Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2245/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh İsmayıllı rayon Zeyvə bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması, xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi, kassasiyanın qeyri-mümkünlüyü, vahid məhkəmə təcrübəsi) 17.12.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh İsmayıllı rayon Zeyvə bələdiyyəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(107)-265/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə ona ayrılmış 2000 kv.metr torpaq sahəsinə eyni nömrə və tarixlə hazırlanmış X2 2000 kv.metr torpaq sahəsi ayrılması barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir
2. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2025-ci tarixli, 2-1(116)-856/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
3. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 2-1(107)-2 65/2025 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, İsmayıllı rayon Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 10 nömrəli qərarı ilə iddiaçıya 2000 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, sözügedən qərar əsasında X2 da 2000 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Ayrılmış torpaq sahələrinə dair tərtib edilmiş ilkin yerquruluşu planlarına adi visual baxışla müəyyən edilir ki, həmin torpaq sahələri qonşu ərazilər olsalar da, üst-üstə düşmürlər. İddiaçı, özü də fərqi ndədir ki, X1 adına hazırlanmış A 030576 nömrəli plan-ölçü sənədi ona ayrılmış torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, iddia ərizəsində iddiaçı qeyd edir ki, “mübahisəli sahə dövlət torpaq kadastr kitabında Zeyvə bələdiyyəsinin qərarına əsasən xx.xx.2007-ci il tarixli 533 nömrəli A 030576 say ilə qeydiyyata alınmış olsa da, İsmayıllı rayon Dövlət Arxivindən təqdim edilmiş sənədlər əsasında yeruquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin ayrılmış sahə iddiaçıya ayrılmış sahə ilə üst-üstə düşmür”. Bununla belə iddiaçı, sözügedən plan-ölçü sənədinin Zeyvə bələdiyyəsinin qərarı əsasında tərtib edilməsi faktına istinad edərək həmin qərarın ləğv edilməsini xahiş edir. Yuxarıda qeyd edildiyi kimi, İsmayıllı rayon Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X3 və İddiaçı ay rılmış torpaq sahələrinə dair ilkin yerquruluşu sənədlərinə əsasən həmin torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq, X2 müvafiq torpaq sahəsinin ayrılması barədə İsmayıllı rayon Zeyvə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarını yox, həmin qərar əsasında hüquqların dövlət qeydiyyatını aparmış qeydiyyat orqanının hərəkətlərini özünə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissədə mübahisələndirməlidir. Başqa sözlə, İsmayıllı rayon Zeyvə bələdiyyəsi iddiaçıya ayrımış torpaq sahəsini həm də, Ziba Xəlilovaya satmamış, mübahisələndirilən qərar iddiaçının subyektiv hüquqlarına müdaxilə etməmişdir. İddiaçı yalnız, bələdiyyə tərəfindən eyni torpaq sahəsinin həm özünə, həm də Ziba Xəlilovaya satılmas ı halında həmin qərarın onun subyektiv hüquqlarına müdaxilə etdiyini iddia edə bilər. Əgər iddiaçı hesab edirsə ki, bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır, bu zaman qeydiyyat orqanının hərəkətlərini mübahisələndirməlidir. Məhz həmin icraat çərçivəsində iddiaçıya bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin naturada yeri ilkin yerquruluşu planına uyğun müəyyən edilməklə adına hazırlanmış A 006592 nömrəli plan-ölçü sənədinin cizgisi və koordinatları ilə müqayisəli yoxlanacaq (plan-ölçü sənədinin bələdiyyənin ayırdığı torpaq sahəsinə uyğunluğu), daha sonra isə iddiaçıya bələdiyyə tərəfindən ayrılmış, naturada yeri müəyyən edilən torpaq sahəsi üzərində üçüncü şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiy yatının aparılıb-aparılmaması ilə bağlı cavabdeh orqanın hərəkətlərinə hüquqi qiymət veriləcəkdir. Göründüyü kimi hazırkı vəziyyətdə iddianın predmeti düzgün müəyyən edilməmişdir. Faktiki mübahisələndiriləməli olan məsələ bələdiyyə qərarının qanunsuzluğu yox, qeydiyyat orqanının hərəkətləri olmalıdır.
5. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
6. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllənin 94.2, 96.296.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyab r tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
7. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks o lunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhk əmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
8. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkə n baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qal dırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102) 490/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1687/2024 nömrəli, xx.xx.2025-ci il tarixli 2-1(102)-1193/2025 nömrəli qərarları).
10. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır (Bununla bağlı bax: Azərbayca n Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)-2107/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2645/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2394/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 21(102)-2985/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)-2940/2023 nömrəli qərarları).
11. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də iddiaçı kassasiya şikayəti verər kən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
12. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərardadının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
13. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 aprel 2025-ci il tarixli, 21(107)-265/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.