Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-227/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsi; tibb müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2-ci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)365/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı barədə xx.xx.2017-ci il tarixli müayinə nəticəsində qiymətləndirməyə əsasən “Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqda qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli dəmir defisitli anemiya. Posthemorrngit anemiya, ağır forma” diaqnozu qoyulmuş, Azərbaycan Respublikası Nazirlər Ka binetinin xx.xx.2015ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" 2.2.5-ci bəndinə uyğun olaraq “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25- K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62K63.9, K65.8, K71-K77.0, K85-K86.9); meyarı ilə beş il müddətinə 2-ci dərəcə əlillik təyin olunmuşdu r.
2. İddiaçıya dair xx.xx.2022-ci il tarixli göndəriş əsasında cavabdeh tərəfindən baxılmış və “Diaqnozun mətni: Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı. Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə xx.xx.2022-ci il tarixli qərarla əlilliyin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “əlilliyinin bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixli iddia tələbinin dəqi qləşdirilməsi barədə ərizə ilə müraciət edərək “2-ci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, Şəki İnzibati Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-701/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, bağırsağın prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus düz bağırsaqdan qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli dəmir defisitli anemiya. Posthemorrngit anemiya, ağır forma olunmuş xəstəliklərindən əziyyət çəkir. Həmçinin xəstəlik ağırlaşaraq qanaxma vermişdir. Bununla bağlı xx.xx.2 022-ci ildə müraciət edərək tibb müəssisəsində müalicə olunmaq istədiyini bildirmiş və xx.xx.2022-ci ilədək müalicə olunmuşdur. Sonra Tibbi Sosial Komissiyasına müraciət etmişdir. Respublika Əlillər Bərpa Mərkəzində xx.xx.2022-ci il tarixdə əyani müayinədə olmuşdur. Cavabdehin etirazları
6. İddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının 31.05. 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni: Düz bağırsağın prolapsına görə cərrahiyyə əməliyyatından sonrakı qalıq əlamətləri; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlam əti təyin etməməsi;” səbəbi ilə imtina verilmişdir.
7. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni: DÜZ BAĞİRSAĞİN PROLAPSİ, İİ DƏRƏCƏ CƏRRAHİ ƏMƏLİYYATDAN SONRAKİ VƏZİYYƏT. RESİDİV DÜZ BAĞİRSAĞİN PROLAPSİ TEZ-TEZ QANAXMA İLƏ FƏADLAŞAN AĞİR FORMA; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Mürəkkəb ekspertiza” səbəbi ilə imtina verilmişdir.
8. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlik ləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni: Düz bağırsağın prolapsı İİ dərəcəyə görə cər.əməliyyatından sonrakı vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə səbəbi ilə imtina verilmişdir.
9. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın...; Diaqnozun mətni: Düz bağırsağın prolapsı, İİ dərəcə.Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Residiv düz bağırsaq prolapsı tez-tez qanaxma ilə fə sadlaşan forma.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Cərrahın statusu yoxdur. Status localis ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina verilmişdir.
10. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni: Residiv düz bağırsaq prolapsı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməmə» - Səbəb: Nazirlər kabinetinin 413 nömrəli qərarının 2.2.5 bəndinə uyğun gəlmədiyinə görə əlil hesab edilmir” səbəbi ilə imtina verilmişdir.
11. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il t arixli göndərişi əsasında təkrar baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2 Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri => K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni: Düz bağırsağın prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahı əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqdan qanaxma, Sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikinci dəmir defisitli anemiya, Posthemorragik anemiya, ağır forma.; Meyar: 2.2 İkinci dərəcə əlili < => 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri səbəbi i lə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir.
12. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı. Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina verilmişdir.
13. Göründüyü kimi, iddiaçının əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmişdir, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod).
14. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu k i, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-ci il tarixli 208 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Düz bağırsağın İİ mərhələ sallanması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
15. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ifrazatı idarə edə bilməməkdən şikayət etmişdir. Əyani müayinə zamanı qoruyucu bezdə (pampersdə) olduğu müşahidə edilmiş, çəkisi 55 kq, boyu 166 sm müəyyən edilmiş, anemiya əlamətləri müşahidə olunmamışdır. Qoruyucu bez təmiz olmuş, sidik və ya nəcis ifrazı qeyd edilməmişdir.
16. Akademik M.A.Topçubaşov adına X4 xx.xx.2022-ci il tarixli Kolonoskopiya müayinəsinin nəticəsi "Kataral kolit. Daxili babasil 2 dərə cəli. Anal çat” kimi müəyyən edilmişdir.
17. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2022-ci il tarixli 09 nömrəli qanın ümumi analiz müayinəsinin nəticəsində “HGB-128 g/l, ECS-9 mm/s” kimi qeyd edilmişdir. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
18. Agentlik tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. İş üzrə keçirilmiş ekspertiza: 19. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2023-cü il tarixli 793 nömrəli məktubuna əlavə o lunmuş ekspert rəyində iddiaçıya qoyulmuş “Düz bağırsağın prolapsı, düz bağırsağın residiv prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun düzgün olması və əyani müşahidə zamanı öz təsdiqini tapması göstərilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
20. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-701/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya xx.xx.2022-ci il tarixdən müvafiq meyarlara uyğun olaraq əlilliyin təyin edilməsi öhdəliyi qoyulmuşdur.
21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ekspert rəyində iddiaçıya qoyulmuş “Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozunu n düzgün olması və əyani müşahidə zamanı öz təsdiqini tapması göstərilmişdir.
22. İş materiallarına əlavə olunmuş iddiaçı barədə xx.xx.2017-ci il tarixli müayinə nəticəsində qiymətləndirməyə əsasən “Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqda qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək. Qanaxma. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli dəmir defisitli anemiya. Posthemorrngit anemiya, ağır forma” diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə" 2.2.5-ci bəndinə uyğun olaraq “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9); meyarı ilə ikinci dərəcə əlillik təyin olunmuşdur.
23. X2na əsasən iddiaçıya qoyulmuş diaqnozun “Anusun prolapsı Anal kanalın prolapsı” K62.2 koduna uyğundur. Belə olan halda məhkəmə cavabdeh orqanın iddiaçının hazırkı vəziyyəti əsasında diaqnozun əlilik əlam əti təyin etmir barədə dəlili tamamilə əsassızdır. Belə ki, istinad olunan ekspert rəyi ilə iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünün müəyyən edilməsi, əyani müşahidə zamanı öz təsdiqini tapması onu deməyə əsas verir ki, “Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu faktiki olaraq iddiaçıya münasibətdə sübuta yetirilir.
24. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-365/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2 023-cü il tarixli, 2-1(116)-701/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
27. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
28. İddiaçının müraciətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X2: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri -> K55-K63 - Bağırsağın digər xəstəlikləri => K62 - Anusun və düz bağırsağın digər xəstəlikləri > K62.3 - Düz bağırsağın düşməsi; Diaqnozun mətni Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı. Düz ba ğırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət..; Meyar: imtina edilir. Mərkəzə göndərilmənin və imtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi səbəbi ilə imtina edilmişdir. 29. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2022-cи il tarixli 793 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş “Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun düzgün olması göstərilmişdir. Lakin həmin koda daxil olan xəstəliklərin hamısı öz əksini tapmamışdır. İş materiallarına əlavə olunmuş iddiaçı barədə xx.xx.2017-ci il tarixli müayinə nəticəsində qiymətləndirməyə əsasən " 'Düz bağırsağın prolapsı, Düz bağırsağın residiv prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Anus və düz bağırsaqda qanaxma, sfinktorun zədələnməsi səbəbli nəcis və qaz saxlaya bilməmək Qanaxma. Qan itirmə nəticəsində yaranan ikinci dərəcəli dəmir defisitli anemiya. Posthemorrngit anemiya, ağır forma” diaqnozu əvvəlki illərdə qoyulsa da, hal-hazırda öz əksini tapmadığından, əlillik əlaməti təyin etmək mümkün olmamışdır.
30. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2022-cü il tarixli qərarından da aydın olur ki, iddiaçının müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.201 6-cı il tarixli 208 nömrəli Qərarı verilmişdir. Həmin qərarda '"Düz bağırsağın İİ mərhələ sallanması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir.
31. Qeyd etməliyik ki, iddiaçı xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ifrazatı idarə edə bilməməkdən şikayət etmişdir. Əyani müayinə zamanı qoruyucu bezdə (pampersdə) olduğu müşahidə edilmiş, çəkisi 55 kq, boyu 166 sm müəyyən edilmiş, anemiya əlamətləri müşahidə olunmamışdır. Qoruyucu bez təmiz olmuş, sidik və ya nəcis ifrazı qeyd edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
32. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin xx.xx.2021-xx.xx.2021ci il tarixli 163 nömrəli Stasionar Reabilitasiya kartasından çıxarışda diaqnoz "Düz bağırsağın prolapsı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sfinkterin nəcisi və qaz saxlaya bilməməsi. Qanaxma. Posthemorragik anemiya, ağır forma. Neyrosizkulyator distoniya. hipotonik tip” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
33. X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz "Düz bağırsağın prolapsı. Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sfinkterin zədələnməsi səbəbi nəcis və qazların saxlaya bilməməzlik. Anus və düz bağırsaqdan qanaxma. Postravmatik anemiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
34. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Diaqnozun da nəticəsindən aydın olduğu kimi, iddiaçı barəsində əlillik təyin edilməsi üçün lazım olan əsaslar mövcud olmadığı üçün Agentlik tərəfindən iddiaçı barəsində əlillik təyin edilməmişdir.
35. Buna baxmayaraq, həm birinci instansiya, həm Apellyasiya məhkəməsi tərəfimizdən məhkəməyə bildirilən yuxanda qeyd edilən hallan diqqətə almamış və əhəmiyyət verməmiş, hərtərəfli, obyektiv və şəffaf araşdırma aparmamış, yekunda iş üzrə düzgün hüquqi nəticəyə gəlməyərək qanunsuz və əsassız qərar qəbul etmişdir.
36. Cavabdeh, həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilibedilməməsi onun diskresion səlahiyyətidir. b. kassasiya şikayətinə etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əlilliyi olan şəxslərin hüquqları haqqınd a” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.... 39. “Əlilliyin qiymətləndirilməsi Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmişdir): 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir.... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğ un olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir..... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 40. "Əlilliyin müəyyən olunması meyarları" (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmişdir)
1. Ümumi müddəalar 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir.
2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyala rı aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı....
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəali yyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz g östəricisi və müddəti (“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə) Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri...
3. Həzm sistemi orqanlarının xəstəlikləri... 3.4. Bağırsağın digər xəstəlikləri K55-K64
41. X2... Bağırsağın digər xəstəlikləri (K55-K63)... K62 Anusun və düz bağırsağın digər xəstəlikləri … K62.3 Düz bağırsağın prolapsı Düz bağırsağın selikli qişasının prolapsı
42. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişd irmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İ NSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixli 163 nömrəli Stasionar Reabilitasiya kartasından çıxarışda diaqnoz "Düz bağırsağın prolapsı, cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sfinkterin nəcisi və qaz saxlaya bilməməsi. Qanaxma. Posthemorragik anemiya, ağır forma. Neyrosizkulyator distoniya. hipotonik tip” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır; X6 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarı şda diaqnoz "Düz bağırsağın prolapsı. Düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sfinkterin zədələnməsi səbəbi nəcis və qazların saxlaya bilməməzlik. Anus və düz bağırsaqdan qanaxma. Postravmatik anemiya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır.
46. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıda “düz bağırsağın prolapsı, düz bağırsağın residiv prolapsı, düz bağırsağın prolapsına görə aparılmış cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozunun düzgün olması və əyani müşahidə zamanı öz təsdiqini tapması məhkəmə-tibbi ekspertizası tədqiqatının nəticələrinə əsasən təsdiq edilmişdir. 47. “Düz bağırsağın prolapsı” (K62.3) isə X1 (Xİ sinif. Həzm orqanlarının xəstəlikləri (K00-K93). Bağırsağın digər xəstəliklər i (K55-K63). K62 Anusun və düz bağırsağın digər xəstəlikləri) və “Əlilliyin müəyyən olunması meyarları”nda (3. Həzm sistemi orqanlarının xəstəlikləri... 3.4. Bağırsağın digər xəstəlikləri K55-K64) nəzərdə tutulmuşdur.
48. İddiaçı öz tələbinin əsası kimi tibb müəssisələri tərəfindən keçirilmiş müayinələrin nəticələrini təqdim etmişdir. Göndərişdə də həmin müayinələrə və onların nəticələrinə istinad edilir.
49. Cavabdeh isə əlilliyin təyin olunmasından imtina qərarında TSEK-də iddiaçı barəsində müayinə keçirdiyini, bunun nəticəsi olaraq tibb müəssisələri tərəfindən təyin edilmiş diaqnozların tam təsdiq olunmadığını qeyd etsə də, həmin nəticənin əsası kimi Göndərişdə qeyd olunanları qeyd-şərtsiz təkzib edən hər hansı sübuta istinad etməmiş, qərarını əsaslandırmamışdır.
50. Belə olan halda, TSEK-dəki müayinədən fərqli olaraq, tibb müəssisələri tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir.
51. Bu qənaət, ilk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK... göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əli lliyini qiymətləndirir...
52. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbihəkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
53. Qeyd olunan qənaət, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin məzmunundan irəli gəlir. Həmin normanın tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
54. Şikayətin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsas ında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
55. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxl ayır. 56. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
57. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
58. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
59. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmi n edilmir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-365/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.