Məhkəmə qərarları › İş №2-1(102)-2228/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2228/2023

21.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2228/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdin şəxsi hesabında nəzərə alınması). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü, FİN xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2012 və xx.xx.2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla, hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli 2-1(106)-115/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür.

2. JN 918 KOD 80906018 sa ylı “Torpağa mülkiyyət hüququna dair “ Dövlət Aktına əsasən 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı ilə birgə ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. İddiaçı kənd təsərrüfatına yararlı pay torpaq sahəsinin istifadəçisi kimi məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2012 və xx.xx.2014-cü il tarixlərdə müvafiq olaraq 7 manat və 5 manat (cəmi, 12 manat) pul vəsaiti köçürmüş, həmin məbləğlər Dövlət Sosial Müdafiə Fondunun keçmiş Salyan rayon şöbəsinin 08018 nömrəli yığım hesabına daxil olmuşdur.

4. İddiaçı xx.xx.2015-ci il tarixdə “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən” torpaq pay mülkiyyətçisi kimi uçota alınmış və ona Sığortaedənin Uçot Nömrəsi (SUN) verilmişdir.

5. İddiaçı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 sayl ı regional ərazi filialına müraciət edərək, 2012 və 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsini xahiş etmiş, sonuncu iddiaçıya ünvanladığı 24 noyabr 2021-ci il tarixli **********4 nömrəli məktubu ilə iddiaçıya bildirmişdir ki, kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlər etdiyi dövrlərdə (xx.xx.2012 və xx.xx.2014) kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmaması, yalnız sonuncu ödəniş tarixindən 15 ay sonra, yəni xx.xx.2015-ci il tarixdə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınması, o cümlədən ödədiyi 12 manat ilə bağlı (02 noyabr 2012-ci il tarixli 11 nömrəli və 12 sentyabr 2014-cü il t arixli 70 nömrəli qəbzlərə əsasən) məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar təqdim etməməsi səbəbindən ödənişlər fərdi şəxsi hesaba işlənməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 2012 və 2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbində işin hallarına istinad edərək bildirmişdir ki, cavabdehin imtinası əsassızdır.

8. Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli iclasında c avabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialı əsl cavabdeh 2 saylı X3 il əvəz edilmişdir.

9. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X3 iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə əsasən, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2019-cu il tarixdə yaranmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunun 7-ci maddəsində təsbit edilmiş iki şərtdən biri mövcud olmalıdır (fərdi hesabın sığorta hissəsində geydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq) və ya azı 25 il sığorta stajının olması). Lakin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən hər hansı birini ödəmir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun ümumi iş stajı 21 il 04 ay 13 gündür və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Bundan əlavə, iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci il tarixlərdə ümumiyyətlə, pensiya kapitalı qeydə alınmadığından, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Həmçinin, “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemindən əldə edilən məlumatlara əsasən, 10 dekabr 2015-ci il tarixində torpaq mülkiyyətçisi kimi uçota alınmış iddiaçı (SUN: **********3) tərəfindən 2012, 2014-cü illər üzrə “Məcburi döv lət sosial sığortası üzrə rüblük (illik) hesabat”ların (Forma B2) və “Məcburi dövlət sosial sığorta haqları üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilmədiyi bildirilmişdir. Odur ki, iddiaçının xx.xx.2012 və xx.xx.2014-cü il tarixli qəbzlər üzrə ödənilmiş müvafiq olaraq 7 manat və 5 manat pul vəsaitlərinin fərdi şəxsi hesaba daxil edilməsinə dair tələbi də icra edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə 21.2.10-cu maddədə nəzərdə tutulmuş mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət də sığorta stajına daxil edilir. “Sosia l sığorta haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri ücün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaql arı istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən, sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim edilməlidir. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, məcburi dövlət sosial sığortası üzrə hesabat və sığortaolunanlar haqqında məlumat təqdim edildikdən sonra ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi uçot sistemində uçota alınan sığortaolunanların fərdi şəxsi hesabında qanunvericilikdə müəyyən olunmuş qaydada nəzərə alınır.

10. Şirvan İnzibati Məhkəməsinin (hakim: F. Abbasov) 02 dekabr 2022-ci il tarixli, 21(120)-695/2022 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2012, 2014-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi pul vəsaitlərinin fərdi şəxsi hesabına işlənməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 2 saylı X2 üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qəbzlər mövcuddur. Həmçinin, cavabdeh tərəfindən iddiaçı barə sində xx.xx.2015-ci il tarixdə sığorta şəhadətnaməsi tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh ödənilən məbləği qəbul etməməsini, geri qaytarmasını, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Bu tip işlər üzrə formalaşmış məhkəmə təcrübəsi bundan ibarətdir ki, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmiş dir.

12. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

13. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında cavabdeh 2 saylı X3 əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı ilə əvəz edilmişdir.

14. İddiaçı apellyasiya icraatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2012 və xx.xx.2014-cü illərdə məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi məbləğlər nəzərə alınmaqla hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin c avabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında ərizə icraata götürülmüşdür.

15. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: S.F.Həsənov /sədrlik edən və məruzəçi/, M.K.Həsənov və O.N.İsmayılov) 23 may 2023-cü il tarixli, 21(106)-115/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 2-1(120)-695/2022 saylı qərаrı dəyişdirilmiş, iddiaçıya kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə xx.xx.2012-ci və xx.xx.2014-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabd ehin üzərinə qoyulmuşdur.

16. Apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığı ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddia tələbinin dəqiqləşdirilməsinin apellyasiya icraatında yol verilənliyi ilə əlaqədar isə qeyd etmişdir ki, işin faktiki hallarından, iş materiallarında olan sənədlərdən, iddia ərizəsinin məzmunundan, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçının cavabdeh inzibati orqana müraciət etməkdə əsas məqsədi ona avtomatlaşdırılmış qaydada pensiyanın təyin edilməsi olmuşdur. Cavabdeh də iddiaçının həmin tələbinin təmin olunmasından imtina etmişdir. İddiaçının 2012-ci və 2014-cü illərə aid kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödənişlərinin şəxsi hesabına işlənilməsi t ələbi də məhz ona pensiyanın təyin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, 2012 və 2014-cü illərə aid kənd təsərrüfatına yararlı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödənişlərinin fərdi hesabına işlənilməsi iddiası, sonradan dəyişdirilmiş iddianın ümumi tələbinin tərkibinə daxil olmaqla, hər iki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmay an iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Ərizədə edilən dəyişiklik iddianın növünə təsir etmədiyindən ərizənin məhkəmənin icraatına qəbul edilməsi məqsədəuyğundur.

17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, imtina məktubunda, iddia ərizəsinə etirazda və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (iddiaçının pensiya hüququ yarandığı anda qüvvədə olan redaksiyası): Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatı na imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

21. Sığorta stajına daxil edilən və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüq uqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət;... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qayd ada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır;...

21. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə b ağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxl anılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı pay torpağına görə ödədiyi sosial sığorta haqlarının fərdi şəxsi hesabında nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir.

26. Qeyd edilməlidir ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən 64 yaşdan (xx.xx.2019-cu ildən) pensiya hüququ yaranır. 27. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci m addəsinə əsasən isə iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyini üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. İddiaçının həmin tarixə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmaması işin tərəflər arasında mübahisələndirilməyən halı olsa da, hazırda iddiaçı xx.xx.2012 və xx.xx.2014-cü il tarixlərdə kənd təsərrüfatına yararlı pay torpaq sahəsinin istifadəçisi kimi məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi cəmi 12 manat pul vəsaitinin fərdi hesabda nəzərə alınması ilə Qanunun 22-1-ci maddəsinə əsasən pensiya hüququnun olmasına istinad edir.

28. Cavabdeh isə həmin ödənişlərin fərdi hesabda nəzərə almasından imtinasını iddiaçının ödənişlər etdiyi dövrlərdə kənd təsərrüfatına yarar lı pay torpaq sahəsinə görə məcburi dövlət sosial sığorta ödəyicisi kimi qeydiyyatda olmaması, yalnız sonuncu ödəniş tarixindən 15 ay sonra, yəni xx.xx.2015-ci il tarixdə sosial sığorta ödəyicisi kimi qeydiyyata alınması, o cümlədən ödədiyi 12 manatla bağlı məcburi dövlət sosial sığorta haqqı üzrə hesabatlar təqdim etməməsi ilə əsaslandırır və kassasiya şikayətində də eyni dəlilləri təkrarlamışdır.

29. Məhkəmə kollegiyası bu dəlillərin əsassızlığı ilə bağlı apellyasiya instansiya məhkəməsinin nəticəsi və hüquqi mövqeyi ilə razılaşır və bildirir ki, iddiaçının ödədiyi məbləğlərin Dövlət Sosial Müdafiə Fondunun keçmiş Salyan rayon şöbəsinin 08018 nömrəli yığım hesabına daxil olması işin mübahisəsiz halı olduğundan, cavabdehin imtinasının və kassasiya şikayətinin dəlilləri onun təqsiri ilə ba ğlı deyildir və bu hallar onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Eyni zamanda, cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmiş, əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı mübahisənin predmeti ilə oxşarlıq təşkil edən başqa işlərdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir: 2-1(102)1307/2021 və 21(102)1126/2023 saylı qərarlarında da əks etdirilmişdir).

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2023-cü il tarixli 21(106)-115/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar