Məhkəmə qərarları › İş №2-1(102)-2276/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2276/2021

14.12.2021
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2276/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.12.2021 Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi orqanının qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-2026/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Vergi orqanı 2019-cu il 22 noyabr tarixli, **********193761 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul etmişdir. Sözügedən qərarla vergi ödəyicisi kimi İddiaçı MMCyə 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanmış, 2016-cı il üzrə 7.663.37 manat mənfəət vergisi hesablanmış, həmin məbləğə 3.831,69 manat maliyyə sanksiyası tətbiq edilmiş və 25.756,57 manat ƏDV hesablanmış, həmin məbləğə 12.975,61 manat maliyyə sanksiyası tətbiq edilmiş, 2017-ci il üzrə 8.557,25 manat ƏDV hesablanmış, həmin m əbləğə 4.278,63 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 6 dekabr tarixdə 2 saylı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, 2019-cu il 22 noyabr tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli, **********125647 nömrəli qərarına əsasən iddiaçıda növbədənkənar səyyar vergi yoxlaması təyin olunmuş, yoxlama 2015-ci il 1 fevral tarixdən 2017-ci il 1 oktyab r tarixədək olan dövrü əhatə etməklə keçirilmiş, yoxlamanın nəticəsi olaraq 2019-cu il 3 yanvar tarixli akt tərtib edilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin qəbul etdiyi "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" 2019-cu il 25 fevral tarixli, **********177306 nömrəli qərarla yoxlama zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə 30 iş günü müddətinə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. Departamentin "Səyyar vergi yoxlamasının dayandırılması haqqında (təxirə salınması) haqqında" 2019-cu il 16 aprel tarixli, **********181178 nömrəli qərarı ilə səyyar vergi yoxlaması 2019-cu il 16 aprel tarixdən 2019-cu il 17 may tarixədək olan müddətə müvəqqəti dayandırılmış və 2019-cu il 17 may tarixli, **********183257 nömrəli qərarl a səyyar vergi yoxlaması bərpası qərara alınmışdır. Qərarın mövcud olmasına baxmayaraq, növbədənkənar səyyar vergi yoxlamasının aparılması bərpa edilməmiş, yoxlama sonradan Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2019-cu il 14 iyun tarixli qərarla bərpa edilmişdir. Daha sonra Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında" 2019-cu il 28 iyun tarixli, **********185979 nömrəli və 2019-cu il 21 avqust tarixli, **********188781 nömrəli qərarları ilə yoxlama zamanı yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə hər dəfə 30 iş günü müddəti olmaqla əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi qərara alınmışdır. 2019-cu il 7 oktyabr tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi müfəttişləri tərəfindən "Navinia Baku” MMC -də növbədənkənar səyyar vergi yoxlamasının nəticəsinə dair akt tərtib edilmişdir. Qeyd edilən akt MMC-yə 2019-cu il 20 noyabr tarixdə qurumun şəxsi kabinetinə göndərilməklə rəsmi təqdim edilmişdir. Qeyd edilən akt əsasında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 2019-cu il 22 noyabr tarixli, **********193761 nömrəli qərarı ilə 125.287,98 manat cərimə və 21.085,93 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

4. Bundan əvvəl səyyar vergi yoxlaması Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 2015-ci il 6 mart tarixli, **********871037 nömrəli qərarına əsasən həmin Departamentin müfəttişi tərəfindən aparılmış, yoxlama ilə müəssisənin 2014-cü il 1 fevral tarixdən 2015-ci il 31 may tarixədək olan f əaliyyət dövrü əhatə edilmiş və yoxlamanın nəticələri 2015-ci il 5 oktyabr tarixli aktla rəsmiləşdirilmişdir. 2016-ci ilin 6 iyun tarixdə **********019350 qərarla növbədənkənar səyyar vergi yoxlaması müəyyən olunmuş və MMC-nin 2015-ci il 1 fevral tarixdən 2016-cı il 1 may tarixədək olan fəaliyyəti digər müfəttiş tərəfindən yoxlanılmışdır. Yoxlama zamanı aşkar olunan vergilərin dəyəri uzunmüddətli danışıqlardan sonra 62.000 manat təşkil etmişdir. 2016-ci il 14 dekabr tarixdə razılaşdırılan ödəniş tam olaraq şəxsi vərəqəyə keçirilmişdir. Həmin vaxtı ölkə devalvasiya səbəbindən maliyyə böhranı vəziyyətində olduğundan, MMC-nin podratçılara borcunun böyük hissəsi xarici şirkətlərə xarici valyuta ilə olmuş və fəaliyyəti xeyli çətinləşmişdir. Buna baxmayaraq, iddiaçı tərəfindən bütün vergilər vax tında ödənilmişdir. Lakin bir müddət keçdikdən sonra iddiaçıya cavabdeh tərəfindən şifahi şəkildə bildirmişdir ki, qərar ləğv olunmuş, həmin dövr daha yoxlanılmayacaqdır. Ödənilən 62,000 manat məbləğində vəsait isə 9 ay ərzində yuxarıda göstərilən dövr üzrə ödəniş kimi qalmışdır. Lakin bir müddət sonra Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 2017-ci il 13 noyabr tarixli, **********125647 nömrəli qərarına əsasən "Navinia Baku” MMC-də növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Həmin yoxlama 2015-ci il 1 fevral tarixdən 2017-ci il 1 oktyabr tarixədək olan dövrləri əhatə etmiş və yoxlamanın nəticəsinə dair 2019-cu il 7 noyabr tarixli, **********126462 nömrəli akt tərtib edilməsinə baxmayaraq, yoxlama faktiki olaraq 2019-ci il 22 n oyabr tarixində başa çatmışdır. Aktda göstərildiyi kimi, səyyar vergi yoxlaması Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aparılmışdır. Həmin maddədə təsbit edilmişdir ki, yoxlama vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin əlamətləri müəyyən edildikdə aparıla bilər. Lakin, aktda məlumatın mənbəyi, o cümlədən verilən məlumatın yoxlanması və təsdiqini tapıb-tapmaması öz əksini tapmamışdır. İddiaçı tələb edir ki, məlumatın mənbəyi açıqlansın. Mənbə açıqlanmadığı, habelə həmin məlumatın doğruluğu öz təsdiqini tapmadığı təqdirdə, yoxlamanın aparılması qüvvədə olan Vergi Məcəlləsinin 38.3 və 38.3.5-ci maddələrinin tələblərinə zidd olduğundan, iddiaçı hesab edir ki, 2019-cu il 7 noyabr t arixli **********126462 nömrəli akt ləğv edilməlidir.

5. Bundan başqa həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq yoxlamanın keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin həmin maddəsində sadalanan xüsusi hallarda yoxlamanın nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsində yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlamasının dayandırılması halları və müddətləri (9 aydan çox olmamaqla) nəzərdə tutulmuşdur. Lakin həmin əsasların heç biri mövcud olmadığı halda şikayət edilən yoxlamanın müddəti 2 ili (2 4 ayı) ötmüşdür. 2 il ərzində "xxxx" MMC nümayəndələri dəfələrlə Bakı şəhəri cavabdehə danışıqlar və məlumatlandırma üçün çağırılmışdır. Nəticədə, artıq 2016-cı ilin dekabr ayında ikitərəfli razılığa əsasən vergilər üzrə ödənişi vaxtında keçirilmiş dövr üçün cərimələr və sanksiyalar hesablanmışdır. Cavabdeh iddiaçı tərəfindən daimi göndərilən şikayət, məktub və teleqramlar nəticəsində cavabdehin səhvləri qismən düzəldilmişdir. Lakin vergilərin hesablanmasına icazə verən 3 illik müddət başa çatdıqdan sonra iddiaçıya həmin dövr üzrə əlavə vergilər və sanksiyaların tətbiq olunması mümkün olmadığı halda, əlavə vergilərin və sanksiyaların silinməsi barədə təkrar müraciətlər mənfi cavablandırılmışdır ki, nəticədə bu MMC-nin Konstitusiyanın 12.1 və 73-cü maddələrində, həmçinin Vergi Məcəlləsini n 36.3, 83.3, 85.4 və 56.1-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur.

6. Keçirilmiş səyyar vergi yoxlaması nəticəsində Vergi Məcəlləsinin qeyd olunan maddələrində təsbit olunmuş üç illik müddət keçməsinə baxmayaraq, əsassız olaraq 2015-cı il üçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması müddəti üç illik müddətin uzadılmasına təsir etmir, yəni vergi yoxlaması müddəti uzadıqca geriyə hesablanan üç illik müddət də irəliləyir. Aydın məsələdir ki, 2015-ci hesabat ili üzrə vergiləri, faizləri və maliyyə sanksiyaları ən son 2018-ci ildə hesablana bilərdi. Lakin məlum olduğu kimi, səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli akt 2019-cu il 7 oktyabr tarixdə tərtib edildiyindən, 2015-ci ilə tətbiq edilə bilməzdi.

7. O da qeyd olun malıdır ki, növbədənkənar vergi yoxlaması 2017-ci il 14 noyabr tarixdə başlansa da, 2017-ci il 20 dekabr, 2018-ci il 19 yanvar, 2018-ci il 20 fevral, 2018-ci il 27 iyul, 2018-ci il 27 avqust, 2019-cu il 16 aprel, 2019-cu il 17 may tarixli əsassız qərarlarla vergi yoxlaması heç bir səbəb olmadan cavabdehin özü tərəfindən dayandırılmışdır ki, bunun məsuliyyəti də cavabdehin üzərinə düşür. Bu səbəbdən də səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli 2019-cu il 7 oktyabr tarixli aktda 2015-cı il üçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanması tamamilə qanunsuzdur. Bundan başqa, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli, 2019-cu il 7 oktyabr tarixli aktı 2019-cu il 21 noyabr tarixdə MMC-yə rəsmi təqdim etdiyi halda 2019-ci i l 22 fevral tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli qərarı qəbul etməsi iddiaçının Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddələrinin tələblərinin kobud şəkildə pozulmasına səbəb olur. Cavabdehin etirazları:

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, vergi orqanının 2017-ci il 13 noyabr tarixli, **********125647 saylı qərarına əsasən iddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş (yoxlanılan dövr 2015-ci ilin fevral ayından 2018-ci ilin sentyabr ayınadək) və yoxlamanın nəticəsi 2 019-cu il 7 oktyabr tarixli, **********126462 nömrəli aktla rəsmiləşdirilmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, vergi orqanları tərəfindən növbədənkənar səyyar vergi yoxlaması keçirilə bilər. Yoxlama ilə əlaqədar iddiaçıya 2017-ci il 16 noyabr tarixli, "Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə" təqdim edilmiş və iddiaçı tərəfindən 2015-cı il 1 yanvar tarixdən 2017-ci il 30 sentyabr tarixə qədər olan dövrdə vergilərin hesablanması ilə bağlı olan mühasibat sənədləri yoxlamaya qismən təqdim edildiyindən “Sənədlərin qismən təqdim edilməsi barədə” 2017-ci il 7 dekabr tarixli akt tərtib olunmuşdur. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş sənədlərdə vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna görə səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən Baş İdarə tərəfindən 2018-ci il 18 yanvar tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" qərar çıxarılmış və 2015-ci il 1 yanvar tarixdən 2017-ci il 1 oktyabr tarixədək olan dövr üzrə sənədlər tələb edilmişdir. Qərara əsasən iddiaçı tərəfindən 2015-ci il 1 oktyabr tarixdən 2017-ci il 1 oktyabr tarixədək olan dövr üzrə bir qisim sənədlər vergi orqanına təqdim edilmiş və 2018-ci il 22 yanvar tarixli "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokol tərtib edilmiş, eyni zamanda “Sənədlərin qismən təqdim edilməsi barədə” 2018-ci il 22 yanvar tarixli akt tərtib olunmuşdur. İddiaçı tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində səyyar vergi yoxlaması ilə Vergi Məcəlləsinin 159.1, 161.1 və 166.1-ci maddələrinin tələblərinə uyğun olaraq büdcəyə əlavə olaraq 28.883,43 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayrı aylar üzrə azaldılmış və ya yayındırılmış 64.558,74 manat əlavə dəyər vergisi məbləğinin 50 faizi miqdarında, yəni 32.279,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilələr, vergi hesab fakturaları, el ektron qaimə fakturalar, invoyslar, bank sənədləri, təhvil-təslim aktları, ƏDVDH çıxarışları, ödəniş qəbzləri, kassa mədaxil orderinin qəbzləri və sair sənədlərə) əsasən iddiaçı tərəfindən Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələblərinin pozulması müəyyən edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasən Vergi Məcəlləsinin 104.1 və 108-ci ərinin tələblərinə uyğun olaraq mənfəət vergisi yenidən hesablanmışdır, 2015-ci il üzrə ümumi gəlirlər 775.040,65, ümumi xərclər 373.204,27 manat müəyyən edilmişdir və müvafiq olaraq 80.367,28 manat məbləğində mənfəət vergisi hesablanmışdır. Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 254.646,21 manat öz təsdiqini tapmayan xərclərə aid edilmişdir. 2016-cı il üzrə yoxlamaya təqdim edilmiş sənədlərə əsasən həmin il üçün çıxılmalardan sonra ümumi gəlirlər 799.672,01 manat, ümumi xərclər 635.839,27 manat keçmiş illərin zərəri çıxılmaqla (15.845,28 manat) vergiyə cəlb olunan mənfəət 147.987,46 manat müəyyən edilmiş və müvafiq olaraq 7.593,64 (29.597,49 – 22.003,85) manat mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 88.030,65 manat (o cümlədən 2015-ci il üzrə 80.367,28 manat, 2016-cı il üzrə 7.663,37 manat) mənfəətdən vergi məbləğinin 50 faizi miqdarında, yəni 44.015,33 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamaya təqdim edilmiş sənədlərə (müqavilələrə, vergi hesab fakturalarına, elektron qaimə fakturalara, invoyslara, bank sənədlərinə, təhvil-təslim aktlarına, ƏDVDH çıxarışlara, ödəniş qəbzləri, kassa mədaxil orderinin qəbzləri və sair sənədlərə) əsasən müəyyən edilmişdir ki, MMC tərəfindən Vergi Məcəlləsinin 104.1 və 108-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normaların tələblərinə uyğun olaraq mənfəət vergisi yenidən hesablanmışdır. MMC tərəfindən ƏDV tutulan dövriyyənin düzgün göstərilməməsi nəticəsində büdcəyə çatası ƏDV məbləği Vergi Məcəlləsinin 159.1, 161.1 və 166.1-ci maddələrinin tələblərinə uyğun şəkildə büdcəyə əlavə olaraq 28.883,43 manat məbləğində əlavə dəyər vergisi hesablanmış və Vergi Məcəlləsinin 58-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə ayrı-ayr ı aylar üzrə azaldılmış və ya yayındırılmış 64.558,74 manat vergi məbləğinin 50 faizi miqdarında 32.279,37 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur (cəmi: 61.162,80 (28.883,43 + 32.279,37) manat). Beləliklə, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 2019-cu il 22 noyabr tarixli, **********193761 nömrəli qərarı qəbul edilərkən 55.208,77 manat maliyyə sanksiyası azaldılmış və nəticədə vergi ödəyicisinə cəmi 138.000,00 manat məbləğində vergi borcu hesablanmışdır. MMC tərəfindən Vergi Məcəlləsinin 56.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 138.000 (193.208,78 – 63.207,78) manat vəsaitin dövlət büdcəsinə ödənilməsi öhdəliyi götürülmüş və 2019-cu il 23 aprel tarixli (AVİS: **********730200) zəmanət məktubu il ə 2019-cu il 30 sentyabr tarixədək vergi öhdəliyinin yerinə yetirilməsi bildirilmişdir. Lakin maliyyə çətinliyi ilə əlaqədar iddiaçı ödənişləri göstərilən vaxtadək qismən yerinə yetirə bilmiş və möhlət müddətinin 2019-cu il 15 noyabr tarixədək uzadılmasını xahiş etmişdir. Belə ki, səyyar vergi yoxlaması ilə yaranmış vergi öhdəliyinə görə MMC tərəfindən 55.000 manat dövlət büdcəsinə vəsait ödənilmişdir (2019-cu il 20 may tarixdə 4.000 manat, 2019-cu il 23 may tarixdə 10.000 manat, 2019-cu il 29 may tarixdə 10.000 manat, 2019-cu il 30 may tarixdə 1.000 manat, 2019-cu il 1 iyul tarixdə 20.000 manat və 2019-cu il 8 avqust tarixdə 10.000 manat). Göstərilənlərə və Vergi Məcəlləsinin 23.1.1, 24.0.1, 70.3-cü maddələrinə, İPM-in 58.7-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi xahiş olunm uşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli, 2-1(112)-430/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********193761 nömrəli, 2019-cu il 22 noyabr tarixli qərarı “2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV hesablanması” hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV məbləğləri Vergi Məc əlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 2020-ci il 1 yanvar tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tarixdə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, verg i orqanı iddiaçının 2015-ci il üzrə fəaliyyətinin yoxlanılması barədə 2016-cı il 3 iyun tarixdə qəbul etdiyi qərarı 2016-cı il 21 dekabr tarixli digər qərarla (hər hansı tutarlı əsas göstərilmədən) ləğv etmişdir, yəni onun həmin dövrü əhatə edən yoxlamanı keçirməyə kifayət qədər imkanı olmuşdur.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-2026/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2021-ci il 11 mart tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

15. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, vergi borcu Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət tələbinə riayət olunmadan hesablanmışdır. Hesab edilməlidir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, işin müəyyən olunmuş faktiki hallarına uyğun olmayan maddi hüquq normasını tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəa liyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Məlumdur ki, vergi yoxlamaları Vergi Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq kameral və səyyar vergi yoxlaması şəklində həyata keçirilir. Vergi Məcəlləsinin 83.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesa blanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Bu isə hesablanmış vergilərin vergi ödəyicisinin vergi orqanında olan uçot sənədlərində, yəni şəxsi hesab vərəqəsində əks olunmasıdır. Səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə hesablanmış vergilər uçot sənədində hesablanmış vergilər vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmaqla təsdiq edildikdən sonra əks olunur. Bu proses isə səyyar vergi yoxlamasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə aparılması, onun nəticələrinin rəsmiləşdirilməsi, vergi ödəyicisinin yoxlama ilə bağlı şikayətinə baxılması və yekun olaraq vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını əhatə edir ki, göründüyü k imi hesablanmış vergilərin uçot sənədlərində əks olunması kifayət qədər müddət tələb edən prosesin nəticəsidir.

16. Eyni zamanda, Vergi Məcəlləsinin 36.3-cü maddəsində göstərilən 3 illik (təqvim ilinə münasibətdə təqvim illəri üzrə, digər halda aylıq dövrlər üzrə aylıq müddət nəzərdə tutulur) müddətlə yoxlamanın keçirilməsi vergi orqanına verilmiş hüquqdur və bu maddə vergilərin yoxlanılması müddətini müəyyən edir. Vergi Məcəlləsinin 85.4-cü maddəsi isə yoxlama zamanı vergilərin 3 il ərzində hesablanmasının başlanğıc vaxtını, yəni vergiyə cəlb edilən hesabat dövrü bitdiyi anı müəyyən edir. Vergi Məcəlləsinin 56-cı maddəsinin adı “Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti” olduğundan bu maddə vergi öhdəliyi ni (vergi, faiz və maliyyə sanksiyası) bütövlükdə əhatə etmir və yalnız maliyyə sanksiyasını tənzimləyir. Vergi orqanının məqsədi qanunla müəyyən edilən vergilərin dövlət büdcəsinə vaxtında alınmasını təmin etməkdən ibarət olduğuna görə maliyyə sanksiyasının tətbiqi onun əsas məqsədi ola bilməz və bu səbəbdən maliyyə sanksiyası pozuntu anından 3 il keçdiyi halda vergi orqanı tərəfindən tətbiq edilməməlidir. Göstərilənlərə əsasən hesab edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilən 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir və vergi ödəyicisi bu dövrü əhatə edən səyyar vergi yoxlaması ilə hesablanmış vergilər üzrə vergi orqanı tərəfindən məsuliyyətə cəlb edilə bilər. Digər tə rəfdən bildirmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tarixə təsadüf edir. Məcəllənin tələbinə əsasən səyyar vergi yoxlaması ilə son üç illik dövrün yoxlanılmasının mümkünlüyünü 2017-ci ildən son üç illik dövrü götürsək müəyyən etmiş olarıq ki, vergi orqanı tərəfindən heç bir müddət pozulmayıb. Əlavə olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir.

17. Məhkəmənin daha bir dəlili ondan ibarətdir ki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik ondan 2020-ci il 1 yanvar tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tarixdə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçının 2015-ci il üzrə fəaliyyətinin yoxlanılması barədə 2016-cı il 3 iyun tarixdə qəbul etdiyi qərarı 2016-cı il 21 dekabr tarixli digər qərarla ləğv etmişdir, yəni onun həmin yoxlamanı keçirməyə kifayət qədər imkanı olmuşdur. Qeyd e dilən maddənin məcəlləyə əlavə edilib-edilməməsindən asılı olmayaraq yoxlama ilə əhatə edilən dövr vergi qanunvericiliyi ilə müəyyən edilən 3 illik müddəti ötürmədiyindən məhkəmənin həmin hala istinad etməsi əsassızdır. Yuxarıda da qeyd edildiyi kimi 2017-ci ildə qəbul edilmiş yoxlamanın keçirilməsi barədə qərarla əvvəlki 3 il yəni, 2014-2016-cı illər vergilərin yoxlanılması vergi qanunvericiliyinin tələblərinə uyğundur.

18. Digər tərəfdən, vergi orqanı tərəfindən 2016-cı il 21 dekabr tarixli nömrəli qərarla səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi həmin dövrün növbədənkənar səyyar vergi yoxlaması ilə yoxlanılmasını istisna etmir. Belə ki, Vergi Məcəlləsinin səbəbi proqram təminatında texniki problemin yaranmasından irəli gəlmişdir. Qeyd edilən hal yenidən həmin dövrə səyyar vergi yoxlamasının keçirilməsini məhdudlaşdırmamışdır. Belə ki, Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. Vergi Məcəlləsinin 38.3-cü maddəsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi əsaslarını müəyyən etmişdir.

19. Həmçinin məhkəmə qərarında birinci instansiya məhkəməsinin Vergi Məcəlləsinin 38.2-ci maddəsi ilə bağlı gəldiyi nəticəyə münasibət bildirməmişdir. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməli dir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin məcəllənin 38.7ci maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır. Göründüyü kimi məhkəmə Vergi Məcəlləsini düzgün tətbiq etməmişdir. Və əsassız olaraq vergi orqanı tərəfindən qəbul olunmuş qərarı ləğv etmişdir. Məlumat üçün bildirilməlidir ki, qeyd olunan qərarların zəruriliyi sözügedən qərarlarda əsaslandırılmışdı r. Bununla da hesab edilməlidir ki, məhkəmə İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələblərini pozmuş, iş üzrə həqiqətin müəyyən olunması üçün əlavə araşdırma aparmalı olduğu halda (Qeyd olunan qərarların qəbulu əsaslarının yoxlanılması üzrə) aparmamışdır.

20. Səyyar vergi yoxlamasının 30 iş günü ərzində keçirilməli olmasına Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-6/2020 saylı iş üzrə 2020-ci il 15 yanvar tarixli qərarı ilə münasibət bildirilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəf ədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər; 38.4-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarına əsasən 90 günlə məhdudlaşdırılmışdır. Məsələyə hüquqi qiymət verilərkən qeyd edilməlidir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bu maddələrə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən düzgün olaraq 2017-ci il 20 noyabr tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarda yoxlamanın müddəti 30 iş günü kimi müəyyən edilmişdir. Məcəllənin 38.2-ci maddəsində əks olunmuş 30 günün bilavasitə təqvim gününü ehtiva edilməsini apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstəri lməmişdir. Bu səbəbdən 2017-ci il 1 yanvar tarixə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva etmişdir ki, bu günlər təqdim günləri kimi hesablanmalıdır. Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının “30 gün” müddətində keçirilməsi ifadəsi əvəzinə “30 iş günü müddətində keçirilir” ifadəsi əks olunmuş və bu qayda 2017-ci il 1 yanvar tarixdən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilavasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericiliyə edilmiş dəyişiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Apellyasiya məhkəməsinin mövqeyi həmçinin o məntiqi əsasla da qəbul edilə bilməz ki, kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vergi yoxlamasının bundan daha həcmli və əhatəli yoxlama olmaqla 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirməlidir. Bununla da, məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, səyyar vergi yoxlaması iş günü ərzində aparılmalı olduğundan, müddətlərə dair apellyasiya məhkəməsinin müəyyən etdiyi işin halları qanunvericiliyin tələblərinə uyğun deyildir və qeyd edilmiş hüquqi mövqe əsas o lmaqla səyyar vergi yoxlaması müddətlərinə düzgün riayət edilib-edilməməsi yenidən yoxlanılmalıdır. Göründüyü kimi səyyar vergi yoxlamasının 30 iş günü aparılmalı olduğu həm qanunvericilikdə öz əksini tapmış, həm də qeyd olunan məsələyə Ali Məhkəmə öz mövqeyini ifadə etmişdir.

21. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirdiyi 2020-ci il 02 aprel tarixli qərarı - əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırılmamışdır. Bu isə, öz növbəsində Vergi Məcəlləsinin 49.5-ci maddəsinin tələblərinə müvafiq olaraq vergi orqanının hazırda mübahisələndirilən **********198717 nömrəli, 2020-ci il 2 aprel tarixli qərarının qanunsuzluğuna dəlalət edir. Məhkəmənin qeyd edilən dəlilinə münasibətdə bildirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 2017-ci il 10 may tarixli, 2-1(102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüqu qi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma halların a ehtimal yaradır. Qeyd olunanlara əlavə olaraq bildirilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının iddiaçı "xxxx" MTK-nın cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş 2017-ci il 17 may tarixli, 2-1(102)-510/2017 nömrəli qərarında da vergi orqanının qərarları barədə mövqeyi Ali Məhkəmənin yuxarıda qeyd olunan qərarındakı mövqeyi ilə tam uyğundur. Beləliklə, Ali Məhkəmənin ayrı-ayrı işlər üzrə qəbul edilmiş qərarlarında qeyd edilən mövqeyindən bəlli olduğu kimi vergi orqanı tərəfindən qəbul edilən səyyar vergi yoxlamasının qərarları üzrə hesablamanın əsasları səyyar vergi yoxlaması aktında öz əksini tapır. Həmçinin inzibati akt cədvəl üzrə kifayət qədər aydın və anlaşılan olmasına, ünvanlandığı hüquq şəxsi, nizama saldığı və ya həll etdiyi məsələləri dəqiq göstərməsinə və qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş fakt və sübutlarla əsaslandırmağına baxmayaraq məhkəmə qeyd olunan hüquq normalarını tətbiq etmişdir.

22. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində müvafiq qərar qəbul edir. Lakin işin faktiki hallarına və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən sözügedən normaların məhkəmə tərəfindən inzibati mübahisə üzrə tətbiq edilməsi anlaşılan olmamaqla yanaşı, həm də yolverilməzdir. Məhkəmənin işin faktiki hallarına uyğun olmayan maddi hüquq normalarına istinad etməsi və həmin normaları tətbiq etməsi məhkəmə qərarının ədalətli olmasını şübhə altına almaqla tərəflərin məhkəmə qərarının şübhə doğurmaması hüququnu pozur. Qanunun aliliyi prinsipinin əsas aspektlərindən biri, hüquqi müəyyənlik prinsipidir, bu prinsip, digərləri ilə yanaşı, tələb edir ki, məhkəmələr iş üzrə yekun qərar çıxardıqda, bu qərarlar şübhə doğ urmamalıdır (Avropa Məhkəməsinin Brumarescu Rumıniyaya qarşı iş üzrə qərarı). Məhkəmə aktının əsaslandırılması tələbi əsaslandırmanın şübhə doğurmayacaq şəkildə həyata keçirilməsini tələb edir.

23. Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmadığı təqdirdə məhkəmənin Vergi Məcəlləsinin 3.8-maddəsini şablon olaraq iş üzrə tətbiq etməsi məhkəmə qərarının əsaslandırılması tələbi baxımından yolverilməzdir. Eyni zamanda, Vergi Məcəlləsinin 3.8-ci maddəsi ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişikliklərə edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan normadır. b. kassasiya şikayətinə etirazın dəlilləri

24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə etirazda qeyd edilmişdir ki, iddiaçı tərəfindən 2019-cu il 8 avqust tarixədək 55.000 manat məbləğində vergi borcu ödənilmişdir. Həmin vergi yoxlaması barədə qərar 2019-cu il 7 oktyabr tarixdə qəbul edilmiş, nədənsə iddiaçı tərəfindən 2019-cu il 8 avqust tarixədək ödənilmiş 55.000 manat məbləğində pul vəsaiti həmin qərarda öz əksini tapmamışdır. Bundan başqa 2019-cu il 7 oktyabr tarixli, **********126462 nömrəli Səyyar vergi yoxlaması aktında cavabdeh inzibati orqan tərəfindən 2016-cı ildə keçirilmiş yoxlamalar barədə məlumatlar qeyd edilməmişdir ki, bu fakt həmin aktın qa nunu pozmaqla qəbul edilməsini bir daha təsdiq edir. Həmçinin iddia ərizəsində qeyd edildiyi kimi, növbədənkənar vergi yoxlaması 2017-ci il 14 noyabr tarixdə başlansa da, lakin 20.12.2017, 19.01.2018, 20.02.2018, 27.07.2018, 27.08.2018, 16.04.2019, 17.05.2019-cu il tarixli əsassız qərarlarla vergi yoxlaması heç bir səbəb olmadan cavabdehin özü tərəfindən dayandırılmışdır ki, bunun məsuliyyəti də cavabdehin üzərinə düşür. Həmin hallardan biri ondan ibarətdir ki, inzibati orqanın 2018-ci il 20 fevral tarixli, **********140956 nömrəli qərarı ilə mütəxəssisin dəvət edilməsi qərara alınmışdır. Lakin sonradan qeyd edilmişdir ki, mütəxəssis rəyinin alınmasına ehtiyac yaranmamışdır. Bu da vergi yoxlamasının süni şəkildə uzadılmasını bir daha təsdiq edir.

25. Bundan başqa, cavabdeh kassasiya şikayə tində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tarixə təsadüf edir. Bu səbəbdən hesab etmişdirlər ki, vergi orqanı tərəfindən heç bir müddət pozulmamışdır. Bununla bağlı qeyd etmişdir ki, 2019-cu il 7 oktyabr tarixli, **********126462 nömrəli səyyar vergi yoxlaması aktından görünür ki, qeyd edilən dövr üzrə yoxlamalar aparılmışdır. İnzibati orqan tərəfindən kassasiya şikayətində həmin hala istinad edilməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq yoxlamanın keçirilməsi müddəti 90 günə q ədər artırıla bilər. Məcəllənin həmin maddədə sadalanan xüsusi hallarda, yoxlamanın nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər.

26. Lakin vergiləri hesablanmağa icazə verən 3 illik müddət başa çatdıqdan sonra iddiaçıya həmin dövr üzrə əlavə vergilərin və sanksiyaların tətbiq olunması mümkün olmadığı halda, əlavə vergilərin və sanksiyaların silinməsi barədə təkrar müraciətlərin, mənfi cavablandırılmışdır ki, nəticədə bu iddiaçının Konstitusiyanın 12.1 və 73-cü maddələrində, həmçinin Vergi Məcəlləsinin 36.3, 83.3, 85.4 və 56.1-ci maddələrində nəzərdə tutulan hüquqlarının pozulmasına səbəb olmuşdur. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən ço x olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Lakin, keçirilmiş səyyar vergi yoxlaması nəticəsində yuxarıda qeyd olunan maddi normalarda təsbit olunmuş 3 (üç) illik müddət keçməsinə baxmayaraq, əsassız olaraq 2015-cı il üçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanmışdır. Vergi yoxlaması müddəti üç illik müddətin uzadılmasına təsir etmir, yəni vergi yoxlaması müddəti uzatdıqca geriyə hesablanan üç illik müddət də irəliləyir. Aydın məsələdir ki, 2015-ci hesabat ili üzrə vergiləri, faizləri və maliyyə sanksiyaları ən son 2018-ci ildə hesablana bilərdi. Lakin məlum olduğu kimi Səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli Akt 2019-cu il 7 oktyabr tarixdə tərti b edildiyindən 2015-ci ilə tətbiq edilə bilməzdi.

27. Növbədənkənar vergi yoxlaması 2017-ci il 14 noyabr tarixdə başlansa da, lakin 20.12.2017, 19.01.2018, 20.02.2018, 27.07.2018, 27.08.2018, 16.04.2019, 17.05.2019-cu il tarixli əsassız qərarlarla vergi yoxlaması heç bir səbəb olmadan cavabdehin özü tərəfindən dayandırılmışdır ki, bunun məsuliyyəti də cavabdehin üzərinə düşür. Bu səbəbdən də Səyyar vergi yoxlaması haqqında **********126462 nömrəli 2019-cu il 7 oktyabr tarixli aktda 2015-cı il üçün əlavə olaraq ƏDV və mənfəət vergisi hesablanması tamamən qanunsuzdur.

28. Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 m anat ƏDV məbləğləri Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət kriteriyasına riayət olunmadan hesablanmışdır. Yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli, 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Belə ki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 2020-ci il 1 yanvar tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tari xdə qəbul olunmuşdur. Nəzərə alınmalıdır ki, vergi orqanı iddiaçının 2015-ci il üzrə fəaliyyətinin yoxlanılması barədə 2016-cı il 3 iyun tarixdə qəbul etdiyi qərarı 2016-cı il 21 dekabr tarixli digər qərarla (hər hansı tutarlı əsas göstərilmədən) ləğv etmişdir, yəni onun həmin dövrü əhatə edən yoxlamanı keçirməyə kifayət qədər imkanı olmuşdur.

29. Bundan başqa kassasiya şikayətində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən 2016-cı il 21 dekabr tarixli nömrəli qərarla səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi həmin dövrün növbədənkənar səyyar vergi yoxlaması ilə yoxlanılmasını istisna etmir. Belə ki, Vergi Məcəlləsinin səbəbi proqram təminatında texniki problemin yaranmasından irəli gəlmişdir. Qeyd edilən hal yenidən həmin dövrə səyyar vergi yoxlamasının keçiril məsini məhdudlaşdırmır. Bununla bağlı qeyd edilməlidir ki, inzibati orqanın bu halları heç bir normativ hüquqi akta əsaslanmamışdır. İnzibati orqanın texniki təminat proqramında yaranmış problemin nəticəsi əsasında məsuliyyəti sahibkar daşıya bilməz. Məlumdur ki, dövlət büdcəsindən inzibati orqana kifayət qədər vəsait ayrılmışdır ki, onlar maddi texniki təminatını təmin etsinlər və bunun əsasında fəaliyyət göstərsinlər. Hazırda inzibati orqan tərəfindən əsassız olaraq yuxarı instansiyalara verilən şikayətlərə görə, tərəfimdən ödənilməli olan pul vəsaiti dövlət büdcəsinə çatmır. Yəni inzibati orqan öz hərəkətsizliyi nəticəsində dolayı yolla dövlət büdcəsinə zərər yetirir. TƏTBİQ EDİLƏN HÜQUQ

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə rək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

32. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bi lməz.

34. Cavabdeh şikayətin hüquqi əsası kimi Vergi Məcəlləsinin 85.4-cü maddəsinin 2020-ci il 1 yanvar tarixdən qüvvədə olan redaksiyasına istinadla qeyd edir ki, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik d övrü əhatə edir.

35. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, yoxlama zamanı vergilər hesablanarkən müvafiq hesabat dövrlərinin qurtarması vaxtından 3 illik müddətə münasibətdə Vergi Məcəlləsinin 56.1 və 85.4-cü maddələrinə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyin hazırkı iddiaçının fəaliyyətinin yoxlanılması üzrə təyin olunmuş sözügedən səyyar vergi yoxlamasına şamil edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə ziddir. Çünki, Vergi Məcəlləsindəki müvafiq dəyişiklik 2020-ci il 1 yanvar tarixdə qüvvəyə mindiyi halda, iddiaçının fəaliyyətində yoxlamanın keçirilməsi barədə qərar 2017-ci il 13 noyabr tarixdə qəbul olunmuşdur.

36. Vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi kimi hazırkı iddiaçının sahibkarlıq fəaliyyətində vergilərin bir hissəsi, yəni 2015-ci il üzrə 80.367,28 manat mənfəət vergisi və 11.500,76 manat ƏDV məbləğləri Vergi Məcəlləsinin 85.4-cü maddəsində müəyyən edilmiş 3 illik müddət tələbinə riayət olunmadan hesablanmışdır.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəldiyindən şikayətin digər dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 avqust tarixli, 2-1(103)-2026/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar