Məhkəmə qərarları › İş №2-1(102)-2255/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2255/2025

17.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2255/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış borcun şəxsi hesab vərəqəsindən silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarın ləğvi və borcun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 2-1(103)563/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı, vergi ödəyicisi kimi, xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırmış, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv fəaliyyəti olmuşdur.

2. Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial sığorta və fərdi uçot idarəsi tərəfindən idiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150,83 manat borcu yaranmışdır.

3. Cavabdehin “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarı ilə aktivləri barədə məlumatın əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə iddiaçıya Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

4. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********29200 nömrəli qərarı ilə iddiaçıya 2019-cu ilin 4-cü rübü üçün məcburi dövlət sosial sığorta haqları üzrə bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 375 manat borc hesablanmışdır. 5. 26.12.2023-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsində düzəliş edilərək, tətbiq olunmuş maliyyə sanksiyası (və ya inzibati cərimə) və digər sosial sığorta öhdəlikləri üzrə 150,83 manat onun şəxsi hesab vərəqəsindən silinmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin aktivləri barədə məlumat verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarların ləğv edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 1368,85 manat borcun onun şəxsi hesab vərəqəsindən silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırıldıqdan sonra ona məcburi dövlət sosial sığorta haqları üzrə borc hesablandığını bilmişdir. İddiaçı vergi qanunvericiliyinə uyğun qaydada, vergi ödəyicisi qismində cəmi 3 ay fəaliyyət göstərmiş və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixə qədər (5 illik müddətə) sahibkarlıq fəaliyyətini və əməliyyatları rəsmi qaydada dayandırmışdır. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər vergi orqanı ilə əlaqəsi olmamış, onun xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmamı şdır. Hətta iddiaçı vergi ödəyicisi kimi fəaliyyətini dayandırdığı zaman onun xx.xx.2019-cu il tarixə vergi orqanına 453,61 manat artıq ödənişi olmuşdur. Ona görə də cavabdeh tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə ona hesablanmış borc onun şəxsi hesab vərəqəsindən silinməlidir.

8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 1368,86 manat əsas və 980,77 manat faiz borcu mövcuddur. İddiaçı tərəfindən 2019-cü ilin 4-cü rübü üçün sadələşdirilmiş vergi bəyannaməsində dövriyyə məbləğlərinin qeyd edilməsinə baxmayaraq, 2019-cu ilin 4-cü rübü üçün “MDSSTicarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsi”nin (0700) təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur ki, bu barədə on a xx.xx.2021-ci il tarixli uyğunsuzluq məktubu göndərilmişdir. Müəyyən edilmiş kənarlaşmalar barədə iddiaçı tərəfindən təsdiqedici sənədlər və ətraflı izahat məktubu təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin 4-cü rübü üçün “MDSS-Ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bəyannaməsi” (0700) üçün 375 manat məbləğində sosial sığorta haqqı hesablanmış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********292000 nömrəli qərar göndərilmişdir. İddiaçının silinməsini tələb etdiyi borcun 605,77 manatı əsas, 150,83 manatı faiz borcu hissəsinə münasibətdə isə bildirilir ki, həmin borc sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi səlahiyyətinin (xx.xx.2019- c u il tarixdən etibarən) vergi orqanına həvalə edilməsindən əvvəl yaranmışdır. Yəni həmin borc məbləğinin yaranmasına səbəb vergi orqanının hər hansı qərarı olmamışdır. Məlumatın vaxtında verilməməsinə görə iddiaçı Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixdə iddiaçıya **********531100 nömrəli “Vergi ödəyicisinin aktivləri barədə məlumat formasının təqdim edilməsi haqqında” məktub göndərilsə də iddiaçı tərəfindən həmin məlumat forması təqdim olunmadığından, xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərar qəbul olunaraq ona göndərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmaması xahiş edilmişdir.

9. Birinci instansiya məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi Filialı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: Aygün Əhədova) 14 avqust 2024-cü il tarixli, 2-1(112)-947/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021ci il tarixli, **********292000 nömrəli qərarı 250 manat verginin hesablanması hissəsində və “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarı ləğv edilmiş, iddiaçıya hesablanılmış 605,77 manat əsas borc və 150,83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

11. Birinci instansi ya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********292000 nömrəli qərarın ləğvi; 2) “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarın ləğvi; 3) 605,77 manat əsas və 150,83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi. İşin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırmış, onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək aktiv fəaliyyəti olmuşdur. Belə olan halda, iddiaç ının fəaliyyəti 2019-cu ilin 3-cü rübü (avqust, sentyabr, oktyabr ayları) üzrə aktiv olmuş və bu halda iddiaçının həmin aylar üzrə məcburi dövlət sosial sığorta haqları üzrə hesabat təqdim etmək öhdəliyi yaranmışdır. Mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli, **********29200 nömrəli qərardan və şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçıya 2019- cu ilin 4-cü rübü, yəni 2019-cu ilin noyabr, dekabr ayları və 2020-ci ilin yanvar ayı üzrə vergi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, vergi orqanı iddiaçıya 2019-cu ilin noyabr ayında MDSS üzrə hesabladığı 125 manat əlavə vergi istisna olmaqla, hesabat dövrünə aid olmayan 2019-cu ilin dekabr ayı üzrə 125 manat və 2020-ci ilin yanvar ayı üzrə 125 manat vergi hesablamaqda haqlı olmamışdır.

12. İddiaçının silinməsini tələb etdiyi 605,77 manat əsas, 150,83 manat faiz borcu, xx.xx.2018-ci il tarixinə yarandığı əsas gətirilərək, onun şəxsi hesab vərəqəsinə işlənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcdur. Qeyd edilən borc məbləği ilə bağlı inzibati akt təqdim edilməmişdir. Üçüncü şəxsin mövqeyinə görə iddiaçının xx.xx.2018-ci il tarixinə məcburi dövlət sosial sığorta haqları üzrə ödənilməmiş 605,77 manat əsas borcu olmuş, bununla bağlı nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə hesabat məlumatları təqdim edilmiş və eyni zamanda iddiaçıya borcun ödənilməsi ilə bağlı bildirişlər göndərilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə üçüncü şəxs tərəfin dən təqdim edilmiş xx.xx.2018-ci il tarixədək sığorta haqları barədə hesabatlar sözügedən borcun yarandığını bilavasitə təsdiq etmir. Belə ki, üçüncü şəxsin də qeyd etdiyi kimi, kağız daşıyıcıda çıxarılaraq iş materiallarına əlavə edilmiş hesabatlar elektron informasiya ehtiyatlarından çıxarılmış hesabatlar olmaqla nə elektron imza, nə də sadə imza və möhürlə təsdiq edilmişdir. Həmin hesabatlar hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Məhkəmə qeyd edir ki, təqdim olunan hesabatlar qaydaların tələblərinə uyğun olaraq iddiaçı və onun mühasibi tərəfindən imzalanmamış, möhürlə təsdiq edilməmiş, ümumiyyətlə təqdim edilən hesabatların məhz iddiaçı tərəfindən bəyan edildiyi sübuta yetirilməmişdir. Bundan əlavə, üçüncü şəxs borcu n ödənilməsi ilə bağlı iddiaçıya xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli bildirişlər təqdim edildiyini qeyd etsə də, həmin bildirişlərin iddiaçıya göndərilməsini və ya çatdırılmasını təsdiq edən müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, iddiaçının xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat əsas və 150,83 manat faiz borcunun yarandığı və mövcud olduğu sübuta yetirilmədiyindən, qeyd edilən məbləğ iddiaçının şəxsi hesab vərəqəsindən silinməlidir.

13. Digər tərəfdən, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixli qərarla aktivləri barədə məlumatın verilməməsinə görə 100 manat məbləğində maliyə sanksiyası tətbiq edilmişdir. Hazırkı iş üzrə iddiaçının fəaliyyəti 2021-ci il üzrə aktiv olmamaqla yanaşı barəsində şəxsi he sab vərəqəsinə işlənmiş xx.xx.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat borcunun mövcudluğu sübuta yetirilməmiş və həmin borcun silinməsi qərara alındığından iddiaçının aktivləri barədə məlumatın verilməsi kimi öhdəliyi də yaranmamış hesab olunur. Belə olan halda cavabdehin sözügedən xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarı ləğv edilməlidir.

14. Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, həmin qərarın iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın rədd olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

15. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə Dövlət Sosial Müdafiəsi Fondunun Sosial sığorta və fərdi uçot üzrə Mərkəz i Filialının üçüncü şəxs statusu ləğv edilmiş, onun apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.

16. İş üzrə apellyasiya icraatı zamanı iddiaçı ərizə təqdim edərək, bildirmişdir ki, 375 manat borcla razıdır və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi hissəsində iddiadan imtina edir və iddiadan imtinanın nəticələri ona aydındır.

17. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçının iddia tələbinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli qərarın ləğv edilməsi” hissəsindən imtinası qəbul edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmiş, eyni zamanda iş üzrə icraata “150,83 manat faiz borcunun şəxsi hesab vərəqəsindən silinməsi” hissəsində mübahisənin aradan qalxması əsası ilə xitam verilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Aytən Oruczadə /sədrlik edən və məruzəçi/, Cahangir Yusifov və Günel Abbasova) 09 aprel 2025-ci il tarixli, 2-1(103)-563/2025 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan – “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarın ləğv edilməsi və iddiaçıya hesablanmış 605,77 manat əsas borcun şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissələrində dəyişdirilmədən sa xlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə 605,77 manat əsas borcunun yarandığı və mövcud olduğu sübuta yetirilmədiyindən, qeyd edilən məbləğin iddiaçının şəxsi hesab vərəqəsindən silinməli olması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçının fəaliyyəti 2021-ci il üzrə aktiv olmamaqla yanaşı, qeyd edilən 605,77 manat borcunun mövcudluğu sübuta yetirilmədiyindən silinməsi qərara alındığından onun aktivləri barədə məlumatın verilməsi kimi öhdəliyi də yaranmamış hesab olunur. Belə olan halda cavabdehin sözügedən xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarının ləğv edilməsi ilə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə mə cbur edilə bilməz.

24. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 1.4 (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 3.7. Azərbaycan Respublikasın ın vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 57.2. Bu Məcəllənin 89.3-cü maddəsində nəzərdə tutulmuş məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanı nın rəhbərinin (onun müavininin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. 25. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9-1.1. (xx.xx.2019-cu il tarixdən qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Maddə 10 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək sığortaedənlərin vəzifəsidir. Maddə

11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14 (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada). Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. 26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əh əmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instan siyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərə findən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə ape llyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

33. Hazırkı mübahisəyə dair iş üzrə kassasiya icraatının predmeti baxımından iddiaçının hüquqi marağı və məqsədi “Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə” xx.xx.2021-ci il tarixli, **********844800 nömrəli qərarın ləğv edilməsinə və ona məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmış 605,77 manat əsas borcun şəxsi hesab vərəqəs indən silinməsinə nail olmaqdan ibarətdir.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının həmin məzmunda tələbinin təmin olunması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

35. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiy mətləndirməsi ilə də razılaşır.

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq həm də qeyd edir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin, o cümlədən məcburi dövlət sosial sığorta haqlarının vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin aidiyyəti orqanlar tərəfindən sui-istifadə olunması hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. Vergi orqanları öz fəaliyyətlərində vergi qanunvericiliyinin həmin məqsədlərini nəzərə almağa borcludurlar.

37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2025-ci il tarixli, 21(103)-563/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar