Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2266/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 60 yaş, iş icraçısı peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial M üdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2279/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuşdur, əmək kitabçasına əsasən 19.8.1976-cı il tarixdə Vano Sturua adına Gəmi Təmiri Zavoduna mexaniki sexinin xarrat sahəsinə xarratın tələbəsi kimi qəbul edilmiş, 1.12.1976-cı il tarixdə 2-ci dərəcə verilmiş və 25.4.1977-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. 3.5.1979-cu il tarixdən 10.05.1981-ci il tarixədək Sovet ordusunda xidmət etmiş, 10.10.1981-ci il tarixdə Abşeron Qİİ “Azneft” Şöbəsinin Neft və qaz istismar qazma quyularının 3-cü dərəcəli qazmaçı köməkçi kimi qəbul edilmiş, 15.12.12.1981-ci il tarixdə ona 4-cü dərəcəli qazmaçı köməkçisi kimi qəbul edilmiş və 13.09.1982-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 01.03.1983-cü il tarixdən 14.04.1983-cü il tarixədək X2 PNZ pansionatın yeməkxanasının tikintisi üzrə 4-cü dərəcəli malakeş vəzifəsində, 06.05.1983-cü il tarixdən 01.09.1983-cü il tarixədək X3 yükləmə və yükü boşaltma sexinə 4-cü dərəcəli materialların daşıyıcısı vəzifəsində, 17.10.1983-cü il tarixdən 29.02.1984-cü il tarixədək MXİİN SSR Avadanlıqların hazırlanması üzrə Mexanika Emalatxanasında 4-cü dərəcəli təlimatçı vəzifəsində, 01.03.1984-cü il tarixdə Bakı stasionar dərin dəniz bazaları üçün dəstək hissələrinin istehsalı zavodunda 4-cü dərəcəli malakeş vəzifəsində, 19.05.1984-cü il tarixdə tirtilli kran üzrə 5-ci dərəcəli maşinist vəzifəsində, 01.04.1985-ci il tarixdə tirtilli kran üzrə maşinistə 6-cı dərəcə verilmiş və 30.03.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş, 02.04.1990-cı il tarixdən 19.10.1993-cü il tarixədək Salyan şosesi “Şelflayihətikinti” Tikinti və X1 tırtıllı kran üzrə 6-cı dərəcəli maşinist vəzifəsində işləmiş; 21.10.1993-cü il tarixdə Çoxsahəli istehsalat firması “Aysel” sahə rəisi vəzifəsinə qəbul edilmiş, 13.02.1994-cü il tarixdə firmanın direktor vəzifəsinə keçirilmiş və 05.08.1994-cü il tarixdə öz xahişi ilə işdə n azad edilmiş; 01.09.1994-cü il tarixdə “Şelf-layihə-tikinti” Tikinti İdarəsinə mebel sexinə iş icraçısı qəbul edilmiş, 01.03.1995-ci il tarixdə mebel sexinə köçürülmə yolu ilə iş ustası vəzifəsinə keçirilmiş və 01.02.2000-ci il tarixdə “Dülgərlik” sexinə sex rəisi vəzifəsinə keçirilmiş və 01.07.2003-cü il tarixdə öz xahişi ilə işdən azad edilmiş; 01.07.2003-cü il tarixdə “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu”na iş icraçısı vəzifəsinə qəbul edilmiş, 01.05.2006-cı il tarixdə həmin zavodun İxtisaslaşdırılmış tikinti sexinə iş icraçısı vəzifəsinə keçirilmiş, 01.06.2006-cı il tarixdə iş icraçısı vəzifəsi üzrə 12-ci dərəcə verilmiş, 01.03.2008-ci il tarixdə böyük iş icraçısı vəzifəsinə keçirilmiş, 26.12.2012-ci il tarixdə 10-cu dərəcəli usta vəzifəsinə keçirilmiş, 29.09.2016-cı il tar ixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin olunmuş, 10.06.2019-cu il tarixdə 13-cü dərəcəli sahə rəisi vəzifəsinə təyin edilmiş və hal-hazıradək işləyir.
2. SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş 15.01.2021-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun 19 saylı Təmir tikinti sexinin 1 saylı sahəsində 01.07.2003-cü il tarixdən 30.04.2006-cı il tarixinədək iş icraçısı vəzifəsində (02 il 09 ay 29 gün); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.05.2006-cı il tarixdən 01.03.2008-ci il tarixədək iş icraçısı vəzifəsində (01 il 10 ay); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.03.2008-ci il tarixindən 25.12.2012-ci il tarixinədək böyük iş icraçısı vəzifəsində (04 il 09 ay 24 gün); həmin zavodun 3 saylı Xidmət sahəsində 26.12.2012-ci il tarixindən 29.09.2016-cı il tarixinədək usta vəzifəsində (03 il 09 ay 03 gün) işləmişdir. Texnoloji prosesə əsasən İddiaçı oğlunun işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları vəzifəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən stajı: 13 il 02 ay 26 gün təşkil edir.
3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cav abdeh iddiaçıya göndərdiyi 5.2.2021-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etdiyindən (8 il, 5 ay, 2 gün) ona güzəştli şərtlərlə pensiya təyin etmək mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 22 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 60 yaşdan, yəni 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 19.08.1976-cı il tarixdən halhazıradək əmək fəaliyyəti ilə məşğul olur. Onun hal-hazıradək 40 ildən çox ümumi və 13 ildən çox xüsusi stajı vardır. 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il t arixədək işlədiyi Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda iş icraçısı və usta vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndinə əsasən (b). mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr hesab olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin c avabdeh cavab məktubu ilə güzəştli iş stajının 12 il 06 aydan az olduğu əsas gətirərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtina məktubunun əsassız hesab edir və bildirir ki, onun 28.12.2020-ci il tarixədək 40 ildən çox ümumi və 13 ildən çox güzəştli iş stajı vardır.
6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair etirazda göstərilmişdir ki, iddiaçının verdiyi əmək kitabçası və SOCAR tərəfindən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli arayışdan göründüyü kimi, iddiaçı 01.07.2003-cü il tarixdən 29.09.2016-cı il tarixədək müxtəlif dövrlər ərzində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində iş icraçısı, böyük iş icraçısı və usta vəzifələrində işləmişdir. Q eyd edilən arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində göstərilən tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifəsinə uyğundur. İşə götürən özünün də qeyd etdiyi kimi, iddiaçının işlədiyi ancaq iki peşə yəni, usta və iş icraçısı qeyd edilən qərarda göstərildiyindən həmin peşələrdə işlədiyi müddət güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilər, lakin iddiaçının işlədiyi böyük iş icraçısı peşəsi həmin qərarda olan peşələr arasında qeyd edilmədiyindən həmin peşə güzəştli peşə kimi qəbul edilə bilməz.
7. Bakı İnzibati M əhkəməsinin (hakim X7, 2-1(112)-4527/2021 saylı iş) 8 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçıya 30 noyabr 2015-ci il tarixdən 60 yaşdan, yəni pensiya hüququ yarandığı 28.12.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007 -ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 13 il 02 ay 26 gün iş stajına malik olmuşdur. İddiaçının hərbi xidmət dövrü nəzərə al ınmaqla onun 60 yaşı tamam olduğu 28.12.2020-ci il tarixədək ümumilikdə 25 ildən (41 il 02 ay 13 gün) çox ümumi stajı vardır.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul etməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X6-məruzəçi, X4 və X5, 2-1(103)-2279/2021 saylı iş) 13 sentyabr 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 8 iyun 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. Cavabdeh 5 oktyabr 2021-ci il tarixdə qərarın surətini almış, 13 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərar ın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kasasiya şikayətinin dəlilləri
12. İddiaçıya hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun tətbiq edilə bilməz.
13. Qanunun 9.1-ci maddəsinə görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda v ə bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əməl' pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
14. İddiaçının verdiyi əmək kitabçası və SOCAR tərəfindən tərtib edilmiş 15 yanvar 2021-ci il tarixli arayışdan göründüyü kimi, o, 01.07.2003-cü il tarixdən 29.09.2016cı tarixədək o, müxtəlif dövrlər ərzində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun Təmir Tikinti Sexinin 1 saylı sahəsində iş icraçısı, böyük iş icraçısı və usta vəzifələrində işləmişdir.
15. Qeyd edilən arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci tarixli 12 saylı Qərarı ilə təsdiq edil miş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsində göstərilən tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları vəzifəsinə uyğundur.
16. İşə götürən özünün də qeyd etdiyi kimi, iddiaçının işlədiyi ancaq iki peşə yəni, usta və iş icraçısı qeyd edilən qərarda göstərildiyindən həmin peşələrdə işlədiyi müddət güzəştli pensiya hüququ verən peşə kimi qəbul edilə bilər, lakin iddiaçının işlədiyi böyük iş icraçısı peşəsi həmin qərarda olan peşələr arasında qeyd edilmədiyindən həmin peşə güzəştli peşə kimi qəbul edilə bilməz.
17. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi tətbiq edilməli olmayan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsini iddiaçıya münasibətdə tətbiq etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hes abın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafi əsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izah atları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndir ilir. (-). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya b axışının hədləri
23. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Kasasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası m əhkəməsinin qərarının dəyişdirilməsi və ləğv edilməsi üçün əsaslar olmamışdır.
26. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na istinad edərək 60 yaşının tamam olduğu 28 dekabr 2020-ci il tarixdə güzəştli şərtlə pensiya hüququnun yarandığını bildirmişdir.
27. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçının işlədiyi usta və iş icraçısı peşəsi Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olsa da, böyük iş icraçısı peşəsi güzəştli şərtlə pensiya hüququ verən peşə sayılmadığından və Siyahıda olmadığından güzəştli pensiya hüququ y aranmamışdır.
28. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) iddiaçının 60 yaşına çatması; b) iddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c) iddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması; d) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsi.
30. İddiaçı xx.xx.1960-ci il tarixdə doğulmuş, 28 dek abr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur.
31. Əmək kitabçasında olan məlumatlara görə iddiaçı 19 avqust 1976-cı ildən əmək fəaliyyətinə başlamış, may 1979-may 1981-ci illərdə hərbi xidmətdə olmuş, qısa fasilələrlə müxtəlif yerlərdə işləmiş və hazırda da əmək fəaliyyətini davam etdirir.
32. İddiaçının 60 yaşının tamam olduğu 28 dekabr 2020-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur.
33. Cavabdehin dəlillərindən görünür ki, cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan vermədiyini bildirməmiş və bu barədə mübahisə açmamışdır.
34. İddiaçının iş yeri olan SOCAR “Heydər Əliyev adına Bakı dərin özüllər zavodu” tərəfindən verilmiş 15.01.2021-cu il tarixli güzəştli arayışdan görünür ki, iddiaçı Heydər Əliyev adına Bakı dər in özüllər zavodunun 19 saylı Təmir tikinti sexinin 1 saylı sahəsində 01.07.2003-cü il tarixdən 30.04.2006-cı il tarixinədək iş icraçısı vəzifəsində (02 il 09 ay 29 gün); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.05.2006-cı il tarixdən 01.03.2008-ci il tarixədək iş icraçısı vəzifəsində (01 il 10 ay); həmin zavodun İxtisaslaşdırılmış tikinti sexində 01.03.2008-ci il tarixindən 25.12.2012-ci il tarixinədək böyük iş icraçısı vəzifəsində (04 il 09 ay 24 gün); həmin zavodun 3 saylı Xidmət sahəsində 26.12.2012-ci il tarixindən 29.09.2016-cı il tarixinədək usta vəzifəsində (03 il 09 ay 03 gün) işləmişdir. Texnoloji prosesə əsasən iddiaçının işlədiyi usta və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilm iş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 29-cu bəndinə əsasən (b) mütəxəssislər: tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları vəzifəsinə uyğundur və onun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən stajı 13 il 02 ay 26 gün təşkil edir.
35. İş yerindən verilən güzəştli arayışda iddiaçının zavodun ixtisaslaşdırılmış tikinti sexində 01.03.2008-ci il tarixindən 25.12.2012-ci il tarixədək böyük iş icraçısı vəzifəsində işlədiyi 04 il 09 ay 24 gün güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən staj kimi göstərilmişdir.
36. Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçının işlədiyi usta və iş icraçısı vəzifələri güzəştli pensiya hüququ verən peşələr sırasına daxil olmuşdur. Böyük iş icraçısı vəzifəsinin konkret olaraq sözügedən siyahının 29-cu bölməsində göstərilməməsi həmin vəzifənin güzəştli pensiya hüququ verən vəzifəyə aid olmaması demək deyildir. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş güzəştli arayışda iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifənin konkret olaraq siyahıda nəzərdə tutulmuş hər hansı bir vəzifə ilə uyğunluğu qeyd olunmasa belə, müəssisə tərəfindən iddiaçının güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd verən iş stajının 13 il 02 ay 26 gün olması qənaətinə gələrkən, iddiaçının 01.03.2008-ci il tarixdən 25.12.2012-ci il tarixədək işlədiyi “böy ük iş icraçısı” vəzifəsi güzəştli iş stajı kimi nəzərə alınmışdır.
37. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixi, 13-9 №-li Qərarı ilə təsdiq olunmuş “Tikinti, quraşdırma və təmir-tikinti bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasında” iş icraçısı ilə böyük iş icrasının əmək funksiyaları eyni xarakter daşıyır. Belə ki, hər iki vəzifə üzrə işləyənlərin vəzifə borcları odur ki, onlar sahənin istehsalat-təsərrüfat fəaliyyətinə rəhbərlik edərək, obyektlərin vaxtlı-vaxtında istismara verilməsini, tikinti istehsalatının ritmik gedişini, tikinti-quraşdırma və buraxılış-sazlama iş tapşırıqlarının bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin edirlər. Böyük iş icraçıları ilə iş icraç ıların vəzifələrində fərqlilik təşkil edən ən mühüm funksiya odur ki, böyük iş icraçıları iş icraçılarına rəhbərlik edir, onlara, icra üçün tapşırıqları müəyyən edir, onların fəaliyyətini əlaqələndirir və nəzarət edir.
38. Beləliklə işin xarakteri haqqında arayış (güzəştli arayış), həmçinin, Аzərbаycаn Respublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15 iyun 1998-ci il tarixli, 13-9 nömrəli Qərarı ilə təsdiq olunmuş “Tikinti, quraşdırma və təmir-tikinti” bölməsinə daxil olan qulluqçu vəzifələrin vahid tarif-ixtisas sorğu kitabçasına daxil olmuş məlumatlar ona dəlalət edir ki, iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifə “İş icraçıları” vəzifənin tərkib hissəsi olmaqla yanaşı güzəştli pensiya hüququ verən vəzifəyə aiddir.
39. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkə məsinin mövqeyini əsaslı və qanuni hesab edərək vurğulayır ki, həm iş yerindən verilən güzəştli arayış, həm də vahid tarif-ixtisas sorğu kitabçasında olan məlumatlara görə iddiaçının böyük iş icraçısı kimi işlədiyi vəzifə pensiya hüququ verən güzəştli peşə kimi qəbul edilməlidir.
40. Odur ki, iddiaçının işlədiyi böyük iş icraçısı peşəsinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Siyahıda olmaması barədə şikayətin dəlilləri əsaslı olmamışdır.
41. Bu səbəbdən kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İn zibati kollegiyasının 2-1(103)-2279/2021 saylı, 13 sentyabr 2021-ci tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.