Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2232/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı işi üzrə QƏRARİ ( Açar sözlər: Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması və qeydiyyata alınma vaxtının uzadılması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya M əhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-38/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikasının Gəncə şəhərində anadan olmuşdur. 2000-ci ilədək Gəncə şəhərində yaşamış, 2000-ci ildə valideynləri ilə birlikdə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər. 2. 2001-ci ildə iddiaçının valideynləri Rusiya vətəndaşlığını qəbul etmişlər.
3. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün cavabdehə müraciət etmişdir. 4.Cavabdehin xx.xx.2022-ci il tarixli ******* nömrəli qərarı ilə iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından im tina edilmişdir. İmtinanın səbəbi iddiaçının digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin ******* nömrəli qərarının ləğv edilməsi, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması və qeydiyyata alınma vaxtının uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
6. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur, ata və anası 2000-ci ilədək Gəncə şəhərində yaşamış, 2000-ci ildə daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüşlər. Kö çərkən anasının ümumvətəndaş pasportu ilə getmişdir. 2001-ci ildə daimi qeydiyyata düşmək məqsədilə iddiaçının valideynləri ərizə verərək Rusiya Federasiyasının vətəndaşlığını almışlar, həmin vaxtdan iddiaçı da Rusiya Federasiyasının vətəndaşı olmuşdur. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, lakin cavabdeh onun vətəndaşlıq mənsubiyyətinin tanınmasından imtina edilmişdir. cavabdehin etirazı:
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının sorğusu əsasında vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə bağlı araşdırma aparılmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 84 saylı qərarı ilə təsdiq edilmiş “Şəxsi n Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci və 4.4-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir.
8. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikasında anadan olsa da, Rusiya Federasiyasına getmiş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən də şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamışdır və ölkə ərazisində qanuni əsaslarla beş il daimi yaşadıqdan sonra vətəndaşlıq əldə etməklə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər. Nəzərə alsaq ki, şəxs Dövlət Miqrasiya Xidmətinin ara şdırmasına qədər Rusiya Federasiyasının vətəndaşı olmuşdur, bu da onu deməyə əsas verir ki, şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınması məsələsi Vətəndaşsızlıq hallarının azaldılması haqqında Konvensiyanın tələblərinə ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-513/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 4.4-cü bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi halı mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-38/2024 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-513/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmişdir) 5-ci maddəsində Azərbaycan Respublikasının vətəndaşları hesab edilə bilən şəxslərin dairəsi göstərilmiş və qeyd edilmişdir ki, bu qa nunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun.
14. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini tələb edən iddiaçı 2000-ci il tarixə kimi Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirsə də, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-57/2-8109/2024 saylı məktubda iddiaçı barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X1 arxivində hər-hansı bir məlumatın aşkar edilmədiyi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18/2-8520/24 saylı məkt ubda iddiaçının Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumatın müəyyən edilmədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1998-ci il tarixə kimi Azərbaycan Respublikasının vətəndaşı olması iş materialları ilə müəyyən edilmir.
15. Həmçinin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33543/24 saylı və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/2-1430/24 saylı məktublardan görünür ki, iddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikasının sərhədindən Rusiya Federasiyasının vətəndaşı kimi giriş və çıxış etmişdir. Göründüyü kimi iddiaçın ın Azərbaycan Respublikasının vətəndaşlığına bağlılığı yoxdur.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir.
18. Şikayətdə, həmçinin qeyd olunur ki, məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamış, maddi hüquq normalarına düzgün istinad etməmişdir. 19. "Vətəndaşlıq haqqında" Qanunun (1998-ci il 30 sentyabr tarixdə qəbul edilmiş, 1998-ci il 7 oktyabr tarixdə qüvvəyə minmiş) 1-ci maddəsinə əsasən vətəndaşlıq hüququ Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə Azərbaycan Dövlətinə mənsub o lan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır.
20. Göründüyü kimi məhkəmənin iddiaçının valideynlərinin Azərbaycan Respublikasının vətəndaşı olmağını nəzərə almamış bununla da məlum "Vətəndaşlıq haqqında" Qanunun 1-ci maddəsinin tələbini pozmuşdur.
21. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığı haqqında mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasının (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli, 84 N-li qərarı ilə təsdiq edilmişdir) 2.2-ci maddəsinə əsasən Şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirilməsi üç ün -2.2.2-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində doğulduqda (valideynlərinin hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığı olan hallar istisna olmaqla) -2.2.3-cü bəndinə əsasən valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduqda; - 2.2.4-cü bəndinə əsasən valideynlərdən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa həmin şəxslər Azərbaycan Respublikasının vətəndaşı sayılır.
22. Göründüyü kimi işə baxan məhkəmə iddiaçının şikayətini təmin etmədən saxlayan zaman yuxarıda qeyd etdiyi "Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi" qaydalarının 2.2.2, 2.2.3 və 2.2.4-cü bəndlərinin tələbini pozmuşdur.
23. İddiaçının şikayətinin təmin edilmədən saxlanılan zaman belə dəlilə istinad edilmişdir ki, guya iddiaçı xx.xx.1986 -cı ildə Azərbaycan Respublikasında anadan olub 2000-ci ilə kimi Azərbaycanda yaşasam da Rusiya vətəndaşlığını qəbul etmişdir. İddiaçı Gəncədə doğulub burada məktəbə getmişdir. Yəni ata və anası da Azərbaycan vətəndaşı olmuşdur. Anası 2000-ci ildə Rusiya vətəndaşlığı aldığı üçün ona də uşaq olduğuna görə vətəndaşlıq veriblər. Məhkəmə Rusiya vətəndaşı olmağına görə apellyasiya şikayətini təmin etməməsinin hüquqi əsası yoxdur. "Vətəndaşlıq haqqında" Azərbaycan Respublikasının qanunun hüquqi qüvvəsi qaydalardan və qərarlardan üstün qüvvəyə malikdir. Çox təəssüflər olsun ki, işə baxan məhkəmə "Vətəndaşlıq haqqında" Azərbaycan Respublikasının qanunun tələbinə əməl etməyərək mövcud qaydalara və qərarlara istinad edib şikayətimi təmin etmədən saxlamışdır.
24. Qərarda göstərilir ki, guya iddiaçı x x.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası sərhədindən Rusiya vətəndaşı kimi keçmişdir. İddiaçının ata və anası Azərbaycan vətəndaşı olsa da iddiaçı uşaq ikən anasına görə ona Rusiya vətəndaşlığı verilmişdir. İddiaçının sərhədi Rusiya vətəndaşı kimi keçməsi onun vətəndaşlıq almağına mane olan hal kimi qiymətləndirilə bilməz. Çünki bu onun "vətəndaşlıq hüququ” haqqında Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hüququnu kobud şəkildə pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Azərbaycan Respublikası Qanunu: Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Maddə
5. Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət Aşağıdakı şəxslər Azərbay can Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. Bu maddənin birinci hissəsinin 3-cü bəndi əsasında Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər. Həmin şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyində məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlər şamil edilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə
18. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi “Vətəndaşsızlığın ixt isar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı;...
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası”: 1.1. Bu Qayda “Azərbaycan Respublikası nın vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olubsa; 2.2.2. Azərbaycan Respublikasının ərazisində doğulduqda (valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olduğu hallar istisna olmaqla); 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətənd aşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa; 3.1. Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 3.3. Dövlət Miqrasiya Xidmətinə şəxs özü sorğu verdikdə, müvafiq ərizə-anketə (2 nömrəli əlavə) bu Qaydanın 3.4.1–3.4.10-cu yarımbəndlərində nəzərdə tutulan sənədləri əlavə edir.
4. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan hallar 4.1. Aşa ğıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: 4.1.1. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda; 4.1.2. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda; 4.1.3. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum olan uşaq olduqda; 4.1.4. Azərbaycan Respublikasının ərazisində doğulmuş aşağıdakı şəxslərdən biri olduqda: 4.1.4.1. doğulduğu anda valideynlərindən biri və ya hər ikisi Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa; 4.1.4.2. doğulduğu anda hər iki valideyni vətəndaşlığı olmayan şəxs olmuşdursa; 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs; 4.1.6. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa, həmin uşaq; 4.1.7. əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə, həmin uşaq; 4.1.8. valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onların uşağı; 4.1.9. uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə, onun uşağı; 4.1.10. Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda; 4.1.11. valideynlərdən birinin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilərsə, digəri isə Azərbaycan Respublikasının vətəndaşlığında qalarsa, onların uşağı. 4.2. Bu Qaydanın 4.1.6–4.1.10-cu yarımbəndlərində nəzərdə tutulan hallarda 14 yaşından 18 yaşınadək uşaqların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün onların razılıqları tələb olunur. 4.3. Bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxslərin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günə dək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmamaları onların vətəndaşsızlığına səbəb olursa, həmin şəxslərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətləri tanınır. 4.4. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərarda dının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ 29.Kassasiya şikayəti, həmçinin formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.
30. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə üçün apellyasiya məhkəməsi iddianın əsaslarının mövcud olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellya siya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
34. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
35. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsini tələb edən iddiaçı 2000-ci il tarixə kimi Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirsə də, onun Azərbaycan Respublikası ərazisində qeydiyyatı barədə məlumat müəyyən edilməmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1998-ci il tarixə kimi Azərbaycan Respublikasının vətəndaşı olması iş materialları ilə müəyyən edilmi r.
36. Apellyasiya instansiyası məhkəməsi, həmçinin düzgün olaraq “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qayda”larının 4.4. bəndinə istinadla qeyd etmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır.
37. Beləliklə, cavabdeh iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasından imtinanın əsası kimi onun digər dövlətin vətəndaşlığını əldə etdiyinə istinad etməkdə haqlı olmuşdur.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(104)-38/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.