Məhkəmə qərarları › İş №2-1(102)-2219/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2219/2021

15.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2219/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 (55+2) yaş, gəmi kapitanı, matros peşələri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyin də Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1417/2021 saylı, 16 avqust 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.xxx-cı il tarixdə doğulmuşdur. Əmək kitabçasına əsasən 3 may 1981-ci ildən 27 may 1983-ci ilədək hərbi xidmətdə olmuş, 9.8.1983-cü ildə S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə qəbul edilmiş, 20.9.1984-cü ildə “SL V-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, 8.2.1993-cü ildə “Cənub-3” gəmisinə kapitanın baş köməkçisi təyin edilmiş, 10.06.1994-cü ildə Ağdərə 8 gəmisinə, 16.7.1996-cı ildə “Cənub22” gəmisinə kapitanın böyük köməkçisi, 15.07.1998-ci ildə “Cənub-9” gəmisinə kapitan, 04.01.1999-cu ildə m/k-1014 gəmisinə kapitan, 01.12.2000-cı ildə Orion 6 gəmisinə kapitan keçirilmiş, 15.01.2004-cü ildə işdən azad edilmiş, 18.1.2004-cü ildə BUE Kaspian Şirkətinin gəmilərində kapitanın 2- ci köməkçisi vəzifəsinə təyin edilmiş, 19.06.2008-ci ildə işdən azad edilmiş, 2.07.2008-ci ildə BUE Kaspian şirkətinin gəmilərində kapitanın baş köməkçisi vəzifəsinə təyin edilmiş, 05.03.2010-cu ildə işdən azad edilmiş, 01.04.2010-cu ildə “Qaradağ” gəmisinə kapitan təyin edilmiş, 18.8.2010-cu ildə işdən azad e dilmiş, 14.11.1010-cu ildə Caspian Marine Services LTD şirkətinə Qobustan sərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, 31.12.2010-cu ildə əmək müqaviləsinə xitam verilmiş, 1.1.2011-ci ildə Caspian Marine Services Limited” şirkətində “Qobustan” sərnişin gəmisinə gəmi kapitanı rütbəsinə qəbul edilmiş, 12.5.2011ci ildə əmək müqaviləsinə xitam verilmiş, 16.9.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 23.12.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, 16.8.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmiş, 27.9.2012-ci ildə əmək müqaviləsinə xitam verilmiş, 28.9.2012-ci il tarixdə “Taman” gəmisinə kapitan vəzifəsinə 24.10.2012-ci ildə Lütoqa gəmisinə 1-ci dərəcəli matros peşəsinə, 16.7.2013-cü ildə “Ulluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmiş, 07.1.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir.12.11.2019- cu ildə "xxxx" MMC-də “Maru” gəmisinin kapitanı vəzifəsinə işə qəbul edilmişdir. 2. "xxxx" QSC Xəzər X7nın EN 01/02-706, 05.11.2019-cu il tarixli arxiv arayışında qeyd edilir ki, iddiaçı 09.08.1983-cü ildə Cənub rayon X7 t/x “S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə işə qəbul edilmiş, 20.09.1984-cü ildə t/x “SLV-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilmiş, 08.02.1993-cü ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Cənub-3” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə təyin edilmiş, 10.06.1994-cü ildə “Ağdərə-8” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 16.07.1996-cı ildə b/k “Cənub22” gəmisinə kapitanın böyük köməkçisi, 15.07.1998-ci ildə b/k “Cənub-9” gəmisinə kapitan, 0 1.12.2000-cı ildə “Orion-6” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 15.01.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. 01.04.2010-cu ildə “Qaradağ-8” gəmisinə kapitan vəzifəsinə işə qəbul edilmiş, 18.08.2010-cu ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 16.09.2011-ci ildə “A.Kərimov” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 23.12.2011-ci ildə “Bunkerovşik-7” gəmisinə kapitan, 16.08.2012-ci ildə “Taman” gəmisinə kapitan vəzifəsinə keçirilmişdir. 27.09.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 28.09.2012-ci ildə t/x “Taman” gəm isinə kapitan vəzifəsinə işə qəbul edilmişdir. 24.10.2012-cı ildə t/x “Lütoqa” gəmisinə 1-ci dərəcəli matros peşəsinə, 16.07.2013-cü ildə “Uluçay” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 07.01.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yuxarıda adı çəkilən gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göst əricilərin siyahısı”nın 21-ci bəndinin 21.2 “B” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli və 10.01.2014-cü il tarixli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və Xəzər X7nın yenidən təşkil yolu ilə "xxxx" QSC yaradılmışdır.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Masallı rayon İcra Hakimiyyəti Masallı rayon Dövlət Arxivinin 24 oktyabr 2019-cu il tarixli 532 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 01.06.1979-cu il tarixli əmrlə, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasına, mövsümü olaraq, fəhlə qəbul edilmiş, 01.09.1979-cu il tarixli əmrlə işdən azad edilmişdir. 06.06.1980-ci il tarixli əm rlə sovxozun 9 saylı briqadasına fəhlə qəbul edilmiş, 24.04.1981-ci il tarixli əmrlə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir.

4. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən ötrü sənədlərini cavabdehə təqdim etmiş, cavabdehin iddiaçıya ünvanlandığı 8 yanvar 2020-ci il tarixli məktubla bildirilmişdir ki, idarəyə təqdim olunmuş 20 avqust 1983-cü il tarixli əmək kitabçasında işlədiyi vəzifələrin üzən heyətə aid-olub-olmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Bundan başqa onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinc i instansiya məhkəməsindəki icraat

5. İddiaçı 4 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək kitabçasında əks edilməmiş, Masallı rayonu, sabiq Şaumyan adına çayçılıq-südçülük sovxozunda işlədiyi müddətin əmək stajına hesablanmaqla ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyah ısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydalara diqqət yetirməli idi. Həmin qaydalara görə onun 1983-cü ildən bu günədək işlədiyi və əmək kitabçasında öz əksini tapmış (Cənub-3, Ağdərə-8, Cənub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov, Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) gəmilərin heç biri akvatoriyasında işləyən liman gəmiləri, yardımçı xidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid olması müəyyən edilmir. Bununla əlaqədar cavabdehə təqdim edilmiş və hazırki iddia ərizəsinə əlavə edilmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “ QSC-nin Xəzər X7nın rəisi Taqət Qurbanovun 05.11.2019-cu il tarixli məktub və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq olunur ki, əmək kitabçasında qeyd edilmiş 1983-cü ildən bu günədək işlədiyi gəmilərin heç biri (Cənub-3, Ağdərə-8,Cənub-22, Cənub-9, Orion-6, Qaradağ-8, A.Kərimov Bunkerovşik-7, Raman, Lutoqa, Uluçay) liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət və şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21 və 21.2 “b” yarımbəndi ilə müəyyən edilmiş qaydaların pozulması ilə verilmiş imtina məktubu əsassız və qanunsuz hesab edilməlidir. Cavabdehin digər əsası kimi istinad etdiyi əmək kitabçasına görə 01.01.2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi göstərmişdir. Bu əsas həqiqətə uyğun deyildir. Belə ki, əmək kitabçasında əks edi lmiş əmək stajın 1983-cü ildən öz əksini tapmış olsa da, lakin onun iş stajı 1979-cu ilin yanvar ayından başlaması cavabdehə təqdim etdiyi Masallı rayon Dövlət Arxivinin 24.10.2019-cu il tarixli, M-532 saylı məktubu və həmin məktuba əlavə edilmiş arxiv arayışı ilə təsdiq, olunur. Həmin sənədlərlə məlum olunur ki, o 1979-cu ilin yanvar ayından 445 saylı əmrlə Masallı rayonu, Şaumyan adına çayçılıq-südçülük sovxozunun 9 saylı briqadasında fəhlə işləmiş və 01.09.1979-cu ildə işdən azad edilmiş, daha sonra isə 06.06.1980-ci il tarixdən 494-3 saylı əmrlə sovxozun 9 saylı briqadasında fəhlə kimi işə qəbul edilmiş və 24.04.1981-ci ildə 349 saylı əmrlə hərbi xidmətə çağırılmağı ilə əlaqədar işdən azad edilmişdir. 1981-ci ilin aprel ayından 1983-cü ilin aprel ayınadək isə müddətli hərbi xidmətdə qu lluq etmişdir.

7. Məhkəmə sorğusu əsasında "xxxx" QSC Xəzər X7 tərəfindən 12 noyabr 2020-ci il tarixli qeyd edilmişdir ki, “SLV-363”, “Cənub-3”, “Ağdərə-8”, “Cənub-9”, “Orion-6”, “Cənub-5”, “Ağdərə-1”- Xəzər X7nın gəmilərinə aiddir və bu gəmilər kiçik qrup insanların, yüklərin daşınması, gəmilərin dizel yanacağı ilə təchiz edilməsi və gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. Bu gəmilərin işi donanmaya həvalə edilmiş istehsalat tapşırıqlarını və planı yerinə yetirməkdən ibarətdir. Onlar üzən heyət olaraq daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edilmirlər. “Ağdərə-1” və “Ağdərə-8” gəmiləri kiçik qrup insanların, kiçik həcmli yüklərin daşınması və həmçinin kiçik gəmilərin yedəklənməsi üçün nəzər də tutulmuşdur. “Orion-6” gəmisi adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “Cənub-3”, “Cənub-9”, “Cənub-22” yedək gəmiləri özü hərəkət etməyən üzən vasitələrin yedəklənməsi, müxtəlif təyinatlı kiçik həcmli yüklərin daşınması üçün nəzərdə tutulmuşdur.

8. Masallı Rayon Dövlət Arxivindən tələb edilmiş 24.10.2019-cu il tarixli 532 saylı arxiv arayışının verilməsinə əsas olan sənədlər - sabiq Şaumyan adına sovxozun əmr və əmək haqqı hesablaşma kitablarının surəti təqdim edilmiş, həmin sənədlərdən də görünür ki, iddiaçı işlədiyi müddətlərdə 1979-cu ilin iyun, iyul, avqust, 1980-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1981-ci ilin yanvar, fevral, mart, aprel aylarında, ümumilikdə 1 il 2 ay əmək haqqı almışdır.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X8 qızı, 2-1(112)-617/2021 saylı iş) 27 yanvar 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya pensiya hüququ yarandığı 20.12.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. cavabdehin mübahisələndirdiyi məsələyə "xxxx" QSC tərəfindən 12 noyabr 2020-ci il tarixdə verilmiş arayışında aydınlıq gətirilərək müəyyən olunmuşdur ki, iddiaçının 09.08.1983-15.01.2004- cü il tarixinə kimi işlədiyi (20 il 5 ay 6 gün) sahələr güzəştli sahəyə- üzən heyətə aiddir. Həmçinin, iddiaçının sovxozda işlədiyi və əmək haqqı aldığı 1 il 2 ay, hərbi xidmət dövrü 2 il 24 gün və peşəsi üzrə işlədiyi müddət nəzərə alınmaqla 01.01.2006-cı ilədək pensiya təyininə imkan verən ümumi stajı 25 ildən (25 il 07 ay 12 gün) çoxdur.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X1 və X2, 2-1(103)-1417/2021 saylı iş) 16 avqust 2021-ci il tarixli qərarla cava bdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 yanvar 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. Cavabdeh 7 sentyabr 2021-ci il tarixdə qərarın surətini almış, 1 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri

14. İddiaçıya aid 20 avqust 1983-cü il tarixli əmək kitabçasından görünür ki, 09 avqust 1983-cü ildən əmək fəaliyyətinə başlayıb, 1 yanvar 2006-cı il tarixədək olan əmək stajı 22 il 4 ay 22 gün təşkil edir. İddiaçı, 2 may 1981-24 may 1983-cü illərdə (2 il 22 gün) hərbi xidmətdə olub. Göründüyü kimi, iddiaçının 01 yanvar 2006-cı il tarixədək olan ümumi əmək stajı 24 il 5 ay 14 gün təşkil edir.

15. İddiaçı, sovxozda çalışdığı dövrün əmək stajına daxil olunmasını tələb edir. Halbuki, iddiaçıya aid əmək kitabçasında bu barədə heç bir qeyd yoxdur.

16. İddiaçının 1 yanvar 2006-cı il tarixinədək 25 İl ümumi əmək stajı toplaması öz təsdiqini tapmır. Ona görə də, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi (“Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.”) iddiaçıya şamil edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı tərəfindən kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 18. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qa dınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə ça lışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

23. Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 23.1. Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublika sının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzər də tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 21. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bən dinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin 26 sentyabr 2006cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəali yyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

23. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin müvafiq olaraq a) və q) bəndlərinə görə əmək kitabçası və arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır.

24. İn zibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya ş ikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

28. İddiaçı xx xxxxxx xxx-ci ildə doğulmuş, 20 dekabr 2019-cu ildə 57 yaşı tamam olmuşdur. Dəniz donanmasının üzən heyətində işlədiyini, işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalış anlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda olduğunu bildirib (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

29. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər güzəştli iş stajını toplamadığından, yəni işlədiyi peşə 2 nömrəli Siyahıda nəzərdə tutulmadığından, həmçinin həmin tarixədək 25 ildən az olmayan ümumi stajı toplamadığından güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır.

30. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

31. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq idd iaçıya 2 saylı Siyahı üzrə (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) 01.01.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

32. Masallı Rayon Dövlət Arxivindən daxil olan sənədlərə əsasən iddiaçı 1979-cu ilin iyun, iyul, avqust, 1980-cı ilin iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 1981-ci ilin yanvar, fevral, mart, aprel aylarında Masallı rayonu Şaumyan adına sovxozda işləmiş və əmək haqqı almışdır (1 il 2 ay).

33. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən o, 3 may 1981-ci il tarixdən 27 may 1983-cü il tarixədək hərbi xidmətdən keçmişdir (2 il 24 gün)

34. İddiaçının əmək kitabçasında olan məlumatlar görə o, 9 avqust 1983-cü ildən 1 yanvar 2006-cı ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur (22 il 8 ay 9 gün).

35. İddiaçının hərbi xidmət dövrü, sovxozda işlədiyi, habelə əmək kitabçasında qeyd edilən 1 yanvar 2006-cı ilədək olan dövr ümumilikdə 25 ildən çoxdur. Bu səbəbdən 1 yanvar 2006-cı ilə qədər 25 ildən çox olmayan ümumi stajın mövcud olmadığı barədə şikayətin dəlilləri əsaslı deyildir. 36. -"xxxx" QSC Xəzər X7nın 05.11.2019-cu il tarixli arayışında olan məlumatlara əsasən, iddiaçı 09.08.1983-cü ildə Cənub rayon X7 t/x “S.Bağırov gəmisinə 2-ci dərəcəli matros peşəsinə (09.08.1983-cü il tarixli 164-k nömrəli əmr) işə qəbul edilmiş, 20.09.1984-cü ildə t/x “SLV-363” gəmisinə 1-ci dərəcəli matros peşəsinə keçirilmişdir. 08.02.1993-cü ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Cənub-3” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə təyin edilmiş, sonrakı dövrlərdə kapitanın böyük köməkçisi kapitan vəzifəsində işləmişdir. İddiaçının işlədiyi gəmilər daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələri və göstəricilərin siyahısı”nın 21-ci bəndinin 21.2 “B” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. 37. "xxxx" QSC Xəzər X7 tərəfindən verilmiş 12 noyabr 2020-ci il tarixli EN 01/02-366 saylı arayışda qeyd edilmişdir ki, “SLV-363”, “Cənub-3”, “Ağdərə-8”, “Cənub-9”, “Orion-6”, “Cənub-5”, “Ağdərə-1”- Xəzər X7nın gəmilərinə aiddir və bu gəmilər kiçik qrup insanların, yüklərin daşınması, gəmilərin dizel yanacağı ilə təchiz edilməsi və gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. Bu gəmilərin işi-donanmaya həvalə edilmiş istehsalat tapşırıqlarını və planı yerinə yetirməkdən ibarətdir. Onlar üzən heyət olaraq daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri hesab edilmirlər. “Ağdərə-1” və “Ağdərə-8” gəmiləri kiçik qrup insanların, kiçik həcmli yüklərin daşınması və həmçinin kiçik gəmilərin yedəklənməsi üçün nəzərdə tutulmuşdur. “ Orion-6” gəmisi adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “Cənub-3”, “Cənub-9”, “Cənub-22” yedək gəmiləri özü hərəkət etməyən üzən vasitələrin yedəklənməsi, müxtəlif təyinatlı kiçik həcmli yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. “SLV-363” gəmiləri dizel yanacağı ilə təchiz edir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nıda XXVİİİ Nəqliyyat.

3. Dəniz və çay donanması 1) Üzən heyət dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardı mçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası liman akvatoriyasında daim işləyənlər (xidməti gediş-gəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə iş kimi nəzərə alınmışdır.

39. İş yerindən verilən arayışlarda iddiaçının dəniz donanmasında işlədiyi gəmilərin üzən heyətə aid olması, üzmə rayonunun Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsi qeyd edilmişdir.

40. İddiaçının 09.08.1983-15.01.2004-cü il tarixinə kimi işlədiyi (20 il 5 ay 6 gün) sahələr güzəştli sahəyə- üzən heyətə aiddir.

41. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda olması iş yerinin ətraflı arayışları ilə təsdiq olunduğun dan, 12 il 6 aydan artıq güzəştli və 25 ildən artıq ümumi əmək stajı mövcud olduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (55+2) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

42. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən sübutlar tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

43. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyas ının 2-1(103)-1417/2021 saylı, 16 avqust 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar