digər növ əlavələr 1681,24 manat olmaqla, orta aylıq əməkhaqqı məbləği 4653,99 manat hesablanmışdır. Göründüyü kimi, onun əməkhaqqının orta aylıq məbləği hesablanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli 625-Vİ nömrəli Qanuna dəyşilikliyə əsasən 1 yanvar 2023cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavənin hesablanıb-hesablanmadığı, əgər hesablanmışsa, bununla əlaqədar konkret hesablamalar inzibati orqan tərəfindən göstərilməmişdir. O, 2011-2016-cı illərdə sözügedən növ əlavələri almış və həmin gəlirlərdən məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. Odur ki, həmin növ əlavələrdəki artımların hazırkı vəziyyətdə inzibati orqan tərəfindən ona tətbiq edilməməsi tamamilə əsassız dır. Əgər sözügedən əlavələr hesablanarsa; vəzifə maaşı 1955 manat + qulluq illərinə görə əlavə 879,75 manat + rütbəyə görə əlavə 138 manat + digər növ əlavələr 1681,24 manat + Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən hesablanan əlavə 1955*100% = cəmi orta aylıq əməkhaqqı məbləği: 6608,99 manat olacaqdır. Onun 29 il 9 ay 26 gün qulluq stajı olduğu nəzərə alındıqda, əmək pensiyası 5287,19 manat (orta aylıq əməkhaqqı * 80% = 6608,99 *80% =5287,19 manat) təşkil edəcəkdir ki, bu da öz növbəsində onun əmək pensiyasının 20,94% artımı deməkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 5 noyabr 2022-ci il tarixli 627-VİQD nömrəli Qanunun 1.1-ci, 1.3-cü, 1.8-ci və 1.9-cu bəndlərinə əsasən, sonrakı artımlar ifadəsi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci, 20.2-ci, 20.3-cü və 20.21-ci bəndlərindən çıxarılmışdır. Lakin prokurorluq orqanlarında qulluqla əlaqədar əmək pensiyasının təyin olunması ilə bağlı ictimai münasibətləri tənzimləyən və hazırkı iş üzrə qanuni əsas qismində çıxış edən norma müvafiq Qanunun 20.8-ci bəndidir. Hazırda qüvvədə olan Qanunun 20.8-ci bəndində isə “sonrakı artımlar” ifadəsi qalmaqdadır.

10. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 13 dekabr 2024-cü il tarixli, 2-1(118)-3350/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.8-ci maddəsinin tələbləri baxımından cavabdeh orqan prokurorluq orqanlarında qulluğun son 24 ayı ə sas götürülməklə əmək pensiyasını hesablamış, daha sonra isə indeksləşdirilmə aparılaraq pensiya məbləği artırılmaqla yanvar ayı üzrə ona ödənilməli olan fərq məbləği hesablanmışdır. Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsi Plenumunmun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Məhkəmə Konsitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq, qeyd edir ki, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə təyinat (status) baxımından almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədr lik edən və məruzəçi/, T.B.Axundov və V.M.Hacıyev) 19 mart 2025-ci il tarixli, 2-1(105)-338/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işə baxan məhkəmənin bununla bağlı sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunun 4 mart 2024-cü il tarixli, 2-2-20/2-62/2024 nömrəli məktubundan görünür ki, Kəlbəcər rayon prokurorunun vəzifə maaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2018-ci il tarixli 203-16 nömrəli Qərarına əsasən 1 mart 2018-ci il tarixdən 1485 manat, 24 noyabr 2022-ci il tarixli 419 nömrəli Qərarına əsasən 1 dekabr 2022-ci il tarixdən 1955 ma nat olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən, prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli 625-Vİ nömrəli Qanuna dəyişilikliyə əsasən, 1 yanvar 2023-cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə müəyyən edilmişdir. Sorğuya cavaba əlavə edilmiş iddiaçının Kəlbəcər rayon prokuroru vəzifəsində işlədiyi 2011-2016-cı illər ərzində ona ödənilmiş ödənişlərə dair cədvəldən görünür ki, iddiaçının həmin illər ərzində vəzifə maaşı 14086,28 manat (2011-ci il), 34396,02 manat (2012-ci il), 34503,43 manat (2013-cü il), 35921,53 manat (2014-cü il), 37342,17 manat (2015-ci il), 31568,12 manat (2016-cı il) olmuş, işlədiyi müddətdə hər il xidmət ili üçün əlavə, rü tbə maaşına görə əlavə, maddi yardım, 2012-2016-cı illərdə əlavə olaraq 200% əməkhaqqı həcmində məzuniyyətə görə müavinət, məzuniyyət pulu, 200% əməkhaqqı həcmində xəstəliyə görə müalicə pulu almışdır. İddiaçı hazırda Nazirlər Kabinetinin 17 iyul 2020-ci il tarixli 253 nömrəli Qərarına əsasən prokurorluq işçilərinə 1 avqust 2020-ci il tarixdən bir aylıq vəzifə maaşına 100% əlavə, 5 noyabr 2022-ci il tarixli 625-Vİ nömrəli Qanuna dəyişikliyə əsasən 1 yanvar 2023cü il tarixdən bir aylıq vəzifə maaşına 125% əlavə haqqın əməkhaqqının ümumi məbləğinə daxil edilməklə pensiyasının yenidən hesablanmasını tələb etsə də, işin qeyd edilən hallarından göründüyü kimi, qeyd olunan əlavə iddiaçının xidmət etdiyi 2011-2016-cı illərdə təsis edilmədiyindən onun həmin dövr ərzində aldığı əməkhaqqına daxil ol mamış, onun tərəfindən alınmamışdır.

15. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarındakı hüquqi mövqeyə əsasən şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən işlədiyi dövrdə almadığı əlavələrə edilən artımlar nəzərə alına bilməz. Belə ki, iddiaçının iddia etdiyi əlavə əməkhaqqındakı “sonrakı artım” deyil, əməkhaqqına sonradan daxil olan tamamilə yeni növ ödəncdir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Kassasiya şikayətinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b) kassasiya şika yətinə qarşı etirazın dəlilləri:

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər... 9.4. Prokurorluq orqanlarında qulluq etmiş aşağıdakı şəxslərin (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır:... 9.4.2. yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 35 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 17 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri.... Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri;... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər i li (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir.... 20. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

20. Prokurorluq işçilərinin sosial müdafiəsi... 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə

32. Prokurorluqda qulluq keçmənin yaş həddi 32.1 Prokurorluğa işə bir qayda olaraq 30 yaşınadək şəxslər qəbul olunurlar. 3 2.2. Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şi kayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn və kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan nor malarına görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi barədə mövqeyi ilə razılaşmışdır.

29. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassas iya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2025-ci il tarixli, 2-1(105)-338/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar