Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2231/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya X1rşı ( üçüncü şəxs-Tovuz rayon Mərkəzi Xəstəxanası) “qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-362/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 8 nömrəli qərarına əsasən iddiaçı Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1995-ci ildən fərarilik etdiyi üçün barəsində Gəncə qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya qərarı tətbiq edilmiş, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən, xx.xx.1994-cü ildə aldığı travma-diaqnoz “İİİ-İV dərəcəli donvurma nəticəsində (1994-cü il) aparılmış sağ pəncənin bütün barmaqlarının amputasiyasından sonrakı güdülü, sol pəncənin İ-İ İ barmaqlarının distal falanqaları səviyyəsində bərkimiş dəri çapığı, funksiyanın cüzi dərəcədə pozulması ilə”, səbəbi ilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Gəncə şəhəri təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunmuşdur (Gəncə TTY xəstəxanasının verdiyi xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN Arxivinin xx.xx.2001ci il tarixli, 26/2-9769 saylı arayışı, Tovuz RHK-nın xx.xx.1999-cu il tarixli, 2/369 saylı arayışı, Gəncə qarnizonu hərbi prokurorluğunun xx.xx.2001-ci il tarixli amnistiya qərarı), “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qeyd edilmişdir. N saylı hərbi hissənin hospital HHK-nın xx.xx.1995-ci il tarixli travmanın hərbi xidmətlə səbəb əlaqəsi haqqında qərarı ləğv edilmişdir.
2. Tibbi-Sosial Eksperti za Komissiyasının müayinə sənədlərinə əsasən, İddiaçı xx.xx.2007-ci il tarixdə “hər iki ayağın İİİ-İV dərəcə donvurmasından sonra sağ ayağın bütün barmaqlarının amputasiyası, sol ayağın İ-İİ barmaqlarının distal falanqalarının amputasiyası, barmaqların çapıq döyənəyi, hər iki ayağın işemiyası” diaqnozu ilə 1 il müddətinə üçüncü dərəcə, eyni diaqnozla 2008-ci ildə 1 il müddətinə ikinci dərəcə, 2014-cü ildə 1 il müddətinə ikinci dərəcə, 2015-ci ildə 1 il müddətinə ikinci dərəcə və 2016-cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. 2021-2022-ci illərdə müxtəlif tarixlərdə “Göndərişin natamam doldurulması”, “Əlavə müalicəyə ehtiyacın olması” və “Əlillik əlaməti təyin edilmir” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci i nstansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Sonradan iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia tələbi “xx.xx.2023-cü il tarixli, **********5 nömrəli qərarın qismən ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dəyişdirilmişdir. İddiaçının əsaslandırması:
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildə Tovuz rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən travma almışdır. Bu iş materiallarına əlavə edilən Azərbaycan Resp ublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2002-ci il tarixli, 8 nömrəli qərarında da öz əksini tapmışdır. "İİİ-İV dərəcəli donvurma nəticəsində (1994-cü il) aparılmış sağ pəncənin bütün barmaqlarının amputasiyasından sonrakı güdülü, sol pəncənin l-İl barmaqlarının distal falanqaları səviyyəsində bərkimiş dəri çapığı, funksiyanın cüzi dərəcədə pozulması" səbəbi ilə 3cü dərəcəli əlillik təyin olunmuşdur. Bununla bağlı xx.xx.2003-cü il tarixli əlillik vəsiqəsi verilmişdir. Bundan sonra əlilliyi dayandırılmışdır. Əlilliyinin yenidən bərpa olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh əsassız bir səbəbə görə imtina etmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Dövlət Tibbi-Sosial Eksperti za və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyası xx.xx.2022-ci il tarixdə 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir.
7. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AANYG nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin 0321003AAROG nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmiş dir.
8. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, iddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2002-ci il tarixli 8 nömrəli Qərar verilmişdir. Həmin qərarda "İİİ-İV dərəcəli donvurma nəticəsində (1994cü il) aparılmış sağ pəncənin bütün barmaqlarının amputasiyasından sonrakı güdülü, sol pəncənin l-İl barmaqlarının distal falanqaları səviyyəsində bərkimiş dəri çapığı, funksiyanın cüzi dərəcədə pozulması ilə" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir.
9. İddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin müayinəsi zamanı sağ pəncədə barmaqlarının olmaması izlən ilmişdir. Periferik nəbz kafi dolğunluqdadır. Xroniki qan dövranı çatışmazlığı, xroniki işemiya əlamətləri müəyyən edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmçinin, vətəndaş təkrarən xx.xx.2022-ci il tarixdə DTSERAda əyani müayinədə olmuş, "Xəstənin müayinəsi zamanı ayaqlarında ağrıdan, sancıdan şikayətlənmişdir. Baxış zamanı sağ ayağın bütün barmaqlarının proksimal falanqa səviyyəsindən amputasiyası, periferik arteriyalarda dolğun nəbz izlənilmişdir. İxtisaslaşmış tibb müəssisələrindən müalicə müddəti yetərsiz olmuşdur" kimi qeyd olunmuş, Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayaq barmaqlarının distal falanqa səviyyəsindən amputasion güdülü izlənmiş, hər iki ayaq arxasında dolğun nəbz müşahidə edilmişdir.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli arayışında diaqnoz obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır.
11. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-2481/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ti bbi Ekspertiza və X3 publik hüquqi şəxsə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: Birinci sual: İddiaçı qoyulmuş diaqnozlar (işdə olan əlilliyin təyinindən imtina barədə xx.xx.2023-cü il tarixli qərarla) onun orqanizmində baş verən pataloji duruma uyğun düzgün müəyyən edilmişdirmi? İkinci sual: Hazırda iddiaçıda hansı xəstəliklərin əlamətləri var, olduğu təqdirdə orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi necədir? Üçüncü sual: İddiaçı canlı müayinə olunmaqla xəstəliyi Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü? Dördüncü sual: İddiaçının əlavə müalicəyə ehtiyacı varmı və əlavə müalicə nəticəsində orqanizm in funksiyalarının pozulmasının faizinin azalma imkanı varmı?
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB” PHŞ-nin xx.xx.2023cü il tarixli, T 661/2023 saylı ekspert rəyi ilə ekspert qarşısında qoyulmuş suallara aşağıdakı kimi cavab verilmişdir: Birinci suala cavab: iddiaçı hazırda “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdülləri.” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz xx.xx.2023-cü il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İki, üç və dördüncü suallara cavab: İddiaçının əziyyət çəkdiyi “Aşıq-baldır oynağı nahiy əsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdülləri.” xəstəliklər nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, N-413 qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, N- 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmadı. İddiaçının hazırda əlavə müalicəyə ehtiyacı yoxdur və kəskinləşərkən müalicəyə cəlb oluna bilər.
14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-165/2024 saylı qərarı ilə iddianın təmin edilməsi, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.21-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla, xx.xx.2023-cü il tarixdən müddətsiz əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
15. Birinci instansiya məhkəməsi qeyd edir ki, iddiaçının xəstəliyi ilə əlaqədar ona “hər iki ayağın İİİ-İV dərəcə donvurmasından sonra sağ ayağın bütün barmaqlarının amputasiyası, sol ayağın İ-İİ barmaqlarının distal falanqalarının amputasiyası, barm aqların çapıq döyənəyi” diaqnozu qoyulmaqla, dəfələrlə üçüncü və ikinci dərəcə əlillik təyin edilməsinə baxmayaraq, növbəti müayinələr nəticəsində eyni diaqnozla “Əlavə müalicəyə ehtiyacın olması”, “Göndərişin natamam doldurulması” və “əlillik əlamətinin olmaması” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə “Orq anizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. -13.4.21-ci bəndinə əsasən pəncənin Lisfrank oynağı səviyyəsində amputasiyası və ya Şarp üsulu ilə ayaq daraq sümüklərinin amputasiyasına görə orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla orqanizmin funksiyalarının pozulması müddətsizdir.
17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla əlillik təyin edilməli olduğu halda, cavabdeh orqan bir neçə dəfə müxtəlif səbəblərə, o cümlədən əlavə müalicəyə ehtiyacın olması na istinad edərək, əlillik təyinatından imtina etmişdir.
18. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-362/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2-1(114)-165/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
21. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozla rın eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndərişlər əsasında əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2022-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, amputasiyaya məruz qalmış ətrafların uzun müddət keçdikdən sonra müalicə yolu ilə bərpa edilməsi mümkünsüz olduğu halda, cavabdehin iddiaçını əlavə müalicəyə cəlb etməklə bağlı hərəkətləri ümumiyyətlə anlaşılan deyildir. 22. “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa b orcludurlar.
23. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
24. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqno zda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır.
25. Göründüyü kimi, iddiaçı şəhadətləndirilən zaman və hazırda qeyd olunan xəstəliklərdən əziyyət çəkir və onda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.21-ci bəndində orqanizmin funksiyalarının pozulması faizi 35 faiz olmaqla, orqanizmin funksiyalarının pozulmasının müddətsiz müəyyən edilməsinə əsas verir.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. Şikayətin dəlil lərinin əsasını iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
28. Şikayətdə, həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsinin T 661/2023 nömrəli ekspert rəyinə əsasən, iddiaçı hazırda “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdülləri” xəstəliklərindən əziyyət çəkir. Qeyd edilən diaqnoz xx.xx.2023-cü il tarixli qərardakı diaqnozla uyğunluq təşkil edir və onun orqanizmində baş verən patoloji duruma uyğun düzgün müəyyən edilmişdir. İddiaçının əziyyət çəkdiyi “Aşıq-baldır oynağı nahiyəsi və ayağın toxumaların nekrozlaşan donvurması. Donvurma nəticəsində İİİ-İV dərəcəli (1994) sağ ayağın İ-İİ-İİİ-İV barmaqlarının daraq sümüklərinin başı səviyyəsində amputasiya güdüllər”i xəstəliklər nəzərə alınmaqla, şəxsin əyani müayinəsində aşkar edilən patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini səviyyəsində olmadığından ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın bəndlərindən birini aid etmək mümkün olmamışdır.
29. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi bu ekspert rəyinə əhəmiyyət verməmiş, iş üzrə düzgün olm ayan qərar qəbul etmişdir.
30. Məhkəmə heç bir qanuni əsas olmadan cavabdehin diskresion səlahiyyəti ilə bağlı qərar qəbul etmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
31. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
32. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü m addələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Mə hkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normala rı düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
37. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddiaçıya əlilliyin təyin edilməsinin əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdi r. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
39. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza mü ayinəsinə göndəriş əsasında aparılır; - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir...
40. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi-həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
41. İşdən göründüyü kimi, Göndərişdəki məlumatların mötəbərliyi (diaqnozun məzmunu) birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının nəticələri ilə də təsdiq olunmuşdur.
42. Cavabdeh hesab edir ki, məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin diskresion səlahiyyəti ilə bağlı əsassız qərar qəbul etmişdir.
43. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianı n rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. 44. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
45. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
46. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-362/2024 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.