Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2268/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, pensiya kapitalı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini n tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2021 nömrəli, 27 avqust 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.
2. İddiaçıya məxsus hərbi bilet və əmək kitabçasına əsasən o, 16.05.1979-cu ildən 15.06.1981-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmiş, 12.04.1977-ci il tarixdən 3 nömrəli tikiş emalatxanasına dərzi şagirdi qəbul edilmiş, 03.04.1978-ci il tarixdə Xəzər atelyesinə dərzi şagi rdi keçirilmiş, 14.04.1978-ci il tarixdən 3-cü dərəcəli dərzi vəzifəsinə keçirilmiş, 23.02.1979-cu il tarixdən 13 nömrəli atelyeyə 3-cü dərəcəli kişi üst paltarı dərzisi keçirilmiş, 16.05.1979-cu il tarixdən işdən azad edilmiş, 29.07.1981-ci il tarixdən Xəzər atelyesinə 3-cü dərəcəli kişi üst paltarı dərzisi qəbul edilmiş, 15.12.1981-ci il tarixdən işdən azad edilmişdir. 15.04.1982-ci il tarixdən Azərboru ASC-də Boru mufta emalı sexində soyuq boru kəsici vəzifələrində işləmiş, 02.12.1997-ci ildə işdən azad edilmişdir.12.01.1998-ci ildə Sumqayıt “Etilen-politelin” zavodu 55 saylı elektrik təchizatı sexinə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru qəbul edilmiş, 01.08.2001-ci ildə həmin sexdə elektrik mühərrikləri dolarlarının təmiri üzrə 5 dərəcəli elektrik dolay ıcısı keçiriliş, 18.07.2004-cü il tarixdə 42 nömrəli sexə 11 nömrəli sintez sexi üzrə elektrik avadanlıqlarının təmiri üzrə 5-ci dərəcəli elektrik montyoru keçirilmiş, 01.03.2006-cı il tarixdə struktur dəyişikliyi ilə əlaqədar 11 nömrəli sintez sexinə 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru keçirilmiş, 21.09.2006-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.
3. Azərbaycan Boru Yayma Zavodu tərəfindən (pensiya sənədləşdirilməsi üçün) iddiaçıya təqdim edilmiş 09.10.2019-cu il tarixli № 45 saylı arayışdan görünür ki, o, 15.04.1982-ci ildən 02.12.1997-ci ilə qədər boru mufta emalı sexində soyuq boru kəsicisi vəzifəsində işləmişdir. Göstərilən iş yeri, vəzifə, peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edil miş 2 №-li siyahının İİİ bölməsinin 4a yarımbölməsinin 2040400a-17968 şifri ilə güzəştli şərtlərlə əmək pensiyaları haqqında (qeyd: işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmayıb) Azərbaycan Respublikası qanununun tələblərinə uyğun pensiya almaq hüququ verir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
5. Cavabdeh **********3 saylı, 21 dekabr 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəm əyə müraciət edərək, 15.04.1982ci il tarixdən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də boru mufta emalı sexində soyuq boru kəsicisi peşəsində, 18 iyul 2004-cü ildən 25 sentyabr 2006-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə işləməyi nəzərə alınaraq, pensiya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 12.04.1977-ci ildən əmək fəaliyyətinə başlamış, 15.04.1982-cı il tarixdən 02.12.1997-ci il tarixədək "xxxx" ASC-də boru mufta emalı sexində soyuq boru kəsicisi peşəsində işləmiş, 12.01.1998-ci il tarixdən 20 01-ci il tarixədək isə “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun 55 saylı sexinə 5-ci dərəcəli elektrik montyoru işinə qəbul edilərək 2001-ci ilədək həmin sexdə işləmiş, 2001-ci ildən 25 sentyabr 2006-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsində işləmişdir. Ümumi 29 il əmək stajının 15 ildən çox hissəsini zərərli əmək şəraitində işləmişdir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulmuşdur. İşlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçası üzrə onu n həmin siyahı üzrə zərərli peşədə işləməsi təsdiqini tapmışdır. Buna baxmayaraq, cavabdeh pensiya kapitalının kifayət etməməsi səbəbi ilə bu pensiyanı ona təyin etməkdən imtina etmişdir. Hesab edir ki, bu imtina qanunsuz və ədalətsizdir.
8. Cavabdeh iddia ərizəsində etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd edilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(112)-3652/2021 saylı qərarı ilə (hakim: A.P.Oruczadə) iddia təmin edilmiş, iddiaçıya hüququnun yarandığı 18.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır
10. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 01.01.2006-cı ilədək təhsil və hərbi xidmət dövrü də da xil olmaqla 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulmuş güzəştli iş stajı vardır. Odur ki, iddia əsaslıdır, cavabdehin imtinası qanuna zidd olmuşdur.
11. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2021 nömrəli iş üzrə 27 avqust 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və V.Ə.Baxışova) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibat i Məhkəməsinin 08 may 2021-ci il tarixli 2-1(112)-3652/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası almaq üçün üç sığorta hadisəsinin baş verməsi zəruridir: yaş, staj və zəruri pensiya kapitalı
16. İddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq üçün staj və yaşla bağlı şərtləri ödənilsə də, onun zəruri pensiya kapitalı yoxdur. Ona görə də iddiaçının güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Q anun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını hə min işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 4.1.3 Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş y aş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş nor malar əsasında təyin edilir.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gös tərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələ ndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
27. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin gəlmiş ol duğu nəticə ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir.
28. Cavabdehin şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.
29. Məhkəmə tərkibi iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlili əsassızdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün iki onun 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajı və azı 12 il 6 ay güzəştli iş stajını tamamlaması lazımdır.
30. Azərbaycan Respub likası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. İddiaçının işlədiyi peşələr 2 nömrəli Siyahının 3-cü bölməsinin 4a yarımbölməsində (2040400a—17968) nəzə rdə tutulmuş peşələrə uyğundur.
31. İşdən görünür ki, cavabdeh imtina məktubunda, eləcə də apelyasiya və kassasiya şikayətlərində iddiaçının 01.01.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajının tamamlanmasını mübahisə etmir. Cavabdehin imtinasının əsasını iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi təşkil edir.
32. Məhkəmə tərkibi iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə qiymət verərkən qeyd edir ki, iddiaçıya münasibətdə 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş “Və təndaşların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləği nəzərdə tutulmamışdır.
33. Göründüyü kimi, iddiaçı hərbi xidmət dövrü də nəzərə alınmaqla 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən çox ümumi iş stajına, o cümlədən 12 il 6 aydan çox “əmək şəraiti zərərli və ağır olan” iş stajına malik olduğundan və onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş 2 saylı Siyahıda nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun güzəştli iş stajına dair arayış təqdim edildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətənd aşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin b) bəndinə əsasən, onun 57 yaşdan (18.10.2017-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
34. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2001/2021 saylı iş üzrə 27 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.