Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2229/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; çilingər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzi bati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-45/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
2. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.
3. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (i stehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Resp ublikasının xx.xx.2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az, 24 il 7 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1984cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985- xx. xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.2002-ci il, xx.xx.2002- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtina məktubunu nəzərdən keçirdikdə məlum olur ki, güzəştli iş stajının 12 il 6 aydan çox olmasını, həmçinin, pensiya kapitalının məbləğini mübahisələndirmir və onun məbləğinin pensiya təyinatı üçün maneə olmadığını qəbul edir.
6. Mübahisələndirilən yeganə məsələ onun xx.xx.2006-cı il tarixinə kimi topladığı ümumi iş stajının guya 25 ildən az olmasıdır ki, bu məsələnin həqiqətə uyğun olmaması sübuta yetirildiyi təqdirdə, ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququn un olması sübut edilmiş olacaqdır. Cavabdeh imtina məktubunda onun ümumi iş stajı dövrlərini sadalayarkən, naməlum səbəblərdən xx.xx.1985-xx.xx.1992-ci il tarixlərindəki 7 il 12 günlük iş stajını 6 il 3 ay 14 gün kimi qəbul etmişdir.
7. Başqa sözlə, həmin dövr üçün əmək stajını 8 ay 28 gün az göstərmişdir. Halbuki, həmin 8 ay 28 günlük staj cavabdehin qəbul etdiyi 24 il 7 ay 6 günlük ümumi iş stajına əlavə edildikdə, 25 il 4 ay 16 gün ümumi əmək stajının olması müəyyən olunur.
8. Cavabdehin qeyd edilən staj dövründə hansı səbəblə xx.xx.1992-xx.xx.1992-ci il tarixləri arasında olan dövrü əmək stajına daxil etməməsi ona məlum deyildir. Cavabdehin bu hərəkəti 7 il 12 günlük iş stajının bir hissəsini qəbul edib, digər hissəsinin qəbul etməməsi başa düşülən deyil, belə ki, cavabdeh heç bir əks arqument təqdim etməmişdir.
9. Göründüyü kimi, cavabdeh işin düzgün həlli üçün tam, obyektiv, xidməti vəzifəsindən irəli gələn araşdırma aparmamış, onun xeyrinə olan halları nəzərə almamış, təqdim etdiyi sənədlərin mötəbərliyini əks sübutlarla təkzib etməmiş, özü əks sübutlar toplamamışdır. 10. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən “Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir”. 11. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən “Axırıncı iş yerində n asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi xx.xx.1997-ci ildən xx.xx.2000-ci ilədək hər il 6 ay artırılır.
12. Azərbaycan Respubli kası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. 13. xx.xx.2007-ci il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın
2. Xİİİ. Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsində 2140000a—18455 şifrəsi ilə qeyd edilmiş qazanxana, turbin (buxar-qaz turbin i) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Cavabdehin etirazı:
14. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin əsasları kimi 37 il ağır işlərdə çalışdığını və 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığını və həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməli olduğunu qeyd etmiş və iddia ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. “Əmək Pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsus i sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtina məktubunda Mərkəzi filiala təqdim olunan sənədlərə əsasən Mərkəzi Filiala təqdim olunan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı (24 il 7 ay 6 gün, xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx-1982-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
15. Bu səbəbdən də onun güzəştli iş stajının olmadığı qeyd olunmuşdur. Qeyd olunanları nəzərə a laraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
16. Cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 i l sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
17. İstinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır:
1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı;
2. Kişilər 60 yaşına, qadınlar 55 yaşına çat malı;
3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı;
4. Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
18. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var.
20. Bununla əlaqədar olaraq qeyd etməyi zəruri hesab edirlər ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarının tətbiqi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruri hesab olunur:
1. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilərin xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 il olmalıdır.
2. Bu müddətin azı 10 ilini əmək ş əraiti zərərli və ağır olan işlərdə çalışmalıdırlar.
21. İş üzrə icraat materiallarına "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli, A6/17 nömrəli işin xarakteri haqqında arayış təqdim olunmuşdur.
22. Belə ki, xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
23. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunve riciliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
24. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir.
25. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
26. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmıs icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir.
27. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli sərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir.
28. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, h abelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir.
29. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hazırkı işi n hallarından müəyyən olunur ki, iddiaçının işlədiyi illər 25 ili tamamlamadığı üçün qanunvericiliyə müvafiq olaraq tamamlanmır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə sorğularına cavablar: 30. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 01-FA/401 nömrəli “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, iddiaçı həqiqətən xx.xx.1984-cü ildə "xxxx"nin İstehsalat-Təmir Müəssisəsinin Əli-X2 daimi təmir sahəsində qazan avadanlıqlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib və xx.xx.1985-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.1985-ci ildə SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq ki mi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə “Enerjimexanizasiyatəmir” Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək, “Azenerjimexanizasiyatəmir” adlandırılıb və xx.xx.1 997-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsal-Təmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir. xx.xx.1997-ci ildən "xxxx" Dövlət Şirkətinin İstehsalat-Təmir Müəssisəsinin Təmirmexanikləşdirmə sexinin ƏliBayramlı sahəsində qazan və turbin avadanlıqlarının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə "xxxx" MMC-nin Kran Yolları və Komressorlar Təsərrüfatı sexinin ƏliBayramlı sahəsində qazan və buxar qaz-turbin avadanlaqlarının təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilib və xx.xx.2008-ci ildə Azərbaycan Respublikasını n Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2009-cu ildən xx.xx.2012-ci ilədək "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Kran Təsərrüfatı, Kran Yollarının Təmiri və Köməkçi Mexanizmlər sexində və Sumqayıt Texnologiyalar Parkının Ağır Maşınqayırmalar Departamentində çilingər işləmiş və xx.xx.2012-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən əmək müqaviləsinə xitam verilmişdir.xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" ASC-nin X1 və Təmiri İdarəsinin Təmir sexinin Şirvan sahəsində çilingər işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-c i maddəsinə 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən işdən azad edilmişdir. Göstərilən peşələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının 24-cü fəslinə əsasən Elektrik Stansiyalarında avadanlıqların təmiri üzrə qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatik asma xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Güzəştli pensiya üçün staj: 31 il, 08 ay, 01 gün təşkil edir. Məlumat üçün bildirilir ki, "xxxx"nin xx.xx.1978-ci il tarixli 401 №-li əmrinə əsasən “Azenerjitəm ir” zavodu İstehsalat Təmir müəssisəsi adlandırılmışdır. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən İstehsalat-Təmir müəssisəsi ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx" ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC, "xxxx" ASC-nin xx.xx.2005ci il tarixli AÜ 040 №-li əmrinə əsasən isə "xxxx" MMC, Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. 31. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli digər “işin xarakteri haqqında güzəştli arxiv arayışı”nda bildirilir ki, iddiaçı həqiqətən xx.xx.1985-ci ildə SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq kimi is tifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin AzərbaycanRusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq kimi istifadə olunması üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, xx.xx.1993-cü ildə (1795 №-li Sərəncam, xx.xx.1992-ci il) “Enerjimexanizasiyatəmir” Azərbaycan İstehsal müəssisəsinin adı dəyişdirilərək “Azenerjimexanizasi yatəmir” adlandırılıb və xx.xx.1997-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə (İstehsalTəmir müəssisəsinə keçirilmə ilə əlaqədar) əsasən işdən azad edilmişdir xx.xx.1985xx.xx.1997-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar- qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququ na malikdirlər. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 11 il, 06 ay, 13 gün təşkil edir. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəmə sinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir. "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsi ilə eyni istehsalat profili üzrə ixtisaslaşmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
32. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-332/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 57 yaşdan, yəni, xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, həmin tarixdən hal-hazıra kimi əmək pensiyasında yaranacaq məbləğ fərqinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
33. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, işdə olan xx.xx.1984-cü il tarixli, JT 022719 nömrəli diploma, xx.xx.1980-ci il tarixli, HZ ******* nömrəli hərbi biletə və xx.xx.1983-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının təhsil, hərbi xidmət və iş illəri nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək ümumilikdə 40 il 21 gün, o cümlədən xx.xx.2006-cı il tarixədək 26 il 6 ay 3 gün (təhsil-2 il 10 ay, 12 gün, hərbi xidmət-2 il 2 ay 8 gün, əmək fəaliyyəti-21 il, 5 ay, 13 gün) iş stajına malik olduğu müəyyən olunur. İddiaçının xx.xx.1984-xx.xx.2006-cı il tarixlərində 21 il 5 ay 13 gün işlədiyi çilingər və elektrik çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il t arixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslində təsbit olunmuş və güzəştli şərtlərlə pensiya hüququ verən (“Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri) “a” fəhlələr bəndinin, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 Saylı Qərarının 2 №-li Əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın əsasən avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə 2140000a-l8455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarının əhatə və təsir dairəsinə daxil olduğu müəyyən olunur. İddiaçının 26 il 6 ay 3 gün sığorta stajını topladığı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
34. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasi ya instansiyası məhkəməsində icraat
35. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(106)-45/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-332/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmiş, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
37. Hazırkı iş üzrə mübahisəli məsələ İddiaçı “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə xx.xx.1985-ci il tarixdə 786/ls n ömrəli əmrlə işə qəbul edildiyi və xx.xx.1992-ci il tarixdə 270-ls nömrəli əmrlə işdən azad edildiyi təsbit olunmuş və məhkəmə iclasında qeyd olunan müəssisədə cavabdehin hesabladığı kimi 6 il 3 ay 12 gün deyil, 7 il 12 gün iş stajı topladığı müəyyən edildiyindən və iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir.
38. İddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən idd iaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi işlədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir.
40. Cavabdeh inzibati orqan apellyasiya şikayətində iddiaçının xx.xx.1985-ci il tarixdə SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında işə qəbul olunduğunu, xx.xx.1992-ci il tarixdə isə onun Rusiya Federasiyasını n qanunvericiliyi ilə işdən azad olunduğunu qeyd edərək bu səbəbdən iddiaçının Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1992- xx.xx.1992-ci il tarixləri arasındakı dövrlərin onun əmək stajına daxil etməyin mümkün olmadığını bildirmişdir.
41. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixə qədər Əli-Bayramlı istehsalat sahəsinə istilik elektrik stansiyalarının qazanxanaların və toz hazırlayan sexlərin avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışdığını əks etdirən qeydlər aparılmışdır.
42. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 10 nömrəli və xx.xx.2021-ci il tarixli, 01-FA/401 nömrəli digər “işin xarakter i haqqında güzəştli arxiv arayış”larında bildirilir ki, iddiaçı həqiqətən xx.xx.1985-ci ildə SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında yanacaq kimi istifadə edilməsi üçün Daş kömürün toz halına salınması və qazan avadanlığının təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib və xx.xx.1992-ci Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29-cu maddəsinin 5-ci bəndinə əsasən “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin Azərbaycan-Rusiya birgə Filialına keçirilməsi ilə əlaqədar işdən azad edilmişdir.
43. Məhkəmənin sorğusu əsasında "xxxx" ASC-dən 01-və/303 nömrəli xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv sənədlərindən görünür ki, iddiaçı xx.xx.1992xx.xx.1992-ci il dövrlərində SSRİ Ene rgetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında (indiki adı "xxxx" ASC) fəaliyyət göstərmiş və fəaliyyət göstərdiyi müəssisə Rusiya Federasiyasında deyil, Azərbaycan Respublikasında yerləşmiş və arxiv sənədləri də hazırda "xxxx" ASC-də saxlanılır.
44. Cavabdeh inzibati orqan iddiaçının əmək fəaliyyətinin mübahisəli dövrlərində Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olmasına və oradan əmək haqqı almasına dair hər hansı mötəbər və təkzib olunmaz sübutu da məhkəməyə təqdim etməmişdir.
45. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
46. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia ərizəsinə etirazda göstərilənlər təşkil edir.
47. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. İddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olmuşdur.
48. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan sığorta kapitalı isə 52.500,08 manat təşkil edir.
49. İddiaçının güzəştli iş stajı qanunvericiliyin tələblərinə əsasən 12 il 6 aydan çox təşkil etdiyi üçün bu hissə cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
50. İşin faktiki hallarına əsasən iddiaçının Mərkəzi Filiala təqdim etdiyi ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi qeyd edilmişdir.
51. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1985-ci il tarixdə SSRİ Energetika Nazirliyinin “Eneriimexanizasivatəmir” Xüsusiləsdirilmis müəssisəsinin X3 Stansiyasında isə qəbul olunduğu, xx.xx.1992-ci il tarixdə isə onun Rusiya Federasiyasının qanunvericiliyi ilə işdən azad olunduğu qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçının Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu xx.xx.1992- xx.xx.1992-ci il tarixləri arasındakı dövrləri onun əmək stajına daxil etmək mümkün olmamış və qeyd edilən məsələ ilə bağlı məhkəməyə məlumatlar təqdim olunmuşdur. 52. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 70-ci maddəsinə əsasən Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb ol unduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.
53. Normanın tələblərindən görünür ki, vətəndaşların digər ölkələrdə iş stajının təsdiqlənməsini qanunvericilik dövlətlərin arasında sazişin olması ilə şərtləndirir.
54. Bununla bağlı qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasının Dövlət Duması Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında xx.xx.202 2~ci il tarixdə İmzalanmış müqaviləni ratifikasiya etmişdir. Lakin, müqavilənin praktiki işləkliyi və onun tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında hər hansı razılaşma olmadığından, faktiki olaraq həmin dövrlər sığorta stajına daxil edilməyib.
55. Yuxarıda qeyd edilən ziddiyyətlərə baxmayaraq, məhkəmə iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənərək, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi xidməti vəzifəsinə görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, sadəcə olaraq cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinin əsass ız hesab olunması üçün kifayət etmədiyini vurğulayaraq iddia tələbini təmin etmişdir.
56. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövrlərlə bağlı müəssisə tərəfindən təqdim edilən arayışa əsaslanaraq həmin illərin güzəştli sığorta stajı kimi nəzərə alınmalı olduğu nəticəsinə gəlmiş, cavabdeh orqanın dəlillərini araşdırmamışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
58. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərar dadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə t ələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
59. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
60. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
61. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləc ə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
63. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
64. Şikayətin dəlillərindən də göründüyü kimi, cavabdeh iddiaçının yalnız xx.xx.1992 - xx.xx.1992-ci il tarixləri arasındakı iş dövrünü onun ümumi əmək stajına daxil etməmiş və bunun səbəbi kimi iddiaçının həmin müddətdə Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğunu qeyd etmişdir.
65. Cavabdehin bu dəlilinin əksinə olaraq, apellyasiya instansi yası məhkəməsi "xxxx" ASC-dən 01-və/303 nömrəli xx.xx.2022-ci il tarixli məktubla təqdim edilmiş arxiv sənədlərinə əsasən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1992-xx.xx.1992-ci il dövrlərində SSRİ Energetika Nazirliyinin “Enerjimexanizasiyatəmir” Xüsusiləşdirilmiş müəssisəsinin X3 Stansiyasında (indiki adı "xxxx" ASC) fəaliyyət göstərmiş və fəaliyyət göstərdiyi müəssisə Rusiya Federasiyasında deyil, Azərbaycan Respublikasında yerləşmiş və arxiv sənədləri də hazırda "xxxx" ASC-də saxlanılır.
66. Beləliklə, cavabdeh iddiaçının xx.xx.1992 - xx.xx.1992-ci il tarixləri arasındakı iş dövrünü ümumi iş stajına daxil etməməkdə haqlı olmamışdır.
67. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
68. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(106)-45/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.