Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2213/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: dövlət büdcəsinə yaranmış borcun ödənilməsi üçün vergi orqanı tərəfindən siyahıya alınmış əmlakın satılması; siyahıya alınmış əmlak üzərində cavabdehin mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh qar şı “əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)- 775/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi öhdəliyini yerinə yetirmədiyinə görə onun xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə 13.478 manat borcu yaranmış, yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir.
2. Borc ödənilmədiyinə görə cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli qərar əsasında vergi ödəyicisinin borcuna görə 1.375.500 manat məbləğində əmlakı (qeyri-yaşay ış obyekti) siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir.
3. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləğinin ödənilmədiyi halda, siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 13.478 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 1.375.500 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərarın qəbul edilməsin i xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2019-cu il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2019-cu il tarixin ə yaranan 13.478 manat borcuna görə 1.375.500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2019-cu il tarixli **********3 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 13.478 manat ödənilməmiş borcu qalmışdır. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməs inin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7808/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi borcunun ödənilməsini təmin etmək üçün məhz vergi ödəyicisinin mülkiyyətində olan əmlakı siyahıya alına və satıla bilər.
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olunur ki, cavabdehə məxsus olduğu iddia edilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
10. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış binası hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir.
11. İddiaçı hazırda başqa şəxsin mülkiyyətində olan əmlakın satılmasını tələb etməkdə haqlı deyildir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-775/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7808/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və idd ia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri: Maddi hüquq normalarının pozulmasına dair dəlillər:
16. Bakı Apellyasiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməyərək, iş hərtərəfli araşdırılmayıb və birinci instansiya məhkəməsinin qərarının əsaslandırıcı hissəsi apellyasiya məhkəməsi tərəfindən olduğu kimi təkrarlanmışdır. Əmlakın siyahıya alınması haqqında **********3 nömrəli xx.xx.2019-cu il tarixli “Əmlakın siyahıya alınması haqqında” protokol tərtib edilərək vergi ödəyicisinə məxsus olan qeyriyaşayış sahəsi (917 kv.m, 1.375.500 manat dəyərində şadlıq sarayı) siyahıya alınmışdır. Siyahıya alınma prosesində vergi ödəyicisi xəbər verilməsinə baxmayar aq, qərəzli olaraq imtina etmiş, bununla bağlı akt tərtib olunaraq protokola əlavə edilmişdir. Protokola əlavə edilmiş sənədlər, eyni zamanda tam olaraq məhkəməyə də təqdim olunmuşdur. Belə ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”, əmlaka aid fotoşəkillər protokolla birlikdə məhkəməyə göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi vergi orqanı tərəfindən əmlakın siyahıya alınması prosesində hansısa pozuntuya yol verilməmişdir.
17. Birinci instansiya məhkəməsi ünvan 2 ünvanında yerləşən əmlakın müvafiq məlumat və sənədlərin surətlərinin verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlamış, həmin İdarə qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış binasının "xxxx" MMC- nin adına qeydiyyata alındığını bildirsə də, bu qeydiyyatın hansı tarixdə aparılması barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra vergi ödəyicisinin əmlak üzərində hüquqları məhdudlaşdırılır, əmlak barədə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə olunması da vergi orqanının nəzarəti ilə həyata keçirilir. Məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, əmlakın siyahıya alındığı tarixdə sözügedən əmlak vergi ödəyicisinin mülkiyyətində olmuşdur. Ona görə də vergi ödəyicisinin sonradan qanunvericiliyi pozaraq həmin əmlak barədə sərəncam verməsi qanunsuz olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyi cisinin bu maddənin müəyyənləşdirdiyi qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlər etibarsız sayılır. Belə olan halda da məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən araşdırılmayan məsələni apellyasiya instansiyası məhkəməsi araşdırmalı, əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. İş üçün əhəmiyyətli və həlledici olan bu hal aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır.
18. Əgər sözügedən özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-də nəzərdə tutulmuş əməllər törədilərsə həmin əməllər cinayət məsuliyyətinə səbəb olur və həmin Məcəllədə siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir.
19. Göründüyü kimi apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd olunan maddi hüquq normalarını pozmuş, qanunvericiliyə zidd olan qərar çıxarmışdır. Prosessual hüquq normalarının pozulmasına dair dəlillər:
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 12.1, 12.2, 58.7ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hərtərəfli araşdırmamış, sübutlara səthi yanaşaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
21. Belə ki, məhkəmə kifayət qədər araşdırma aparmam ış, tikintiyə icazənin olubolmamasını dəqiqləşdirməmiş, binanın hələ ki, istismara verilmədiyini, bu səbəbdən də müvafiq reyestrdən qeydiyyatdan keçmədiyi üçün çıxarışın təqdim edilməsinin mümkünsüzlüyünü nəzərə almadığına görə əmlakın vergi ödəyicisinin mülkiyyətində olmasının təsdiq edilə bilmədiyinə istinad edərək iddianı rədd etmişdir.
22. Şikayətin mətnində qeyd olunanlardan göründüyü kimi iddia ərizəsi ilə birlikdə siyahıya alınmış əmlakın cavabdehə məxsus olması barədə sənədin təqdim olunmasına baxmayaraq məhkəmə bu halı araşdırmamışdır. Bu da onu deməyə əsas verir ki, məhkəmə qərar qəbul edərkən iddiaçı tərəfindən təqdim olunmuş sənədləri tam və hərtərəfli araşdırmamış, sübutlara səthi yanaşaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlil ləri:
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə ed ilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Şikayət aşağıd akı səbəblərə görə təmin oluna bilməz.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus olduğu iddia edilən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" MMC-nin adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
31. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış binası hazırda cavabdehin deyil, başqa şəxsin mülkiyyətindədir.
32. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, başqa şəxsin mülkiyyətində olan əmlakın satılmasına dair tələb əsaslı hesab edilə bilməz.
33. Şikayətin dəlillərinə görə, məhkəmə əmlakın hansı tarixdə özgəninkiləşdirildiyini müəyyən etməli idi. İş üçün əhəmiyyətli və həlledici olan bu hal aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmamışdır. Əgər sözügedən özgəninkiləşdirmə siyahıya alma prosesindən sonra baş vermişdirsə, bu əməl Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət hesab olunur. Belə ki, CM-d ə nəzərdə tutulmuş əməllər törədilərsə həmin əməllər cinayət məsuliyyətinə səbəb olur və həmin Məcəllədə siyahıya alınmış və ya üzərinə həbs qoyulmuş əmlakın özgəninkiləşdirilməsi dispozisiyada nəzərdə tutulmuş sadalanan hərəkətlərdən biridir.
34. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, hazırkı halda, söhbət borc üzrə tələbin daşınmaz əmlaka, onun satılması yolu ilə yönəldilməsindən getdiyindən, həmin əmlakın isə (onun hansı tarixdə özgəninkiləşdirilməsindən asılı olmayaraq) halhazırda digər şəxsin mülkiyyətində olduğundan və əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edildiyinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığından, şikayətin həmin dəlilləri vəziyyəti iddiaçı nın xeyrinə dəyişmir.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-775/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.