Məhkəmə qərarları › İş №2-1(102)-2263/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2263/2025

12.12.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2263/2025 12.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatın bərpa edilməsi, iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2-1(103)1742/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq a şağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1974-cü ildən qeydiyyatda olduğu ünvan 1 ünvanında qeydiyyatının bərpa edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, B.Nuriyev küçəsi 55/57, mənzil 87-yə order 1974-cü ilin 20 iyun tarixində atası X3 verilmişdir. Qeyd olunan orderdə (№ 1362012) özünün də adı vardır. Həmin tarixdən digər ailə üzvləri kimi o da həmin evdə qeydiyyatda olmuşdur. İddiaçı 15 oktyabr 1952-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1952-ci il tarixdə (HE № 847790) Doğum haqqında şəhadətnamə verilmişdir. Bakı şəhəri Şadlıq Sarayında 15 iyul 1978-ci il tarixdə X2 rəsmi nikahl arı bağlanmışdır (Nikahın bağlanması haqqında şəhadətnamə İİ-)Kr № 259114), bu səbəbdən onun indiki soyadı Kildyakovadır. xx.xx.1998-ci il tarixdə o Bakı şəhərində kiçik biznes fakültəsinin kompüter mühasibatı kurslarını bitirmişdir. Diplom (1938/2461) xx.xx.1998, qeydiyyat № 1938. Həmin bu faktlar birbaşa sübutdur ki, xx.xx.1998-ci ildə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanunun 5-ci maddəsinin İ bəndinin müddəalarına tam uyğun olaraq, iddiaçının vətəndaşlığı sübut olunur. Atası rəhmətə gedəndən sonra evi şəxsi hesabı qardaşının X1 adına keçmişdir (xx.xx.1999 il tarixli 38 saylı Qərarı). Həmin vaxtdan bu günə kimi iddiaçı mənzilin kommunal xərclərini ödəyən qardaşına bu ödənişləri həyata keçirməkdə pulvəsaitilə köməklik edir. Ona məlum olmayan səbəblərdən hal-ha zırda evə qeydiyyatı kimlərinsə səhlənkarlığı səbəbindən yer almamışdır. Bu məsələlərə aydınlıq gətirmək üçün tərəfindən Azərneftyanacaq İB (bina onların balansındadır), 3 saylı Mİİ-nə, Polis İdarəsinə evin şəxsi hesabı adına alman V.B.Statsenkoya və digər şəxslərə müraciətlər etsə də, bu məsələ öz həllini tapmamışdır. Həmin məsələyə aidiyyəti olan 3 saylı Mİİ-nin möhür və ştampları xx.xx.2002-ci il tarixdə ləğv edilmişdir.

3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-13659/2024 nömrəli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır.

4. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı daimi əsaslarla ünvan 2 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmasını (bərpasını) mübahisələndirir. Halbuki yuxarıda sadalanan qanunvericilik normalarından müəyyən olun ur ki, cavabdeh rayon Polis İdarəsi tərəfindən yaşayış yeri üzrə daimi əsaslarla qeydiyyata alınma bilavasitə Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə tətbiq edilə bilir. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi qeydiyyata dar icazə sənədi ilə realizə olunur....iddiaçı Kildyakovs (Statsenko) Tatyana Borisovnanın Azərbaycan Respublikası vətəndaşlığını təsdiq edən sənəd olmadığından sonuncunun rayon Polis İdarəsi tərəfindən mübahisələndirdiyi ünvana qeydiyyata alınması mümkün deyildir. Bu halda iddiaçının hüquqi marağı qeydiyyata alınma və ya bərpa tələbi ilə deyil, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin tanınması tələbi ilə əhatə olunur. Başqa sözlə, iş üzrə iddiaçının hazırkı tələblə bağl ı iddia qaldırmasına hüquqi marağı müəyyən olunmur.

5. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 2-1(103)-1742/2025 nömrəli qərardadı ilə (hakimlər: Ş.Məmmədova - sədrlik edən və məruzəçi, C.Məmmədov və P.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır.

8. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayəti nin dəlilləri

9. İddiaçının kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi tərəfindən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanunun tələbləri pozulmuşdur. Belə ki, həmin Qanunun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edən 4 haldan 2 hala görə: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək AR-da yaşayış yeri üzrə qeydiyyatda olsunlar; 2) 1992-ci il yanvarın 1-dək AR-nın və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər. Göründüyü kimi iddiaçı kifayət qədər uzun müddət, yəni ən azından 1974-cü ildən 1998-ci ilədək davam etmiş müddətdə həm Azər baycan Respublikasının vətəndaşı olan şəxs kimi, həm də başqa dövlətin vətəndaşlığında olmamış şəxs kimi, Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvandan, Bakı şəh., Bəhruz Nuriyev küç, 55/57 №-li evin 87-ci mənzilinə daimi qeydiyyatdan hüquqa - və qanunazidd formada qeydiyyatdan çıxarılmışdır. b)kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcl udur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili r. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 12. “İnzibati məhkəmə icraatında iddianın mü mkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələ rindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şi kayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.

16. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

17. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

18. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının yaşayış yeri üzrə qeydiyyatının bərpa edilməsi barədə məhkəməyə müraciət edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosess ual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin ödənilmədiyi müəyyən edilir və iddianın mümkün sayılmaması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi mübahisənin m üəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 aprel 2025-ci il tarixli, 21(103)-1742/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar