Məhkəmə qərarları › İş №2-1(102)-2276/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2276/2024

10.10.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2276/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: test imtahanı üzrə cavabın düzgün qiymətləndirilməsi və müvafiq sertifikat verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh X2rşı “iddiaçının cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(103)-1651/2024 nömrəli qərarından iddiaçı t ərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında iştirak etmiş və imtahanı təşkil edən cavabdeh Azərbaycan Respublikasının X3 test imtahanı üzrə nəticələrini 85,17%, yəni 101 bal qiymətləndirərək (mümkün maksimum göstərici 120 bal ola bilərdi) bu nəticəyə görə ona «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qayd ası»nın müddəalarına uyğun olaraq BA2 sertifikatını vermişdir.

2. İddiaçı test tapşırığının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə apellyasiya ərizəsi vermişdir.

3. Cavabdeh apellyasiya ərizəsini təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı “iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanında cavabının düzgün qiymətləndirilməsi və ona müvafiq sertifikat verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması:

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh tərəfindən dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsində iştirak etmişdir. Onun imtahan nəticələri cavabdeh tərəfindən qiymətləndirilmiş və elektron qaydada tərtib edilən dövlət qulluğu vəzifələri üzrə test imtahanının nəticələri haqqında məlumat və cavab kartının qrafik təsvirində “B” variantı üzrə cavablarının sayı 86, yanlış cavablarının sayı 14, yekun balı 101 (84,17%) olmaqla veriləcək sertifikatın BA2 qrupuna aid olması qeyd edilmişdir.

6. İddiaçı cavabdehin test imtahanının yekun nəticəsi ilə bağlı gəldiyi qərarla razı deyil. Belə ki, 38-ci qapalı tipli test tapşırığının şərti və cavabı dəqiq, aydın və birmənalı olmadığı üçün düzgün hesab etmək mümkün olmuşdur. Lakin cavabdeh iddiaçının həmin test tapşırığına verdiyi cavabı səhv kimi qiymətləndirmişdir. Qeyd edilən test tapşırığının nəticəsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdehə apellyasiya ərizəs i vermişdir.

7. Mərkəzdə apellyasiya ərizəsinə baxılmış, lakin imtahan nəticələrinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkar olunmadığı qənaətinə gəlinərək müraciət təmin olunmamışdır. Apellyasiya ərizəsi iddiaçının poçt ünvanına xx.xx.2023-cü il tarixdə elektron qaydada göndərilmiş 9-3/2-Q-2072-42-422/2023 saylı məktubla cavablandırılmışdır.

8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 2.6.2-ci yarımbəndinə əsasən hər bir tes t tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır.

9. Həmin Qaydanın 2.6.3-cü yarımbəndinə əsasən test tapşırığında düzgün cavab və onun hazırlanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaiti çərçivəsindən kənara çıxmamalıdır.

10. Həmin Qaydanın 2.6.5-ci yarımbəndinə görə test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

11. Göstərilənlərə əsaslanaraq, iddiaçının dövlət qulluğuna qəbul üzrə müsabiqənin xx.xx.2023-cü il tarixdə keçirilən test imtahanı mərhələsinin “B” variantında 38 saylı test tapşırığına cavabının düzgün hesab edilməsi və ona BA1 sertifikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bar ədə qərar çıxarılması məhkəmədən xahiş olunur. cavabdehin etirazı:

12. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim etmişdir. Etirazda bildirilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında iştirak etmişdir. O, imtahanda toplanması mümkün olan maksimum (100%) nəticədən (120 bal) 84,17% (101 bal) nəticə göstərmişdir.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkil i, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası»nın 4.2-ci bəndinə uyğun olaraq iddiaçı BA2 sertifikat əldə etmişdir.

14. Onun test imtahanında göstərdiyi nəticə BA1 sertifikatı əldə etmək üçün qanunvericiliklə müəyyən edilmiş minimum keçid faizindən 85% (102 bal) aşağı olduğu üçün BA1 sertifikatı əldə etməmişdir.

15. Həmin Qaydanın 4.3-cü bəndinə əsasən namizəd test imtahanının nəticələri ilə razı olmadıqda, nəticələr portalda yerləşdirildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına şikayət verə bilər. Şikayətə baxıldıqdan sonra nəticələrə dair müvafiq qərar qəbul edir. Namizəd bu qərardan məhkəməyə şikayət verə bilər.

16. İddiaçı qeyd edilən Qaydanın 4.3-cü bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə test imtahanının nəticələrindən Mərkəz tərəfindən yaradılmış apellyasiya komissiyasına müraciət edərək test imtahanında istifadə edilmiş 38, 49 və 54 saylı tapşırıqları mübahisələndirmişdir. İddiaçının müraciəti apellyasiya komissiyasında araşdırılmış, mübahisələndirdiyi tapşırıqlar ekspertlər tərəfindən yenidən ekspertiza edilmiş, onlarda elmi-metodiki qüsur aşkar olunmamış və doğru cavabların birmənalı olduğu təsdiq edilmişdir.

17. İmtahan nəticəsinin dəyişdirilməsinə təsir göstərə biləcək hal aşkarlanmadığından, onun müraciəti təmin edilməmişdir. Bu barədə iddiaçı ilə xx.xx.2023cü il tarixdə (saat 12:34-də) əlaqə saxlanılaraq telefonla məlumat verilmişdir. 18.İddiaçının mübahisələndirdiyi test tapşırığı qapalı tipli test tapşırığıdır (38. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununa əsasən korrupsi ya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər).

19. Qaydanın 2.6-cı bəndinə əsasən hazırlanan qapalı tipli hər bir test tapşırığı aşağıdakı tələblərə cavab verməlidir: (2.6.1) test tapşırığı şərtdən və cavab variantından ibarət olmalıdır; (2.6.2) hər bir test tapşırığına cavab variantları hazırlanmalı və bunlardan biri doğru, digərləri isə yanlış olmalıdır; (2.6.3) test tapşırığında düzgün cavab və onun hazır lanmasında istifadə olunan mənbə göstərilməli və həmin tapşırıqların mövzusu ümumiləşdirilmiş proqram, verilmiş ədəbiyyatlar, dərsliklər və dərs vəsaitləri çərçivəsindən kənara çıxmamalıdır; (2.6.4) test tapşırığı mürəkkəblik dərəcəsinə görə sadə, orta və ya mürəkkəb olmalıdır; (2.6.5) test tapşırığının şərti və cavabları dəqiq, aydın və birmənalı olmalıdır.

20. Mübahisələndirilən 38 saylı qapalı tipli test tapşırığından göründüyü kimi, Qaydanın 2.6.1-ci yarımbəndinə əsasən test tapşırığı şərtdən və cavab variantından ibarətdir, 2.6.2-ci yarımbəndinə görə isə test tapşırığının cavab variantları verilib və variantlardan biri doğru, digərləri isə yanlışdır. Qaydanın 2.6.3-cü yarımbəndinə əsasən test tapşırığı Mərkəzin dim.gov.az saytında müvafiq link üzrə keçiddə yerləşdirilmiş proqram əsası nda, orada göstərilmiş mənbə üzrə hazırlanmış və verilmiş proqram çərçivəsindən kənara çıxmamalıdır (Qanunvericilik üzrə proqram, 3-cü hissə, «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu, mənbə,

8. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanunu, xx.xx.2004cü il, № 580-İİQ, maddə

2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri).

21. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: (2.1.1) Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; (2.1.2) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; (2.1.3) inziba ti vəzifə tutan dövlət qulluqçuları; (2.1.4) dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.5) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; (2.1.6) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; (2.1.7) yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.7-1) qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə tə şkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; (2.1.8) qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; (2.1.9) öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; (2.1.10) vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. Həmin Qanunun 2.2-ci maddəsinə görə bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

22. İddiaçının düzgün cavab kimi seçdiyi “B” cavab variantı birmənalı olaraq səhv cavab variantıdır. İddiaçının mübahisələndirdiyi 38 saylı test tapşırığına dair ekspert iddiaya qarşı etiraza əlavə edilir. Qeyd edilənləri və iddiaçının mübahisələndirdiyi 38 saylı qapalı tipli test tapşırığının şərtinin və cavablarının dəqiq, aydın və birmənalı olduğunu nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

23. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-11585/2023 saylı qərarı ilə iddia təmin edilməmişdir.

24. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qapalı tipli (38ci) test tapşırığı aşağıdakı kimi olmuşdur: «Korrupsiyaya qarşı mü barizə haqqında» Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər.

25. İddiaçı keçirilmiş test imtahanında həmin sualın düzgün cavabı kimi “B” variantını seçmişdir.

26. «Korrupsiyaya qarşı mübarizə haqqında» Qanunun 2.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinin dairəsi konkret təsbit olunmuşdur və bu sırada “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili v əzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” yer almışdır (Qanunun 2.1.3-cü maddəsi). Həmin normada korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti kimi “yardımçı vəzifə” deyil, “inzibati vəzifə” tutan şəxslər nəzərdə tutulmuşdur.

27. Belə olan halda, cavabdeh iddiaçının xx.xx.2023-cü il tarixdə dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BA vəzifə qrupu üzrə müsabiqənin test imtahanında 38-ci qapalı test tapşırığı ilə bağlı seçdiyi “C” variantını düzgün cavab kimi qiymətləndirməməkdə haqlı olmuşdur.

28. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddiasının təmin edilməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat:

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının xx.xx.2024-cü il tarixli, 21(103)-1651/2024 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-11585/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

30. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

31. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

32. İddiaçı iddia ərizəsində 38 saylı qapalı tipli test tapşırığının cavab variantlarının hamısının düzgün olduğunu, yanlış variantın olmadığını və həmin test tapşırığının aydın, birmənalı olmadığını mübahisələndir mişdir. Lakin Məhkəmə bu nüansları nəzərə almamış, həmçinin mübahisələndirilən sualla bağlı ekspert rəyi almadan iddiaçı tərəfindən 38 saylı qapalı tipli test tapşırığına verilən (B variantı) cavabının yanlış cavab olduğu qənaətinə gələrək iddiaçının iddiasını təmin etməmişdir.

33. İddiaçı qeyd olunan test tapşırığında düzgün hesab edilə bilən cavab olmadığı üçün həmçinin həmin sual boş qalmaması və gələcəkdə onun xeyrinə hesab edilməsi üçün variantlardan birini yəni B variantını qeyd etmişdir.

34. Mübahisələndirilən qapalı tipli (38-ci) test tapşırığında sual aşağıdakı kimi olmuşdur: - “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidar əetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər.

35. Qeyd olunan test tapşırığında X5 düzgün cavab olaraq “C” variantını, yəni yardımçı vəzifə tutan dövlət qulluqçuları olduğunu bildirmişdir. Lakin, iddiaçı bu test tapşırığında “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən yardımçı vəzifə tutan dövlət qulluqçularını korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edir.

36. Belə ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.9-cu maddəsinə əsasən, öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz tə sir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilir.

37. Həmçinin həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən, vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilir.

38. Göründüyü kimi yardımçı vəzifə tutan dövlət qulluqçuları qeyd olunan maddələrin təsir dairəsinə düşür.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, İiftçi və digərləri) - vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosesinin təminatı ilə məşğuldurlar.

40. Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşlcilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirdikdə, həmçinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər.

41. Yuxarı da qeyd olunan Plenum Qərarından aydın olur ki, yardımçı vəzifə tutan dövlət qulluqçuları yeri gəldikdə vəzifəli şəxs də hesab oluna bilər.

42. Qanunlardan belə qənaətə gəlmək olur ki, nəinki yardımçı vəzifə tutan dövlət qulluqçuları hətta qanunla cinayət məsuliyyətinə cəlb edilə bilən hər bir şəxs korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilə bilər.

43. Göründüyü kimi, 38 saylı qapalı tipli test tapşırığında doğru cavab olmadığı üçün Nazirlər Kabinetinin xx.xx.2017-cİ il tarixli 86 nömrəli qərarının 2.6.2-ci və 2.6.5-ci bəndinə uyğun deyildir.

44. Qeyd edilən qapalı tipli (38-ci) test tapşırığı ilə bağlı Bakı Dövlət Universitetinin Cinayət Hüququ kafedrasının müəllimi Hüquq üzrə Fəlsəfə doktoru Fərhad Mehdiyev “Mütəxəssis rəyi” vermişdir. Həmin Mütəxəssis rəyində qeyd edilm işdir ki, 38-ci test tapşırığını hazırlayan şəxslərin bu tapşırığı qanunvericiliyə yaxşı bələd olmadan hazırladıqları müəyyən olunur. Həmin test tapşırığı bir tərəfdən Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 86 nömrəli qərarının 2.6.2-ci və 2.6.5-ci bəndinə uyğun deyil, çünki 38-ci test tapşırığın doğru cavabı ümumiyyətlə yoxdur və təqdim edilən cavab variantları da dəqiq, aydın və birmənalı olmayıb, çaşdırıcıdır.

45. Digər tərəfdən, DİM-in təqdim etdiyi 38 saylı test tapşırığı həm də maddi qanuna uyğun gəlmir. Belə ki, cavab olaraq DİM-in həmin tapşırıq üzrə nəzərdə tutduğu C variantında yer alan yardımçı vəzifə tutan dövlət qulluqçuları da korrupsiya hüquqpozmalarının subyekti sayılır.

46. DİM-in təqdim etdiyi C variantında olan cavab “yardımçı vəzifə tutan dövlət qulluqçuları” o h alda doğru olardı ki, sual/şərt belə qoyulsun: “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən aşağıda göstərilən vəzifəli şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir. Lakin test tapşırığında sual edilən sırf vəzifəli şəxslər deyil, subyekt ola bilmə ehtimalı olan hər kəsdir.

47. Dövlət orqanları ya da publik hüquq şəxsləri tərəfindən keçirilən test tapşırığı imtahanı mahiyyətcə inzibati aktdır. Çünki imtahan nəticəsinə görə namizədlər hansısa hüquq əldə edir ya da hansısa hüquqdan məhrum ola bilir. Bu baxımdan namizədin xeyrinə olan imtahan nəticəsi əlverişli inzibati akt, onun mövcud statusunun əleyhinə olan nəticə isə əlverişsiz inzibati akt kimi çıxış edir.

48. Yuxarıda göstərildiyi kimi, 38-ci test tapşırığı qanunvericiliyə uyğun tərtib edilmiş test t apşırığı olmadığına görə, onu nəzərə almaqla hesablanan imtahan nəticəsi qanunsuz əlverişsiz inzibati akt təşkil edir və İnzibati İcraat haqqında Qanunun 67.3-cü maddəsinə görə hər bir halda ləğv edilməlidir. b. kassasiya şikayətinə etirazın dəlilləri

49. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 50. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun Maddə

2. Korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri 2.1. Aşağıdakı şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləridirlər: 2.1.1.Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş şəxslər; 2.1.2.xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər; 2.1.3.inzibati vəzifə tutan dövlət qulluqçul arı; 2.1.4.dövlət orqanlarının müvafiq struktur vahidlərində, dövlət idarə, müəssisə və təşkilatlarında, habelə dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər; 2.1.5.Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; 2.1.6.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; 2.1.7.yerli özünüidarəetmə orqanlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını həyata keçirən şəxslər; 2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsə rrüfat funksiyalarını həyata keçirən şəxslər; 2.1.8.qanunla müəyyən edilmiş hallarda dövlət orqanlarının səlahiyyətlərini yerinə yetirən qeyri-dövlət orqanlarında təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarmı həyata keçirən şəxslər; 2.1.9. öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər; 2.1.10. vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif edən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər. 2.2. Bu Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilənlər bu Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilirlər.

51. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qəra r qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

52. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilir.

53. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və ə saslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

56. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apell yasiya məhkəməsi iddianın əsaslarını lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

57. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

58. Mübahisələndirilən test tapşırığı isə aşağıdakı kimi olmuşdur: “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əsasən korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilmir: A) Azərbaycan Respublikasının qanunvericiliyi i lə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər; B) Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər; C) yardımçı vəzifə tutan dövlət qulluqçuları; D) xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər.

59. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1-ci maddəsində korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektlərinin dairəsi dəqiq təsbit olunmuşdur.

60. Həmin Qanunun 2.1-ci maddəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yerli özünüidarəetmə orqanlarına seçilmiş şəxslər” (2.1.6.), “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliy i qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” (2.1.5), “xüsusi səlahiyyət əsasında dövlət orqanlarını təmsil edən şəxslər” (2.1.2) aşkar olaraq nəzərdə tutulmuşdur. Qanunun 2.1-ci maddəsində iddiaçının test tapşırığında qeyd etdiyi “yardımçı vəzifə tutan dövlət qulluqçuları” nəzərdə tutulmamışdır.

61. Şikayətin dəlilinə görə, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.9cu maddəsinə əsasən, öz nüfuzundan və ya əlaqələrindən istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmək müqabilində maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər əldə edən şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilir. Həmçinin həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən, vəzifəli şəxsə qanunsuz olaraq maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər təklif ed ən və ya vəd edən, yaxud verən fiziki və hüquqi şəxslər və ya belə hərəkətlərdə vasitəçilik etmiş şəxslər korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti hesab edilir. Göründüyü kimi yardımçı vəzifə tutan dövlət qulluqçuları qeyd olunan maddələrin təsir dairəsinə düşür.

62. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, iddiaçının istinad etdiyi normaların tətbiqi üçün həmin normalardakı subyektin (və ya subyektlərin) hansı statusa (o cümlədən, dövlət qulluqçusu statusuna) malik olması əhəmiyyət kəsb etmir. Başqa sözlə, həmin normaların tətbiqi, Qanunun 2.1.1-2.1.8-ci maddələrində göstərilən və Qanunun məqsədi üçün vəzifəli şəxs hesab edilənlərdən fərqli olaraq, məhz onlarda göstərilən hərəkətlərin edi lməsi və nəticələrin baş verməsi ilə şərtlənir. Əks halda, istənilən şəxs özü-özlüyündə (normalarda qeyd olunan şərtlərin kənarında) korrupsiya ilə əlaqədar hüquqpozmaların subyekti kimi təqdim oluna bilər ki, bu da təkcə istinad edilən həmin normaların deyil, ümumilikdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun təyinatına (məqsədlərinə) ziddir.

63. Bilavasitə “yardımçı vəzifə tutan dövlət qulluqçuları”na gəldikdə, nəzərə alınmalıdır ki, “inzibati vəzifə tutan dövlət qulluqçuları”ndan fərqli olaraq (Qanunun 2.1.3cü maddəsi) qanunverici həmin kateqoriyadan olan dövlət qulluqçularını “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1-ci maddəsində, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri sırasında aşkar olaraq (qeyd-şərtsiz) təsbit etməmişdir.

64. Digər tərəfdən, məhkəmə kol legiyası xüsusilə qeyd edir ki, iddiaçının seçdiyi “B” variantındakı “Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər” “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 2.1.5-ci maddəsində aşkar olaraq nəzərdə tutulduğundan və həmin müddəanın (deməli, həm də iddiaçı tərəfindən seçilmiş cavabın) məzmunu mübahisəsiz olduğundan, həmin variantın seçilməsi artıq özü-özlüyündə, hər hansı digər şərtlərdən asılı olmayaraq səhvdir.

65. Beləliklə, cavabdeh test imtahanında 38-ci qapalı test tapşırığı ilə bağlı iddiaçının seçdiyi “B” variantını düzgün cavab kimi qiymətləndirməməkdə haqlı olmuşdur.

66. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhk əməsinin qərarın ləğvinə əsas vermir. 67.Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 21(103)-1651/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar