Məhkəmə qərarları › İş №2-1(102)-2270/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2270/2023

27.10.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2270/2023 27.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı сavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1213/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2001-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdır. İddiaçı MMC tərəfindən verilmiş 2019-cu ilə dair mənfəət vergisinin bəyannaməsinə əsasən cəmiyyət hesabat il ərzində ümumi gəlirini 2,920,425.07 manat, ümumi gəlirdən çıxılan xərcləri 3,358,881.91 manat, zərəri 438,456.84 manat, mənfəət vergisini 0.00 manat bəyan etmiş, həmçinin bəyannamənin 1 №-li Əlavəsində “Ehtiyatlar” 1.3-cü sətrində 1.237.321,54 manat məbləğində ehtiyatların ləğv edilməsini qeyd etmişdir. İddiaçı MMC sentyabr 2020-ci il üçün vergi orqanına təqdim etdiyi b əyannamə üzrə ƏDV üzrə vergi öhdəliyini 9.380,89 manat bəyan etmişdir.

2. Azərbaycan Respublikası İqtisasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş **********724100 No-li, 26 noyabr 2020-ci il tarixli vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə kameral qərarı ilə ƏDV üzrə 280.494,04 manat əlavə vergi hesablanmışdır.

3. Vergi orqanı bunu vergi ödəyicisinin 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməməsi ilə əsas landırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə sentyabr 2020 hesabat dövrü üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış ƏDV vergi məbləği əsassız olaraq hes ablanmışdır. Həmin qərar qanunsuz olaraq çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də iddiaçı həmin qərarla razılaşmır və hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən qərar ləğv olunmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixində **********884000 nömrəli məktubla cavabdehin **********794600 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq bildirmişdir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilir. 2019-cu il üçün təqdim edilmiş sonuncu dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi xx.xx.2020-ci il tarixində təqdim olunmuşdur və xx.xx.2020ci il tarixində bəyannaməyə kameral münasibət bildirirl mişdir. Göründüyü kimi bəyannamənin təqdim edilməsindən 30 gündən artıq müddət keçmişdir ki, bu da Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinin pozulması deməkdir. Vergi Məcəlləsinin 37.2-ci maddəsində göstərilmişdir ki, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Məcəlləyə əsasən qeyd edilir ki, 2019-cu ilin cari mənfəət vergisi bəyannaməsi təqdim edildikdən sonra kameral uyğunsuzluq məktubları gəlmiş və tərəflərindən həmin məktublar cavablandırılmış, dəqiqləşdirilmiş hesabat təqdim olunmuşdur. Vergi orqanından yuxarıda qeyd olunanların nəzərə alınmasını, əsassız olaraq hesablanmış kameral hesablama barədə qərarın ləğv edilməsi xahiş edilmişdir. Lakin vergi orqanı şikayətlə rə məhəl qoymamış, müvafiq araşdırma aparmadan, təqdim edilmiş sənədlərə baxmadan vergi qanunvericiliyinin tələblərinə zidd olaraq 26 noyabr 2020-ci il tarixli, **********724100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qəbul etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixində **********419600 nömrəli, **********417200 nömrəli və **********421700 nömrəli məktublarla Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət edərək, əsassız olaraq hesablanmış ƏDV vergi məbləğinin və xx.xx.2020-ci il tarixli, **********724100 nömrəli kameral hesablama barədə qərarın ləğv edilməsini xahiş edilmişdir. Bildirilmişdir ki, xx.xx.2020-ci il tarixində şəxsi hesab vərəqəsində 280494,04 manat əlavə vergi hesablanmışdır. Müvafiq dövr üzrə bank çıxarışını təqdi m edərək elektron olan tətbiq edilmiş bütün elektron qaimə və sənədləri isə vergi orqanının da nəzarətdə saxladığı AVİS proqramında müşahidə edilməkdədir. Vergi Məcəlləsi 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanında mənbəyi bəlli olan sənədlər əsasında aparılır. xx.xx.2020-ci tarixdə şəxsi hesab vərəqəsinə işlənmiş 280494,04 manat vergi hesablamasının hansı əsasla və nəyə əsasən hesablandığını və sübutları barədə və hesablamanın izahının onlara təqdim edilməsi xahiş edilmişdir. Lakin vergi orqanına etdikləri müraciətlər nəticəsiz qalmışdır. Həmin qərarın “Bəyannamədə və hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat” qrafasında göstərilmişdir ki, “Bildiririk ki, tərəfinizdən 2019-cu il üzrə təqdim edilmiş Mənfəət v ergisi bəyannaməsinin 1 saylı Əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin “Ləğv edilmişdir” sütununda 1237321,54 manatlıq ehtiyatların ləgvi göstrilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansı məlumat təqdim edilməmişdir.” Halbuki bu qeyd olunan məlumat da kameral vergi hesablaması üçün əsas hesab olunmur. Əlavə olaraq qeyd edilməlidir ki, müəssisə sonradan elektron olaraq mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirilən bəyannamə təqdim etmiş, dəqiqləşdirilən 2019-cu il üzrə mənfəət vergisi bəyannaməsi qəbul edilmiş, kameral münasibət bildirilmiş, ləğv etmə bəndinə aydınlıq gətirilmişdir. Bəyannamə üzrə əlavə vergilər hesablanmasına əsas yaranmamışdır. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən vergi orqanının qərarında hesablamanın səbəbləri göstərilməlidir. Bu səbəblərin qərarda göstərilməməsi həmin qərarın qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyini sübut edir. Bu da həmin qərarın ləğv olunması üçün birbaşa əsasdır. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət etmişdir. Lakin müraciəti cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırılmamış və əsassız olaraq hesablanmış vergi məbləği azaldılmamışdır.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir.Etirazda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral ve səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. İddiaçı MMC-yə (VÖEN: **********) 2020-ci ilin se ntyabr ayı üçün ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi araşdırılmışdır. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş “Mənfəət vergisi” bəyannaməsinin 1 saylı əlavəsinin 1.3-cü (Ehtiyatlar) sətrinin "Ləğv edilmişdir" sütununda 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, bununla bağlı ətraflı izahat məktubu, təsdiqedici sənədlər, eyni zamanda ƏDV və mənfəət vergisi bəyannaməsində hər hansi məlumat təqdim edilməmişdir. Qeyd olunanlar əldə edilmiş malların (hazır məhsul, sair ehtiyat, yarımfabrikat və s.) təqdim edilməsi və əldə edilmiş gəlirlərin vergidən yayındırılması, həmçinin dövrün sonuna müəssisənin istifadəsində qalan, həmçinin əskik gələn malların vergidən yayınma yolu ilə dürüstləşdirilməsi kimi qiymətlə ndirilərək, kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********794600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan səndlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bayannaməsinin və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2020ci ilin sentyabr ayı üçün ƏDV üzrə 280494,04 manat əlavə vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı məhkəmə icraatı zamanı silinməyə əsas o lmuş material hesabatlarına dair cədvəlləri təqdim edərək qeyd etmişdir ki, müvafiq silinmələr material hesabatında öz əksini tapır. İddiaçının qeyd olunan dəlili ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli Q-08 №-li ilə “İtmiş, əskik gəlmiş, xarab və zay olmuş və oğurlanmış mallar barədə” akt forması təsdiq olunmuşdur. Qeyd olunan hal üzrə iddiaçı tərəfindən müəyyənləşdirilmiş formada akt tərtib edilmədiyindən, material hesabat cədvəli silinməyə əsas olmuş sənəd kimi qəbul edilməməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Məhkəmə hesab etmişdir ki, «... iddiaçı tərəfindən ehtiyatların silinməsini təsdiq etmək üçün 2019-cü il üzrə material-hesabatlar təqdim edilmişdir. Lakin həmin material-hesabatların Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30 iyun 2017-ci il tarixli, Q-08 No-li ilə təsdiq edilmiş “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına uyğun tərtib edilmədiyi müəyyən edilmişdir.»

9. İddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1213/2023 nömrəli qərarı ilə (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və K.H.Əkbərov) apely asiya şikayəti təmin edilmiş,Bakı İnzibati Məhkəməsinin 2-1(112)-519/2022 saylı, 18 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, işin faktiki hallarından ümumiyyətlə 2019-cu il üzrə belə bir silinmənin olmadığı müəyyən edilmişdir.

12. Belə ki, işdə olan material-hesabatlardan, apelyasiya şikayətinin məzmunu və iddiaçı t ərəfin izahatlarından aydın olmuşdur ki, 2019-cu il üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli mənfəət vergisi bəyannaməsində əlavə olaraq qeyd edilmiş 1237321,54 manatlıq ehtiyatların ləğvi əslində 2019 deyil, 2018-ci ilə aid olmuş, lakin, 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi təsdiq olunaraq, vergi orqanı tərəfindən kameral münasibət bildirildiyindən və dövrün sonuna qalığı düzəltmək yalnız 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirmə verərək mümkün olduğundan, 2018-ci ilə dəqiqləşmiş bəyannamə təqdim edilmədən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərək həmin qalıqları düzəltmək məqsədi ilə iddiaçı MMC tərəfindən belə bir riyazi düzəliş edilmişdir. Amma faktiki olaraq bu dövrdə material silgisi aparılmamış və mal, iş, xidmət təqdim edilmə si olmamışdır.

13. Belə olan halda, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin olmayan material silgisi üzrə Maliyyə Nazirliyinin “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına istinad etməsi əsassız olmuşdur.

14. Eyni zamanda, işin faktiki hallarından aydın olur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə sonuncu dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, həmin bəyannaməyə vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə kameral münasibət bildirilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, xx.xx.2020-ci il tarixdə ödəyicinin 280.494,04 manat vergi borcunun olması qeyd edilsə də, xx.xx.2021-ci il tarixə azaldılma ilə şəxsi hesab vərəqəsindən həmin borc məbləği silinmişdir.

15. Digər tərəfdən, cavabdehin iddia e tdiyi kimi, iddiaçı tərəfindən həqiqətən 2019-cu il üzrə 1237321,54 manatlıq mal, iş, xidmət təqdim edilməsi və s. həyata keçirilmiş olsa belə, müvafiq vergidən yayınma halı vergi orqanı tərəfindən 2020-ci ilin sentyabrında verilmiş bəyannamə üzrə müəyyən edilmiş, buna münasibətdə ƏDV üzrə borc hesablanması isə həmin ilin noyabr ayında hazırda mübahisələndirilən qərarla qəbul edilmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın məzmunu ilə oxşardır. Əlavə olaraq qeyd edilir ki, mə hkəmə kollegiyasının mötəbər hesab etdiyi ekspert rəyində ekspert qarşısında qoyulmuş suallara ümumiyyətlə cavab verilməmiş, cavab verilmiş hissələr də natamam şəkildə və heç bir əsaslandırma aparılmadan təşkil edilmişdir.Ekspert məhkəmə mühasibat ekspertizası aparmaq əvəzinə iddiaçının tərtib etdiyi prosessual sənədlərdə əks olunmuş məlumatları və işin təhrif olunmuş faktiki hallarını rəyə köçürmüş və ehtimallar əsasında, həm də qəti şəkildə heç bir faktı əsaslandırmadan rəy tərtib etmişdir.Qeyd olunan rəyi diqqətlə oxuduqda həmin rəyin nə qədər əsassız olduğu bir daha anlaşılır.Məhkəmə kollegiyası isə yeganə mötəbər sübut hesab etdiyi sənədi qiymətləndirməmiş, sadəcə və heç bir əsaslandırma aparmadan həmin rəyin mötəbərliyi qənaətinə gəlmişdir.Cavabdeh Vergilər Məcəlləsinin 16.1.6-cı, 23.1.3-cü və İnzibati Prosessual Məcəllənin 12.1-ci, 58.7-ci maddələrinə istinad edərək hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b.Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “İnzibati icraat haqqında” Qanun. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquqi normalarına və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır.

20. Azərbaycan Respublikası Vergilər Məcəlləsi: Maddə

12. Vergilərin müəyyən edilməsini n əsas şərtləri: 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə

23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Maddə

37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digə r sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72- ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildik də, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Maddə

49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması. 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Maddə

53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə tə qsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1 -ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: Maddə

159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə sat ışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyektidir. Maddə

166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə

173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə

174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ö dənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə

175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları,irəlşi( xidmətləri( təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim ed ən şəxsin bank hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: Maddə

178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. 20.İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə gönd ərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

21. Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilmiş xx.xx.2010-cu il tarixli “ Sahibkarlıq s ahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Fərman.

22. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayəti nin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətd ə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə(.

27. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallar ının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisə predmeti ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İlk növbədə qeyd olunmalıdır ki, 2019-cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsi ndə 1237321,54 manatlıq ehtiyatların ləğvi göstərilsə də, işin faktiki hallarından ümumiyyətlə 2019-cu il üzrə belə bir silinmənin olmadığı müəyyən edilmişdir.

31. Belə ki, işdə olan material-hesabatlardan, aydın olmuşdur ki, 2019-cu il üzrə təqdim edilmiş xx.xx.2020-ci il tarixli mənfəət vergisi bəyannaməsində əlavə olaraq qeyd edilmiş 1237321,54 manatlıq ehtiyatların ləğvi əslində 2019 deyil, 2018-ci ilə aid olmuş, lakin, 2018-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi təsdiq olunaraq, vergi orqanı tərəfindən kameral münasibət bildirildiyindən və dövrün sonuna qalığı düzəltmək yalnız 2018-ci ilin mənfəət vergisi bəyannaməsinə dəqiqləşdirmə verərək mümkün olduğundan, 2018-ci ilə dəqiqləşmiş bəyannamə təqdim edilmədən 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edərək həm in qalıqları düzəltmək məqsədi ilə iddiaçı MMC tərəfindən belə bir riyazi düzəliş edilmişdir. Amma faktiki olaraq bu dövrdə material silgisi aparılmamış və mal, iş, xidmət təqdim edilməsi olmamışdır.

32. Belə olan halda, kollegiya hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin olmayan material silgisi üzrə Maliyyə Nazirliyinin “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə” akt formasına istinad etməsi əsassız olmuşdur.

33. Eyni zamanda, işin faktiki hallarından aydın olur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2020-ci il tarixdə sonuncu dəqiqləşdirilmiş bəyannamə təqdim edilmiş, həmin bəyannaməyə vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə kameral münasibət bildirilmişdir. İddiaçının şəxsi hesab vərəqəsindən də görünür ki, xx.xx.2020-ci il tarixdə ödəyicinin 280.494,04 manat vergi borcunun olması qeyd edilsə də, xx.xx.2021-ci il tarixə azaldılma ilə şəxsi hesab vərəqəsindən həmin borc məbləği silinmişdir.

34. Digər tərəfdən, cavabdehin iddia etdiyi kimi, iddiaçı tərəfindən həqiqətən 2019-cu il üzrə 1237321,54 manatlıq mal, iş, xidmət təqdim edilməsi və s. həyata keçirilmiş olsa belə, müvafiq vergidən yayınma halı vergi orqanı tərəfindən 2020-ci ilin sentyabrında verilmiş bəyannamə üzrə müəyyən edilmiş, buna münasibətdə ƏDV üzrə borc hesablanması isə həmin ilin noyabr ayında hazırda mübahisələndirilən qərarla qəbul edilmişdir.

35. Bundan başqa yuxarıda qeyd edilən hüquq normalarına əsasən vergitutma elementlərindən biri də vergi dövrüdür. Yəni kameral qaydada ƏDV məbləği hesablanan zaman təqvim ayında baş vermiş əməliyyatlar nəzərə alınmalıdır. Vergi Məcəlləsinin 178ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2020-ci ilin sentyabr ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2020-cü ilin sentyabr ayında baş vermiş əməliyyatları əsas götürməlidir.

36. ƏDV üçün vergitutma obyekti malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxaldır (maddə 159.1). Vergi tutulan əməliyyatın vaxtı isə təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır ki, bu da Vergi Məcəlləsinin 166.1-ci maddəsi ilə tənzimlənir.

37. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV məbləği isə Vergi Məcəlləsinin 174.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 166 -cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1-ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərq vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-ni təşkil edir.

38. Yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2020-cü ilin sentyabr ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDV-nı çıxaraq yaranan fərqi büdcəyə büdcəyə hesablanmış olsun.

39. Məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin sentyabr a yı üçün təqdim edilmiş ƏDV bəyannaməsi cavabdeh vergi orqanı tərəfindən kameral vergi yoxlaması keçirən zaman vergi tutulan əməliyyatın vaxtını düzgün müəyyən etmədiyindən əsassız qərar qəbul etmişdir.

40. Beləliklə yuxarıda qeyd edilən hüquq normalarından və sadalananlardan da göründüyü kimi, vergi orqanı tərəfindən vergilərin hesablanması zamanı mütləq şəkildə mənbəyi bəlli olan rəsmi məlumatlara və ya sənədlərə əsaslanılmalıdır.

41. İş materiallarından isə inzibati orqanın iddiaçı MMC tərəfindən vergidən yayınma hallarına yol verilməsi nəticəsinə gələrkən və müvafiq vergi məbləğini hesablayarkən qanunla nəzərdə tutulmuş hər hansı tədbiri görməsi (xronometraj keçirilməsi və s.) müəyyən edilməmişdir.

42. Digər tərəfdən cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsas ına dair hər hansı mötəbər sübut da məhkəmələrə təqdim edilməmişdir.

43. Əksinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 9/4125 №li xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, 26 noyabr 2020-ci il tarixli, **********724100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla hesablanmış əlavə ƏDV məbləğinin düzgünlüyü müəyyən olunmamışdır.

44. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən Vergilər Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə zidd olaraq qanunda nəzərdə tutulmuş müddəti ötürməklə kameral qərar qəbul etmişdir.

45. Belə olan halda İİH-qanunun 67.1-ci və VM-in 49.5-ci maddəsinin tələbləri baxımından məhkəmənin nəticəsi əsaslı olmuşdur.

46. Beləl iklə, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya hesablanmış vergilərin qanunvericiliyə zidd olduğu və iddiaçının hüquqlarını pozduğu sübuta yetirilir.

47. Beləliklə, kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

48. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.

49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)-1213/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar