Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2259/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Azərbaycan-X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbəti səyyar vergi yoxlaması; enerji sərfiyyatına görə verginin hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Azərbaycan-X1 cavabdeh Azərbaycan Respublikasın ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-484/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin "xxxx" xx.xx.2019-cu il tarixli qərarına əsasən müəssisədə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixli KY19132920 2 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2019 - xx.xx.2019, yoxlanılan dövr - xx.xx.2016-xx.xx.2019 müəyyən edilmişdir.
2. Cavabdehin 10 sentyabr 2019-cu il tarixli, **********189713 nömrəli qərarı ilə səyyar vergi yoxlamasının keçirilməsi məqsədi ilə "xxxx" Azərbaycan-X3 məxsus AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan, ev 24 və AZ4327, ünvan 1 ünvanlarında yerləşən istehsal obyektlərində xx.xx.2016-cı il tarixdən 30 iyun 2019-cu il tarixədək aylar üzrə istehsal həcminin müəyyənləşdirilməsi məqsədi ilə mütəxəssisin cəlb edilməsi qərara alınmışdır.
3. Cavabdeh tərəfindən cəlb edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin mütəxəssisi X9 tərəfindən verilmiş xx.xx.2019-cu il tarix li mütəxəssis rəyi ilə yoxlama dövrü ərzində elektrik enerjisinin və qaz sərfiyyatına uyğun olaraq iddiaçı müəssisənin istehsalının həcmi müəyyən edilmişdir.
4. İddiaçıya münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2019-cu il tarixli, **********192478 nömrəli akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18 fevral 2020-ci il tarixli, **********197410 nömrəli qərar qəbul edilmiş və həmin qərarla iddiaçı mənfəət vergisinə görə 2016-cı il üzrə 664650,00 manat, 2017-ci il üzrə 896634,70 manat, 2018-ci il üzrə 938040,00 manat, cəmi 2499324,70 manat, əlavə dəyər vergisinə görə 2016-cı il üzrə 312439,40 manat, 2017-ci il üzrə 778431,20 manat, 2018-ci il üzrə 1114129,86 manat, 2019-cu il üzrə 184529,67 manat, cəmi 2389530,13 manat, torpaq vergisinə görə 2017-ci il üzrə 1034,70, 2018-ci il üzrə 1856,10 manat, 2019-cu il üzrə 1856,10 manat, cəmi 4746,90 manat, ƏDV məbləğinin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cl maddəsinə əsasən 2017-ci il üzrə 131850,00 manat, 2018-ci il üzrə 32457,60 manat, cəmi 164307,60 manat, vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 2019-cu il üzrə 40,00 manat, cəmi 4.893.601,73 manat vergi borcunun və 2.611.148,47 manat maliyyə sanksiyasının ödənilməsi ilə bağlı vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin poz ulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-cu il tarixli, **********197410 nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.1996-cı il tarixdə qeydiyyatdan keçmiş və ********* saylı VÖEN almışdır (İndiki VÖEN: **********). "xxxx" Azərbaycan-X4 faktiki olaraq yanğından mühafızə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri, elektrik və su kəməri sistemlərinin və sair mühəndis avadanlıqlarının quraşdırılması ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. Müəssisədə 1997-ci ildən hal-hazırkı vaxta kimi MM-nin sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması iyul 2016-iyun 2019-cu illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorial orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2019-cu il tarixdə **********192478 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın ə sasında xx.xx.2020-ci il tarixli, 2**********197410 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2016-2018-ci illər üçün 2.499.324,7 AZN mənfəət vergisi və 2016-2019-cu illər üçün 2.389.530,13 AZN (iki milyon üç yüz səksən doqquz min beş yüz manat, 13 q.) əlavə dəyər vergisi, ümumilikdə 4.893.601,73 AZN (dörd milyon səkkiz yüz doxsan üç min altı yüz bir manat, 73 q.) və bütün bunlara müvafıq 2.611.148,47 AZN (iki milyon altı yüz on bir min yüz qırx səkkiz manat, 47 q.) maliyyə sanksiyası hesablanmışdır. "xxxx" Azərbaycan-X2 xx.xx.2019-cu il tarixli, **********188711 saylı qərara əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qa nunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədən kənar səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2019-cu il tarixli, **********192478 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Müəssisənin əsas fəaliyyəti X10 krediti hesabına, "xxxx" ASC-nin sifarişi əsasında Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsindən ibarət olmuşdur. Həmin işin icrası zamanı görülmüş işlərin standartlara uyğunluğu X10 və Azərbaycan Respublikasının müvafıq dövlət qurumlarının monitorinq qrupları tərəfindən araşdırılmış, işin icrası başa çatdıqdan sonra sifarişç iyə təhvil verilməzdən əvvəl bir daha yoxlanılaraq, istifadə olunmuş tikinti materiallarının həcmi, keyfiyyəti, standartlara uyğunluğu, dəyəri və digər zəruri hallar araşdırılaraq sifarişçiyə təhvil verilmişdir. Lakin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Vergi orqanının ehtimallarına görə alınmış malların bir qisminin tikintiyə istifadə edilmədiyi qeyd edilmişdir. Hesablamaların əsasını Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dəvət edilmiş “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfındən "xxxx" ASC-dən götürülmüş elektrik enerjisi sərfiyyatının göstəricilərinə əsasən beton məhsulunun istehsal həcminin müəyyənləşdirilməsi və süni surətdə dövriyyənin şişirdilməsi səbəb olmuşdur. Mütəxəssis rəyləri özləri də kobud pozuntularla tərtib edilmiş və qanunvericiliyin tələblərinə uyğun gəlmirlər. Belə ki, müəssisənin dövriyyəsi “Azərekspertiza” Birliyinin mütəxəssisi X7 təqdim etdiyi mütəxəssis və ekspert rəyləri əsasında istifadə edilmiş elektrik enerjisinin göstəricilərinə əsasən hesablanmışdır ki, qeyd edilən hesablanma üsulu və metodu qanunvericiliyin tələblərinə ziddir. Mütəxəssis kimi cəlb edilmiş X9 öz mütəxəssis rəyində müəssisə tərəfindən istifadə edilmiş ümumi elektrik enerji sərfiyy atının 31%-nin beton istehsalına sərf edildiyini qeyd etsə də vergi yoxlaması zamanı istifadə edilmiş bütün elektrik enerjisinin beton istehsalına sərf edilməsi kimi qəbul edilmiş və bununla da müəssisənin beton istehsalı həcmi süni surətdə şişirdilərək süni dövriyyə yaradılmış, həmin süni dövriyyədən isə süni şəkildə şişirdilmiş ƏDV və mənfəət vergisi hesablanmışdır. Halbuki, yoxlama zamanı həm vergi müfəttişlərinə, həm də mütəxəssislərə müəssisədə quraşdırılmış 5650 KWA yarımstansiyadan qidalanan obyektlərin enerjidən istifadə gücləri barədə təfərrüatlı məlumatlar və sxemlər təqdim edilmişdir. Qeyd edilən 5650 KWA yarımstansiyadan istifadə edən digər obyektlər aşağıdakı kimidir: 1000 KWA (18%) X8, 400 KWA (7%) Qum Çınqıl istehsal sahəsi, 400 KWA (7%) Beton istehsalı sahəsi, 400 KWA (7% ) Toyuq fermaları (1- ci sahə), 200 KWA (4%) İnkubator, 250 KWA (5%) Toyuq fermaları (1-ci sahə), 3000 KWA (52%) Kəsim zavodu-6000 baş/saat 2 ədəd hər biri 200 ton-18C Soyuducu anbar, 2 ədəd hər biri 15 ton-40C Şoklama kamerası, Tullantıların təkrar emalı sexi-7500 ton/saat, Kərpic sexi, Qaraj və avto təmir sexi, Ofıs və yeməkxana. “Azərekspertiza” Birliyinin mütəxəssisləri tərəfindən araşdırma formal şəkildə aparılmış, müəssisənin istifadəsində olan elektrik yarımstansiyasından qidalanan obyektlər tam və ətraflı tədqiq edilməmiş, hesablamalar hansı metodik göstəricilərə əsasən hesablandığı əsaslandırılmamış, ümumi sözlərlə ifadə edilmişdir. Səyyar vergi yoxlamasının nəticələrinin əsassız olması, əsassız tərtib edilmiş mütəxəssis və ekspert rəyləri ilə bir daha öz təsdiqini tapmışdır. Belə ki, eyni mütəxəssis Bakir Əliyev öz mütəxəssis rəyində müəssisənin kərpic sexində kərpicin istehsal prosesinin hansı mərhələlərdən keçdiyini, kərpicin istehsalı üçün suni qurutma sobasında havanın temperaturunun 350-400 dərəcə olması, bişirilməsi üçün isə temperaturun 700- 1000 dərəcə selsiyə qədər yüksəldilməsini, rəyin nəticə hissəsində isə 25*12*6 sm ölçülü keramik kərpicin orta istehsal sayını 655581.47 olaraq göstərmişdir. Lakin səyyar vergi yoxlaması aktında mütəxəssis rəyində qeyd edilən kərpic ilə əlaqədar heç bir münasibət bildirilməmiş, istifadə edilmiş bütün elektrik enerjisinin sərfiyyatı beton istehsalına sərf edilməsi göstərilmişdir. Mütəxəssis rəyində keramik kərpicin istehsalı üçün hansı mərhələlərdən keçirilməsi, bunun üçün temperaturun 350-400 selsi, hətta ***-**** selsi yə qədər yüksəldilməsi qeyd edilmişdir. Bundan başqa həmin mütəxəssis rəyində B7.5-B12.5 markalı əmtəə betonunun istehsal həcminin 5759.667 m3, B20 markalı əmtəə betonunun istehsal həcminin 98845.73 m3 olaraq göstərilmişdir. Həmin istehsal olunmuş beton markalarını elektrik enerji sərfiyyatına əsasən belə dəqiq ayırmaq qeyri-mümkündür. Qeyd edilənlər bir daha həmin mütəxəssis rəylərinin və səyyar vergi yoxlaması aktının əsassız olduğunu təsdiq edir. Həmçinin, səyyar vergi yoxlaması zamanı müəssisənin ezamiyyə xərclərini gəlirin əldə edilməsi ilə bağlı olmaması əsası ilə əsassız olaraq gəlirdən çıxılan xərclərə aid edilməmişdir. Halbuki, yoxlama zamanı ezam edilmiş işçilərin ezam edilməsi barədə əmrlər və digər zəruri sənədlər yoxlamaya təqdim edilmiş, həmin işçilər Bakı şəhərindən Lerik, A stara və ətraf rayonlarda müəssisə tərəfındən həyata keçirilən işlərin yerinə yetirilməsi ilə əlaqədar ezam edilmiş, ezamiyyə xərcləri Nazirlər Kabinetinin təsdiq etdiyi normalara uyğun hesablanaraq ödənilmiş, ezamiyyə ilə bağlı mehmanxana xərcləri rəsmi hesab faktura ilə rəsmiləşdirilmişdir. Lakin vergi müfəttişləri öz mülahizələrinə əsasən həmin xərclərin gəlirin çəkilməsi ilə əlaqədar xərclərə aid olmadığını əsas gətirərək nəzərə almamışdır. Səyyar vergi yoxlaması aktında digər bir qanunsuzluq isə müəssisənin yanacaq xərclərinin gəlirin əldə edilməsi ilə əlaqədar çəkilmədiyi əsas gətirilərək xərclərdən çıxarılmışdır. Müəssisəyə məxsus nəqliyyat vasitələrinin texniki pasportları və icarəyə götürülmüş nəqliyyat vasitələrinin müqavilələri, habelə yanacağın yanacaq doldurma məntəqələrindən alınmasını təsdiq edən hesab fakturalar və qaimə fakturalar vergi yoxlayıcılarına tam şəkildə təqdim edilmişdir. Həmin sənədləri vergi orqanının avtomatlaşdırılmış vergi informasiya sistemindən də əldə etmək imkanı mövcuddur. Bundan başqa yoxlama zamanı müəssisənin beton istehsalı zamanı aldığı sement də əsas götürülmüşdür. Lakin həmin sementin hara və necə istifadə edilməsi barədə hər hansı araşdırma aparılmamışdır. Belə ki, tərəflərindən müəssisənin əldə etdiyi sement məhsulunun hansı miqdarda və hara istifadə edilməsi barədə sənədlər yoxlayıcıya təqdim edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş müəssisənin beton istehsalına sərf edilmiş sementin sərfiyyatı ilə əlaqədar cədvəlində yoxlanılan dövr üzrə yəni xx.xx.2016- xx.xx.2019-cu il ərzində 35162,80 ton sementin 1555,1 tonu bir kubmet r B7,5 və B12,5 markalı betona 270 kiloqram sərf olunduğu, qalıq 33607,7 ton sement xammal, bir kubmetr B20(M250) markalı betona 340 kiloqram olmaqla kubmetr beton istehsalına hesablandığı göstərilmişdir. Mütəxəssisin həmin hesablamaları ilə də razılaşmaq mümkün deyil. Əvvəla yoxlama dövründə müəssisə tərəfındən 29370 ton sement xammalı əldə edilmişdir. Göründüyü kimi mütəxəssisin rəyə əlavə etdiyi cədvəl ilə müəssisənin həmin dövrdə əldə etdiyi sement xammalının həcmində 5792,8 ton fərq mövcuddur. Bundan başqa həmin 29370 ton sement bütünlükdə beton istehsalında istifadə edilməmişdir. Eyni zamanda həmin sement xammalının daşınması zamanı qəbul edilmiş standarta uyğun olaraq 4 faiz daşıma itkisi də mütəxəssis rəyində nəzərə alınmamışdır. Qəbul edilmiş normativlərə əsasən sement xammalını n daşınması zamanı 4 faiz itki mövcuddur. Bundan başqa onlar istifadə edilmiş sement xammalının sərfıyyatı barədə vergi yoxlayıcılarına sənədləri və sübutları təqdim etmişlər. Belə ki, 29370 ton sementin 3546,215 tonu Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin təchizatı layihəsinə, 3767 tonu müəssisənin təsisçisinin göstərişinə əsasən torpaq sürüşmələri və sel sularından zərərçəkmiş Lerik rayon əhalisinə yardım üçün verilmiş, 1252 tonu təsisçinin göstərişinə əsasən Lerik rayonu Rəzgov kəndində məktəb binasının tikintisinə, 836 tonu təsisçinin göstərişinə əsasən Lerik rayonunda ehtiyacı olan aztəminatlı ailələr üçün daxili imkanlar hesabına yardım məqsədi ilə Piran kəndində beş, Rəzgov kəndində bir, Vistən kəndində bir, ümumilikdə yeddi yaşayış evinin tikintisinə, 98 tonu b ir hissəsi dağılmış Piran körpüsünün təmirinə və ətrafındakı bərkitmə işlərinin bərpasına, 1679,13 tonu Lerik rayonunun Murya kəndinə gedən yolun üstündə bir aşırımlı, Livədirgə, Dəvrədibi və Almu kəndlərinə gedən yolun üstündə isə iki aşırımlı körpülərin tikintisinə, 3232,53 tonu müəssisənin ərazisində yerləşən İ və İİ Drobilkada hazır məhsulların (qum və çınqıl) yığılması üçün meydança sahəsinin beton məhlulu ilə betonlanmasına, 1746,261 tonu Piran zavodu ərazisində divar hörgüsü işlərinə, ofıs otağı, yeməkxana otağı, qaraj, anbar binasının tikintisi və həmin tikililərin döşəmələrinin beton məhlulu ilə hamarlanması, iki ədəd drobilka və beton zavodunun fundamentlərinin tökülməsi və danba hissəsinin betonlanmasına, 670,43 tonu İ və İİ Drobilkaların gövdə hissəsi, 100 tonluq tərəzinin bünö vrə hissəsi, tamet sexinin bərpası, beton zavodunun təməlinin bərpası, drenaj xətlərinin bərpası və beton bərkitmə işlərinin yerinə yetirilməsinə, 75 tonu aqrar səhələrə, 1583,7 tonu leysan və daşqın nəticəsində Pirandakı çay üstü körpünün bərpası və əlavə bərkitmə işlərinə, qum çınqıl istehsalı üçün xammalın yığılmasından ötrü bəndlərin qurulmasına, 736,2 tonu mal material anbarının döşəməsinin beton məhlulu ilə hamarlanması və İ Drobilkanın danba hissəsinin betonlanmasına, 902,415 tonu kərpic sexinin döşəməsinin, qum çınqıl və beton zavodun həyətinin, anbarının və nəqliyyat sahəsinin beton məhlulu ilə hamarlanması və İ Drobilkanın gövdə hissəsinin tunbalarının betonlanmasına, 216 tonu Lənkəran və Ləkər çaylarında qum-çınqıl istehsalı üçün lazım olan xammalın yığılmasından ötrü qurulmuş b əndlərin sel və daşqınlardan sonra bərpa işlərinə, 1082,34 tonu "xxxx" Şirkətinin təmir və tikinti işlərinə, 109,2 tonu "xxxx" Firmasına, 37,75 tonu “AVES” şirkətinə satılmış betona sərf edilmişdir. 951,57 tonu təbii fəlakət nəticəsində sement anbarının və beton zavoddakı sement çənlərinin sel sularının yuyub aparması nəticəsində, 1800,816 tonu isə rütubətdən və yağışdan daşlanma nəticəsində istifadə yararsız hala düşmüşdür. Son qeyd etdiyi iki halla bağlı daxili aktlar tərtib edilmiş olsa da müvafıq qurumlardan hər hansı rəsmi arayış alınmamışdır. Həmin rəsmi arayış alınmasa belə qeyd edilən 2752,386 ton sement xammalının betonun istifadəsinə sərf edilməsi kimi deyil, Vergi Məcəlləsinin tələblərinə əsasən əksik gəlmə kimi, yəni sement xammalının təqdim edilməsi kimi vergiyə cəlb edilməli idi. Bundan başqa səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün istifadə edilən mütəxəssis rəyinə əlavə edilmiş cədvəlin son qrafasında da qeyd edildiyi kimi müəssisənin dövriyyəsi ehtimal əsasında hesablanmışdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olmuşdur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələb ini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" xx.xx.2019-cu il tarixli qərarına əsasən Müəssisədə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr əhatə edilməklə növbəti səyyar vergi yoxlaması keçirilmiş və səyyar vergi yoxlamasına xx.xx.2019-cu il tarixdə başlanmış, xx.xx.2019-cu il tarixdə başa çatdırılmış və yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli, **********192478 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək, bir nüsxəsini qəbul etmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşka r edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********197410 saylı qərar çıxarılmışdır. Səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında vergi ödəyicisinə xx.xx.2019-cu il tarixli, **********188779 nömrəli tələbnamə verilmişdir. Lakin müəssisə tərəfindən tələbnamədə göstərilən sənədlər yoxlamaya qismən təqdim edilmişdir, bu səbəbdən Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən sənədlərin qismən təqdim edilməsi barədə akt tərtib olunmuşdur. 8. xx.xx.2019-cu il tarixli, **********189712, xx.xx.2019-cu il tarixli, **********192020, xx.xx.2019-cu il tarixli, **********194684 nömrəli ekspertizanın təyin edi lməsi haqqında qərara əsasən ekspertiza aparıldı. Müəssisə tərəfındən yoxlanılan dövr üzrə istehsal olunmuş məhsulların və aparılmış tikinti işlərində sərf olunmuş mal-materialların real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə ekspert rəyinin verilməsi üçün Baş İdarənin xx.xx.2019-cu il tarixli, **********189712 nömrəli və xx.xx.2019-cu il tarixli, **********194684 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında" qərar çıxarılmışdır. Ekspert tərəfindən xx.xx.2019-cu il tarixli ekspert rəyi verilmişdir. Həmin rəydə aşağıdakılar qeyd edilmişdir: Mənfəət vergisi: Müəssisə tərəfindən yoxlanılan dövrdə 2016-2018-ci illər üzrə mənfəət vergisi bəyannamələri təqdim edilmişdir. Təqdim edilmiş mənfəət vergisi bəyannamələrində müəssisə tərəfindən gəlir və xərclərin hesablama metodu ilə əks etdirilməsi göstərilmişdir. Müəssisə tərəfindən təqdim olunmuş 2016-cı il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 7238977,27 manat, gəlirdən çıxılan ümumi xərclər 7130925,83 manat, vergiyə cəlb olunan mənfəət 108051,44 manat olmaqla ondan hesablanan mənfəət vergisi 21610,29 manat təşkil etmişdir. Yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcminin müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisənin təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxl amaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır.Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2016-cı il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 10480837,98 manat, gəlirdən çıxılan ümumi xərclər 7049536,53 manat, vergiyə cəlb olunan mənfəət 3431301,45 manat olmaqla ondan hesablanan mənfəət vergisi 686260,29 manat təşkil etmişdir. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2016-cı ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 81389,30 manat yanacaq xərcinin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2016-cı il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2016-cı il üzrə əlavə ola raq 664650,00 manat (686260,29-21610,29) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2017-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin 10408230,60 manat, gəlirdən çıxılan ümumi xərclər 10205448,24 manat, vergiyə cəlb olunan mənfəət 202782,36 manat olmaqla ondan hesablanan mənfəət vergisi 40556,47 manat təşkil etmiş, 2017-ci il üzrə X6nə əsasən 7000,0 manat mənfəət vergisi azaldıqdan sonra 33556,47 manat mənfəət vergisi hesablanmışdır. yoxlama gedişatında müəssisə tərəfindən yoxlamaya məhsulların istehsalı və satışı ilə bağlı sənədlərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisən in ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə 2016 və 2018-ci illər üzrə mənfəət vergisi məqsədləri üçün gəlirin məbləği müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş mütəxəssis və ekspert tərəfindən hazırlanmış rəylərin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2017-ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 12651888,77 manat, gəlirdən çıxılan ümumi xərclər 7965932,94 manat, vergiyə cəlb olunan mənfəət 4685955,83 manat olmaqla ondan hesablanan mənfəət vergisi 937191,17 manat təşkil etmiş, 2017-ci il üzrə X6nə əsasən 7000,0 man at mənfəət vergisi azaldıqdan sonra 930191,17 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mühasibat sənədlərinin göstəriciləri ilə 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 1900150,00 manat xammal və materiallar xərci, 172900,00 manat ezamiyyə xərci, 125250,00 manat yanacaq xərci, 42250,00 manat sair xərclər olmaqla ümumilikdə 2240550,00 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2017-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə, yoxlama ilə 2017-ci il üzrə əlavə olaraq 896634,70 manat (930191,17-33556,47) mənfəət vergisi hesablanmışdır. Müəssisə tərəfindən təqdim olunmuş 2018-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirin ********.79 manat, gəlirdən çıxılan ümumi xə rclər 17358242,64 manat, vergiyə cəlb olunan mənfəət 249021,55 manat olmaqla ondan hesablanan mənfəət vergisi 49804,31 manat təşkil etmiş, 2018-ci il üzrə X6nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 44206,53 manat mənfəət vergisi hesablanmışdır. Bundan başqa, yoxlama ilə yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi 2018ci il üzrə müəssisənin mənfəət vergisi məqsədləri üçün ümumi gəlirin 18792701,76 manat, gəlirdən çıxılan ümumi xərclər ********.19 manat, vergiyə cəlb olunan mənfəət 4939221,57 manat olmaqla ondan hesablanan mənfəət vergisi 987844,31 manat təşkil etmiş, 2018-ci il üzrə X6nə əsasən 5597,78 manat mənfəət vergisi azaldıqdan sonra 982246,53 manat mənfəət vergisi hesablanmışdır. Eyni zamanda müəssisə tərəfindən yoxlamaya təqdim edilmiş ilkin mü hasibat sənədlərinin göstəriciləri ilə 2018-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə xərc sənədləri müqayisə edilərkən 2752400,0 manat xammal və materiallar xərci, 264700,00 manat ezamiyyə xərci, 125850,0 manat yanacaq xərci, 363668,55 manat sair xərclər olmaqla ümumilikdə 3506618,55 manat xərcin gəlirin əldə edilməsi ilə bağlı olmadığı halda 2018-ci il üzrə xərclərə aid edilmişdir. Beləliklə yoxlama ilə 2018-ci il üzrə əlavə olaraq 938040,00 manat (982246,53-44206,53) mənfəət vergisi hesablanmışdır. Nəticədə yoxlama ilə 2016-2018-ci illər üzrə ümumilikdə 2499324,70 manat mənfəət vergisinin azaldılması müəyyən olunmuşdur. Yoxlama zamanı müəssisə tərəfındən təqdim edilmiş mənfəət vergisi bəyannaməsi göstəricilərinin ilkin mühasibat sənədlərinin göstəriciləri ilə müqayisə edərkən mənfəət ver gisi bəyannaməsinə "Əlavə 1"də (aktiv və passivlər) əks etdirilən göstəricilərin hərəkətlərinin düzgün göstərilmədiyi (o cümlədən debitor borclar, ehtiyatlar, digər aktivlər, xalis mənfəət, alınmış avanslar, digər passivlər və s.) müəyyən edilmiş və müəssisə rəhbərliyinə növbəti ilin mənfəət vergisi bəyannaməsi tərtib edilərkən müvafiq düzəlişlərin edilməsi tövsiyə edilmişdir. Müəssisədə ilin yekununa görə yaranan xalis mənfəəti istehsal fəaliyyətinin genişləndirilməsinə yönəldilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2499324,70 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1249662,35 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Əl avə dəyər vergisi üzrə: Vergi ödəyicisi tərəfindən təqdim olunmuş əlavə dəyər vergisi hesabatlarının düzgünlüyü yoxlanıldı və aşağıdakılar müəyyən olundu: Vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyat haqqında ərizəni vergi orqanına təqdim etmiş, xx.xx.2004-cü il tarixli, **********10 saylı ƏDV ödəyicisinin qeydiyyat bildirişi alınmış və bildiriş xx.xx.2001-ci il tarixdən qüvvəyə minmişdir. Müəssisə tərəfindən yoxlanılan dövr üzrə (xx.xx.2016- xx.xx.2019) təqdim edilmiş ƏDV bəyannamələrində ümumi vergiyə cəlb edilən dövriyyə 27162879,97 manat, ondan hesablanan ƏDV-si 4889318,36 manat, əvəzləşdirilən ƏDV-si 4372005,86 manat göstərilməklə büdcəyə ödənilməli 517312,49 manat ƏDV hesablanmışdır. yoxlama gedişatında müəssisə tərəfındən yoxlamaya məhsullarının ishehsalı və satışı ilə bağlı sənədl ərin tam təqdim edilmədiyi müəyyən edilmişdir. Belə ki, yoxlamaya müəssisənin yoxlanılan dövrdə real istehsal həcmini müəyyən edilməsi məqsədi ilə cəlb edilmiş mütəxəssis tərəfindən müəyyən edilmiş istehsal həcminin müəssisənin ilkin sənədlərində əks etdirilmiş istehsal olunmuş və təqdim edilmiş məhsul həcmindən artıq olduğu müəyyən edilmişdir. Bu səbəbdən yoxlama ilə vergilərin, o cümlədən ƏDV-nin hesablanması məqsədi ilə vergi tutulan əməliyyatlarının dəyəri müəssisə təqdim etdiyi satış sənədlərində əks etdirilmiş göstəricilərinin nəzərə alınmaqla yoxlamaya cəlb edilmiş ekspert tərəfindən hazırlanmış rəyin məlumatlarına əsasən hesablanmışdır. Yoxlama aktına əlavə olunmuş hesablama cədvəlindən göründüyü kimi xx.xx.2016-xx.xx.2019-cu il dövr üzrə ƏDV-yə cəlb edilən ümumi dövriyyənin 329755 80,71 manat olduğu müəyyən edilmişdir. Yoxlama ilə həmin məbləğdən 18% dərəcə ilə 5935604,53 manat ƏDV hesablanmış, əvəzləşdirilən ƏDV 2695844,84 manat məbləğində müəyyən edilmiş və nəticədə büdcəyə ödənilməli ƏDV 2906842,65 manat məbləğində hesablanmışdır. Göründüyü kimi yoxlama ilə müəssisə tərəfindən təqdim edilmiş ƏDV bəyannamələrində ümumilikdə büdcəyə ödənilməli ƏDVnin 2389530,13 manat azaldılması müəyyən edilmişdir. Torpaq vergisi üzrə: Müəssisə tərəfindən yoxlanılan dövr ərzində vergi orqanına təqdim edilmiş torpaq vergisinin bəyannaməsi, təqdim edilmiş ilkin sənədlər əsasında yoxlanılarkən torpaq vergisinin 4746,90 manat məbləğində azaldıldığı müəyyən edildi. Torpaq vergisinin azaldılmasına səbəb vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə təqdim olunmuş bəyannamədə 8214 kvadrat me tr torpaq sahəsinin göstərilməsi, 2018-ci il üzrə torpaq vergisi bəyannaməsini bəyan ediləcək məlumat olmadığı kimi təqdim edilmiş, 2019cu il üzrə isə bəyannamə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4746,90 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2373.45 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunur. Müəssisə tərəfindən 2019-cu ilin torpaq vergisi bəyannaməsi təqdim edilməmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.6-cı maddəsində nəzərdə tutulmuş hüquq pozuntuları barədə məlumat: dövr 2017; məbləğ 263700.00; MV 58.6; maliyyə 131850.00; dövr 2018; məbləğ 64915.20; VM 58.6; maliyyə 32457.60; cəmi məbləğ 3286 15.2; maliyyə 164307.6. Göründüyü kimi ilkin mühasibat sənədlərinə əsasən yoxlama zamanı müəssisə tərəfindən ƏDV məbləğinin malların dəyəri ödənildiyi gündən gec ödənilməsinə görə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş 328615,20 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 164307,60 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2499324,70 manat azaldılmasına görə, azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 1249662,35 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən torpaq vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 4746,90 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 2373.45 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən yoxlama zamanı müəssisə tərəfindən ƏDV məbləğinin malların dəyəri ödənildiyi gündən gec ödənilməsinə görə vaxtında ödənilməmiş 328615,20 manat ƏDV məbləğinin 50%-i miqdarında, yəni 164307,60 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən 2389530,13 manat azaldılmasına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, VMnin 56.1-ci maddəsi nəzərə alınmaqla 1038545.6 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. Müəssisə tərəfindən isteh sal edilmiş kənd təsərrüfatı avadanlıqları, qoşquları və digər texniki vasitələri “Aqrolizinq" ASC-yə satılan zaman Vergi Məcəlləsinin 164.1.34cü bəndinə uyğun olaraq ƏDV-yə cəlb edilmədiyi halda həmin malların istehsalı üçün xammal və materiallar üzərində ödənilmiş 153,98 min manat əlavə dəyər vergisi vergi bəyənnamələrində əvəzləşdirildiyi müəyyən edilmiş və həmin məbləğ yoxlama zamanı bərpa edilmişdir. Nəticədə müəssisə tərəfindən ƏDV 153,98 min manat azaldılmışdır. VMnin 109.7-ci maddəsinin tələblərinə zidd olaraq ezamiyyə əmrləri, vərəqələri, avans hesabatları və xərclərin çəkilməsini təsdiq edən digər sənədlər olmadığı halda ezmiyyətdə olan işçilərin hesabına deyil, təsisçiyə məxsus "xxxx" MMC-yə və digər fıziki şəxslərin (əyləncə və istirahətin təşkili ilə məşğul olan) hesablaşma he sabına 437,62 min manat ezamiyyə xərclərinin köçürüldüyü müəyyən edilmişdir. Nəticədə 87,5 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. VM-nin 115.1-ci maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında olan bina, tikili, qurğu və nəqliyyat vasitələrinə görə normadan artıq 317,14 min manat təmir xərcləri gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 63,4 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. VM-nin 109.3-cü maddəsinin tələblərinə zidd olaraq müəssisə tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan 90,45 min manat məbləğində sosial xərclər (işçilərin yemək və digər xərclərinin qarşılanmasına) gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 18,09 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən müəs sisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələrinə silinmiş 345,67 min manat məbləğində yanacağa görə əvəzləşdirilən ƏDV məbləği yoxlama zamanı bərpa edilmiş və nəticədə 62.2 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır. VM-nin 109.1-ci maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələri tərəfində 345,67 min manat məbləğində istifadə olunmuş yanacağın müəssisənin yoxlanılan dövr üzrə mənfəət vergisi bəyannamələrində yanacaq xərci kimi xərcə salındığı müəyyən edilmiş və yoxlama zamanı xərc maddələrində çıxarılmış və nəticədə 69,13 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən tərtib edilmiş sənədlərdə 2016-cı il üzrə 716,51 min manat, 2018- ci il üzrə 3896,29 min manat, ümumilikdə 4612,80 min manat material xərclərinin artıq göstərilməsi müəyyən edilmiş və nəticədə 922,56 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 4652,58 min manat məbləğində tikinti materiallarının əsassız silinərək xərclərə daxil edildiyi müəyyən edilmiş və nəticədə 837,47 min manat ƏDV büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 2016-cı il üzrə 1634,82 min manat, 2017-ci il üzrə 2238,00 min manat, 2018-ci il üzrə 1220,44 min manat və 2019-cu il üzrə 801,97 min manat ümumilikdə 5895,23 min manat dövriyyədən yayındırılımış beton və kərpic satışına görə əlavə vergi hesablamaları aparılmış və nəticədə 1337,47 min manat mənfəət vergisi, 1061,14 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır. VM-nin 206-cı maddəsinin t ələblərinə zidd olaraq müəssisənin balansında və istifadəsində olan cəmi 46841 kv.metr torpaq sahəsinə görə (Bakı şəhərində 3041,0 kv.metr, Lerik rayonu Piran kəndi - 43800,0 kv.metr) torpaq vergisinin düzgün hesablanmadığı müəyyən edilmiş və nəticədə 4,73 min manat torpaq vergisi büdcədən yayındırılmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Birinci instansiya məhkəməsinin 13 avqust 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 30 oktyabr 2020-ci il tarixli 9/3376 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 1.075.775,78 manat məbləğində mənfəət vergisinin, 1.091.807,70 manat məbləğində ƏDV-nin az hesablanması müəyyən olunur. Yəni, səyyar vergi yoxlaması ilə əlavə olaraq hesablanmış mənfəət vergisinin və ƏDV-nin düzgün hesablanmaması müəyyən olunur. Yoxlama ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövrdə qüvvədə olan) 36.3., 56., 83.3 və 85.4-cü maddələrinin tələbləri gözlənilməmişdir. Belə ki, səyyar vergi yoxlamasının başa çatma tarixi 28 dekabr 2019-cu il, yoxlama aktının tərtib olunma tarixi 30 dekabr 2019-cu il, yoxlanılan dövr isə 1 iyul 2016-cı il tarixdən 1 iyul 2019-cu il tarixədək olmuşdur. Yəni, yoxlama dövrü ilə 2016-cı ilin iyul – noyabr ayları üzrə cəmi əlavə olaraq hesablanmış 288.158,16 manat ƏDV məbləği 3 illik hesablama müddətini keçdiyindən hesablanamamalı idi. Hazırkı tədqiqatla əlavə olaraq hesablanmış 1.091.807,70 manat ƏDV məbləğindən 3 illik hesablama müddətini keçmiş 288.158,16 manat ƏDV məbləği çıxıldığı təqdirdə isə dövlət büdcəsinə az hesablanmış ƏDV-nin məbləği 803.649,54 manat müəyyən edilir. Göstərilənlərdən əlavə qeyd edilir ki, müəssisəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən 22 sentyabr 2016-cı il tarixli İTS-55/2016 nömrəli X6 verilmişdir. Həmin təşviq sənədində investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahəsinin maşın və avadanlıqların istehsalından ibarət olduğu göstərilmişdir. Eyni zamanda qeyd edilir ki, həmin sənəddə bir sıra güzəştlə rin verilməsi öz əksini tapmışdır. Qeyd edilir ki, tədqiqata "xxxx" ASC-yə və digər müəssiələrə kənd təsərrüfatı texnikasının təqdim olunmasına dair müqavilələr, ödəniş sənədləri, VHF-lər və s. sənədlər təqdim edilmişdir. Həmin sənədlərə əsasən təqdim olunmuş texnikanın ümumi məbləği 7.825.369,90 manat məbləğində olmuşdur. Bildirilir ki, Vergi Məcəlləsinin 106.1 və 106.1.17-ci maddəsinin tələblərinə əsasən X6 almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin 50%-i 7 il müddətinə vergidən azaddır. Qeyd edilir ki, yuxarıda göstərilən müəssisələrə satılmış kənd təsərrüfatı texnikasının "xxxx" ATMM tərəfindən istehsal edildiyi təqdirdə həmin dövriyyəyə görə 50% güzəştlə vergilər hesablanmalıdır. Yəni müəssisənin fəaliyyəti üzrə əldə olunmuş ümumi dövriyyədən 7.825.369,90 m anat məbləğ çıxılaraq həmin 7.825.369,90 manat dövriyyəyə görə 50% güzəşt tətbiq edilməklə vergilər hesablanmalıdır. Belə qaydada hesablanma aparıldıqda dövlət büdcəsinə əlavə olaraq hazırkı tədqiqatla hesablanmış yuxarıda göstərilən 1.075.775,78 manat məbləğində mənfəət vergisindən 130.422,83 (7.825.369,90: 120 x 20 x 50% x 20% = 130.422,83) manat məbləği çıxılaraq sonda müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisinin 945.352,95 manat məbləğində az hesablanması müəyyən olunur. Göstərilənlərdən başqa bildirilir ki, "xxxx" Azərbaycan X1 büdcə ilə hesablaşmaları üzrə ödədiyi məbləğlərin səyyar vergi yoxlaması aktında yoxlama ilə tam nəzərə alınmasına dair hər hansı məlumat və ya qeyd öz əksini tapmamışdır. Rəyin tədqiqi hissəsində göstəri ldiyi kimi tədqiqata təqdim edilmiş "xxxx" Azərbaycan-X1 şəxsi hesab vərəqəsinin (başlanma tarixi 5 iyul 2016-cı il, çap olunma tarixi 13 iyun 2020-ci il) məlumatlarına əsasən bildirlir ki, əvvəllər işlənmiş kameral borclar bərpa olunarkən vergi məbləğlərinə verilən azalmalarda kənarlaşma müəyyən olunmur. Rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş üzrə əlavə sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə 4 sentyabr 2020-ci il tarixli vəsatət göndərilmişdir. Həmin vəsatətə əsasən əlavə sənədlər Mərkəzə təqdim olunsa da, gəlirin əldə edilməsi ilə bağlı xərc sənədlərinin (mənfəət vergisi bəyannaməsində göstərilən xərc maddələrinin bir qismi üzrə) bir qismi təqdim edilməmişdir. Bundan başqa, iş materiallarında müəssisənin vergi orqanına təqdim etdiyi 14 oktyabr 2019-cu il tarixli, MÇ/130 nöm rəli məktub öz əksini tapmışdır ki, həmin məktubda kassa sənədlərini təqdim edə bilmədikləri göstərilmişdir. Həmçinin səyyar vergi yoxlaması aktının 1.9.1. bəndində səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 21 avqust 2019-cu il tarixli, **********188779 saylı tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlərin tələb olunduğu, lakin vergi ödəyicisinin tələbnamədə göstərilən sənədlərin qismən yoxlamaya təqdim etdiyi qeyd olunmuşdur. Eyni zamanda, səyyar vergi yoxlaması aktının 1.11-ci bəndində mühasibat sənədlərinin Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarından istifadə edilməklə aparılmadığı qeyd edilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlərə və təqdim edilmiş sənədlər ə əsasən bildirilir ki, gəlirin əldə edilməsi ilə bağlı iddiaçının xərc sənədlərinin bir hissəsi mövcud olmuşdur. Yəni, xərc sənədlərinin bir qismi təqdim edilməmişdir. Həmin sənədlərin, yəni təqdim edilmiş xərc sənədlərinin hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi) ciddi hesabat sənədlərinə uyğundur. Həmçinin qeyd edilir ki, həmin sənədlərin hər birində əks olunmuş məbləğlərin ayrılıqda nə qədər olması, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatlarının məzmunun ayrılıqda nədən ibarət olması təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır. Eyni zamanda qeyd edildiyi kimi təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı digər xərc sənədləri tam olmadığından həmin xərc sənədlər i nəzərə alınaraq birbaşa mənfəət vergisini hesablamaq mümkün deyildir.
11. Birinci instansiya məhkəməsinin 22 aprel 2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyinin 050 nömrəli, 26 may 2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, 2016 – 2019-cu illərdə mal-material xərcləri ciddi mühasibat blankları əsasında alış sənədləri ilə hesabladıqda: 2016-cı il Astara su xəttinin çəkilişində mal-material xərci – 5.095.715,99 AZN ƏDV-siz; Yanğınsöndürən avadanllıqların istehsalı – 1.059.571,12 AZN ƏDV-siz; cəmi: 6.155.287,11 AZN ƏDV-siz. 2017-ci il Kənd təsərrüfatı avadanlıqlarının istehsalı – 4.814.818,09 AZN ƏDV-siz; Yanğınsöndürmə avadanlıqlarının istehsalı – 227.548,56 AZN ƏDV-siz; Astara su xəttinin çəkilişi – 3.968.501,40 AZN ƏDV-siz; Cəmi: 9.010.868,05 AZN ƏDV-siz. 2018-ci il Kənd təsərrüfatı avadanlıqlarının istehsalı – 1.852.241,18 AZN ƏDVsiz; Yanğınsöndürmə avadanlıqlarının istehsalı – 710.599,75 AZN ƏDV-siz Astara su xəttinin tikintisi – 12.314.598,25 AZN ƏDV-siz; Cəmi: 14.877.439,18 AZN ƏDV-siz. 2016 – 2019-cu illərdə mal-material xərcləri – 30.043.594,34 AZN ƏDV-siz təşkil edir. Müəssisənin əməktutumu, ezamiyyət, yanacaq, nəqliyyat, ehtiyat hissələri xərcləri, amortizasiya xərcləri və digər xərclər: Əmək tutumu – 1.335.207,59 AZN ƏDV-siz; Ezamiyyət xərcləri – 481.243,90 AZN ƏDV-siz; Yanacaq xərcləri – 1.000.196,44 AZN ƏDV-siz; Nəqliyyat xərcləri – 102.980,0 AZN ƏDV-siz; Təmir xərcləri – 70.125,73 AZN ƏDV-siz; Ehtiyat hissələri – 263.660,11 AZN ƏDV-siz; Amortizasiya xərcləri – 480.501,04 AZN ƏDV-siz; Digər xərclər – 917.133,48 AZN ƏDV-siz. 2016 – 2019-cu illərdə müəssisə tərəfindən çəkilən xərclərin cəmi – 34.694.642,59 AZN ƏDV-siz təşkil edir. Müəssisənin ümumi gəliri ilə bütün xərcləri arasında mənfəətə cəlb edilən məbləğ – 559.829,19 AZN ƏDV-siz olmuşdur. Mütəxəssisə təqdim edilmiş iş materiallarında olan sənədlərlə iddiaçının hər hansı xərci öz təsdiqini tapır. Mütəxəssis tərəfindən yuxarıda göstərilən xərclər yoxlama dövrünü əhatə edir. 9 avqust 2016-cı il tarixli akta əsasən sifarişçi tərəfindən Astara şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsinin dəyişdirilməsi və magistral su kəmərinin yeni layihə əsasında çəkilməsi ilə əlaqədar olaraq köhnə layihə üzrə görülmüş 2.462 metr boru xətti, magistral xətt üzərində tikilmiş 3 ədəd klapan kamer aları, borunun armatur betonla örtülməsi işləri yoxlama dövründə yerinə yetirilmiş işlər haqqında “Forma-2” aktlarında öz əksini tapmamışdır: PK 6+955 – 7+433 (478 m); PK 7+860 – 7+4920 (60 m); PK 12+654 – 14+050 (1396 m); PK 14+111 – 14+471 (360 m); PK 14+500 – 14+668 (168 m).
12. Birinci instansiya məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 9/8533 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin 0 50 nömrəli, xx.xx.2021-ci il tarixli mütəxəssis rəyi nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrə dair "xxxx" Azərbaycan-X4 tərəfindən aparılmış əməliyyatlara görə hesablanan mənfəət vergisinin məbləği 111.965,84 (559.829,19 x 20%) manat, ƏDV məbləği 517.312,50 manat müəyyən edilmişdir. Təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı iddiaçı "xxxx" AzərbaycanX1 xərc sənədləri mövcud olmuş, həmin sənədlərin, yəni təqdim edilmiş xərc sənədlərinin hər birinin növü, adı və rekvizətləri (tarix, seriyası və nömrəsi) ciddi hesabat sənədlərinə uyğun olmuş; həmin sənədlərin hər birində əks olunmuş məbləğlərin ayrılıqda nə qədər olması, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və hər birinin əks etdirdiyi təsərrüfat əməliyyatlarının məzmunun ay rılqda nədən ibarət olması təqdim edilmiş iş materiallarına öz əksini tapmış; həmin sənədlərdə göstərilən məbləğin gəlirdən çıxılan xərc kimi nəzərə alınması vergi qanunvericiliyinin və iddiaçının tətbiq etdiyi metodun tələblərinə uyğun olmuşdur.
14. Bakı İnzibati Məhkəməsinın 3 iyun 2022-ci il tarixli, 2-1(112)-215/2022 nömrəli qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbi qismən təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-cu il tarixli, **********197410 nömrəli qərarı “111.965,84 manat mənfəət vergisinin, 517.312,50 manat ƏDV-nin və 4.746,90 manat torpaq vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla qalan hissədə ləğv edilmiş, i ddia qalan hissədə təmin olunmamışdır.
15. Məhkəmə hesab etmişdir ki, müəssisənin istehsal həcmi onun fəaliyyətinə görə sərf olunmuş elektrik enerjisi sərfiyyatının miqdarı ilə qismən mütənasiblik təşkil etsə də, bu sərfiyyat həmin dövriyyəni müəyyənləşdirən yeganə göstərici kimi çıxış edə bilməz. Elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatan olsa da, elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqlarının istismarı müddəti, o cümlədən məişət təyinatlı avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırkı vəziyyətdə məhsulun xassəsi baxımından tozlanaraq itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, işdə olan sənədlərlə və bu halı cavabdehin birbaşa təkzib etməməsi ilə məlum olur ki, sərf olunmuş elektrik enerjisinin miqdarı müəssisənin təkcə “beton istehsalı” sahəsini əhatə etmədiyi halda, başqa istehsal sahələrinə (qumçınqıl istehsalı, toyuq fermaları, inkubator və s.) görə sərfiyyat da sözügedən enerji sərfiyyatı miqdarınında yer almışdır. Odur ki, səyyar vergi yoxlaması zamanı iddiaçının sərf etdiyi elektrik enerjisi üzrə dövriyyəsinin müəyyən edilməsi və bu dövriyyə nəzərə alınmaqla ƏDV və mənfəət vergisinin hesablanmasına dair mütəxəssis və ekspertdən alınmış rəylər mötəbər sübut sayıla bilməz.
16. Həmçinin qeyd edilmişdir ki, iş ü zrə tədqiq edilmiş məhkəmənin 13 avqust 2020-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 30 oktyabr 2020-ci il tarixli ekspert rəyi ilə elektrik sərfiyyatı əsasında müəssisənin dövriyyəsinin real müəyyən edilmədiyi təsdiq olunsa da vergi orqanının mövqeyinə və yoxlamanın nəticələri üzrə mübahisələndirilən 18 fevral 2020-ci il tarixli qərardakı dəlillərinə zidd şəkildə (uyğun olmadan) şərti rentabellik tətbiq etməklə müvafiq dövriyyəyə xərc sənədləri tam nəzərə alınmadan vergi məbləğləri hesablandığından, sözügedən rəy vergilərin hesablanması hissəsində mötəbər qiymətləndirilməməlidir.
17. İş üzrə tədqiq edilmiş məhkəmənin 6 oktyabr 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzindən alınmış 30 oktyabr 2020-ci il tarixli ekspert rəyinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, həmin rəy inzibati mübahisənin həlli istiqamətində tərəflərin dəlillər və arqumentlərinə uyğun qoyulmuş sualları cavablandırdığından, eləcə də məhkəmə icraatında sözügedən rəylə razılaşmaqla bağlı hər hansı xüsusat müəyyən edilmədiyindən, məhkəmə rəyi mötəbər qiymətləndirir. Rəydə vergi ödəyicisi kimi hazırkı iddiaçının yoxlamanın əhatə etdiyi dövrə görə həm gəlirlərini, həm də xərclərini əks etdirən məbləğlər nəzərə alınmaqla hesablamalar aparılmışdır. Həmin rəylə iddiaçının yoxlamanın əhatə etdiyi dövrdə fəaliyyəti üzrə 111.965,84 manat mənfəət vergisi və 517.312,50 manat ƏDV məbləğlərinin azaldılması müəyyən edilmişdir.
18. İddiaçıya Vergi Məcəlləsinin 58.6-cı maddəsini n tələbləri rəhbər tutulmaqla ƏDV məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı qeyd olunmalıdır ki, həmin gecikmə halı aparılan növbədənkənar səyyar vergi yoxlaması dövründən əvvəlki tarixlərdə vergi ödəyicisi kimi iddiaçı tərəfindən artıq aradan qaldırılmışdır. Odur ki, məhkəmə müvafiq gecikdirmə ilə aparılmış ƏDV ödəmələrinə münasibətdə Vergi Məcəlləsinin 58.6-cı maddəsinin tələbləri üzrə maliyyə sanksiyasının sözügedən səyyar vergi yoxlamasının çərçivəsində yolverilən saymır. Odur ki, iddiaçıya həmin maliyyə sanksiya məbləği əsassız olaraq tətbiq edilmişdir.
19. Cavabdeh 18 fevral 2020-ci il tarixli qərarında müvafiq rəylər və sənədlər əsasında mənfəət vergisi və ƏDV ilə yanaşı, torpaq vergisi də hesablanmışdır ki, bu xüsusata da mövcud qanun vericiliyn müvafiq müddəaları baxımından qiymət verərək, yoxlama zamanı iddiaçıya hesablanmış 4.746,90 manat torpaq vergisinin qanuna uyğun olması qənaətinə gəlmişdir.
20. Səyyar vergi yoxlaması aktı xx.xx.2019-cu il tarixdə tərtib edilsə də, “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Halbuki qanunvericiliyin tələblərinə əsasən yoxlama materiallarına baxılması və müvafiq qərar çıxarılması üçün nəzərdə tutulmuş müddət 10 gündür.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kolle giyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-484/2023 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə - sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinın 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, dövriyyənin elektrik və ya qaz sərfiyyatı əsasında hesablanmasına dair məhkəmə təcrübəsində formalaşmış mövqeyə görə bu göstəricilər istehsal həcminin müəyyən edilməsi baxımından yeganə göstərici kimi çıxış edə bilməz. İstehsal həcmini müəyyənləşdirilən bir sıra əlamətlər, o cümlədən xammal-material, qaytarılmış mallar, tullantılar, işçi qüvvəsi və s. mövcuddur. İstənilən is tehsal sahələri olan müəssisənin idarəetmə orqanı və digər köməkçi sahələr (anbar və s.), yəni qeyri-istehsal sahəsi üzrə işin təşkili ilə bağlı elektrik enerjisi sərfiyyatının olması təkzibolunmazdır.
24. Həmçinin işin apellyasiya baxışında “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi X9 məhkəməyə dəvət edilərək dinlənilmişdir. X9 öz izahatında bildirmişdir ki, betonun markası vergi ödəyicisinin öz satış sənədlərində əks etdirilmiş göstəricilərinə uyğun müəyyən edilmişdir. Qum Çınqıl istehsalında 1 saatlıq elektrik sərfiyyatı əsas götürülərək istehsal həcmi müəyyən edilmişdir. Beton istehsalında əldə olunan sementin istehsal həcmi müəyyən edilərkən dövlət standartları və Dadaşovlar adlı İnstitutun normativləri əsas götürülmüşdür. Yəni, B7,5 və ya B20 markalı beton istehsalına sərf edil miş sementin sərfiyyatını müəyyən etmək üçün təyin etdiyi xüsusi çəkiləri 1 m3 üçün sərf olunan sementin miqdarına vurmuş və ümumi beton istehsalı üçün müəyyən edilən faizi də həmin nəticəyə bölmüşdür. Daha sonra Yoxlama dövrünün əvvəlində göstərilən qalıqlar həmin nəticənin üzərinə əlavə edilmiş və yoxlama dövrünün sonunda olan qalıqlar isə çıxılmışdır. Bununla da alınan nəticə istehsala yönəldilən sementin miqdarı olur. Həmin sementin miqdarından betonun markası müəyyən olunur. Məhsulların maya dəyəri hesablanan zaman işçi qüvvəsi, əmək haqqı, sex xərcləri, məhsulun xammal dəyəri, çəkilən xərclər nəzərə alınmamışdır. İtkiyə gedən məhsullar analoji müəssisələr, beton istehsalında, sement itkisində müəyyən edilmiş normativlər nəzərə alınmaqla hesablanmışdır. Elektrik enerjisinin sərfiyyat göstəricisi "xxxx" ASC-dən götürülmüş elektrik enerjisi sərfiyyatının göstəricilərinə əsasən müəyyən edilir. Yarımstansiyadan 4-5 ədəd sahə enerji ilə təmin edilirdi. Hər bir sahə üzrə nəzarət sayğacı və həmin sayğacların da göstəriciləri mövcuddur. Bunun əsasında baş sayğacda 1 saatda nə qədər enerji sərf edildiyi və nəzarət sayğaclarında da həmin bir saat ərzində nə qədər enerji sərf edildiyi müəyyən edilir və bununla da uyğunluğu təmin edilir. Daxili sayğac əsasında 1 saatlıq enerji istehsalı və onun əsasında aparılan hesablama nəticəsində sərf olunan iş saatları da müəyyən edilirdi. Kərpicin istehsal həcmi müəyyən edilən zaman isə təbii qaz sərfiyyatı nəzərə alınmışdır. Sement əgər yoxlama keçirilmədən öncə satılmışdırsa yaxud xeyriyyə məqsədilə verilmişdisə bununla bağlı sənəd təqdi m edilməli idi, lakin təqdim edilmədiyi üçün bu hal rəy verilən zaman nəzərə alınmamışdır.
25. Eyni zamanda ekspert X9 yenidən məhkəməyə dəvət edilərək 25 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında əvvəlki iclasda verdiyi izahatına əlavə olaraq avadanlıqların gücü və elektrik enerji sərfiyyatına uyğun istehsal həcmi hesablanmışdır. Azərişıq İB-nin aylar üzrə təqdim etdiyi elektrik enerjisinin sərfiyyatına dair məlumatlar və elektrik sayğaclarının göstəriciləri nəzərə alınmışdır. Ümumi sayğac göstəricisindən digər müəssisələrə ayrılan enerji xətlərinə qoşulmuş sayğacların göstəriciləri çıxılmış və əldə olunan nəticə nəzərə alınmışdır. İddiaçının nümayəndəsinin sualına cavab olaraq qeyd etmişdir ki, elektrik sərfiyyatının göstəriciləri yoxlayıcı tərəfindən təqdim edilmiş, xammal məl umatlarına istinad edilməmiş, heç bir xərclər nəzərə alınmamışdır. Həmçinin, artıq elektrik sərfiyyatı ilə hesablamaların aparılmasının aktual olmadığını, həmçinin, müəssisənin özünün təqdim etdiyi ilkin mühasibat sənədlərində əksini tapmış iş həcmindən məlumatı olmadığını bildirmişdir. 26. 25 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X5 öz izahatında bildirmişdir ki, 30 oktyabr 2020-ci il tarixli ekspert rəyi verilən zaman xərc sənədləri natamam təqdim olunmuşdur. xx.xx.2022ci il tarixli, 9/8533 nömrəli ekspert rəyi isə həm xərc sənədləri, həm də mütəxəssis rəyləri əsasında tərtib olunmuşdur. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin və q azın sərfiyyatından ibarət olmayıb xammal və materiallar, zay məhsul və itkilər, qaytarılmış tullantılar, istehsal fəhlələrinin əsas əmək haqqı və s. xərc elementlərindən ibarətdir. Lakin buna baxmayaraq Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən mütəxəssis cəlb olunmuş və B.İ.Əliyev tərəfindən "xxxx" Azərbaycan X4 üzrə faktiki istehsal edilmiş yuxarıda adları qeyd edilən məhsulların faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən və qaz sərfiyyatından ibarət olduğu müəyyən edilmişdir. Xərc sənədləri natamam təqdim edildiyi üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edərək, vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığından Azərbaycan Respublikasının Nazirlə r Kabineti tərəfindən müəyyən edilmiş qaydalar əsasında mənfəət vergisi hesablanmışdır.
27. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Azərekspertiza Birliyinin mütəxəssisi H.Yaqubov tərəfindən verilmiş sonuncu rəydə və Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8533 nömrəli ekspert rəyində olan məlumatlar hazırki iddia tələbi üzrə əhəmiyyət kəsb edən məlumatlar qismində çıxış edir.
28. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün Vergi Məcəlləsinin 16.1.1, 23.1.1, 23.1.2, 24.0.1, 36.1, 36.3, 38.1, 38.2, 38.3, 44.6, 44.7, 49.1, 49.2, 49.5, 62.1, 83.1-ci maddələrinə, MPM-in 87.2, 97.1, 101.2, 101.6, 101.7, 102.1, 103.1-ci maddələrinə istinad edilmişdir.
29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməs i haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
30. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iş üzrə qərar qəbul edərkən ehtimallara söykənmiş, tərəddüd etmiş və gəldiyi nəticəni mütləq şəkildə əsaslandıra bilməmişdir. Belə ki, məhkəmə təsərrüfat subyektində müvafiq dövr ərzində beton və qum-sement məhlulundan ibarət məhsulların istehsal həcminin bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etdiyini qəbul etmiş, daha sonra müxtəlif formal mülahizələrinə əsasən mütəxəssis rəyi üzrə müəyyən edilən istehsal həcmini şübhə altına almağa cəhd etmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü v ə 50.1.1-ci mad dələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmçinin qeyd edilmişdir ki, İşdə olan sübutlara əsasən beton istehsalı enerji sərfiyyatına görə deyil, sement alışına görə müəyyən edilmişdir. Qeyd olunan halı məhkəmə icraatına cəlb edilən mütəxəssis tərəfindəndə təsdiq olunmuş dur. Həmçinin mütəxəssis öz rəyində enerji itkilərini və digər müəsissələrin enerji sərfiyatını nəzərə aldığını bildirmiş və qeyd olunan halı rəyində öz təsdiqi tapdığını qeyd etmişdir. Həmçinin qeyd edilmişdir ki, hesablamanın əsasını təkcə enerji sərfiyyatı təşkil etməmişdir. Halbuki, məhkəmə qərarın qismən ləğvinin əsasını enerji sərfiyyatına əsasən hesablamaların aparıldığını qeyd etmişdir. Qeyd edilmişdir ki, mənfəət vergisi üzrə iddiaçı tərəfindən təqdim edilmiş xərclərin bir qismi gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün səyyar vergi yoxlaması zamanı nəzərə alınmamışdır. Qeyd olunanlara baxmayaraq məhkəmə yalnız əsassız ekspert rəyinə istinad edərək qeyd olunan halın araşdırılması istiqamətində tədbirlər görməmişdir. Məhkəmə kollegiyası ekspert rəyi üzrə konkret qiymətləndirmə aparmadan həmin rəyi də qeyri-mötəbər hesab edərək qəbul etdiyi qərarı şübhə altına almışdır.
31. Müəssisə tərəfindən istehsal edilmiş kənd təsərrüfatı avadanlıqları, qoşquları və digər texniki vasitələri “Aqrolizinq“ ASC-yə satılan zaman Vergi Məcəlləsinin 164.1.34 bəndinə uyğun olaraq ƏDV-yə cəlb edilmədiyi halda, həmin malların istehsalı üçün xammal və materiallar üzərində ödənilmiş 153,98 min manat əlavə dəyər vergisi vergi bəyənnamələrində əvəzləşdirildiyi müəyyən edilmiş və həmin məbləğ yoxlama zamanı bərpa edilmişdir. Nəticədə müəssisə tərəfindən ƏDV 153,98 min manat azaldılmışdır.
32. Vergi Məcəlləsinin 109.7-ci maddəsinin tələblərinə zidd olaraq ezamiyyə əmrləri, vərəqələri, avans hesabatları və xərclərin çəkilməsini təsdiq edən digər sənədlər olmadığı halda, ezamiyyətdə olan işçi lərin hesabına deyil, təsisçiyə məxsus "xxxx" MMC-yə və digər fiziki şəxslərin(əyləncə və istirahətin təşkili ilə məşğul olan) hesablaşma hesabına 437,62 min manat ezamiyyə xərclərinin köçürüldüyü müəyyən edilmişdir. Nəticədə 87,5 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır.
33. Vergi Məcəlləsinin 115.1-ci maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında olan bina, tikili, qurğu və nəqliyyat vasitələrinə görə normadan artıq 317,14 min manat təmir xərcləri gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 63,4 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır.
34. Vergi Məcəlləsinin 109.3-cü maddəsinin tələblərinə zidd olaraq müəssisə tərəfindən gəlirin əldə edilməsi ilə bağlı olmayan 90,45 min manat məbləğində sosial xərclər (işçilərin yemək və digər xərclərinin qarşı lanmasına) gəlirdən çıxılan xərclərə aid edilmişdir və nəticədə 18,09 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır.
35. Vergi Məcəlləsinin 175.2-ci maddəsinə əsasən müəssisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələrinə silinmiş 345,67 min manat məbləğində yanacağa görə əvəzləşdirilən ƏDV məbləği yoxlama zamanı bərpa edilmiş və nəticədə 62.2 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır.
36. Vergi Məcəlləsinin 109.1-ci maddəsinin tələblərinə zidd olaraq müəssisənin balansında olmayan və müəssisəyə aidiyyəti olmayan nəqliyyat vasitələri tərəfində 345,67 min manat məbləğində istifadə olunmuş yanacağın müəssisənin yoxlanılan dövr üzrə mənfəət vergisi bəyannamələrində yanacaq xərci kimi xərcə salındığımüəyyən edilmiş və yoxlama zamanı xərc maddələrində çıxarılmış və nəticədə 69,13 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır.
37. Mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən tərtib edilmiş sənədlərdə 2016-cı il üzrə 716,51 min manat, 2018-ci il üzrə 3.896,29 min manat, ümumilikdə 4.612,80 min manat material xərclərinin artıq göstərilməsi müəyyən edilmiş və nəticədə 922,56 min manat mənfəət vergisi büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 4652,58 min manat məbləğində tikinti materiallarının əsassız silinərək xərclərə daxil edildiyi müəyyən edilmiş və nəticədə 837,47 min manat ƏDV büdcədən yayındırılmışdır. Mütəxəssis rəyinə əsasən 2016-cı il üzrə 1.634,82 min Mütəxəssis rəyinə əsasən 2016-cı il üzrə 1.634,82 min manat, 2017-ci il üzrə 2.238,00 min manat, 2018-ci il üzrə 1.220,44 min manat və 2019-cu il üzrə 801,97 min ma nat ümumilikdə 5.895,23 min manat dövriyyədən yayındırılımış beton və kərpic satışına görə əlavə vergi hesablamaları aparılmış və nəticədə 1.337,47 min manat mənfəət vergisi, 1.061,14 min manat ƏDV məbləği büdcədən yayındırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)-484/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “İnzibati icraat haqqında” Qanun Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdır ılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Maddə 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Maddə 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir
40. Vergi Məcəlləsi: Maddə 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Maddə 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçiril ə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. verg i orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunveri ciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Maddə 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Maddə 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (a ktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.
41. Mülki Prosessual Məcəllə: Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 101.2. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır; Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
42. İnzibati Prosessual Məcəllə: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual pr insiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
43. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı.
44. Növbədənkənar səyyar vergi yoxlaması və enerji sərfiyyatı əsasında qəbul edilmiş vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarlar ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2504/2023, 2-1(102)-1632/2023, 2-1(102)-2491/2023, 2-1(102)2052/2023, 2- 1(102)-231/2023, 2-1(102)-532/2022 nömrəli qərarları. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Hazırkı işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı barəsində "xxxx" qərarla müəssisədə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2016-cı il tarixdən xx.xx.2019cu il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, həmin növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2019-cu il tarixli KY191329202 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın nəticələri üzrə xx.xx.2019-cu il tarixli, **********192478 nömrəli akt tərtib olunmuşdur. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyə tə cəlb edilməsi haqqında” xx.xx.2020-cu il tarixli, **********197410 nömrəli qərarla iddiaçıya mənfəət vergisinə görə 2016-cı il üzrə 664650,00 manat, 2017-ci il üzrə 896634,70 manat, 2018-ci il üzrə 938040,00 manat, cəmi 2499324,70 manat, əlavə dəyər vergisinə görə 2016-cı il üzrə 312439,40 manat, 2017-ci il üzrə 778431,20 manat, 2018-ci il üzrə 1114129,86 manat, 2019-cu il üzrə 184529,67 manat, cəmi 2389530,13 manat, torpaq vergisinə görə 2017-ci il üzrə 1034,70, 2018-ci il üzrə 1856,10 manat, 2019-cu il üzrə 1856,10 manat, cəmi 4746,90 manat, ƏDV məbləğinin ödənilməməsinə görə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən 2017-ci il üzrə 131850,00 manat, 2018-ci il üzrə 32457,60 manat, cəmi 164307,60 manat, vergi hesabatının və arayışının vaxtında verilməməsinə görə 2019-cu il üzrə 40,00 manat, cəmi 4.893.601,73 manat vergi borcu hesablanmış və 2.611.148,47 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
49. İş materialları ilə müəyyən olunur ki birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli qərarı “111.965,84 manat mənfəət vergisinin, 517.312,50 manat ƏDV-nin və 4.746,90 manat torpaq vergisinin hesablanması, həmin vergi məbləğləri üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi” hissələri istisna olmaqla qalan hissədə ləğv edilmişdir. Məhkəmə həmin nəticəyə gələrkən hazırkı qərarın 10,11 və 13-cü bəndlərdə göstərilən mütəxəssis və ekspert rəylərinə istinad etmişdir. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsinin araşdırılması ilə razılaşaraq, mövqeyini əsaslı hesab etmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qərarı iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, həmin hissədə qərar qanuni qüvvəyə minmişdir və hazırkı kassasiya baxışının predmetini təşkil etmir. Növbədənkənar səyyar vergi yoxlamasının qanuniliyi ilə bağlı:
51. Növbədənkənar səyyar vergi yoxlaması ilə bağlı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
52. Vergi Məcəlləsi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən vergilərin büdcədən yayındırılmasının qarşısının alınması (eləcə də vergilərin hesablanması) məqsədilə vergi orqanını müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti ilə təchiz etmişdir. Həmin səlahiyyətlərlə əhatə olunan tədbirlər sırasına kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlaması aiddir. Vergi qanunvericiliyi hər üç yoxlamanın həyata keçirilməsi şərtlərini, qaydalarını dəqiq tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.
53. Məhkəmə kollegiyası səyyar vergi yoxlamasına münasibətdə ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən edir: növbəti və növbədənkənar. Vergi orqanı tərəfindən hər iki yoxlamanın keçirilməsi ilə bağlı qəbul edilmiş qərar inzibati icraat hüququ baxımından inzibati akt hesab edilmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsin ə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və y a ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin hüquqi əsası kimi çıxış edir.
54. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında (əslində yoxlamanı ehtiva edən inzibati icraat nəticəsində) vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxl amasının keçirilməsi barədə qərar, eləcə də həmin yoxlamanın nəticəsinə dair yoxlama aktı hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin (rəhbərin müavini) bu barədə qərar qəbul etməsi tələb olunur. Vergi Məcəlləsinin 49-cu maddəsində isə vergi orqanının rəhbərinə (rəhbərin müavini) həm məsuliyyətə cəlbetmə, həm də məsuliyyətə cəlbetməmə barədə, həm də həmin maddədə nəzərdə tutulan digər qərarlardan birini qəbul etmə imkanı verilir. Bu baxımdan yalnız vergi orqanının rəhbərinin (rəhbərin müavini) vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı əsasında vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilə bilər və məhz həmin qərar vergi ödəyicisi üçün hüquqi nəticə y aratmış olur.
55. Qeyd edilənlərə əsasən, istər növbəti, istərsə də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qəbul edilmiş qərarlar vergi ödəyicisi üçün hüquqi nəticə yaratmadıqlarından inzibati akt hesab edilmirlər və inzibati məhkəmə icraatında müstəqil surətdə mübahisələndirilə bilməzlər. Həmin qərarlar “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi anlamında cavabdehin xidməti vəzifəsinə görə öz təşəbbüsü ilə inzibati icraatın başlanılması əsası kimi qəbul edilməlidir.
56. Bununla yanaşı qeyd edilməlidir ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın müstəqil inzibati akt kimi mübahisələndirilə bilməməsi, məhkəmənin həmin qərarın və onun əsasında keçirilən yoxlamanın qanuniliyini qiymətləndirmək imkanını istisna etmir. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin nəticələrinə dair qəbul edilmiş vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar inzibati məhkəmə icraatında mübahisələndirildiyi halda, inzibati məhkəmə icraatında həm də növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi və əsaslılığı yoxlanılır. Bu isə aşağıdakı səbəblərdən irəli gəlir.
57. Yuxarıda artıq qeyd edildiyi kimi, səyyar vergi yoxlaması həm növbəti, həm də növbədənkənar ola bilər. Vergi Məcəlləsinin 38-ci maddəsi vergi orqanına il ərzində bir dəfə növbəti yoxlama keçirmək hüququ verir. Eyni zamanda, qanunda konkret sadalanmış müəyyən hallarda vergi orqanı həm də növbədənkənar səyyar vergi yoxlaması keçirə bilər. Vergi Məcəlləsinin 38.3-cü maddəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçü n əsasların dəqiq siyahısı göstərilmişdir və onlardan biri də vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).
58. Növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasib ətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məh z bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.
59. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənb əyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
60. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan ibarətdir.
61. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).
62. Hazırki mübahisəyə münasibətdə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə xx.xx.2019-cu il tarix li, **********188711 nömrəli qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları (mənbəyi bəlli olan əlaqəli məlumatları) açıqlamamış, diskresion səlahiyyətlərindən niyə məhz bu formada istifadə etməsinin səbəblərini əsaslandırmamışdır. Bu mənada növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcud luğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Odur ki, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Enerji sərfiyyatı əsasında verginin hesablanması:
63. Enerji sərfiyyatı əsasında qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların qanuniliyi ilə bağlı analoji işlər üzrə Ali Məhkəmənin formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
64. İddiaçıya əlavə vergi hesablayarkən cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X9 tərə findən verilmiş xx.xx.2019-cu il tarixli ekspert rəyinə istinad edilmiş, həmin ekspert rəyi isə enerji sərfiyyatı əsasında tərtib edilmişdir.
65. Cavabdeh kassasiya şikayətində hesablamanın əsasını təkcə enerji sərfiyyatı təşkil etməməsini qeyd etmişdir.
66. Məhkəmə kollegiyası kassasiya şikayətin həmin dəlillərini əsaslı hesab etmir.
67. Belə ki, iş materiallarından göründüyü kimi məhkəmə tərəfindən ekspertiza tətqiqatlarını aparmış ekspert və mütəxəssislər məhkəmə iclasında tərəflərin iştirakı ilə dindirilməklə tədqiq olunmuşdur. 68. 16 mart 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən “Azərekspertiza” Birliyinin ekspert-mütəxəssisi verdiyi izahatında bildirmişdir ki, kərpicin istehsal həcmi müəyyən edilən zaman isə təbii qaz sərfiyyatı nəzərə alınmışdır.
69. Eyni zamanda 25 may 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Bakir Əliyev bildirmişdir ki, “avadanlıqların gücü və elektrik enerji sərfiyyatına uyğun istehsal həcmi hesablanmışdır. Azərişıq İB-nin aylar üzrə təqdim etdiyi elektrik enerjisinin sərfiyyatına dair məlumatlar və elektrik sayğaclarının göstəriciləri nəzərə alınmışdır. Ümumi sayğac göstəricisindən digər müəssisələrə ayrılan enerji xətlərinə qoşulmuş sayğacların göstəriciləri çıxılmış və əldə olunan nəticə nəzərə alınmışdır”. Ekspert iddiaçının nümayəndəsinin sualına cavab olaraq həmçinin qeyd etmişdir ki, elektrik sərfiyyatının göstəriciləri yoxlayıcı tərəfindən təqdim edilmiş, xammal məlumatlarına istinad edilməmiş, heç bir xərclər nəzərə alınmamışdır. Həmçinin, ekpert tərəfindən artıq elektrik sərfiyyatı ilə hesablamaların aparılmas ının aktual olmadığını, həmçinin, müəssisənin özünün təqdim etdiyi ilkin mühasibat sənədlərində əksini tapmış iş həcmindən məlumatı olmadığını bildirilmişdir.
70. Nəzərə alınmalıdır ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin və qazın sərfiyyatından ibarət olmayıb xammal və materiallar, zay məhsul və itkilər, qaytarılmış tullantılar, istehsal fəhlələrinin əsas əmək haqqı və s. xərc elementlərindən ibarətdir. Lakin, məhkəmə araşdırması ilə Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatasının «Azərekspertiza» birliyindən cəlb olunmuş mütəxəssis B.İ.Əliyev tərəfindən iddiaçı tərəfindən istehsal edilən məhsulların faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən və qaz sərfiyyatından ibarət olduğu müəyyən edilmişdir.
71. Beləliklə, yuxarıda qeyd edilənlərdən müəyyən olunur ki, yoxlanılan dövr üzrə vergi ödəyicisinin dövriyyəsi mütəxəssis rəyinə əsasən müəyyən edilmiş, mütəxəssis isə həmin dövriyyəni elektrik enerjisi və qaz sərfiyyatına əsasən müəyyən etdiyini etiraf etmişdir.
72. Qeyd edilməlidir ki, müəssisənin istehsal həcmi onun fəaliyyətinə görə sərf olunmuş elektrik enerjisi sərfiyyatının miqdarı ilə qismən mütənasiblik təşkil etsə də, bu sərfiyyat həmin dövriyyəni müəyyənləşdirən yeganə göstərici kimi çıxış edə bilməz. Elektrik enerjisi sərfiyyatı göstəricilərinə əsaslanmaqla iddiaçının dövriyyəsinin hesablanması ağlabatan olsa da, elektrik enerjisi sərfiyyatı dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerji sinin sərfiyyatı avadanlıqlarının istismarı müddəti, avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən, hazırkı vəziyyətdə məhsulun xassəsi baxımından itkiyə getməsi və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər.
73. Bundan başqa, nəzərə alınmalıdır ki, işdə olan sənədlərlə və bu halı cavabdehin birbaşa təkzib etməməsi ilə məlum olur ki, sərf olunmuş elektrik enerjisinin miqdarı müəssisənin təkcə “beton istehsalı” sahəsini əhatə etmədiyi halda, başqa istehsal sahələrinə (qum-çınqıl istehsalı, toyuq fermaları, inkubator və s.) görə sərfiyyat da sözügedən enerji sərfiyyatı ilə əhatə olunmuşdur.
74. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan bu rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmiş, bununla da hazırkı qərarın 39-cu bəndində göstərilən “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur.
75. Beləliklə, inzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanması zamanı ist inad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını və vergi yoxlamasının qanunda nəzərdə tutulduğu qaydaya uyğun aparıldığını sübuta yetirə bilməmişdir.
76. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsas vermir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, a pellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
77. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-484/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.