Məhkəmə qərarları › İş №2-1(102)-2222/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2222/2024

10.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2222/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əmtəə operatoru) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı(təvəllüd: xx.xx.1960-cı il, FİN: 3VAV805) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inz ibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-42/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən hal-hazıradək fasilələrlə əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.2009-cu il tarixdən hal-hazıradək əmtəə operatoru işləmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq, 12 il 6 ay güzəştli iş stajı toplanmamı şdır. Onun xx.xx.2009-cu il tarixdən 12 il 6 ay güzəştli iş stajını topladığı vaxt, yəni xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla belə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun xx.xx.2009-cu il tarixdən hal-hazıradək işlədiyi əmtəə operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə mürac iət edərək, “əmək kitabçasında göstərilən ümumi və güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci ildən xx.xx.1982ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2009-cu il tarixə qədər Horadiz neft bazasından müavinət almış, xx.xx.2009-cu ildən Daşburun neft bazasında qeydiyyatda olmuşdur. xx.xx.2009-cu il tarixində SOCAR Marketinq və iqtisadi Əməliyyatlar İdarəsinin X2 və X1 yanacaqdoldurma sexinə zərərli iş şəraitli 4-cü dərəcəli əmtəə ope ratoru peşəsinə işə qəbul olunmuşdur.

5. Marketinq və iqtisadi əməliyyatlar idarəsinin 05/İƏŞ/522 saylı xx.xx.2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex” sözü “sahə” sözü ilə əvəz edilərək Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılıb. 6. xx.xx.2014-cü ildə Güzdək yanacaqdoldurma sahəsinə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə Güzdək yanacaqdoldurma sahəsində 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilmişdir.

7. Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. 8. 1987-ci ildən 1989-cü ilədək R.Axundov adına Cəlilabad sovxoz-texnikumunda təhsil almışdır.

9. Ona məxsus olan HT-İ ******* nömrəli əmək kitabçasından, hərbi biletdən, diplomdan görü nür ki, onun tələb olunan 25 ildən çox ümumi iş stajı vardır. İşlədiyi peşələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilmişdir.

10. Onun güzəştli pensiya almaq hüququ yaranmışdır. Bu səbəblə əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdehə təqdim etsə də, cavabdeh ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və ona xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu göndərmişdir.

11. İmtina məktubunda göstərmişdir ki, Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”nin X2 və X1 yanacaqdoldurma sahəsində xx.xx.200 9-cu il tarixindən bu günədək əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur, göründüyü kimi, işlədiyiniz sahə yuxarıda göstərilən neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. O, imtina ilə razı deyil. Əmək kitabçasında ümumi və güzəştli iş stajı nəzərə alınmaqla ona pensiya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları:

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi təmin edilməməlidir.

13. Belə ki, xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

14. Bu arayı şın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluqunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.

15. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatla rı tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.

16. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müə yyən edə bilər.

17. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir.

18. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsinə xx.xx.2022-ci il tarixli, Ng1427/01/K-06-103 a rayış əlavə etmişdir ki, bu arayış Ali Məhkəmənin təcrübəsinə əsasən iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) müəyyən etməyə imkan vermir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı ömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur.

20. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi X2 və Göndərilməsi bazası tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, N9İ427/01/K-06-103 arayışında iddiaçının xx.xx.2009-04.2021-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisədə 4-cü dərəcəli zərərli iş şəraitli əmtəə operatoru və xx.xx.2021-ci il tarixdən hazırkı tarixədək isə 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Məhkəmə sorğularına cavab:

21. İşdə olan Dövlət Neft Şirkətinin Marketing və İqtisadi Əməliyyatlar İdarəsi X2 və Göndərilməsi bazasının xx.xx.2022-ci il tarixli, 1427/01/K-06-161 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1985-ci il tarixdə Horadiz neft bazasının Mahmudlu neft məhsulları anbarına yanğınsöndürən vəzifəsinə işə qəbul edilib. xx.xx.1985-ci ildə Mahmudlu neft məhsulları məntəqəsinə 4-cü dərəcəli operator vəzifəsinə keçirilib. Məcburi köçkün kimi xx.xx.2009-cu il tarixinə qədər Horadiz neft bazasında, xx.xx.2009-cu il tarixindən Daşburun neft bazasında qeydiyyatda olub. xx.xx.2009-cu il tarixində SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin X2 və X1 yanacaqdoldurma sexinə zərərli iş şəraitli 4-cü dərəcəli əmtəə operatoru peşəsinə işə qəbul olunub. Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin 05/İƏŞ/522 saylı xx.xx.2014-cü il tarixli məktubu ilə əlaqədar Güzdək və Bakı yanacaqdoldurma sexlərinin adında “sex” sözü “sahə” sözü ilə əvəz edilərək Güzdək və Bakı yanacaqdoldurma sahələri adlandırılıb. xx.xx.2014-cü ildə Güzdək yanacaqdoldurma sahəsinə 4-cü də rəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilib. xx.xx.2021-ci il tarixdə Güzdək yanacaqdoldurma sahəsində 5-ci dərəcəli zərərli iş şəraitli əmtəə operatoru peşəsinə keçirilib. Hal-hazırda həmin peşə üzrə əmək fəaliyyətini davam etdirir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının ümumi və güzəştli iş stajı nəzərə alınmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hüququnun yarandığı tarixdən təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1982-ci il tarixdən hal-hazıradək fasilələrlə əmək fəaliyyətində olmuş, həmçinin xx.xx.2009-cu il tarixdən halhazıradək əmtəə operatoru işləmişdir. İddiaçının xx.xx.2020-ci il tarixdə 60 yaşında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmasına baxmayaraq, 12 il 6 ay güzəştli iş stajı toplanmamışdır. Onun xx.xx.2009-cu il tarixdən 12 il 6 ay güzəştli iş stajını topladığı vaxt, yəni xx.xx.2022-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla belə, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin onun xx.xx.2009-cu il tarixdən hal-hazıradək işlədiyi əmtəə operatoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmaması əsas gət irilərək, müraciətindən imtina olunmuşdur.

24. İşin mübahisələndirilməyən halı odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən çoxluq təşkil edir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı»da əmtəə operatoru vəzifəsi həmin siyahının 10-cu bölməsində 10.5.1-ci yarım bölmədə a) bəndində əmtəə operatorları adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edilmişdir.

26. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstər ilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı, həmçinin onun işlədiyi vəzifənin güzəştli iş stajı olmaması cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, onun əmək kitabçası mötəbər hesab olunur, həmçinin işlədiyi əmtəə operatoru müvafiq siyahıda 10-cu bölməsində 10.5.1-ci yarım bölmədə a) bəndində əmtəə operatorları adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşə kimi nəzərdə tutulmuşdur.

27. Beləliklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

28. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

29. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx. xx.2024-cü il tarixli, 2-1(106)-42/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayət qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarı ləğv edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı SOCAR MİƏİ-nin X2 və Göndərilməsi Bazasında əmtəə operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixində qəbul edilmiş, ona görə də iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı şamil edilməli, həmin qərar ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” siyahısının 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən iddiaçıya SOCAR MİƏİ-nin X2 və Göndərilməsi Bazasında əmtəə operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.

31. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/212488/2024 nömrəli məktubdan görünür ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800 (qırx min səkkiz yüz) manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41.553,11 (qırx bir min beş yüz əlli üç manat 11 qəpik) manat təşkil edir.

32. Cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasında uyğunluğun müəyyən edilməməsidir.

33. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajının yetərli olmaması ilə bağlı cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun qazanılması üçün güzəştli iş stajı ilə bağlı şərti öd əmişdir.

34. Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14-2-6/2-864/2023 nömrəli məktubdan görünür ki, iddiaçı SOCAR MİƏİ-nin X2 və Göndərilməsi Bazasında əmtəə operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixində qəbul edilmiş, ona görə də İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı şamil edilməli, həmin qərar ilə təsdiq edilən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin, peşələrin və göstəricilərin” siyahısının 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən iddiaçıya SOCAR MİƏİnin X2 və G öndərilməsi Bazasında əmtəə operatoru vəzifəsində işlədiyi müddət ərzində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək (sığorta) stajı sayılır.

35. Eyni zamanda, SOCAR MİƏİ-nin X2 və Göndərilməsi Bazasının 1427/01-06-220 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının SOCAR MİƏİ-nin X2 və X1 yanacaqdoldurma sexində (sahəsində) əmtəə operatoru vəzifəsində işlədiyi xx.xx.2009-cu il tarixdən hazırkı vaxta qədər dərəcəsi zərərli 4-cü və 5-ci dərəcə olmuşdur.

36. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun işlədiyi vəzifə xüsusi şərtlərlə pensiya hüququna malik olan vəzifələr siyahısına daxildir. Belə ki, o, Güzdəkdə yanacaq doldurma anbarında tankerl ərin içinin təmizliyinə nəzarət etmiş, onun işi tankerlərin içinə girməklə oradakı təmizliyi və sazlığı yoxlamaq, əgər hər hansı bir problem varsa onu aradan qaldırmaq və bundan sonra tankerlərin doldurulmasına icazə verməkdir.

37. Göründüyü kimi, iddiaçının əmtəə operatoru vəzifəsini icra etdiyi SOCAR MİƏİnin X2 və X1 yanacaqdoldurma sahəsi “Əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin” siyahısına daxil olmuş və işlədiyi müddət ərzində əmək şəraitinə görə iddiaçının vəzifə maaşına artım əmsalı tətbiq olunmuşdur.

38. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2009-cu il tarixdən hazırkı vaxta qədər işlədiyi SOCAR MİƏİ-nin X2 və X1 yanacaqdoldurma sexində “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”ın 10-cu maddəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” və 10.5.1-ci bəndinin fəhlə kateqoriyasında qeyd olunanlara əsasən iddiaçının güzəştli əmək stajı kimi nəzərə alınmalı və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməlidir.

39. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası onun 60 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixindən deyil, 12 il 6 ay güzəştli sığorta stajının tamam olduğu tarixdən təyin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı SOCAR MİƏİ-nin X2 və X1 yanacaqd oldurma sexində (sahəsində) əmtəə operatoru vəzifəsinə xx.xx.2009-cu il tarixdə qəbul edilmişdir. Belə olan halda iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2022-ci il tarixdə yaranmış olur. Bu baxımdan iddiaçıya xx.xx.2022-ci il tarixindən (güzəştli iş stajının topladığı vaxtdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməlidir.

40. Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-12488/2024 nömrəli məktubdan görünür ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq xx.xx.2020-ci il tarixinə ona münasibətdə 40800 (qır x min səkkiz yüz) manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 41.553,11 (qırx bir min beş yüz əlli üç manat 11 qəpik) manat təşkil edir.

41. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri Maddi hüquq normasının pozuntusuna dair dəlillər:

42. İddiaçının xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 25 il 6 ay (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1985-ci il, xx.xx.1985- xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər), güzəştli iş stajı isə yoxdur.

43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi id diaçının qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmaması məsələsini lazımi qaydada araşdırmamış, həmin məsələyə düzgün hüquqi qiymət verməmişdir.

44. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə onun SOCAR-ın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”nin X2 və X1 yanacaqdoldurma sahəsində xx.xx.2009-cu il tarixdən arayışın təqdim edildiyi günədək (xx.xx.2022-ci il tarixədək) əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir.

45. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində (10.5) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur.

46. Yuxarıda adıçəkilən Qərarın 10.5-ci bəndində neftin, qazın, qaz kondensatının emalı, kömürün və şistin emalında əmtəə operatorları vəzifəsi nəzərdə tutulsa da iddiaçının işlədiyi struktur bölmə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin X2 və X1 yanacaq doldurma sahəsi, vəzifəsi isə əmtəə operatoru olmuşdur.

47. Göründüyü kimi, iddiaçı neft emalı sahəsində deyil X2 və X1 yanacaq doldurma sahəsində çalışmışdır.

48. Yuxarıda qeyd olunanlara baxmayaraq, apellyasiya instansiya məhkəməsinin müvafiq qərarında iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixədək işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə hesab edildiyini qeyd edərək, həmin dövrləri iddiaçının güzəştli sığorta stajına daxil etmişdir.

49. Məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Prosessual hüquq normasının pozuntusuna dair dəlillər:

50. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı müəssisə tərəfindən təqdim edilən arayışa əsaslanaraq həmin illərin güzəştli sığorta stajı kimi nəzərə alınmalı olduğu nəticəsinə gəlmiş, cavabdeh orqanın dəlillərini araşdırmamışdır. Halbuki, məhkəmə xidməti vəzifə borcuna görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli, təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməlidir.

51. Apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli sığorta stajı üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, mübahisələndirilən dövrlərin pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

52. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə həmin “Siyahı”da əmtəə operatoru vəzifəsi həmin siyahının 10-cu bölməsində 10.5.1-ci yarım bölməsində a) bəndində əmtəə operatoru adı altında güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti olan peşələr sırasına daxil edilmişdir.

53. Müvafiq dövrlər üzrə iş stajım mənim əmək kitabçamda öz əksini tapmışdır. Əmək kitabçamda göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı qənaətinə gəlinmiş, həmçinin işlədiyim vəzifənin güzəştli iş stajı olmaması cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş və işlədiyim əməyimi əsassız olaraq zərərli iş kimi görmək istəməmişdir.

54. Bundan əlavə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin Siyahısın”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Baş nazirinin xx.xx.2024-cü il tarixli, 81 №-li Qərarı (məhkəməyə təqdim olunmuşdur) ilə Azərbaycan Respublikasının Konstitusiyasının 119cu maddəsinin 8-ci abzasını rəhbər tutaraq qərara almışdır: 55. 1. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin, və göstəricilərin Siyahısın”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, № 1, maddə 56 (Cild 1) aşağıdakı dəyişikliklər edilmiş dir: 1.1. aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin: “1-1. Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilər güzəştli pensiya hüququna malikdirlər.”... 1.2.1.1.4. “kompressor qurğulqrının maşinistləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilsin: əmtəə operatorları...

56. Göründüyü kimi bilavasitə hazırkı işə də aid olan bu Qərar da artıq qüvvəyə minmişdir.

57. Qanunların vətəndaşların vəziyyətini yüngülləşdirən hər bir halda geriyə qüvvəsi vardır.

58. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmış və xx.xx.2024cü il tarixli, 2-1(106)-42/2024 №-li qərarla Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-946/2023 n ömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi barədə qərarı əsaslı və ədalətlidir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası iddiamla bağlı əsaslı və düzgün qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

59. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəlləni n 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirm ədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

60. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

61. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KAS SASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsasları ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

64. İddiaçının 25 ildən artıq ümumi iş stajına və tələb olunan pensiya kapitalına malik olduğu mübah isəsizdir.

65. Cavabdeh tərəfindən mübahisələndirilən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına gəldikdə isə, apellyasiya instansiyası məhkəməsinin də müəyyən etdiyi kimi, iddiaçının çalışdığı “əmtəə operatoru” vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşələr sırasına daxil edilmişdir.

66. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayış da təqdim edilmişdir.

67. Məhkəmə kollegiyası nəzərə alır ki, qüvvədə olan qanunvericilik ərizəçinin üzərinə qanunda nəzərdə tutulanlardan (əmək kitabçası, izahedici arayış) başqa hər hansı sənəd və məlumatı təqdim etmək öhdəliyi qoymur.

68. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar f iziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

69. İddiaçının iş yerindən təqdim edilmiş arayışdakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

70. Beləliklə, inzibati orqan təqdim olunan məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, onları qəbul etməyə bilərdi.

71. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

72. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(106)-42/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar