Məhkəmə qərarları › İş №2-1(102)-2267/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2267/2024

25.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2267/2024 25.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; hərbi hissəni özbaşına tərk etmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının N4 aprel 2N24-cü il tarixli, 2-N(NN3)-745/2N24 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NNN-ci il tarixli 6N9 nömrəli qərarından görünür ki, Nizami RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Bakı şəhəri, M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında müayinə və müalicə olunduğu travma, diaqnoz – hər iki pəncə barmaqlarının İ-İİ-İİİ dərəcəli donması, sağ pəncədə İ barmağın dırnaq falanqasının osteomieliumu, sağ pəncənin İ barmağın ın əsas falanqası səviyyəsində amputasiyasıdır. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.

2. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2N23-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, Müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2N22-ci il tarixli 4/2532N nömrəli arayışına əsasən, döyüş əməliyyatları aparılan dövrdə və xx.xx.N994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.N992-ci ildə N () nömrəli hərbi hissə komandirinin N nömrəli əmri ilə 4-cü batalyonun şəxsi heyətinin siyahısına daxil edilməklə bütün müavinətlərlə təmin edilərək əsgər vəzifəsinin icrasına başlamışdır. xx.xx.N994-cü ildə hərbi xidmət dövründə ciddi travma almış, bu travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi xidmət etdiyi dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin vahid mərkəzləşmiş ordusu tam formalaşmamışdır. Bu səbəbdən, müəyyən formada bir sıra hərbi qulluqçuların xidməti sənədlərinin qeydiyyatı əksər hallarda düzgün aparılmamışdır. Qeyd olunan səbəbdən hazırda onun xidməti barədə mərkəzi arxivdə məlumat yoxdur. xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı “hər iki pən cə barmaqlarının İ-İİ-İİİ-cü dərəcəli donması diaqnozu” ilə Bakı şəhəri M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının 2- ci cərrahiyə şöbəsinə gətirilmiş, xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi həmin xəstəxanada “hər iki pəncə barmaqlarının İ-İİ-İİİ-cü dərəcəli donması. Sağ pəncədə İ barmağın dırnaq falanqasının osteomielimu, sağ pəncənin İ barmağının əsas falanqası səviyyəsində amputasiyası olmuşdur. Onun qeyd olunan dövrlərdə xəstəxanada aldığı müalicə birbaşa Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı “Hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” əsası ilə şəhadətləndirilmişdir. 2N23-cü ildə müharibə veteranı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, xx.xx.2N23-cü il tarixli məktubla müraciətindən imtina edilmişdir. C avabdeh tərəfindən qəbul edilmiş bu imtina qərarı qanunazidd və qeyri- obyektivdir. Belə ki, xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı aldığı travma hərbi travma olmaqla, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Həmçinin, xx.xx.N994-cü il tarixdə o, N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilmiş, elə travmanı da N saylı hərbi hissədə xidmətdə olduğu vaxt almışdır. Qeyd etdiyi halı hərbi bilet əvəzinə ona verilmiş olan arayış təsdiq edir. Həmin arayışdan da görünür ki, o, hərbi xidmətdən yayınmamışdır. Buna baxmayaraq, 2N22-ci ildə öyrənmişdir ki, həmin vaxt fərari elan edilərək axtarışa verilmiş, nəticədə məsuliyyətə cəlb edilmiş, sonradan amnistiyaya düşərək məsuliyyətdən azad edilmişdir. Hərbi xidmətdən yayınmaq niyyəti olsaydı, digər hərbi hissədə x idmət etməz, ən əsası da hal-hazırkı vəziyyətdə olmazdı. Belə ki, xidmət dövründə o, xəsarətlər almış və sağlamlığından məhrum olmuşdur. xx.xx.2NNN-ci il tarixdə 23 nömrəli hərbi bilet əvəzinə verilmiş arayışdan da görünür ki, o, xx.xx.N994-cü il tarixdə artıq xidmətə yararsız olmuşdur.

5. Cavabdeh inzibati orqanın iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Birinci instansiya məhkəməsində araşdırma zamanı işin müəyyən edilən halları. 6.1. N nömrəli hərbi hissə komandirinin N noyabr N992-ci il tarixli, N nömrəli əmrindən görünür ki, N nömrəli hərbi hissəyə xx.xx.N992-ci ildə gəlmiş və briqada yeməkxanasında qida təminatına dayanan hərbiçilər xx.xx.N992-ci il tarixdən hərbi hissənin taburlarına bölüşdürülmüşdür. Sıravi İ ddiaçı (iddiaçı) bütün müavinətlərlə təmin olunmaqla əsgəri vəzifələrinin icrasına başlamışdır. 6.2. N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N6 nömrəli əmrindən görünür ki, hərbi hissəni özbaşına tərk etdiyi üçün Nizami RHK-nın çağırışçısı İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargahının xx.xx.N994cü il tarixli müvafiq Direktivinə əsasən xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinətlərdən çıxarılaraq, sənədləri Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilmişdir. 6.3. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən iddiaçı barəsində verilmiş xx.xx.2N22-ci il tarixli arayışdan görünür ki, 7NN nömrəli hərbi hissə komandirinin yanvariyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlif ba qeydiyyatı kitablarında iddiaçının xidməti və travma alması barədə məlumat aşkar olunmamışdır. 6.4. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2N23-cü il tarixli məktubundan görünür ki, iddiaçının amnistiya qərarının tətbiq edilməsinə dair xx.xx.2NNNci il tarixli müraciəti əsasında “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N997-ci il tarixli qərarının N.N və N.6-cı bəndlərinə əsasən xx.xx.2NNN-ci il tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 25 avqust 2N23-cü il tarixli, 2N(NN2)-NN5N9/2N23 nömrəli qərarı ilə iddia təmin edilmə mişdir.

8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. İddiaçı hərbi xidmətdən qanuni əsaslarla tərxis olunmamış, xidmət yerini özbaşına tərk etmiş, bununla bağlı başlanmış cinayət işi bəraətverici əsaslara görə deyil, amnistiya aktına əsasən rədd edilmişdir. Belə olan halda aydın olur ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. 8.2. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı iddianı qaldırarkən xx.xx.N994-cü il tarixdə N saylı hərbi hissədən N saylı hərbi hissəyə göndərilməsinə və xx.xx.N994-cü ildə Kəlbəcər rayonunun müdafiəsi zamanı travma almasına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, işdə olan M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasının xx.xx.2NN6-cı il tarixli 238 saylı arayışından görünür ki, iddiaçının deməsinə görə, onun Kəlbəcər döyüşlərində xəsarət alması müəyyən edilmişdir, Nizami rayon Hərbi Komissarlığının xx.xx.2NNN-ci il tarixli arayışında isə xx.xx.N994-cü ildən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Lakin yuxarıda istinad olunan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən iddiaçıya verilmiş xx.xx.2N22-ci il tarixli, 4/2-532N nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, 7NN nömrəli hərbi hissə komandirinin yanvar-iyun N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti və travma alması barədə məlumat aşkar olunmamışdır. 8.3. Göründüyü kimi, iddiaçı N saylı hərbi hissədə xidmət keçməsi və xəsarət almasını iddia etsə də, onun həmin hərbi hissəyə göndərilməsi ilə bağlı heç bir sübut mövcud deyil. Bundan əlavə, iddiaçının hərb hissəni özbaşına tərk etdiyinə görə xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün müavinətlərdan çıxarılması barədə N nömrəli hərbi hissə komandirinin N2 fevral N994-cü il tarixli 3N6 nömrəli əmri də hazırda qüvvədədir. Həmin əmrdən məlum olur ki, iddiaçı xx.xx.N994-cü ildə 7NN nömrəli hərbi hissəyə göndərilməmiş, N994-cü ilin fevral ayında onun xidmət yeri N nö mrəli hərbi hissə olmuşdur.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) N4 aprel 2N24-cü il tarixli, 2-N(NN3)-745/2N24 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işə yenidən baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA Ş İKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

13. X3 tərəfindən verilmiş xx.xx.2N23-cü il tarixli arayışdan məlum olur ki, 7NN nömrəli hərbi hissənin əsgəri olan iddiaçı xx.xx.N994-cü il tarixdə Samux rayon Hərbi Hospitalının göndərişi ilə cərrahiyyə şöbəsinə gətirilmiş, xx.xx.N994-cü il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. Göründüyü kimi, iddiaçının barəsində Müdafiə Nazirliyinin arayışı ilə hazırkı arayış arasında ziddiyyətlər vardır. İddiaçının 7NN nömrəli hərbi hissədə döyüş əməliyyatlarında iştirak etməsi Müdafiə Nazirliyinin arxivində öz əksini tapmırsa, bu onun günahı deyildir. Döyüşlərdə iştirak etməsi barədə yetərincə sübutları vardır. Həmçinin, Hərbi Həkim Komissiyasının qərarından da göründüyü kimi, döyüş zamanı travma almışdır. Həmçinin, hər bi hissəni özbaşına tərk etməmiş, 7NN nömrəli hərbi hissədə yaralanmış, müalicə almış, müalicədən sonra da hərbi xidmətə yararsız olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

14. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Hərbi vəzifə və Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə N. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik 1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə

3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 3.N. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin N-ci hissəsinə uyğun ola raq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 3.2. Azərbaycan Respublikasının N8 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istis na olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.... Maddə

7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranbo y (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və h əmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kont uziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında;...

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N 3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda NN gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün ha zırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrin in şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında i ştirak etməsi (o cümlədən, yaralanması) faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir.

25. Bu qərarın N6-cı bəndində istinad olunan “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin N-ci hissəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilənlərə əsasən, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət y erini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2NNN-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.

26. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2N23-cü il tarixli məktubundan görünür ki, iddiaçının amnistiya qərarının tətbiq edilməsinə dair xx.xx.2NNN-ci il tarixli müraciəti əsasında “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisini n xx.xx.N997-ci il tarixli qərarının N.N və N.6-cı bəndlərinə əsasən xx.xx.2NNN-ci il tarixdə Respublika Hərbi Prokurorluğu tərəfindən onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

27. Beləliklə, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz.

28. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün dür. İddiaçının şikayətində istinad etdiyi hallar apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N4 aprel 2N24-cü il tarixli, 2N(NN3)-745/2N24 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar