Məhkəmə qərarları › İş №2-1(102)-2282/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2282/2023

02.11.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2282/2023 02.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması; Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüq uqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda göstərilən hüquq müəyyənedici sənədlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmrazn qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə İdarəsinə “torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-196/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarı ilə Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də Abşeron rayon XDS-nin İcraiyyə Komitəsinə təxirə salmadan Ermənistan SSR-dən daimi yaşayış yerlərini məcburi olaraq tərk edərək gəlmiş və eləcə də əvvəlki yaşayış yerlərinə qayıtmaq istəyən ailələrin torpaq sahəsi ilə təmin edilməsi, məskunlaşdırılacaq yaşayış yerlərinin sosialinfrastrukturunun yaradılması üçün tədbirlər görülməsi tapşırılmışdır.

2. Abşeron rayon X2 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı ilə Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarı və vətəndaşların ərizələri nəzərə alınmaqla bir qrup vətəndaş lara, o cümlədən də İddiaçı atababa yurdunu bərpa etməyə icazə verilmiş, ata-baba yurdlarının bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatına alınmasının təmin edilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2645 saylı, 29 dekabr 2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Abşeron rayon X2 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 saylı qərarına əsasən İddiaçı 0,20 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə müvafiq mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0.20 ha torpaq sahə si üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

5. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 16 noyabr 2021-ci il tarixli bildirişdə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğunu qeyd etmiş və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon X1 İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarına əsasən Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində iddiaçıya ata-baba yurdunu bərpa etmək məqsədilə 0.20 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyində Azərbaycan Respublikası Ab şeron rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarına əsasən ona 0.20 ha olmaqla ayrılmış torpaq sahəsinin qanuna müvafiq olduğu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, Pirəkəşkül-Qobustan bələdiyyəsinin imza və möhürləri ilə təsdiq edilmiş Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinin 0.20 ha olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarışa əsasən Abşeron rayon, Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarının arxivdə mövcud olduğu və əsli ilə düz olduğu bildirilmişdir. Qeyd edilən sənədlərə əsasən qanuni əsaslarla sərəncam verilən və istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə 03 noyabr 2021-ci il tarixdə ********** saylı ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina etmişdir. Hazırda qanuni əsaslarla istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun başqa qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata mülkiyyətinə keçirə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqanın məsələyə bu cür yanaşmasının hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, məsələ cavabdehin əsaslandırıldığı kimi deyil, onun tələb etdiyi torpaq sahəsi uzun illərdir ki, qanuni əsaslarla istifadəsindədir və bütün orqanlar həmin torpaq sahəsinin yalnız yeganə mülkiyyətçisi kimi iddiaçını tanıyırlar və həmin torpaq sahəsi ona məxsusdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarının məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdu olmuşdur və məhz bu ata-baba yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2-ci bəndində hətta bu qəsəbələrin İcraiyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatlarının təmin edilməsi də tapşırılmışd ır. Bu qərarın məzmunundan da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və həmin torpaqlar da məhz ata-baba evlərinin bərpa etmək üçün vətəndaşlara verilmişdir. Bundan başqa, cavabdeh orqana müraciət edərkən Abşeron rayon, X1 İcraiyyə Komitəsinin 26 mart 1991 -ci il tarixli 59 nömrəli qərarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyini, Abşeron rayonunun Pirəkəşkül Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışını və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən ona verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarışı təqdim etməsinə baxmayaraq, cavabdeh orqan hüquq müəyyənedici sənədin təqdim edilmədiyini bildirmişdir.

8. Cavabdehin iddiaya qarşı yazılı eti razında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquq müəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. Arxiv əsaslarında vətəndaşın adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-195 nömrəli şəhadətnamə aşkar edilmişdir.

9. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən daxil olmuş 09 iyun 2022-c i il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli 0,20 ha torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aiddir. Mübahisəli 0,20 ha torpaq sahəsinin ətrafında olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********15 və **********47 reyestr nömrəli torpaq sahələri elektron baza məlumatlarına əsasən kəndin perspektiv inkişafı (KPİ) fonduna aid torpaqlarda yerləşir.

10. Məhkəmə sorğusu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin 19 sentyabr 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayon Xalq Deputatları İcra iyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı ayrılmış Abşeron rayonu Pirəkeşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi Mərkəzin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən kənd təsərrüfatı təyinatlıdır və 2020-2021-ci illərdə Abşeron rayonu üzrə aparılmış torpaq tədqiqatının nəticələrinə görə keyfiyyət göstəricisi (bonitet balı) 29 bal olmaqla kənd təsərrüfatına az yararlı torpaq sahəsidir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-541/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilərək, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın və torpaq sahəsinin plan-ölçüsü nün verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmuşdur.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ- tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi ev tikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olar aq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə aiddir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı Qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. Cavabdehin mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatınla torpaq sahəsi olmasına dair dəlili ilə bağlı olaraq isə məhkəmə qeyd etmişdir ki, iddiaçı hazırda qüvvədə olan Torpaq Məcəlləsi qüvvəyə minmədən və Azə rbaycan Respublikasında bələdiyyələr yaranmadan torpaq sahəsini qanuni istifadəsinə almış və yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən onun torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır.

13. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-196/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ilə (hakimlər F.Ə.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və Z.T.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-541/2022 nömrəli, 28 oktyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia tə ləbi rədd edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı ilə ata-baba yurdlarının bərpa edilməsi üçün vətəndaşlara icazə verilmiş, bu qərarda iddiaçıya torpaq sahəsinin ayrılması göstərilməmişdir. İddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı ilə Pirəkeşkül (Çaylı) kəndində atababa yurdunu bərpa etmək məqsədilə ona 0.20 ha torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyasının araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi sərəncama əsasən ona torpaq sahəsi ayrılmamış, sərəncamda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdunu bərpa etməyə icazə verilmiş və Saray qəsəbə ic raiyyə komitəsinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır. Məhkəmə qeyd etmişdir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquq müəyyənedici sənəd əsasında yarandığından, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina qanuna zidd olmuşdur.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QAR Şİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

17. Abşeron rayon XDS İcraiyyə Komitəsi Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 nömrəli qərarını rəhbər tutaraq qəbul etdiyi qərara əsasən İddiaçı Seyidəli oğluna ata-baba yurdunu bərpa etmək məqsədilə Abşeron rayon Çaylı kəndində 0,20 ha torpaq sahəsi ayırmış və Saray Qəsəbə XDS İcraiyyə Komitəsinin sədrinə ata-baba yurdunun bərpası üçün icazə verilmiş vətəndaş və onun ailəsinin pasport qeydiyyatına alınmasının təmin edilməsi tapşırılmışdır. Buna baxmayaraq məhkəmə qeyd edilən faktlara tərəflər arasında yaranan münasibətlər zamanı sərəncamverici orqan olan Azərbaycan SSR Nazirlər Sovetinin qərarını və həmin qərar əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş qərarı şübhə altına alar aq həmin sərəncama və qərara əsasən torpaq sahəsinin ayrılmadığı, sadəcə ata-baba yurdunu bərpa etməyə icazə verildiyi və Saray qəsəbə İcraiyyə Komitəsinə ata-baba yurdunun bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatının təmin edilməsi tapşırıldığı qənaətinə gəlmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 nömrəli qərarı və həmin qərar əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş xx.xx.1991ci il tarixli, 59 nömrəli qərar iddiaçının Abşeron rayon Çaylı kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün hüquqi əsasını təşkil edir. Ona görə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən iddiaçının tələbi təmin olunmalıdır. b. kass asiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” A zərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsinə uyğun olaraq qərara alıram: 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərd ə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən son ra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər:... 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;...

21. İnzibati Prosessual M əcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəx sin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanunil iyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayət təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdaklarla əsaslandırır.

25. Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün t ətbiq edilməməsi İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərinin pozulmasından ibarət olmuşdur. Həmin normaya görə məhkəmə iş üzrə əhəmiyyətli halları müəyyən edərkən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməklə müvafiq nəticəyə gəlməlidir.

26. Hazırki mübahisə baxımından iş üzrə əhəmiyyətli olan hal, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmağa əsas təşkil edə biləcək hüquq müəyyənedici sənədə malik olub-olmaması ilə bağlıdır.

27. Apellyasiya məhkəməsi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991ci il tarixli, 59 nömrəli qərarını hüquq müəyyənedici sənəd və müvafiq olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan əsaslardan biri kimi qəbul etməmiş və buna dair mövqeyini onunla ə saslandırmışdır ki, iddiaçının istinad etdiyi sərəncama əsasən ona torpaq sahəsi ayrılmamış, sərəncamda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdunu bərpa etməyə icazə verilmiş və Saray qəsəbə icraiyyə komitəsinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.

28. Kollegiya apellyasiya məhkəməsinin sözügedən mövqeyi ilə razılaşmır və hesab edir, işdəki sübutların məcmusu, onların məqsəd və məzmununun birgə dəyərləndirilməsi belə qənaətə gəlməyə əsas verir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı torpaq sahəsinin ayrılmasını təsdiq edən hüquq müəyyənedici sənəd kimi qəbul edilməlidir.

29. Belə ki, nəzərə alınmalıdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Həmin qərarda Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına, eləcə də Abşeron rayon XDS-nin İcraiyyə Komitəsinə təxirə salmadan Ermənistan SSR-dən daimi yaşayış yerlərini məcburi olaraq tərk edərək gəlmiş və eləcə də əvvəlki yaşayış yerlərinə qayıtmaq istəyən ailələrin torpaq sahəsi ilə təmin edilməsi, məskunlaşdırılacaq yaşayış yerlərinin sosialinfrastrukturunun yaradılması üçün tədbirlər görülməsi tapşırılmışdır. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş 2645 saylı, 29 dekabr 2014-cü il tarixli rəydə qeyd olunmuşdur ki, Abşer on rayon X2 İcariyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 saylı qərarına əsasən İddiaçı 0,20 ha olmaqla ayrılmış torpaq sahəsi qanuna müvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə müvafiq mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, Pirəkəşkül-Qobustan bələdiyyəsinin imza və möhürləri ilə təsdiq edilmiş Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinin 0.20 ha olduğu müəyyən edilmişdir.

30. Beləliklə, istinad olunan sənədlər onların məqsəd və məzmunları nəzərə alınmaqla birgə qiymətləndirildikdə, iddiaçıya ata-baba yurdunun bərpasına icazə verilməsi barədə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı, əslində, ona fərdi yaşayış evinin tikintisi və bunun üçün torpaq sahəsinin ayrılması məqsədinə yönəlmişdir. Sözügedən inzibati aktın hədəflədiyi məqsəd məhz bundan ibarət olmuşdur. Ona görə də, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarın torpaq sahəsinin ayrılmasına dair inzibati akt olub-olmadığı məsələsinə məhz inzibati aktın məqsəd ünsürü nəzərə alınmaqla qiymət verilməlidir.

31. Nəzərə almaq lazımdır ki, açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqs ədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından qiymətləndirilərkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da dəyərləndirmə aparılmalıdır. Bu mənada, hazırki işin halları baxımından aydındır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. Çünki həmin qərar məhz Azərbaycan SSR Nazirlər Sovetinin 17 aprel 1989-cu il tarixli, 172 saylı qərarının icrası qaydasında qəbul edilmişdir. Qeyd edilən qərarda isə yuxarıda da göstərildiyi kimi ehtiyacı olan və təndaşların məskunlaşdırılması ilə bağlı məsələlər, o cümlədən fərdi yaşayış evlərinin tikintisini təmin etmək üçün onlara torpaq sahələrinin ayrılması məsələsinin həll edilməli olduğu müəyyən edilmişdir. Beləliklə, işdəki sənədlərin məcmusu, o cümlədən inzibati aktın məqsəd ünsürü nəzərə alındıqda Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənəddir. 32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmı ş daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə görə isə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli, 59 nömrəli qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır.

33. Cavabdehin torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olması barədə dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal da hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas təşkil edə bilməz. Belə ki, hazırda iddiaçının hüququnun qeydə alınmasının qanuni əsasını Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı və həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təşkil edir. Sözügedən Fərmanın 2-ci bəndində təsbit olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, hü ququn əmələ gəldiyi anda torpaq sahəsinin kənd təsərrüfatlı təyinatlı olması həmin məhdudiyyətlərin sırasında nəzərdə tutulmamışdır.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-196/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadast rı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar