Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2252/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icra edilməməsi ilə bağlı prosessual təsir tədbirlərinin görülməsi üzrə icraat) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli, 2-1(105)-455/2024 saylı qərardadından cavabdeh tərəfindən verilmiş kassasi ya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə hər sotuna 9000 manat olmaqla, ümumilikdə 162.000 manat məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-42/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.18 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 54000 manat, da şınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 10800 manat əlavə haqq, cəmi 64800 manat pul kompensasiyasının iddiaçıya dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-442/2022 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qismən – iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 982.84 kv.m torpaq sahəsinin dövlət ehtiya cları üçün alınması ilə əlaqədar 29.485,20 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddiaçının mülkiyyətində olan və “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşməyən 817,16 kv.m (1800 kv.m - 982,84 kv.m) torpaq sahəsinə görə kompensasiyasının tutulması hissəsində iddia təmin edilməmişdir.
5. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(1 02)-244/2023 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-442/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarı qanuni qüvvəyə mindiyinə görə xx.xx.2023-cü il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir.
9. Müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh orqan müvafiq qərarın icrasını tam olaraq təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İdd iaçı məhkəməyə şifahi vəsatətlər verərək, uzun müddət keçməsinə baxmayaraq müvafiq məhkəmə qərarı cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu səbəbdən də cavabdeh barəsində icra tədbirlərinin görülməsini məhkəmədən xahiş etmişdir.
11. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən borcluya məhkəmə aktı icra edilmədiyi halda cərimə tətbiq ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq ünvanlanmışdır. Bundan başqa, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-442/2022 saylı işi üzrə qəbul edilmiş qərarının icrası barədə sübutların məhkəməyə təqdim edilməsi tələb edilmişdir.
12. Borclunun Sumqayıt İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 11-/2-56xx-xx/2023 saylı məktubunda vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət edildiyini müvafiq vəsait agentliyə daxil olandan sonra nəzərdə tutulmuş vəsait iddiaçıya veriləcəyini, 11-1/2-89xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda isə bu istiqamətdə xərclərin maliyyələşdirilməsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçirildiyini və məhkəmə qərarlarının mərhələli şəkildə icrası məqsədilə ilə zəruri tədbirlərin görüldüyünü bildirmişdir.
13. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-42/2022 saylı qərardadı ilə cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-442/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (min) manat məbləğində cərimə olunmuşdur.
14. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarı xx.xx.2023-cü il tarixdən icraya yönəldilsə də, əsaslı səbəblər olmadan icra olunmadığına görə cavabdeh 500 manat məbləğində cərimə edilməlidir.
15. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı cavabdeh təşkilata kifayət qədər vaxt verilmiş, lakin cavabdeh təşkilat məhkəmə qərarı ilə qət edilmiş maliyyə vəsaitini iddiaçıya verilməsinin mümkünsüzlüyü (yəni özündən asılı olmayan səbəblər üzündən) ilə bağlı tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir.
16. Borclu qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və həmin qərardadla müəyyən edilmiş 500 manat məbləğində cərimənin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının xx.xx.2024-cü il tarixli, 2-1(105)-455/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-42/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. Borclu kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və məhkəmə qərarının icra edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri 20. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət ehtiyacları üç ün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir.
21. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 1729 nömrəli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil yolları" X3 vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısıdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 13 nömrəli qərarı ilə “Avtomobil yolları” X3 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları” təsdiq edilmişdir.
23. Həmin qaydalara əsasən Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsini n səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir.
24. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir.
25. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir.
26. Bununla əlaqədar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Resp ublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Ödənilməsi nəzərdə tutulan kompensasiya cavabdehə ayrıldığı təqdirdə qərarın icrası təmin ediləcəkdir və bu barədə iddiaçıya məlumat verilmişdir.
27. Göründüyü kimi borclu olaraq üzərimizə düşən vəzifələri yerinə yetirsək də məhkəmə bu halları araşdırmamış və nəticədə haqsız olaraq cərimə təyin etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
33. Məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qərarının borclu tərəfindən əsaslı səbəblər olmadan icra olunmaması barədə apellyasiya instansiyası məhkəməsinin gəldi yi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
34. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir.
35. Borclunun şikayətinin təkrarlanan dəlillərinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 13 nömrəli qərarı ilə “Avtomobil yolları” X3 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydalara əsasən Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir....qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir.
36. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini aşağıdakı səbəblərə görə əsaslı hesab etmir.
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” X3 vəs aitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydalarının (19 avqust 2022-ci il tarixli, 318 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) 1.2-ci bəndinə əsasən, Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılmasını, qorunmasını və təmirini, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsini təmin etməkdir.
38. Qaydaların 3.1-ci bəndinə əsasən, Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı aşağıda göstərilən istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir:... 3.1.4. avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilm əsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsinə;...
39. Qaydaların 3.2-ci bəndinə əsasən, bu Qaydaların 3.1.1-3.1.5-ci yarımbəndlərində nəzərdə tutulan istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasına əsasən həyata keçirilir.
40. Qaydaların 3.3-cü bəndinə əsasən, Fondun vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
41. Göründüyü kim i, borclunun istinad etdiyi Qaydalara əsasən: - Fondun əsas məqsədi respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı üçün onların saxlanılması, qorunması və təmiri ilə yanaşı, həm də avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərin əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi və avtomobil yollarının çəkilməsi ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması ilə bağlı kompensasiyaların tam ödənilməsini təmin etməkdir; - Fondun vəsaitinin sərəncamçısı olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hər büdcə ili üçün təsdiq etdiyi Fondun Xərclər smetasında avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvə zinin ödənilməsi üçün tələb olunan vəsaiti nəzərə almalıdır.
42. Beləliklə, məhkəmə qərarının vaxtında icra edilməməsində borclu təqsirsiz olmamışdır.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.
44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 21(105)-455/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.