Məhkəmə qərarları › İş №2-1(102)-2239/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2239/2025

16.01.2026
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2239/2025 16.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin göndərişdə əks olunmuş diaqnozlar əsasında müəyyən edilməsi; 2-ci dərəcə əlilliyin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Tibbi-Sosial Ekspertiza və X1 hüquqi şəxsinə qarşı xx.xx.2023-cü il tarixli 3-17-4/3-3- 16414/2023 nömrəli qərarın ləğv edilməsi və ona ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(104)-67/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyasının xx.xx.2006-cı il tarixli 256 nömrəli xəstəlik haqqında şəhadətnaməsində İddiaçı “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3- L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. İddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar ilkin olaraq xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək hər dəfə 1 il müddətə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixədək isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Təyinatlar zamanı iddiaçının diaqnozu “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” olmuşdur.

3. İddiaçının xx.xx.2021-c i il tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

4. İddiaçının xx.xx.2022-ci il tarixdə əyani müayinəsi keçirilərək diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

5. Növbəti dəfə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının xx.xx.2023-cü il və tarixdə əyani müayinəsi keçirilərək göndərişin natamam doldurulması səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

6. Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişində iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – H52.2 – Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M 8.0 və 7.0; Yanakı xəstəliklər – H53.0 – Anopsiya nəticəsində ambli opiya, Ambliopiya; Ağırlaşma – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş).

7. Daha sonra iddiaçının xx.xx.2023-cü il tarixdə əyani müayinəsi keçirilərək, ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarix də Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona 2-ci dərəcə əlilliyin və cavabdehin təqsiri üzündən ödənilməmiş müddətlərin - xx.xx.2021-ci il tarixdən başlayaraq müəyyən edilən əlillik dərəcəsinə görə pensiyanın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1966-cı ildə anadan olmaqla uzun müddət X4 xidmət etmişdir. Səhhətində problemlər 2004-cü ildən başlamışdır. Dəfələrlə “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyası, sol gözdə şüşəvari cismin bulanması” diaqnozu ilə müalicə olunmuşdur. xx.xx.2005-ci ildə cərrahi əməliyyat “L4-L5 fəqərəarası disk yırtığı, L3-L4 fəqərəarası diskin protruziyasının çıxarılması” edilmişdir. 19 iyun 2006-cı il tarixdə “L3-L4 fəqərə arası disk protruziyasından sonrakı vəziyyət. L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük ağrı sindromu ilə. Sağ aşağı ətrafın hipotrofiyası. Sol gözdə şüşəvari cismin bulanması. Asteno-nevrotik hal” diaqnozu ilə ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Həmin müddətdən etibarən daima eyni diaqnozlarla ona İİ dərəcəli əlillik təkrar verilmişdir. Göstərilən xəstəliklərdən əlavə o 2012ci ildə yenidən onurğa beynində yaranmış böyük ölçülü yırtıqdan əməliyyat olunmuşdur. Hazırda bu xəstəliklərdən əlavə şəkərli diabet xəstəliyindən, zob xəstəliyindən əziyyət çəkir. Sol gözü ümumiyyətlə görmür. Sonuncu dəfə ikinci dərəcəli əlillik dərəcəsi 06 iyun 2016-cı ildə 5 il müddətində 04 iyun 2021-ci il tarixədək verilmişdir. 04 iyun 2021-ci il tarixdə yenidən sənədlərin əlillik dərəcəs inin verilməsi üçün göndərilmişdir. Lakin 6 aya yaxın müddətə Gəncə şəhəri Səhiyyə İdarəsi sənədləri cavabdehə göndərməmiş, cavabdeh orqan da öz növbəsində heç bir üzrlü səbəb olmadan 9 ay sənədlərini saxlamış, nəticədə ona əlilik dərəcəsinin verilməsindən imtina edilmişdir. O, müayinədə xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə olmuşdur. 23 iyun 2022-ci ildə qiymətləndirmə olmuş, lakin həmin nəticə ona bildirilməmişdir. Sonradan onun cavabdeh orqanla əlaqə qurmağı nəticəsində bilmişdir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixli qiymətləndirmə əsasında ona əlillik dərəcəsi verilməməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən sonuncu qiymətləndirmə zamanı o bütün xəstəlikləri barədə sənədləri təqdim etsə də, diaqnozlar tam qeyd olunmamışdır. Sol gözün ün görməməsi elə təkbaşına əlillik dərəcəsinin yaranması üçün əsas olsa da, lakin bu və digər diaqnozlar qeyd olunmadan, yalnız onurğa sütununda olan xəstəlik qərəzli olaraq yüngül formada qeyd edilməklə əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Bu isə təsdiq edir ki, cavabdeh orqan ona qarşı qərəzli mövqedə olmuş və əlillik dərəcəsi verməkdən qeyri-obyektiv səbəblərdən imtina etmişdir.

10. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli T544/2022 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş A.Q.Ağabalayevin əlillik vəziyyətinin tibbi-sosial e kspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün X3 adına Gəncə Şəhər Xəstəxanasının 0495003AAMXC nömrəli göndərişdə (088 nömrəli Formada) qeyd edilən “İşlasla gedən lümbaqo, L3-L4 f/a diskdə 15mm sekvestə olunmuş ekstruziya. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L3-L4 f/a disk yırtığına təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət, davamlı sağtərəfli kökcük ağrı sindromu ilə. Digər paralitik sindromlar, sağ pəncənin parezi.” diaqnoz onun stasionarda müayinə və müalicəsi zamanı anamnestik, kliniki, laborator-instrumental və diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyindən xəstəliyin proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Həmin diaqnoz nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilliyin təyini zamanı o na Nazirlər Kabinetinin istər xx.xx.2015-ci 11 tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyerlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci 11 tarixli 187 saylı Qərarı ilə təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddətinin təyini”ndə meyarların hər hansı birini aid etmək mümkün olmamışdır.

11. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və X2” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T113/2023 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin rəy ilə belə nəticəyə gəlinmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı X3 adına Gəncə şəhər Xəstəxana, 0495003AAMXC nömrəli göndərişində qeyd olunan “Əsas diaqnoz: M54.4 - işiasla gedən lümbaqo L3-L4 f/a diskdə 15 mm sekvestə olunmuş ekstruziya, b) Ağırlaşma: Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər L4-L5 f/a disk yırtığın təkrar cərrahi əməliyyatdan sonrakı vəziyyət davamlı sağ tərəfli kökcük ağrı sindromu ilə, E11.4 insulindən asılı olmayan, şəkərli diabet, nevroloji ağırlaşmalarla, şəkərli diabet İİ tip, insulinə ehtiyacı olan xəstə, diabetik neyropatiya. R26-hərəkətin və yerişin pozulmaları, yeriş dayaq hərəkət funksiyasının pozulması, G83-digər paralitik sindromlar, sağ pəncənin parezi. c)Yanaşı xəstəliklər: İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX, aorta və tac damarlarının aterosklerozu, E04.2-qeyri-toksik çox düyünlü ur, N 40-prostat vəzinin hiperplaziyası, İ10- essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, H26.2-ağırlaşmış katarakta, sol gözdə ağırlaşmış katarakta, E11-insulindən asılı olmayan şəkərli diabet İİ tip insulinə ehtiyacı olan xəstə” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Onun hal-hazırkı sağlamlıq durumu bərpaedici müalicə tələb etmir.

12. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-196/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

13. Həmin qərardan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-625/2023 nömrəli qərardadı ilə qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməs inin xx.xx.2023-cü il tarixli 21(114)-196/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

14. İddiaçı məhkəməyə bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr verərək son olaraq iddianı “ona müddətsiz orqanizmin funksiyalaraının 50 faiz pozulması barədə cavabdeh orqanın 19 iyul 2023-cü il tarixli, 3-17-4/3-3-16414/2023 saylı qərarının ləğv edilməsi və ona xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dəyişdirilməsinə xahiş etmişdir.

15. Cavabdeh iddia dair etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndərişi əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti tə yin etmir barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyəti tibb müəssisəsinin P00105395RNC nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 256 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "L4-L5 fəqərəarası disk yırtığı, nəzərə çarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması" diaqnozlu xəstəliyin səbəb əla qəsi "Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri bel ağrısından, sol gözünün zəif görməsindəndir. Nevroloji statusu: diz refleksləri D=S canlı çağrılmış, sağ tərəfdə Axil refleksi çağrılmamış. aşağı ətraflarda əzələ gücü və tonusu dəyişiksiz, hərəkətlər sərbəst müəyyən edilmişdir. əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəkət məhdudiyyət qeyd olunmamışdır" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı komissiya otağına əsa ilə daxil olmuş, sol gözünün tamamən görməməsi, bel nahiyəsində ağrılar, aşa ğı ətraflarının qıcolma hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarında bir neçə dəfə göz və onurğa xəstəliklərinə görə cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Nevroloji zamanı diz refleksi canlı çağrılmış D=S, sağ aşağı ətrafda axil refleksi alınmamış, aşağı ətraflarda əzələ gücü və tonusu normal, hərəkətlər sərbəst və ağrısız olmuş, əlillik təyinatına əsas verən patofunksional pozuntu və hərəkət məhdudiyyət qeyd olunmamışdır X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli 3785 nömrəli Tibbi rəyində diaqnoz "Vis OD=0,8 k/e OS =0,05 k/e. Astiqmatizm" kimi qeyd olunmuşdur ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-ci il tarixli Oftalmoloq müayinəsinin nəticəsi "OD=0,5k/etmir, Vis OS=0,02 k/etmir OD-başlanğıc katarakta. OSmürəkkəb miopik astiqmatizm. Ambliopiya. Bəbə k qeyri-düzgün formada, aşağıdadır" kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin 4 iyul 2024-cü il tarixli, 2-1(114)-1278/2024 nömrəli qərarı ilə (hakim G.Əliyeva) iddia təmin edilərək cavabdehin xx.xx.2023-cü il tarixli 3-174/3-3-16414/2023 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya Hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş də iddiaçı ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsini xahiş edir. İş materialları ilə də iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması təsdiq olunur. Belə olan halda, cavabdeh orqan tərəfindən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələbləri pozulmaqla, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz İİ dərəcə əlillik təyin edilməli olduğu halda, edilməmişdir. Əksinə olaraq, xx.xx.2023-cü il tarixli göndəriş əsasında iddiaçının əlilliyinin müayinəsi xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir.... ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün yenidən göndərişin tərtib edilərək əlilliyi müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 il olmasıdır, bu şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur.

18. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi bar ədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

19. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-67/2025 nömrəli qərarı ilə (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi, L.Süleymanov və R.Məcidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 4 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, əlavə olaraq şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçıda əlilliyin müəyyən edildiyi xx.xx.2006-cı il tarixdə müəyyən edilmiş xəstəliklər sonradan aradan qalxmamışdır, əksinə həmin xəstəliklərə digər xəstəliklər də əlavə olunmuşdur. İddiaçının xx.xx.2021-ci il ta rixli, xx.xx.2022-ci il tarixli müayinə qərarlarını mübahisələndirmədiyi halda fasiləsizliyin itməsinə dair cavabdehin dəlili də əsassızdır. Ona görə ki, fasiləsizlik 2022-ci ildə yox, xx.xx.2006-cı ildən xx.xx.2021-ci il tarixədək fasiləsiz olaraq ikinci dərəcə əlil kimi pensiya alması ilə müəyyən olunur. İddia müddətinin ötürülməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli qərarı isə məhkəmə icraatı zamanı qəbul edilmişdir.

21. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. K assasiya şikayətinin dəlilləri

22. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işə baxarkən sırf tibbi sənədləri və ekspert rəyini vətəndaşın xeyrinə tövsif etməklə qərar qəbul edərək vətəndaşın əlilliyin təyin edilməsinin zəruriliyini vurğulamışdır. Halbuki, ekspert heç bir instrumental müayinələr aparmadan sırf tibbi sənədlərə əsasən iddiaçının qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyini qeyd etmişdir. Diaqnozların nəticəsindən aydındır ki, iddiaçı barəsində həmin göndərişlər Hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilməsinə əsas olmuşdur. Hazırkı mübahisədə hər iki instansiya Məhkəməsi vətəndaşın əyani müayinədə olması və keçirilən instrumental müayinələr nəticəsində barəsində qəbul edilən Hərbi xidmət dö vrü ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərarı nəzərə almadan, qeyri-müəyyən formada verilmiş MTE və PA birliyinin rəyinə, iddiaçının təqdim etdiyi tibbi sənədlərə istinad edərək əsassız qərar qəbul etmişdirlər. Göründüyü kimi, iddiaçının əyani müayinəsi zamanı keçirilən müayinələr nəticəsində göndərişdə qeyd edilən diaqnozların iddiaçıda orqanizm funksiyalarının 50 faiz pozulması müəyyən olunduğundan cavabdeh inzibati orqanın əlillik təyinatı qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normati v hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun ol araq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sən əd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin mü əyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Az ərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi B ölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya 1 nömrəli əlavədə qeyd o lunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya 2 nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya gönd əriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komi ssiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmal ar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. 2.7. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə çıxışını, habelə göndəriş barəd ə məlumatların real vaxt rejimində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X5 Sistemi”nə ötürülməsini təmin edir. 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

27. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidm əti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsasla ndırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün haz ırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-ü il tarixli 3-174/3-3-16414/2023 nömrəli qərarı ləğv edilməklə ona xx.xx.2021-ci il tarixdən müddətsiz 2ci dərəcə əlilliyin təyin edilməsinə nail olmaqdan ibarətdir. B aşqa sözlə iddiaçı onun əlillik müddəti bitdiyi tarixdən ona müddətsiz əlilliyin təyinini istəyir.

32. İşdən görünür ki, iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək hər dəfə 1 il müddətə ikinci dərəcə əlillik, xx.xx.2016-cı il tarixədək isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Təyinatlar zamanı iddiaçının diaqnozu “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” olmuşdur. Əlillik müddətinin bitməsi ilə əlaqədar iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış və xx.xx.2021-ci il tarixdə əyani müayinəsi keçirilərək “göndərişin natamam doldurulması” səbəbi ilə, x x.xx.2022-ci il tarixdə isə “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.

33. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçı 2006-cı ildən 2021-ci ilə kimi yuxarıda qeyd olunan diaqnozlar ilə əlil olmuş, sonradan onun əlillik müddəti bitməsi ilə əlaqədar ona müddətsiz əlilliyin təyini üçün o yenidən cavabdehə müraciət etmiş, lakin əyani müayinə nəticəsində onda olan hazırkı xəstəliklərin əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyinatından imtina edilmişdir. Həmin imtinalardan sonra iddiaçı məhkəməyə müraciət etmiş və işə birinci instansiya məhkəməsində ilk dəfə baxılarkən məhkəmə tibb ekspertizalarının verdiyi rəylərdən müəyyən olunmuşdur ki, iddiaçının diaqnozunda göstərilən xəstəliklərin dərəcəsi əlillik təyin etməyə əsas vermir.

34. Mə hkəmə icraatı gedişində iddiaçının əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının yeni xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə yenidən baxılmış və ona Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir.

35. Bundan sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərarı ləğv edilməklə ona xx.xx.2021-ci il tarixdən müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

36. İddianı təmin edən aşağı instansiya məhkəmələrin mövqeyi belə olmuşdur ki, məhkəmə icraatı gedişində İddiaçı əlillik vəziyyətinə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında xx.xx.2023-cü il tarixdə yenidən baxılmış və ona “Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M8.0 və 7,0. Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (onda səkkiz) Vis Os-0,05 k/e (yüzdə beş)” diaqnozu üzrə Hərbi xidmət dövrü ilə əlaqədar gözdən əlilliyi olan şəxs kimi orqanizmin funksiyalarının 50% pozulması barədə müddətsiz İİİ dərəcə əlillik təyin edilməsinə dair xx.xx.2023-ü il tarixli 3-17-4/3-3-16414/2023 nömrəli qərar qəbul edilmişdir. Hansı ki, sonuncu göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar əvvəllər ona İİ dərəcə əlillik təyinatı zamanı mövcud olmuş və əlillik təyininə əsas olmuş diaqnozlar olmuş, hətta əlavə olaraq yanakı xəstəlik H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya və Xəstəliyin ağırlaşması – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş)) da olmuşdur.

37. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qərarın 25-26-cı bəndlərində qeyd olunmuş normativ tənzimləməyə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında həyata keçirilir və bu qiymətləndirmə məhz göndərişdə əks olunmuş diaqnozlar, tibbi göstəricilər və sənədlər çərçivəsində aparılır. Bu baxımdan, əlillik dərəcəsinin müəyyən edilməsi göndərişdə göstərilən xəstəlik və funksional pozuntuların tibbi-sosial ekspertiza zamanı təsdiqini tapması ilə şərtlənir.

38. Kassasiya instansiyası məhkəməsinin qəbul etdiyi bir çox q ərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı özü məhkəmə icraatı dövründə Gəncə şəhər Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il ta rixli göndərişini cavabdehə təqdim etmiş, həmin göndərişdə isə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz – H52.2 – Astiqmatizm, OS-Mürəkkəb miopik astiqmatizm M 8.0 və 7,0; Yanakı xəstəliklər – H53.0 – Anopsiya nəticəsində ambliopiya, Ambliopiya; Ağırlaşma – H54.6 – Monokulyar orta ağır görmə pozğunluğu, Vis OD-0.8 k/e (ond səkkiz) Vis OS-0.05 k/e (yüzdə beş).

40. Cavabdeh də yeni göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda mövcud olmasını müəyyən etdiyindən iddiaçıya müddətsiz İİİ dərəcə əlillik təyin etmişdir. Həmin göndərişdə iddiaçının əvvəlki əlilliyə əsas olan diaqnozlar, yəni “L4-L5 fəqərəarası disk yırtığı, nəzərəçarpan dərəcədə kökcük-ağrı sindromu ilə. L4-L5 fəqərəarası disk yırtığının, L3-L4 fəqərəarası disk protruziyasının çıxarılmasından sonrakı hal (2005). Sol gözün şüşəvari cisminin posttravmatik bulanması” kimi diaqnozlar üzrə xəstəlikləri əks olunmadığından cavabdeh tərəfindən nəzərə alınmamışdır.

41. Kollegiya hesab edir ki, göndərişdə əks olunmayan diaqnozlara əsasən daha ağır əlillik dərəcəsinin müəyyən edilməsinin tələb olunması hüquqi baxımdan əsaslı sayıla bilməz. Belə ki, əlilliyin qiymətləndirilməsi proseduru formal və normativ qaydalarla ciddi şəkildə tənzimlənmiş inzibati prosesdir, cavabdehin bu çərçivədən kənara çıxaraq əlavə və ya əvvəlki diaqnozlara əsaslanmaq səlahiyyəti mövcud deyildir. Bu halda iddiaçı həmin diaqnozların nəzərə alınmasını zəruri hesab edirdisə, ilk növbədə qeyd olunan xəstəlik və ağırlaşmalar tibbi müəssisə tərəfindən rəsmiləşdirilmiş sonuncu göndərişdə öz əksini tapmalı idi.

42. Bu səbəbdən tibbi-sosial ekspertiza müayinəsinin göndərişdə göstərilən tibbi məlumatlar əsasında aparılması və həmin məlumatların qiymətləndirilməsi nəticəsində iddiaçıya İİİ dərəcə əlillik təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun olmuş, cavabdeh inzibati orqan tərəfindən maddi və prosessual hüquq normalarının pozulması müəyyən edilməmişdir. Buna görə də, iddia tələbinin cavabdehin xx.xx.2023-ü il tarixli 3-17-4/3-316414/2023 nömrəli qərarının ləğv edilməsi hissəsi əsassız olmuşdur.

43. Məhkəmə kollegiyası iddiaçının 10 ildən artıq fasiləsiz ikinci dərəcə əlilliyinin olması əsası ilə məhkəmə ekspertizası rəyi ilə təsdiqlənən xəstəlikləri əsasında xx.xx.2021-ci il tarixdən(2-ci dərəcə əlilliyin təyin edilməsi müddətinin bitdiyi tarixdən) müddətsiz 2-ci dərəcə əlilliyin təyin edilməsi tələbi üz rə bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

44. Göründüyü kimi, Qaydalarda əlilliyin yuxarıda göstərilən şərtlər əsasında müddətsiz təyin edilməsi üçün növbəti qiymətləndirmə aparılması zəruridir. Əlilliyin qiymətləndirilməsi isə “Əlilli yi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir və tibb müəssisəsinin göndərişi əsasında aparılır.

45. Buna görə də, iddiaçıya sonuncu dəfə təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra (xx.xx.2021-ci il) göndəriş rəsmiləşdirilmədən müddətsiz İİ dərəcə əlillik təyin edilməli olması barədə məhkəmələrin mövqeyi yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə zidd olmuşdur.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbi rədd edilməlidir.

47. Eyni zamanda iddiaçıya izah edilir ki, sağlamlıq vəziyyəti ndə dəyişiklik olduğu və ya yeni tibbi sənədlər mövcud olduğu halda qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni göndəriş verilməsi əsasında əlilliyin təkrar qiymətləndirilməsi məsələsinə baxıla bilər.

48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 21(104)-67/2025 nömrəli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar