Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2229/2025 13.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pandemiya dövründə birdəfəlik ödəmə; müvəqqəti sosial yardım mexanizmi; hüquqi maraq; qanuni gözlənti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Məmmədli Bəhram Məmməd oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqəd ar 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2-1(106)-96/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehə 7 dekabr 2023-cü il tarixdə müraciət edərək Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödənilməsini xahiş etmişdir (iş v.9).
2. Cavabdeh 11 dekabr 2023-cü il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina edər ək bildirmişdir ki, “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 1-ci hissəsinə əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiva sistemində (MEİS) işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmiş, həmin ödəmə ilə bağlı müraciətlər 27 aprel 2020-ci il tarixdə dayandırılmış və 600 min şəxsə müvafiq ödəmələr həyata keçirilimişdir. Siz müraciətiniz əsasında 10 aprel 2020-ci il tarixindən MEİS-də işziz vətəndaş kimi qeydiyyata alınmısınız. Əlavə araşdırmalar nəticəsində Siz aztəminatlı sayılmadığınız üçün 190 manat birdəfəlik ödəmədən imtina edilmiş və müvafiq hüququnu z araşdırılarkən məlumatlarınız elektron informasiya bazasından əldə edilmişdir. Nəzərinizə çatdırırıq ki, 7 dekabr 2023-cü il tarixdə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa 5.10.4-cü maddəsinə əsasən MEİS-də işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmısınız. Bu səbəbdən Sizin məşğulluğunuzun təmin edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Qeyd edilənlərə uyğun olaraq sözügedən Qanunun 5-ci maddəsinin tələblərinə uyğun olaraq MEİS-də işaxtaran və ya işsiz kimi (qeydiyyatınızın bərpası) qeydiyyata alınmağınız, həmçinin məşğulluğunuzun təmin edilməsi istiqamətində lazımi tədbirlərin görülməsi məqsədilə Filialın Astara rayon xidmət şöbəsinə (Ünvan: Astara şəhəri, Nizami küçəsi 24) şəxsiyyəti təsdiq edən sənədlə müraciət etməyiniz tövsiyə olunur” (iş v.28- 29). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunu əsassız sayır və bu halı onunla əsaslandırır ki, o, rəsmi olaraq heç bir növ pensiya almadığı və mülkiyyətində hər hansı bir torpaq sahəsi, nə də avtomobili olmadığı təqdirdə, onun müraciətindən qanunsuz olaraq imtina edilmişdir.
5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabineti nin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarına əsasən nazirliklərin, habelə digər dövlət orqan və təşkilatların, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zamanı onun aztəminatlı sayılmaması səbəbindən iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina olunmuşdur.
6. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin məhkəməyə ünvanladığı 21 fevral 2024-cü il tarixli, 3-17-2/2-12976/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (FİN: 10PQ8TW) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemində 10 aprel 2020-ci il tarixində “işaxtaran” kimi qeydiyyata alınmış, həmin tarixdə “işsiz” statusu verilmiş və 7 de kabr 2023-cü il tarixdə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5.10.4-cü maddəsinə əsasən “işsiz” kimi qeydiyyatı müvəqqəti dayandırılmışdır. İddiaçı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarının 3.8-ci bəndinə əsasən nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman aztəminatlılıq meyarına uyğun gəlmədiyi səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. Məktuba əlavə olunmuş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq" altsistemindən çıxarışdan görünür ki, iddiaçı 10 aprel 2020-ci il tarixində “işaxtaran” kimi qe ydiyyata alınmışdır Həmçinin, məktuba əlavə olunmuş Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Təhlil” altsistmindən çıxarışdan görünür ki, iddaçıya 6 may 2020-ci il tarixdə SMS göndərilərək aztəminatlı sayılmadığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir (iş v.8-11).
7. Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(120)-2167/2024 nömrəli qərarı (hakim Ş.C.Musayev) ilə iddia tələbi təmin edilmiş, iddiaçıya işsiz kimi xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
8. Birinci instansiya məhkəməsi iddianın təmin edərkən qeyd etmişdir ki, iddiaçının müvafiq müraciəti edərkən a ztəminatlılıq meyarına uyğun olmaması halı iş materiallarında olan məlumatlarla təkzib olunur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxarkən onun aztəminatlılıq meyarına uyğun olması barədə məlumatların ona hansı qaydada verildiyini, bununla da iddiaçıya müavinətin təyin olunmasından imtina edərkən təqsirli olmadığını təsdiq edən halları sübuta yetirə bilmədiyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bundan başqa nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı cavabdehin nümayəndəsinə iddiaçının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə birdəfəlik müavinətin ödənilməməsi üçün hər hansı digər əsasın olubolmamasına dair mötəbər sübut təqdim edilməsi təklif edilmişdir. Məhkəmə araşdırılması zamanı digər əsasın olması ilə bağlı sübut təqdim edilməmiş, imtinanın yalnız torpaq sahəsinin olması ilə bağlı olduğu müəyyən edilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş və sonradan müəyyən dəyişikliklər edilmiş “Koronavirus (COVİD19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə iddiaçının birdəfəlik yardım almaq hüququ olmuş, iddiaçının birdəfəlik yardım almayan şəxslərin kateqoriyasına aid olmasına dair işdə hər hansı sübut olmamışdır
9. Cavabdeh apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2-1(120)-2167/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2025-ci il tarixli, 2-1(106)-96/2025 nömrəli qərarı (hakimlər H.X.Bəhmənov (məruzəçi), S.F.Həsənov və F.C.Hüseynov) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli 2-1(120)-2167/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, verilmiş apellyasiya şikayətində, eləcə birinci instansiya məhkəməsində cavabdeh tərəf iddiaçının “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın 2.3-cü bəndində qeyd olunan işsiz şəxslər kateqoriyasına aid olması haqqında sübut təqdim etməmişdir. Yalnız formal əsaslarla onun aztəminatlılıq meyarına uyğun gəlməməsinə istinad edilmişdir. Cavabdeh tərəf iddiaçının müraciətini “İnzibati İcraat haqqında” Qanunun 24.1-24.5-ci maddələrinin tələbləri baxımından demək olar ki, araşdırmamışdır, Qanunun 10-cu maddəsində nəzərdə tutulmuş qanunçuluq prinsipinin tələblərini pozmuşdur. Belə ki, Qaydanın 2.3-cü bəndində göstərilən halları elektron sistemlə müəyyən etmək mümkün idi.
12. Cavabdeh kassasiya şikayə ti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə “Məşğulluq haqqında” Qanunun 4-cü maddəsinə, eləcə də “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na istinad edərək qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
14. Belə ki, Koronavirus (COVİD-19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, onun Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğ ulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti tərəfindən “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 19 mart 2020ci il tarixində 1950 nömrəli Sərəncam imzalanmışdır. Həmin Sərəncamın icrası olaraq, “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş X2 Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası döv ründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” (bundan sonra – Qayda) təsdiq edilmişdir. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra – Qanun) uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Qaydanın 3.8-ci bəndinə əsasən birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının (qurumlarının) informas iya ehtiyatlarından və sistemlərindən istifadə olunur. Həmin sistemlərdən əldə olunmuş məlumatlar insan faktoru olmadan avtomatlaşdırılmış şəkildə emal olunaraq, hüququ müəyyən edilmiş işsiz şəxslərə birdəfəlik ödəmələr üzrə təyinatlar aparılmışdır. Beləliklə, iddiaçı barədə Qaydaya əsasən nazirliklərin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılan zaman torpaq mülkiyyətçisi olduğu səbəbindən ona birdəfəlik ödəmənin verilməsindən haqlı olaraq qanuni əsaslar çərçivəsində imtina olunmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 16. “Məşğulluq haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.6. işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs; 1.1.7. işaxtaran – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) münasib iş üçün və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri ilə bağlı müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs;
17. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli 1950 nömrəli sərəncamı: 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların (bundan son ra-pandemiya) Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılsın.
2. Pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İşçi Qrup yaradılsın.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin v erilməsi şərtləri və qaydası”: 2-1. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallar istisna olmaqla, birdəfəlik ödəmənin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 2020-ci il 25 aprel tarixinə olan redaksiyasının 1-ci hissəsində göstərilən müddətlərə uyğun olaraq, xüsusi karantin rejiminin tətbiq edildiyi dövrü əhatə edir və cari ilin aprel və may ayları üçün ödənilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və s ahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”: İİ. Məşğulluq və sosial rifaha dəstək sektoru üzrə işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi istiqamətində
4. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi-ƏƏSMN-2020-ci ilin aprel, may ayları
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəf əlik ödəmənin verilməsi şərtləri və qaydası:
1. Ümumi müddəalar 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir. 1.2. Birdəfəlik ödəmənin məqsə di pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir. 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir. 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
2. Birdəfəlik ödəmənin verilməsi şərtləri 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci tarixli 232 nömrəli qərarı:
2. Müəyyən edilsin ki, 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı aşağıdakı məhdudiyyətlər ləğv edilir: 2.1. ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi; 2.2. şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.egov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi. 4. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarının 2.5-3.6-cı, 2.5-3.7-ci və 2.53.10-cu yarımbəndləri ləğv edilsin.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qərardadı: Kopecký Slovakiyaya qarşı işi, Böyük Palata, 44912/98, 28 sentyabr 2004-cü il; Stec və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), Böyük Palata, 65731/01 və 65900/01, 06 iyul 2005. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhk əməsinin mövqeyi
26. Hazırkı işdə iddiaçının hüquqi marağı və ondan irəli gələn tələbi Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ödənilən birdəfəlik ödəmə qismində 2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.
27. İddia tələbi əsasında işə baxan həm birinci, həm də apellyasiya instansiya məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək xüsusi karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar iddiaçıya ödənilməli olan 190 manat aylıq sosial müavinətin 4 ay üçün (2020-ci ilin aprel, may, iyun və avqust ayları) hesablanmaqla, ümumilikdə 760 manat məbləğin ona ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşlar.
28. Cavabdeh məhkəmələrin mövqeyi ilə razılaşmamış, kassasiya şikayəti verərək bildirmişdir ki, iddia tələbini təmin etməklə məhkəmələr maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişlər.
29. Məhkəmə kollegiyası iddia tələbinin əsası və apellyasiya instansiya məhkəməsinin həmin tələbin təmin edilməsi barədə gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, məhkəmələr iddia tələbini təmin etməklə qanunvericiliyin müddəalarını düzgün təfsir və tətbiq etməmişlər. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. İddiaçının hüquqi marağının mövcud olmaması
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qarşısında iddia qaldırmaq üçün tələb olunan əsas şərtlərdən biri hüquqi marağın mövcudluğudur. Hüquqi maraq məhkəmədə iddia qaldırmaq hüququnun əsas şərtlərindən biridir. Bu mənada, iddiaçı məhkəməyə göstərməlidir ki, hər hansı inzibati orqanın inzibati aktı və ya davranışı ona əhəmiyyətli dərəcədə təsir edib və nəticədə yaranan vəziyyət onun hüquqlarına və qanunla qorunan maraqlarına qanunsuz müdaxilə üçün əsas yaradıb.
31. Hüquqi marağın araşdırılmasının məqsədi məhkəməyə yalnız qanuni marağı olan və real şəkildə təsirlənmiş şəxslərin iddia qaldırmasını təmin etməkdir. Belə ki, məhkəmə yalnız real marağı olan şəxsləri qəbul edir, əhəmiyyətini itirmiş və əsassız iddiaların qarşısını alır, nəticədə, məhkəmənin resurslarını qoruyur. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca önəmlidir.
32. Hüquqi marağın mövcudluğu məhkəmə tərəfindən bir sıra meyarlar əsasında qiymətləndirilir. Bu baxımdan müəyyən edilməlidir k i, iddiaçı mübahisəli inzibati aktdan, yaxud hərəkət və ya hərəkətsizlikdən şəxsi qaydada təsirlənmiş olsun, onun irəli sürdüyü maraq real, aktual və konkret xarakter daşısın, yalnız ehtimal olunan və ya abstrakt təsirlərə əsaslanmasın, həmin maraq qanuna və ictimai qaydalara zidd olmayan məqsədlərə xidmət etsin və nəhayət, mübahisəli inzibati akt və ya faktiki xarakterli hərəkətlə iddia edilən zərər arasında birbaşa səbəb-nəticə əlaqəsi mövcud olsun; bu meyarların hər hansı birinin olmaması hüquqi marağın mövcudluğunu istisna edir.
33. Məhkəmə hesab edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı ilə bağlı məsələ iddianın mahiyyəti ilə sıx əlaqəli olduğundan, bu məsələ iddianın mahiyyəti üzrə əsaslığı ilə birgə araşdırılmalıdır. Belə ki, hüquqi maraq ümumi qayda olaraq iddianın mümkünlüyün ə dair prosessual şərt kimi qiymətləndirilsə də, onun mövcudluğu bəzi hallarda mübahisənin faktiki və hüquqi mahiyyəti ilə sıx əlaqəli olduğundan, bu məsələnin iddianın mümkünlüyü mərhələsində ayrıca həll edilməsi mümkün deyildir. Xüsusilə, hazırkı işdə olduğu kimi iddiaçının hüquqi marağının mövcudluğu mübahisəli faktların araşdırılmasını, iddia edilən hüququn mövcudluğunun müəyyən edilməsini və iddiaçının öz hüququnun müdafiəsi istiqamətində lazımi diqqət, sayıqlıq və səy göstəribgöstərməməsinin qiymətləndirilməsini tələb etdikdə, bu məsələ iddianın mümkünlüyü mərhələsində həll edilə bilməz. Belə hallarda iddiaçının hüquqi marağının mövcudluğu məsələsi iddianın mahiyyəti üzrə araşdırılmaqla, iş üzrə bütün faktiki və hüquqi hallar nəzərə alınmaqla qiymətləndirilməlidir.
34. Hazırkı işdə i ddiaçının tələbi Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz şəxslərə ödənilən birdəfəlik yardımın – 2020-ci ilin aprel, may, iyun və avqust ayları üzrə ümumilikdə 760 manat məbləğində ödənişin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir. Birinci və apellyasiya instansiya məhkəmələri iddiaçının mövqeyini əsaslı hesab edərək iddia tələbini təmin etmişlər.
35. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 7 aprel 2020-ci il tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydaların məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiqi nəticəsində məşğulluq imkanları məhdudlaşmış, sosial-iqtisadi baxımdan çətin vəziyyətə düşmüş işsiz şəxslərin operativ və müvəqqəti sosial müdafiəsini təmin etməkdən ibarət olmuşdur. Bu institutun mah iyyəti fövqəladə şəraitdə yaranmış obyektiv çətinliklərin aradan qaldırılmasına xidmət etmişdir.
36. Beləliklə, Qaydaların təyinatı məhz pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı işsiz şəxslərin sosial rifahının qorunmasına yönəlmişdir. Belə ki, sərt karantin rejimi yəni, bir çox iş yerlərinin bağlanması, insanlar arasında olan təmasın məhdudlaşdırılması, hətta bəzi vaxtlarda yaşayış və ya olduğu yerin ümumiyyətlə tərk edilməsinə qadağaların qoyulması həmin dövrdə insanların maddi vəziyyətində obyektiv olaraq müəyyən çətinliklər yaratmışdır.
37. Məhkəmə kollegiyası vurğulayır ki, sərt karantin rejimi ilə bağlı əsas və əhəmiyyətli məhdudiyyətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2022-ci il tarixli Qərarı ilə ləğv edilmiş, iqtisadi və sosial mü nasibətlər tədricən stabilləşmişdir.
38. İş materiallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən 10 aprel 2020-ci il tarixində “işaxtaran” kimi qeydiyyata alınmış, həmin tarixdə ona “işsiz” statusu verilmiş və 6 may 2020-ci ildə SMS göndərilərək aztəminatlı sayılmadığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir. Bu imtina ilə bağlı, iddiaçı birdəfəlik ödəmənin təyinatına əsas verən 2020-ci ilin aprel–avqust aylarında nə cavabdeh inzibati orqana, nə də məhkəməyə müraciət etmişdir. Sərt karantin rejimi 20 iyun 2022-ci ildə ləğv edildiyi halda, iddiaçı mübahisəli tələblə yalnız 7 dekabr 2023-cü ildə, yəni hüququnun yarandığı tarixdən 3 ildən artıq, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan isə təxminən bir il yarım sonra inzibati orqana və məhkəməyə mür aciət etmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bu qədər uzun müddət ərzində birdəfəlik ödəmə ilə bağlı müraciət etməməsinin səbəbini nə inzibati icraat zamanı, nə də məhkəmə baxışı zamanı göstərməmişdir. Halbuki, pandemiya dövründə nəzərdə tutulmuş sosial dəstək mexanizmlərinin mahiyyəti şəxsin təxirəsalınmaz sosial ehtiyacının mövcudluğunu və həmin ehtiyacın operativ şəkildə qarşılanmasını nəzərdə tutur.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının uzun müddət ərzində hərəkətsiz qalması, hüququnun pozulduğunu bildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən istifadə etməməsi və yalnız uzun müddət keçdikdən sonra mübahisəli tələblə çıxış etməsi inzibati hüquq münasibətlərində hüquqlardan səmərəli, vaxtında və vicdanlı istifadə prinsipləri il ə uzlaşmır. Bu cür davranış, eyni zamanda, müvəqqəti xarakter daşıyan sosial yardım mexanizmlərinin məqsədinə və bu məqsədlə ayrılmış dövlət büdcəsi vəsaitlərinin səmərəli istifadəsi prinsipinə də ziddir.
41. Beləliklə, iddiaçının uzun müddət ərzində laqeyd davranışı onun birdəfəlik yardımı almaqda real və aktual marağa malik olmadığını göstərməklə yanaşı, illər sonra, artıq məqsədi və funksiyası başa çatmış bir sosial yardım institutundan onun təyinatına uyğun olmayan qaydada istifadə etməyə çalışdığını göstərir.
42. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçının hüquqi marağı artıq mövcud deyildir. Pandemiya dövrünə xas olan obyektiv səbəblər – sərt məhdudiyyətlər, məşğulluq imkanlarının kəskin azalması və təcili sosial dəstək ehtiyacı artıq aradan qalxmışdı r. Bu səbəbdən, iddiaçının uzun müddət sonra irəli sürdüyü tələbin təmin edilməsi birdəfəlik ödəmə institutunun məqsədinə və mahiyyətinə ziddir və cavabdehin imtinası qanunauyğun və əsaslı hesab edilməlidir. İddiaçının mülkiyyətə dair “qanuni gözlənti”sinin mövcud olmaması
43. Məhkəmə kollegiyası vurğulayır ki, İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya əlavə edilmiş 1 saylı Protokolun 1-ci maddəsi yalnız mövcud mülkiyyəti deyil, eyni zamanda müəyyən hallarda milli hüquqa əsaslanan mülkiyyətə dair “qanuni gözləntiləri” də əhatə edə bilər. X3 Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna əsasən, belə gözləntinin mövcudluğu üçün iddia yetərincə müəyyən, hüquqi cəhətdən tanınmış və icra edilə bilən olmalıdır. Bu baxımdan, AİHM qeyd etmişdir ki, sadəcə hüquq sistemindəki ümumi gözl ənti və ya ehtimal şəklində qalan şərti iddialar “mülkiyyət” anlayışı çərçivəsində qorunan “qanuni gözlənti” kimi qiymətləndirilə bilməz; belə gözlənti yalnız milli hüquqda kifayət qədər əsaslandırılmış hüquqi tələbin mövcudluğu halında yarana bilər. Qanunvericilik tələblərinə cavab verməyən şərtli iddia 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan “qanuni gözlənti” hesab edilə bilməz (Kopecký Slovakiyaya qarşı işi, Böyük Palata, 44912/98, 28 sentyabr 2004-cü il, §§ 45–52).
44. Məhkəmə kollegiyası, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə uyğun olaraq qeyd edir ki, sosial ödənişlər milli hüquqla tanındığı və müvafiq şərtlər yerinə yetirildiyi halda 1 saylı Protokolun 1-ci maddəsinin müdafiə dairəsinə düşə bilər, lakin dövlətlər sosial siyasətin formalaşdırılması, sosial yard ımların şərtləri və həcminin müəyyən edilməsi, eləcə də ödənilməsi müddətləri məsələlərində geniş mülahizə sərbəstliyinə malikdirlər (Kopecký Slovakiyaya qarşı işi, Böyük Palata, 44912/98, 28 sentyabr 2004-cü il, §35; Stec və başqaları Birləşmiş Krallığa qarşı (qərardad), Böyük Palata, 65731/01 və 65900/01, 06 iyul 2005, §54).
45. Hazırkı mübahisəli birdəfəlik sosial ödəniş Koronavirus (COVİD-19) pandemiyası dövründə tətbiq olunmuş, konkret və məhdud zaman kəsiyi üçün nəzərdə tutulmuş, müstəsna şəraitdə yaranmış təxirəsalınmaz sosial ehtiyacların operativ şəkildə qarşılanmasına yönəlmiş müvəqqəti sosial dəstək mexanizmi olmuşdur. İş materiallarından göründüyü kimi, iddiaçıya mübahisəli birdəfəlik sosial ödənişin verilməsindən 6 may 2020-ci il tarixində açıq və birmənalı şəkildə imtina edil miş, lakin iddiaçı bu imtinadan sonra öz hüquqlarının müdafiəsi üçün lazımi səy (due diligence) göstərməmiş və qanunvericiliklə nəzərdə tutulmuş hüquqi vasitələrdən ağlabatan müddət ərzində istifadə etməmişdir. İddiaçının uzun müddət ərzində müraciət etməməsi və yalnız illər sonra pandemiya dövrünə aid tələblə çıxış etməsi həmin sosial dəstək mexanizminin məqsədi və mahiyyəti ilə uzlaşmır. İddiaçı hüquqlarının müdafiəsinə dair şikayətlərini ağlabatan sayıqlıq, operativlik və zəruri təşəbbüslə irəli sürməmiş, nəticədə hüquqi müəyyənlik prinsipi və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi ilə uzlaşmayan həddindən artıq gecikməyə yol vermişdir. İddiaçının şikayətini daha qısa müddətdə təqdim etməsinin mümkünsüz olmasını göstərən hər hansı hal iş materialları ilə təsdiq olunmur. İddiaç ı hüquqlarının müdafiəsi üçün lazımi təşəbbüs və diqqət nümayiş etdirməli, işin mahiyyəti və faktiki şərait nəzərə alınmaqla şikayətini əsassız gecikmə olmadan təqdim etməli idi. Belə olan halda, iddiaçının sonradan həmin ödənişin ediləcəyinə dair əsaslandırılmış və hüquqi cəhətdən qorunan “qanuni gözlənti”sinin mövcud olduğunu qəbul etmək mümkün deyildir.
46. Bu baxımdan, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının mübahisəli birdəfəlik sosial ödənişə dair tələbi AİHM-in formalaşdırılmış meyarlara uyğun olaraq 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan mülkiyyətə dair “qanuni gözlənti” kimi qiymətləndirilə bilməz.
47. Məhkəmə kollegiyası qeyd edir ki, bu qəbildən olan mübahisələrin həlli zamanı Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunmas ı ilə əlaqədar verilən birdəfəlik ödəmə institutunun məqsədi və təyinatı xüsusi olaraq nəzərə alınmalı, məhkəmələrin iddianın maddi hüquqi əsası kimi istinad etdiyi normalar da bu prizmadan təfsir (teleoloji təfsir) olunmalıdır.
48. Nəzərə almaq lazımdır ki, birdəfəlik aylıq ödəmənin məqsədi hər şeydən əvvəl məhz pandemiya dövründə işsiz olan, dövlətin qayğısına və yardımına ehtiyacı olan şəxslərə dəstək olmaqdan ibarətdir. Burada həlledici məqam şəxsin sadəcə işsiz statusuna malik olması deyil, həmin kateqoriya şəxslərə müəyyən məhdudiyyətlərin tətbiqinin pandemiya dövründə baş verməsi və həmin dövrdə onun nəticələrinin aradan qaldırılması ilə bağlı olmasıdır. Odur ki, həmin institutun təyinatı və mahiyyəti baxımından işsiz statusuna malik olan şəxsin birdəfəlik yardım almaq hüququnun yar andığı tarixdən onun həmin hüququnun təmin olunması ilə bağlı müraciət etdiyi tarixədək keçən zaman kəsiyi xüsusi əhəmiyyət daşıyır. Hazırkı işdə iddiaçı hüququnun 2020-ci ildə yaranmasına rəğmən, həmin tarixdən 3 ildən çox, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan təqribən il yarım keçdikdən sonra birdəfəlik ödəmə ilə bağlı müraciət etmişdir. İddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi qeyd olunan institutun mahiyyətinə və məqsədinə zidd olardı. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
49. Yuxarıda qeyd edilənləri ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, hazırkı iddia tələbi iddiaçının hüquqi marağı və qanuni gözlə ntisi mövcud olmadığı üçün təmin edilə bilməz. Belə olan halda iddia tələbinin təmin edilməsi ilə bağlı gəlinmiş nəticə qanunvericiliyin düzgün tətbiqi kimi qəbul edilməməli və müvafiq qərar ləğv edilməlidir.
50. Odur ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsaslı olduğundan təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(106)-96/2025 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “2020-ci ilin aprel, may, iyun və avqust ayları üçün 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir.