Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2215/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzil kirayə haqqı üçün kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “mənzil kirayə haqqı üçün kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(105)-302/2025 nömrəli qərarından cavabdeh tər əfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 04 iyul 2007-ci il tarixdən 07 may 2009-cu il tarixədək xidmətdə olmuş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilməklə, 26 iyul 2010-cu il tarixdən 07 avqust 2012-ci il tarixədək tağım komandiri vəzifəsində xidmət etmiş və xəstəliyə görə ehtiyata buraxılmışdır.
2. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamına əsasən, ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır.
3. Sumqayıt bələdiyyəsi tərəfindən İddi açı göndərilmiş 20 avqust 2020-ci il tarixli, 2424 nömrəli məktubdan görünür ki, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müraciətinə cavab olaraq bildirilmişdir ki, hal-hazırda Sumqayıt bələdiyyəsinin yaşayış təyinatlı sərbəst ehtiyat fondu torpaqları mövcud olmadığından müraciətinin müsbət həlli Sumqayıt bələdiyyəsinin imkanı xaricindədir. Gələcəkdə Sumqayıt bələdiyyəsinə fərdi ev tikmək üçün perspektiv inkişaf fonduna torpaq sahəsi ayrıldığı təqdirdə, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması məsələsinə baxılması istisna deyildir. 4. 13 aprel 2023-cü il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi”ndən görünür ki, kirayəyə verən X1 ona məxsus ünvan 1 ünvanda yerləşən mənzili kirayəçi İddiaçı kirayəyə verimişdir.
5. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş qonşuların tərtib edildiyi 15 iyul 2023-cü il tarixli aktından görünür ki, İddiaçı və onun ailə üzvləri X2, X7 oğlu və Əsədli Bəxtiyar Emin oğlu ünvan 2 ünvanda pasport qeydiyyatda olaraq yaşamırlar, 13 aprel 2023-cü il tarixdən faktiki 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə yaşayırlar.
6. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil-Kommunal Sahəsinin 1 sentyabr 2023-cü il tarixli, 1007 nömrəli arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri X2, X7 oğlu və Əsədli Bəxtiyar Emin oğlu 42-ci məhəllə, ev 15, mənzil 27 ünvanda kirayə müqaviləsinə əsasən yaşayırılar.
7. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən İddiaçı göndərilmiş 17 avqust 2023cü il tarixli məktubda qeyd olunmuşdur ki, o, 4 nəfər ailə tərkibi ilə atasına məxsus yaşayış sahəsi 50,22 kv.m. ibarət 3 otaqlı ünvan 2-də qeydiyyatda olmaqla, xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar 2 dərəcəli əlil kimi 23 avqust 2019-cu il tarixdə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Təqdim edilmiş sənədlər, o cümlədən, Sumqayıt şəhəri, 42-ci məhəllə, 15 saylı evin 27 saylı mənzilnə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, həmin mənzildə yaşamadığı halda həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən, sözügedən ünvanda uzun müddətdir Qubadl ı rayonundan məcburi köçkün X4 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. O, isə öz ailə üzvləri ilə birlikdə atasına məxsus 48-ci məhəllə, ev 8b, mənzil 25-də yaşayır. Qeyd edilənlərə əsasən, mənzil kirayə xərci ödənilməsi barədə xahişinin müsbət həlli mümkün olmamışdır.
8. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil Kommunal Sahəsinin 25 sentyabr 2024-cü il tarixli, 474 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanda 2023-cü ilin avqust ayından kirayədə yaşayır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya 2 023-cü ilin avqust ayından etibarən kirayə pulunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2007-ci ildən 2012-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində baş leytenant rütbəsində zabit qismində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 31 iyul 2012-ci il tarixli, 1221 S/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.3-cü maddəsinə (xəstəliyə görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Faktiki yaşayış yerinin olmaması səbəbindən 13 aprel 2023-cü il tarixli kirayə müqaviləsinə əsasən ünvan 6 ünvanında ailəsi ilə birlikdə kirayə qalır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsini əsas tutaraq, kirayə pulunun verilməsi üçün 10 may 2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. 19 iyun 2023-cü il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı və Mənzillərin uçotu şöbəsindən ona cavab məktubu daxil olmuşdur. Həmin məktubda iki sənədin (SHXÇDX-dən hərbi xidmətkeçmə haqqında arayış və hərbi hissə komandirinin əmrindən çıxarış) gətirilərək həmin şöbəyə təqdim olunması bildirilmişdir. 23 iyun 2023-cü il tarixdə tələb olunan sənədləri və əlavə olaraq kirayə müqaviləsini və qeydiyyatda olduğu ünvanda yaşamadığı haqqında arayışı Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Təsə rrüfatı və Mənzillərin uçotu şöbəsinə təqdim etmişdir. Lakin cavabdeh təqdim edilən sənədləri əsassız sənəd hesab edərək, Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarını və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin tələbini pozaraq, 17 avqust 2023-cü il tarixli, 26 nömrəli məktubla müraciətinin təmin olunmasından imtina etmişdir. Hesab edir ki, imtina qanunsuzdur.
11. Cavabdehin iddiaya dair etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı 4 nəfər ailə tərkibi ilə atasına məxsus yaşayış sahəsi 50,22 kv m ibarət 3 otaqlı ünvan 2-də qeydiyyatda olmaqla, xəstəliyə görə ehtiyata buraxılmış hərbi qulluqçu və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil kimi 23 avqust 2019-cu il tarixdə yaşayış yeri üzrə mənzil uçotuna al ınmışdır. İddiaçı hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunur. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər, o cümlədən Sumqayıt şəhəri, 42-ci məhəllə, 15 saylı evin 27 saylı mənzilinə dair bağladığı kirayə müqaviləsi araşdırılmış və məlum olmuşdur ki, o, həmin mənzildə yaşamadığı halda həqiqətə uyğun olmayan sənəd təqdim etmişdir. Belə ki, ərazi üzrə 8 saylı Mənzil Kommunal Sahəsinin 827 saylı, 9 avqust 2023-cü il tarixli arayışına əsasən, sözügedən ünvanda uzun müddətdir ki, Qubadlı rayonundan məcburi köçkün X4 özü də daxil olmaqla 4 nəfər ailə üzvü ilə birlikdə yaşayır. İddiaçı isə öz ailə üzvləri ilə birlikdə atasına məxsus 48-ci məhəllə, ev 8B, mənzil 25-də yaşayır. Sonradan məhkəmə baxışı yaxınlaşdıqca iddiaçının həmin mənzilə yerlə şməsi barədə məlumatın daxil olmasına baxmayaraq, həmin mənzildə ev sahibinin mütəmadi dərs məşğələləri apardığı məlum olmuşdur. Beləliklə, kirayə pulunun ödənilməsini həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və kirayə pulu almaq üçün əsas olmuş məlumatlar aşkar edildiyi üçün və eyni zamanda, hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinat və pensiya) təmin olunduğu səbəbindən iddiaçıya mənzil kirayə xərcinin ödənilməsi barədə iddia tələbinə etiraz olunmuşdur.
12. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: K.Ə.Həbibova) 29 noyabr 2024-cü il tarixli, 2-1(118)-1497/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mənzillə təmin olunanadək 2023-cü ilin avqust ayından etibarən mənzil kirayə haqqının ödənilməsi (müvəqqəti kirayə xərclərinin kompensasiy a edilməsi) öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir.
13. Birinci instansiya məhkəməsinin əsaslandırması: 13.1. İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyətinin 23 avqust 2019-cu il tarixli, 229 nömrəli sərəncamı ilə ehtiyata buraxılmış baş leytenant və hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlil qismində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. 13 aprel 2023-cü il tarixdə iddiaçı X1 ilə mənzil kirayə müqaviləsi bağlamışdır və ünvan 1 ünvanında yerləşən mənzildən kirayə müqaviləsi əsasında istifadə edir. Eyni zamanda, cavabdehin istinad etdiyi 8 saylı Mənzil Kommunal Sahəsinin arayışında qeyd edilmişdir ki, həmin kirayəyə götürülmüş mənzildə iddiaçı və onun ailəsi deyil, digər şəxslər yaşayır. Bu səbəbdən də cavabdeh kirayə müqaviləsi ni həqiqətə uyğun hesab etmir. Lakin daha sonra həmin 8 saylı Mənzil Kommunal Sahəsi arayış təqdim edərək, iddiaçının ailəsi ilə birlikdə həmin ünvanda yerləşən mənzildə yaşamasını təsdiq etmişdir. Bununla da, məhkəmə cavabdehin etirazının ilk dəlilini əsassız hesab edir. 13.2. Cavabdehin ikinci dəlili ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının yuxarıda qeyd edilmiş normalarına əsasən iddiaçının hərbi xidmət əlili kimi bütün ödənişlərlə (sosial müavinət və pensiya) təmin olunması ona mənzil kirayəsi üçün hər ay kompensasiyanın ödəni lməsini istisna etmir.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.E.Əzizova /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və İ.R.Quliyev) 05 mart 2025-ci il tarixli, 2-1(105)-302/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq həmçinin qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi mənzil kirayə müqaviləsində faktiki yaşamaması ərazi üzrə MKİS tərəfindən təqdim edilmiş üçüncü arayışla təkzib edilir. Bundan başqa buna yol verilmiş olsa belə, bu hal iddiaçının mənzil şəraitinin qəsdən pisləşdirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, “mənzil şəraitinin qəsdən pisləşdirilməsi” ifadəsindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 52-ci maddəsindən istifadə edilmişdir. Həmin normanın məzmununa görə, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Normanın məzmunundan göründüyü kimi, bu hal yalnız vətəndaş yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülərkən qiymətləndirilə və imtina üçün əsas kimi götürülə bilər. Hazırkı iş üzrə iddiaçı isə artıq cavabdehin özü tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi mənzil uçotuna götürülmüşdür, hal-hazıradək yaşayış sahəsi və ya mənzillə təmin olunmamışdır, Odur ki, onun mənzillə təmin olunanadək, yaşayış sahəsinin kirayəsinə görə kompensasiyanın ödənilməsinə dair tələbinin təmin olunmasından imtina üçün hər hansı qanuni əsas mövcud deyildir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göründüyü kimi, hərbi əlil olan şəxslərin bu hüquqa malik olmaları qanunda nəzərdə tutulmamışdır. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respu blikasının Qanunu Maddə
12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ.... Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. (10) Hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər.
21. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiqedilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 147-ci bənd. (-). Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. (-). 156-cı bənd. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə — həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə — hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə — ştatların ixtisarı və təşkilati tədbirlə r ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. 22. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il 174 n ömrəli Qərarı... Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: -Bakı şəhərində - 150 manat, -Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, -başqa şəhər və rayon mərkəzlərində 75 manat, -digər yaşayış məntəqələrində 55 manat məblə ğində hər ay nağdsız qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndiril diyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etməl əri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, mənzillə təmin olunanadək 2023-cü ilin avqust ayından etibarən mənzil kirayə haqqının ödəni lməsi ilə bağlı lazımi qaydada araşdırma aparmış, haqlı olaraq birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi barədə mövqeyi ilə razılaşmışdır.
30. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 mart 2025-ci il tarixli, 2-1(105)-302/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.