Məhkəmə qərarları › İş №2-1(102)-2249/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2249/2023

17.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2249/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmtəə nişanının qeydiyyata alınması; tanınmış şəxsin adından istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə qarşı “əmtəə nişanının qeydiyyata alınması və şəhadətnamə verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(10 3)-1969/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ

1. İddiaçı cavabdehə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək “THECHURCHİLL” PUB&BAR kombinasiya olunmuş əmtəə nişanının qeydiyyata alınmasını xahiş etmişdir.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli əmtəə nişanın qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişində qeyd edilmişdir ki, “2021 03090 №-li iddia ərizəsində iddia olunan “THECHURCHİLL” nişanı ƏXBT-nin 43-cü (kafe xidmətləri; restoran xidmətləri; bar xidmətləri; qəlyan xidmətləri; yeməklərin hazırlanması və evlərə çatdırılması xidmətləri) sinif xidmətləri üzrə iddia olunmuşdur. Təqdim etdiyiniz nişanın adı olaraq qeyd olunan “T HECHURCHİLL” sözündə “The” sözönü artiklıdır, “CHURCHİLL” isə məşhur X3Churchill adından götürülmüşdür. Çörçill İngilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Nəzərinizə çatdırırıq ki, tərkibində bu kimi işarələri saxlayan nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr”in əmtəə nişanı kimi qeydə alınmasına yol v erilmir. Qeyd: Qanunun 14-cü maddəsinin 5-ci abzasına əsasən iddia edilən nişan üzrə ekspertizanın nəticəsi əsasında rədd qərarı qəbul etməzdən əvvəl bu barədə müvafiq bildiriş iddiaçıya göndərilir. İddiaçı ekspertizanın nəticəsi ilə razı olmadıqda, bildirişi aldığı tarixdən 2 ay ərzində öz dəlillərini ekspertizanı aparan tərəfə təqdim edə bilər.”

3. İddiaçı cavabdehdən rədd bildirişinə cavabı nəzərə alaraq və ekspertizanı yenidən aparmaqla əmtəə nişanını qeydiyyata almağı xahiş etmişdir.

4. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının A87-7/22 saylı iş üzrə xx.xx.2022-ci il tarixli iclasının protokolundan görünür ki, "İddiaçı məxsus (2021 03090 nömrəli barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Ekspertiza) xx.xx.2022-ci il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən verilmiş etiraz ərizəsinə Əqli Mülkiyyət Agentliyinin Apellyasiya şurasının açıq iclasında baxılıb qərar qəbul edilmişdir.”

5. Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Sənaye Mülkiyyətinin Mühafizəsi Sahəsində Mübahisələrə baxan Apelyasiya Şurasının xx.xx.2022-ci il tarixli A87-7/22 saylı qərarından görünür ki, iddiaçı (ərizəçi) İddiaçı məxsus "THECHURCHİLL” (2021 03090 nömrəli iddia sənədi) əmtəə nişanının 43-cü sinif xidmətləri üzrə qeydiyyata alınmasından imtina edilməsi barədə Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Ekspertiza) xx.xx.2022-ci il tarixli qərarından iddiaçı (ərizəçi) tərəfindən Azərbaycan Resp ublikasının Əqli Mülkiyyət Agentliyinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına verilmiş etiraz ərizəsi əsassız hesab olunaraq, təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2021 03090 nömrəli ərizə ilə "THECHURCHİLL” PUB & BAR kombinasiya olunmuş əmtəə nişanının qeydiyyata alınaraq şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, vergi orqanında rəsmi qeydə alınmış və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında ********** say lı şəhadətnamə (VÖEN) verilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə elektron ərizə ilə müraciət edərək, “THECHURCHİLL” PUB & BAR kombinasiyalı əmtəə nişanının ƏXBT-nin 43-cü sinfi üzrə adına qeydə alınmasını xahiş etmiş, lakin cavabdehin Patent və X2 Mərkəzi tərəfindən əmtəə nişanının qeydə alınmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişi ilə ona imtina verilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, “təqdim etdiyiniz nişanın adı olaraq qeyd olunan “THECHURCHİLL” sözündə “The” söz önü artiklidir. “CHURCHİLL” isə məşhur X3 - Churchill adından götürülmüşdür. Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətl ər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Tərkibində bu kimi işarələri saxlayan nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Azərbaycan Respublikası “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən “tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr”in əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir.”

8. Bundan sonra iddiaçı cavabdehin Apellyasiya Şurasına müraciət edərək göstərmişdir ki, iddia etdiyi əmtəə nişanı heç bir mənası olmayan və heç bir şəxsin adı olmayan “THECHURCHİLL” sözündən ibarətdir, ingilis qrammatikasında adam adlarının əvvəlində artikllər qoyulmur və “The” artiklı iddia etdiyi heç bir mənası olmayan uyd urma “THECHURCHİLL” sözündən ibarətdir, “CHURCHİLL” sözünə istinad etməklə bu sözün məşhur X3-Churchill adından götürülməsinə istinad etmələri tam absurddur, dünyada Churchill soyadını daşıyan minlərlə adam var, əgər iddiaçı həmin şəxslə bağlı əmtəə nişanının qeydə alınmasını tələb etsəydi, o zaman əmtəə nişanının konkret olaraq X3Churchill kimi qeydə alınmasını tələb edərdi, halbuki, iddiaçının tələb etdiyi əmtəə nişanının adı çəkilən şəxsə heç bir aidiyyəti yoxdur.

9. Bundan başqa, əgər Ekspertiza Mərkəzi ilə razılaşıb təqdim etdiyi əmtəə nişanının soyadla əlaqəli olmasını qəbul etsə də, o zaman yenə də cavabdehin imtinasına heç bir əsas ola bilməz. Belə ki, bir çox ölkələrə səfər etdiyi zaman, konkret olaraq “CHURCHİLL” adında fəaliyyət göstərən bar və restoranların mövcud olduğunun şah idi olmuş və həmin ölkələrdə də bu əmtəə nişanları qeydiyyatdan keçmişdir. Belə ki, Amerika Patent İdarəsinin rəsmi saytın açıq axtarış bazalarında axtarış aparıldıqda, ümumiyyətlə onlarla “CHURCHİLL” adında əmtəə nişanının müxtəlif siniflərdə qeydiyyata alındığını aşkar etmək olar. Qeyd olunan siyahıdan bir neçəsi tərəfindən apellyasiya şurasına təqdim edilmişdir. Həmçinin o da qeyd olunmalıdır ki, cavabdehin istinadı ilə razılaşsa ki, bu ad Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dövlət xadiminin adıdır, halbuki iddiaçı bununla razılaşmır və buna baxmayaraq, cavabdehin “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad edilməsi yenə də absurddur. C avabdehin etirazları:

10. Cavabdeh iddia ərizəsinə qarşı etirazda qeyd etmişdir ki, İddiaçı 2021-ci il 15 dekabr tarixində 2021 03090 nömrəli iddia sənədi ilə “THECHURCİLL” nişanının Əmtəə və Xidmətlərin Beynəlxalq Təsnifatının (ƏXBT) 43-cü sinif (“kafe xidmətləri; restoran xidmətləri; bar xidmətləri; qəlyan xidmətləri; yeməklərin hazırlanması və evlərə çatdırılması xidmətləri”) xidmətləri üzrə qeydiyyata alınması üçün Agentliyə müraciət etmişdir. Agentliyin tabeliyində olan Patent və X1 Mərkəzinin (bundan sonra - Mərkəz) 2022-ci il 22 aprel tarixli qərarı ilə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 6-cı maddəsinin 2-ci hissəsinin “c” (tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələri təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır) bəndinə istinad edilərək “THECHURCİLL” nişanının qeydiyyata alınmasından imtina edilmişdir. Əmtəə nişanının qeydiyyata alınmasından imtina barədə Mərkəzin 2022-ci il 22 aprel tarixli qərarından iddiaçı tərəfindən Agentliyin Sənaye mülkiyyətinin mühafizəsi sahəsində mübahisələrə baxan Apellyasiya şurasına (bundan sonra - Apellyasiya Şurası) etiraz ərizəsi verilmiş, lakin Apellyasiya Şurasının 2022-ci il 17 iyun tarixli A87-7/22 nömrəli Qərarı ilə etiraz təmin edilməmişdir. Qanunun 6cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə əsasən tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələ r əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasına yol verilmir. “THECHURCİLL” nişanı qıraqları qara xətlə haşiyələnmiş dördbucaqlı həndəsi fiqurdan, onun içərisində ağ fon üzərində, qara rəngdə, standart şriftə yazılmış “THECHURCHİLL” sözündən və onun altında yazılmış “pub&bar” sözlərindən ibarətdir. “THECHURCHİLL” sözü nişanın təsvirinin istehlakçının diqqətini cəlb etmək məqsədilə seçilmiş əsas elementdir və nişanın mərkəzi hissəsində ön mövqedə yerləşir. Nişanda “the” ingilis dili qrammatikasında müəyyən artikldır (Definite article), “pub, bar” sözləri isə ingilis dilindən Azərbaycan dilinə “pivəxana, bar” kimi tərcümə olunur və iddia edilən xidmətlər üzrə ümumişlək xarakter daşıyan, mühafizə olunmayan söz işarələridir və nişanların tərkibində yalnız mühafizəsiz element kimi isti fadə edilə bilər. Nişanın əsas elementi olan “Churchill” sözü Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış görkəmli dövlət xadimi, natiq və yazıçı olan X3 Churchill-in adının bir hissəsidir. Nişanın tərkibində tanınmış şəxslərin soyadı tanınmış şəxslərin və ya onların vərəsələrinin razılığı yoxdursa həmin ifadələr nişan və ya onun elementi kimi qeydə alınmır. Odur ki, ekspertizanın qənaəti əsaslıdır.

11. Eyni zamanda, iddia edilən nişanda əmtəə nişanının qeydə alınmasının hüquqi əsası mövcud deyil. İddiaçının “Amerika Patent İdarəsinin rəsmi saytının açıq axtarış bazalarında axtarış aparıldıqda ümumiyyətlə onlarla “CHURCHİLL” adında əmtəə nişanının müxtəlif siniflərdə qeydiyyata alındığı aşkar edilmişdir” barədə dəlilləri əsassızdır. Belə ki, bu dəlil nişana mütləq olaraq Azərbaycan Respublikası ərazisində mühafizə verilməsinə əsas kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur. Yəni əmtəə nişanına dair iddia sənədinin verilməsi, həmin müraciətə baxılması və nişanın qeydiyyata alınması barədə normalar ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir. Buna görə də həmin ölkələrin qərarlarından biri digəri üçün məcburi hüquqi qüvvəyə malik deyildir.

12. Onu da qeyd etməyi zəruri hesab edir ki, xarici ölkələrdə oxşar nişanın qeydiyyata alınması hallarında ekspert iza mərhələsində hansı prosedurların tətbiq olunduğu məlum deyil. Əmtəə nişanının əsas funksiyası bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir. Əmtəə nişanlarının qeydiyyata alınması zamanı müvafiq maddi normaların tətbiqi və üçüncü şəxslərin hüquq və azadlıqlarının, qanuni mənafelərinin təmin edilməsi mütləqdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq nişanın təhlili bütün nişanlar eyni cür dərk edilən faktor kimi deyil, hər bir əmtəəyə uyğun xüsusi yanaşma tələb edən bir məsələdir. Bunu nəzərə alaraq nişanın təhlili aparıldıqda nişanın tərkib hissəsi olan “CHURCHİLL” ifadəsinin məşhur ingilis ictimai və dövlət xadiminin soyadı ilə əlaqəli və ya bağlı olması aydın görünür. Qanunvericiliyin tələblərinə əsasən bildirir ki, nişanın qeydiyyata alınması barədə müvafiq normalara uyğunluq məsələsi araşdırılarkən, əlamətlər və meyarlar üçüncü şəxslərin hüquqlarının məhdudlaşdırılmaması çərçivəsində müəyyən edilməlidir. Odur ki, sadə standart şriftlə təsvir edilmiş “THECHURCİLL” işarəsinə mühafizə verilərək qeydiyyata alınması, gələcəkdə üçüncü şəxslərin, yəni tanınmış şəxslərin vərəsələrinin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Üstəlik, qeyd edilən nişanın qeydiyyata alınması Qanunun 6-cı maddəsinin tələblərinin pozulması deməkdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun və Azərba ycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 166 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın müddəalarını rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1722/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.

14. Məhkəmə qeyd etmişdir ki, “... Azərbaycan Respublikasının tərəfdar çıxdığı "Sənaye mülkiyyətinin mühafizəsi haqqında” Paris Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən ərizələrin verilmə şərtləri və əmtəə nişanlarının qeydiyyatı hər bir İttifaq ölkəsində bu ölkənin qanunvericiliyi ilə müəyyən olunur. Yəni ə mtəə nişanına dair iddia sənədinin verilməsi, həmin müraciətə baxılması və nişanın qeydiyyata alınması barədə normalar ölkələrinin daxili qanunvericiliyi və ekspertizasının keçirilməsi qaydaları ilə tənzimlənir. Buna görə də həmin ölkələrin qərarlarından biri digəri üçün məcburi hüquqi qüvvəyə malik deyildir. "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublıkası Qanununun tələbləri isə tanınmış şəxslərin və onların vərəsələrinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasına yol verilmir. Məhkəmə araşdırması zamanı isə belə razılıq müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, xarici ölkələrdə oxşar nişanın qeydiyyata alınması hallarında ekspe rtiza mərhələsində fərqli prosedurlar tətbiq oluna bilər, əmtəə nişanının əsas funksiyası bir sahibkarın əmtəələrini və ya göstərdiyi xidmətləri digər sahibkarın əmtəələrindən və ya göstərdiyi xidmətlərdən fərqləndirməkdən ibarətdir”.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1969/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1722/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə uyğunluq təşkil edir. Bundan başqa, şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanun: Maddə 1. əmtəə nişanı – sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəə lərindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).... Maddə

4. Əmtəə nişanı kimi qeydə alınan nişanlar Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər: sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması. Maddə

5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin mütləq əsasları Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, k eyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqə dar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. İddia sənədinin verildiyi tarixədək bu maddənin 1-ci hissəsinin “b”, “c”, “d” bəndlərində göstərilən, lakin istifadəsi zamanı fərqləndirmə qabiliyyətinə malik olan əmtəə nişanının qeydə alınmasından imtina edilə bilməz və ya həmin əmtəə nişanı qeydə alınmışdırsa, qeydə alınma etibarsız sayıla bilməz. Bu maddənin 1-ci hissəsinin “g” bəndinə aid nişanları tərkibində saxlayan əmtəə nişanlarının istifadəsi qadağandır. Maddə

6. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları... Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:... c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina üçün əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixədək iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişan dan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmaması. 22. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli, 166 №-li Qərarı ilə təsdiq edilmişdir):...

5. Əmtəə nişanını qeydə almaqdan imtina edilməsinin digər əsasları... Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır:... c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış ş əxslərin özlərinin və varislərinin olmadığı halda, həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin icazəsi olmalıdır. Aşağıdakılar əmtəə nişanını qeydə almaqdan imtina edilməsinə əsas ola bilməz: a) əmtəə nişanını qeydə almaq üçün onun barəsində iddia sənədinin verildiyi tarixdən iddiaçının həmin əmtəə nişanından istifadə etməməsi; b) əmtəənin və ya göstərilən xidmətin xarakterik cəhətləri; c) mənşə ölkəsində mühafizə edilən nişandan yalnız elementlərlə fərqlənən, nişanın fərqləndirici xarakterini dəyişməyən və onların eyniliyini pozmayan əmtəə nişanları. ç) mənşə ölkəsində əmtəə nişanına dair iddia sənədinin verilməməsi, onun qeydiyyata alınmaması və ya qeydiyyatı müddətinin uzadılmamas ı....

35. Əmtəə nişanının qeydə alınması 35.1 Qeydə alınması haqqında qərar qəbul edildikdə, iddiaçı 4 ay ərzində dövlət rüsumu ödədikdən sonra əmtəə nişanları qeydə alınır, onlara dair məlumat dərc edilir və şəhadətnamə verilir. İddiaçı müəyyən edilən müddət ərzində dövlət rüsumunu ödəmədikdə, əlavə haqq ödəmək şərtilə, ona əlavə olaraq 4 (dörd) ay möhlət verilir. Bu şərtlər yerinə yetirilmədiyi halda, ekspertizanın qərarı ləğv edilmiş sayılır və iddia sənədi geri çağırılmış hesab edilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olund uğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin q ərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Cavabdehin əsas dəlili onda n ibarətdir ki, iddiaçının təqdim etdiyi nişanın adı olaraq qeyd olunan “THECHURCHİLL” sözündə “The” sözönü artiklıdır, “CHURCHİLL” isə məşhur X3-Churchill adından götürülmüşdür. Çörçill ingilis siyasi və dövlət xadimi, natiq və yazıçı olub, Böyük Britaniyanın baş naziri və dünyanın bugünkü simasını müəyyənləşdirən əsas şəxslərdən biridir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 46-cı şəxs olaraq daxil edilib. Ona görə də, tərkibində bu kimi işarələri saxlayan nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır.

28. Cavabdeh həmin dəlilin hüquqi əsası kimi “Əmtəə nişanları və coğrafi göstəriciləri haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinə istinad etmişdir. Həmin normanın tələbinə görə, “tanınmış şəxslərin və onların varislərinin razılığı olmad an həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr”in əmtəə nişanı kimi qeydə alınmasına yol verilmir.

29. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini iddiaçının təqdim etdiyi əmtəə nişanındakı “THECHURCHİLL” hərf birləşmələrinin əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmasından imtinanın əsası kimi qəbul etmir.

30. Məhkəmə kollegiyası ilk növbədə nəzərə alır ki, cavabdehin qeyd etdiyi dəlil əmtəə nişanını qeydə almaqdan imtinanın mütləq əsaslarına aid deyil (“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 5-ci maddəsi). Başqa sözlə, həmin dəlil iddianın əsaslılığını qeyd-şərtsiz aradan qaldırmır.

31. Əmtəə nişanını qeydə almaqdan imtinanın digər əsası kimi istinad edilən “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinin tələbinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, əvvəla, “Churchill” soyadının yalnız cavabdehin imtinasında qeyd edilən “X3 Churchill”-ə məxsus olduğu açıq informasiya resurslarındakı məlumatlara əsasən təkzib edilir.

32. Digər tərəfdən, cavabdeh də təsdiq edir ki, nişanın əsas elementi olan “Churchull” sözü “X3 Churchill”-in adının bir hissəsidir.

33. Eyni ilə, ərizədə iddia olunan nişanın əsas elementi kimi göstərilən “THECHURCHİLL” hərf birləşmələri cavabdehin qeyd etdiyi - Böyük Britaniyanın Baş naziri vəzifəsində çalışmış şəxsin addan və soyaddan ibarət “X3 Churchill”-in adını birmənalı ifadə etmir və ya nişanda məhz həmin tanınmış şəxsə istinadı qeyd-şərtsiz (özüözlüyündə) təsdiq etmir.

34. Bundan başqa, nişandakı hərf birləşmələri ilə həmin tanınmış şəxsə istinadı təsdiq edən hər hansı digər elementlərdən (fotodan, rəsmdən və s.) də istifadə edilməmişdir.

35. Eyni ilə, iddia olunan əmtəə nişanın qeydiyyat üçün təqdim olunduğu və inzibati icraatın aparıldığı vaxtda, habelə məhkəmə icraatı zamanı həmin nişanın aid olduğu xidmətin göstəriləcəyi sahibkarlıq obyektində cavabdehin nəzərdə tutduğu tanınmış şəxsi aşkar ifadə edən, başqa sözlə, iddiaçının iddia etdiyi nişandakı “THECHURCHİLL” hərf birləşmələri ilə onun məhz X3 Churchill-i nəzərdə tutması və həmin şəxsin adından və ya təsvirindən cəlbedici element kimi istifadə etməsi qənaətinə gəlməyə əsas verə bilən yanakı sübutlar da yoxdur.

36. Məhkəmə kollegiyası “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 4-cü maddəsinin tələbinə əsasən nəzərə alır ki, “hərfl ər və onların hər hansı uzlaşması” əmtəə nişanı kimi qeydə alına bilər. Hazırkı halda, iddiaçı iddia etdiyi nişanda “THECHURCHİLL” sərbəst hərf birləşmələrindən istifadə etmiş və bununla həmin nişana fərqlənmə xüsusiyyəti vermiş, nişanda mühafizə edilməli olan fərqləndirici element (“THECHURCHİLL”) yaratmışdir. Həmin elementdə, cavabdehin öz imtinasının əsası kimi qeyd etdiyi “THE” hərf birləşməsini “THECHURCHİLL” elementindən ayırmamış, həmin hərf birləşməsindən - aid olduğu sözdən ayrı yazılmalı olan artikl kimi istifadə etməmişdir.

37. Beləliklə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin “c” bəndinin iddiaçıya münasibətdə tətbiqi üçün əsaslar olmamışdır.

38. Məhkəmə kollegiyası razılaşır ki, iddia olunan nişanda “pub, bar” sözləri iddia e dilən xidmətlər üzrə ümumişlək xarakter daşıyan, mühafizə olunmayan söz işarələridir və nişanın tərkibində yalnız mühafizəsiz element kimi istifadə edilə bilər. Lakin bu, məhkəmə kollegiyasının “THECHURCHİLL” elementi ilə bağlı yuxarıda ifadə etdiyi mövqe nəzərə alınmaqla, iddia olunan əmtəə nişanının qeydə alınmalı olması barədə nəticəyə təsir etmir.

39. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, hazırkı qərarda ifadə olunan hüquqi mövqe iddia olunan əmtəə nişanının qeydə alınmasının ümumi qaydalarını müəyyən edən normalarda nəzərdə tutulmuş tələblərin tətbiqi imkanına təsir etmir.

40. Eyni ilə, hazırkı qərarda ifadə olunan hüquqi mövqe tərəflər arasında əmtəə nişanının ifadə forması və məzmunu ilə bağlı razılaşma əldə edilməsi imkanını da istisna etmir.

41. Yuxarıda göstərilənlərə əsasə n, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1969/2023 nömrəli qərarı ləğv edilir. Cavabdehin üzərinə "THECHURCHİLL” PUB & BAR kombinasiya olunmuş əmtəə nişanının iddiaçının adına qeydiyyata alınaraq şəhadətnamənin verilməsi öhdəliyi qoyulur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar