Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-227/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1463/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1979-1981-ci il tarixlərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir.
2. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü, orta təhsilli, İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti, xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə işləmi ş, 1991-1996-cı il tarixlərdə Bakı Musiqi Akademiyasında ali təhsil almış, xx.xx.1993-cü ildən xx.xx.1999-cu il tarixədək Azərbaycan Dövlət Filarmoniyasında dövlət mahnı və rəqs ansamblının xor artisti, daha sonra isə X2 artisti vəzifəsində işləmiş, xx.xx.2000-ci il tarixdən hal-hazıradək isə Azərbaycan Dövlət Filarmoniyasında X2 artisti vəzifəsində işləyir.
3. İddiaçı 1991-ci ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olmuş və 1996-cı ildə həmin Akademiyada solo oxumaq ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət İmtahan Komissiyasının 19 iyun 1997-ci il tarixli qərarı ilə ona musiqili teatr artisti ixtisası verilmişdir.
4. İddiaçının iş yerindən təqdim olunmuş arayışdan görünür ki, İddiaçı 12 aprel 1993cü il tarixindən 14 sentyabr 1994-cü il tarixinədək əsas işçi olaraq M.Maqo mayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Dövlət Mahnı və Rəqs ansamblında xor artisti, 14 sentyabr 1994-cü il tarixindən 26 avqust 1999-cu il tarixinədək əsas işçi olaraq Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləmişdir və 07 iyun 2000-ci il tarixindən hal-hazıradək isə əsas işçi olaraq M.Maqomayev adına X1 Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində çalışır. İncəsənətin xüsusi sahəsində, X3 Kapellasında işlədiyi artist vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən güzəştli şərtlərlə təqaüd hüququ verir.
5. İddiaçı 57 yaşının tamam olduğu ta rixdən, yəni 13 mart 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh orqana müraciət etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 7 fevral 2020-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən, güzəştli iş stajı 12 il 6 aydan azdır. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödə nilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Oğuz rayonu Dövlət Sığorta Müfəttişliyində sığorta agenti işləmişdir. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilə qədər Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində fəhlə, xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə qədər RSFSR-nin “Kirov zavodu” İstehsalat Birliyində işləmişdir. Həmin zavodda xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, xx.xx.1988- ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrik montyoru), xx.xx.1988ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4-cü dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə gilyotin və preslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilə qədər Hərbi Mühafizə Dəstəsində KPP nəzarətçisi işləmişdir. RSFSR-dən qayıtdıqdan sonra isə xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər Oğuz Təsərrüfatlararası Tikinti İdarəsində mədəni-kütləvi işçi vəzifəsində işləmişdir. Daha sonra ali təhsil almaq üçün Bakı Musiqi Akademiyasına daxil olmuş və 1991-ci ildən 1996-cı ilə qədər solo oxuma ixtisası üzrə təhsil almışdır. T əhsil aldığı müddətdə ixtisasına uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşdur. Belə ki, xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə qədər Azərbaycan Dövlət Filarmoniyasında Dövlət mahnı və rəqs Ansamblının xor artisti, daha sonra X2 artisti vəzifəsinə işləmişdir. xx.xx.2000-ci ildən hazırkı vaxta qədər isə Azərbaycan Dövlət Filarmoniyasında X2 artisti vəzifəsində işləyir. 9. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olan əmək pensiyası qanunvericiliyinə əsasən, kişilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 2 nömrəli Siyahı üzrə 57 yaşdan pensiyaya çıxmaq hüququna malikdirlər. Bu əsasdan xx.xx.2006-cı il tarixə qədər 25 il ümumi və 12 il 6 ay zərərli iş stajını tamamladığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ mövcuddur. Belə ki, xx.xx.2006-cı il tarixə qədər təhsil və hərbi xidmət müddətləri də daxil olmaqla 25 il 8 ay 10 gün ümumi iş stajı, 13 il 10 ay 7 gün zərərli iş stajını toplamışdır. Zərərli iş stajının bir qismini təsdiq edən Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən müvafiq arayış verilmişdir. “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrə dair isə güzəştli arayışın əldə edilməsi mümkünsüzdür. Belə ki, həmin zavod sovet dövründə və RSFSR ərazisində fəaliyyət göstərmişdir. Lakin, zavodun fəaliyyəti əlvan metallurgiya sənayesinə aid olduğundan, işlədiyi vəzifələr müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci bölməsinin 7.1-ci yarımbölməsinin “doğrayıcılar”, 7.2-ci yarımbölməsinin “qazanxana maşinistləri (ocaqçıları)” və “çili ngərlər, elektrik qaz qaynaqçıları, əl ilə qaz qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları” peşələrinə uyğunlaşdırılmalıdır.
10. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4619/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq güzəştli iş stajı olduğundan iddia tələbi əsaslıdır.
13. Cav abdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1032/2021 nömrəli, 4 may 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, V.M.Məmmədov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazanması üçün qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmadığından onun iddia tələbi əsassızdır. Belə ki, iddi açının çalışdığı xor artisti, X2 artisti vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Siyahıda isə yalnız peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər nəzərdə tutulmuşdur.
16. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)131/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər K.N.Bədəlov /sədrlik edən və məruzəçi/, N. İ.Rəsulbəyova və İ.K.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 4 may 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında olan izahlı arayışla bağlı məhkəmə tərkibi qeyd edir ki, sözügedən arayışın məzmunu iddiaçının xüsusi (güzəştli) iş stajının təsdiqi üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq v erən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın İncəsənət bölməsində “peşəkar xor kollektivləri, solo partiyasını ifa edən artistlər”, “peşəkar bədii kollektivlərin xor artistləri” və s. kimi vəzifələr nəzərdə tutulmuşdur. Lakin sözügedən arayışda hər hansı koda uyğunlaşdırma aparılmamış, iddiaçının tutduğu vəzifə Siyahıdakı konkret vəzifəyə uyğunlaşdırılmamışdır. Bu baxımdan, təkrar baxış zamanı iddiaçının güzəştli arayışı ilə bağlı ətraflı araşdırma aparılmalı və əlavə məlumatlar tələb edilməlidir.
20. Bundan əlavə, i ddiaçı xx.xx.1983-cü ildən xx.xx.1990-cı ilə qədər RSFSR-in “Kirov zavodu” İstehsalat Birliyində işlədiyi dövrün (xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə qədər 0016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli atıcı, xx.xx.1984-cü ildən xx.xx.1988-ci ilə qədər 016 saylı Hərbi Mühafizə Dəstəsində birinci dərəcəli KPP nəzarətçisi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilə qədər 730 saylı sexdə elektrik avadanlığının təmiri üzrə 3 dərəcəli elektrik ustası (elektrik montyoru), xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə qədər 997 saylı şöbədə istilik məntəqəsinin 4-cü dərəcəli qazanxana maşinisti – ocaqçı operator, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə qədər 375 saylı sexdə gilyotin və preslər ilə 3-cü dərəcəli dəmir xəlitə doğrayıcısı, xx.xx.1990-cı ildən xx.xx.1990cı ilə qədər Hərbi Mühafizə Dəstəsi ndə KPP nəzarətçisi) onun güzəştli stajına daxil edilməli olmasını iddia edir. İddiaçının həmin dövrlə bağlı iş stajını əmək kitabçası təsdiq edir və bu barədə güzəştli arayışı yoxdur.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, müəssisənin məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış onun hüquq varisindən, hüquq varisi olmadıqda isə müəssisənin sənədlərinin saxlanıldığı qurumdan əldə edilə bilər. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələr in, peşələrin və vəzifələrin siyahıdakı kodlara uyğunluğuna dair arayış verə bilər. Belə olan halda, iddiaçının həmin müəssisədə işlədiyi peşələr üzrə güzəştli stajının olub-olmaması ilə bağlı icmal məktubda qeyd edilənlərə uyğun araşdırılma aparılmalıdır. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1463/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və İ.Ə.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
24. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
25. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
27. Azərbaycan Respublikasının Konstitusiyası İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... Maddə
60. İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zər ərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. bənd “b” Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
30. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddi ndə baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya i nstansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. X4 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığ ı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
35. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırm aları yetərli hesab olunur.
36. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Həmçinin təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişləri nəzərə alınmış və iddiaçının işlədiyi peşələrin müvafiq siyahı üzrə güzəştli pensiya hüququ verən peşələrə uyğunluğu barədə izahlı arayışlar tələb olunmuşdur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa l üzum qalmır.
37. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
38. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona 57 yaşının tamam olduğu, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə və yaranmış fərqin ödənilməsinə yönəlmişdir. 39. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
40. Bu qərarın 28-29-cu və 39-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 25 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplanması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajının, yəni ümumi iş stajının və güzəştli pensiya hüququ verən stajın həmin Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanılması.
41. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Odur ki, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
42. Cavabdehin kassasiya şikayətinin Azərbaycan Dövlət Akademik Filarmoniyası tərəfindən təqdim olunmuş arayışda iddiaçının işlədiyi peşənin Siyahıdakı konkret vəzifəyə uyğunlaşdırılmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin məlumatların nəzərdə tutulduğu müvafiq arayış iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim olunmuş və iş üzrə materiallara əlavə olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtina məktubunda və kassasiya şikayətində istinad etdiyi həmin məlumatların iş yerindən arayışda nə zərdə tutulmaması cavabdehi iddiaçının işlədiyi peşənin müvafiq siyahıda nəzərdə tutulmuş peşəyə uyğunluğunu müəyyən etmək, eləcə bunu müəyyən etmək üçün lazımi tədbirləri görmək (aidiyyəti quruma sorğu göndərmək) vəzifəsindən azad etmir və şəxsə əmək pensiyasının təyin olunmasından imtina üçün əsas sayıla bilməz.
43. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyekt iv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
44. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
45. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdehin imtinası qanunazidd olmuş və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
46. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1463/2022 nömrəli, 20 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.